İsa muğanna ideal



Yüklə 4,34 Mb.
Pdf görüntüsü
səhifə17/180
tarix01.12.2017
ölçüsü4,34 Mb.
#13382
növüYazı
1   ...   13   14   15   16   17   18   19   20   ...   180

______________Milli Kitabxana_______________

düzün  fərqi bilinməzmiş.  Haman  tozanağın içində bu  yerə hardansa  Qaratikan

toxumları düşüb,  bu  meşənin  yerində əvvəlcə kom-kom  Qara-tikan  bitib,  artıb

çoxalıb, qaratikanların dibində, ara-bərəsində ot-ələf, kol-kos bitib və bu aralara

dolan  toxumlardan  Qaraağac  şivləri əmələ gəlib,  sonra  da  "bu  gördüyün  meşə,

sel-su, əkin-tikin...".  "Yel  toxum  gətirər,  meşə bitirər", - deyirdilər.  "Meşə su

götürər,  su  verər,  çay  axıdar" - deyirdilər.  Belə-belə şeylər  danışmaqdan  nə

Çürük Aşıq usanardı, nə də Xızr Abı. Və Səməd yaxşı bilirdi ki, qocalar hər şeyi

ona -Səmədə eşitdirmək  üçün  danışardılar.  Buna  görə də bütün  kənddə təkcə

"Dəli  Səməd"  görmüşdü  ki,  Qaraağac  da  "Gurağacdır",  çünki  bu  da  "axça" -

"qızıl" bitirir, yazın orta ayında isti yellər əsəndə Qaraağacın sarı-qızılı ləçəkləri

də kəpənək  kimi  uçuşub  çöllərə yayılır. Əmma  bu  ləçəklər  çox  tabsızdır,  quru

yerlərdə tezcə ölüşgəyir,  buna  görə də lap  yüngül  yaranıb  ki,  çölə düşəndə az-

maz  mehdən  də yenidən  qanadlanıb  gedib  Qaratikanı  tapsın,  vaxtı  yetişəndə o

Gurtikənliklərdə də meşə əmələ gəisin, sel-su, əkin-tikinti olsun.

"Dəli Səməd" belə şeylər görüb, gördüklərinin sevincindən demək olar ki, hər

"həftə sonu"  adlanan  qısa  dərs  gününün  axırında  sinif  yoldaşları  Xızr  Abı  ilə

Çürükdən  saz,  söz  öyrənməyə gedəndə "Dəli  Səməd"  Ortayolda  qalardı,  gur,

dalğalı saçlarını dalğalandıra-dalğalandıra,  yolla  o  baş-bu  başa  addımlaya-

addımlaya,  bütün  kəndə səs  salardı:  "Ey  Qıllı!  Korsunuz  hamınız!" - deyərdi.

"Sizin  aranızda  bir  mən  bilirəm  nə var-nə yox  bu  dünyada!" - deyərdi.

Danışmaqdan, qaynamaqdan yorulanda isə, yenə gülünün ətrini arzulayardı.

Əgər  o  vaxtlar  o  gülə qəsd  eləmək,  o  sehrli ətri  yanıq  iyinə çevirmək

niyyətinə düşən  olsaydı,  "Dəli  Səməd"də,  şübhəsiz,  kiməsə xətəryetirmədən,

hardasa  nəyisə uçurub  dağıtmadan,  yandırmadan  sakitlik  tapa  bilməzdi.  İndi,

Gülgəzin  yanıb  tüstüyə çevrildiyini  bütün  aydınlığı  ilə gördüyü,  yanıq  iyini

bütün  kəskinliyi  ilə duyduğu  dəqiqələrdə isə Səməd  ümidsizliyin  son  həddində

dərd yükünün ağırığından başqa heç nə hiss eləmirdi.

Yenə nə isə soruşmaq istəyirdi, soruşa bilmirdi.

Dönüb getmək istəyirdi, gedə bilmirdi.

Ovcuna  nə isə soyuq,  sürüşkən  şey  toxundu.  Diksinmədən,  ürpənmədən

baxdı:  çamadanının  qulpu  idi;  Xeyrə arvad  birdən  böyründə peyda  olub,

biləyindən yapışıb silkələyirdi ki, çamadanmı alsın.

Ərinin əksinə, arvad elə sərtdi ki, elə bil onu cinayət üstündə tutmuşdu.




______________Milli Kitabxana_______________

- Söz-gap yerdən-göydən çıxıb. Sən də gəlib durubsan burda dirək təki!.. Nə

baxırsan, ay oğul?! İşdi, olub də!.. Neçə kərə çalışıb özünə qəsd eləsin bu yazıq

gəlin.  Bir  dəfə nöyüt  qabını  almışam əlindən.  Başına  tökürdü...  Bir  dəfə də

paravozun qabağından itələyib çıxartmışam. Günahı yoxdu bunun. Yoxdu! Əmin

də günahsızdı.  Görüş  özünnən.  Görüş!  İndi  yox...  Yara  təzədi  hələ.  Çıx  get

burdan. Elə qaranlıqlı get ha, gözə görükmə!..

Arvad  onun  barmaqlarını  çamadanın  qulpunun  altında  qatlayıb,  hətta

qolundan çəkdi. Səməd bu kobud qadının iradəsinə tabe oldu, əmisinin arvadına

daha  ötəri  baxmağa  da  cəsarət  eləməyib,  nəhayət,  ayağını  yerdən  üzdü,  başını

qaldırmadan, ağır-ağır aralandı.

* * *


Hara gedirdi? Nə üçün gedirdi?

Baş verən hadisənin özü də, ürək də, ağıl da deyirdi ki, Gülgəzdən həmişəlik

ayrılıb.  Gülgəzlə birgə "Gürtikənli",  "Gurağaclı"  dünyadan  da,  o  sevinclərdən,

fərəhlərdən də həmişəlik ayrılıb. Dünya indi yanıq iyindən və tüstüdən ibarətdir.

Başqalarına  "kor"  deyən  Səməd  özü  indi  kor  olub,  bu  tüstünün  içində hətta

əmisini də görmür. Bundan sonra Sultan əmi ilə nəinki bir evdə, bir süfrə başında

oturmayacaqlar, yəqin ki, heç üz-üzə də gəlməyəcəklər, bir vaxtkı kimi, rayonun

işlərindən,  şeyx əmilərin  elmi  fəaliyyətini  davam  etdirən  "Batin-gizlin",

"AdıPünhan"  Ağların,  yəni  Ağ Əmir  kimi  SafAğların,  "Muğ"ların  Sibirə,

Qazaxıstana 

sürülüb, 

itib-batmağından, 

Cənubda 

şah 


zülmündən

-

savadsızlıqdan,  aclıqdan  danışıb  dərdləşməyəcəklər.  İndi tamamilə aydındır  ki,



Sultan Əmirli  də "ölüb,  stolun  dalında  qaraltısı  qalıb".  O  qaraltının  isə "axın

çatıb", tezliklə doğrudan da "yeşikdə qalacaq", "hakimiyyəti qurtaracaq". O vaxt

Xudiyev  dəstəsi  ilə birgə fəallar  da  qorxusuz-qadağasız  olub  daha  o  səkilərdə

pıçıldaşa-pıçıldaşa  "konfrans"-filan  gözləməyə də ehtiyac  duymadan,  hər  gün,

hər  saat  Gülənovun,  Sayılovun,  RİK  Ata-malının səslərinə səs  verəcəklər,

beləliklə,  qırmızı  tuf  daş  binadakı  kabinetlərdən  başlamış,  o  kazarmasayağı

binalara,  kolxoz  və sovxozlara  qədər,  hər  yerdə - ancaq  "bezobraziye"nin

KeQeBe  kadrları əyləşib,  "bezobraziye"nin əmrlərinə "baş  üstə",  "göz  üstə"

deyəcəklər,  Səməd  isə,  bütöv  bir  rayonda  hamıya,  hər  şeyə nifrətdən,  qəzəbdən

boğula-



______________Milli Kitabxana_______________

boğula,  tək-tənha  qalıb,  bu  mühitdən  baş  götürüb  qaçmağa,  doğma  yurddan,

doğma torpaqdan da həmişəlik ayrılmağa məcbur olacaq.

Belə bir aqibəti görə-görə hara gedir, nə üçün gedir? "Bezobraziye" kadrları

arasında 

perspektivsiz 

yaşamağa 

dəyərmi? 

Ümumiyyətlə, 

yaşamaq


mümkündürmü?  Yaxşı  olmazmı  ki,  bu saat  burdan  cumub  bu  səhərdə az-çox

hörmət  elədiyi  adamlar  arasında,  "Dəli Səməd"in  köhnə dostlarından  "pyanska

Yusifi"  "pyanskaların"  daimi  məskənində - dəmiryol  restoranında  tapsın,  iki  il

bundan əvvəl Bakıya  yola düşəndə anasının sandıqçasından götürdüyü və birini

də xərcləmədiyi  qədim  "axça"lardan  birini  ofisiant  Qayım  Qudalının  üstünə

atsın,  "Bufeti  köçürt  bu  stolun  üstünə!" - deyib,  Yusifin muğamlarına,

təsniflərinə,  bayatılarına  qulaq  asa-asa  nə ki  var  "vursun",  sonra  da  stansiyanın

ucqar,  qaranlıq  bir  yerində başını  relsin  üstünə qoysun.  "Pyanıska"nın  o  gözəl,

köyrək  səsi  qulaqlarında  cingildəyə-cingildəyə,  bu  yanıq  iyindən,  bu  tüstüdən,

Sultansız, Gülgəzsiz dünyadan birdəfəlik yaxa qurtarmaqdan yaxşı nə ola bilər?!

Darvazaya  qədər  Səməd  belə getdi. Sultansız,  Gülgəzsiz,  perspektivsiz

dünyadan  yaxa  qurtarmaq  ehtirası  birdən-birə necə güclənmişdisə,  darvazada

dəmir  şəbəkələrin  işıltılarını seçər-seçməz  dərhal  özünü  stansiyanın  ucqar,

qaranlıq  yerində,  relslərin  arasında  gördü.  Bunlardan  isə tamam  başqa hisslər

törədi:  ölüm  niyyətli  ümidsizliyin  dərinliyindən  etiraz  kükrədi,  "Dəli  Səməd"in

öz ətrafındakı haqsız işlərə üsyanlarına oxşayan bir üsyan dalğası qabarıq qalxdı:

"Günahsız  Gülgəz"lə "günahsız  Sultan Əmirli"ni  və "Bircə bala"nı  yandırıb

dünyanı  yanıq  qoxusuna  bürüyən  qüvvəni,  qara  həyulanın cəsarəti  arxasındakı

"bezobraziye"  dəstəsini  cismən  məhv  etmək!  Qaçaq  Nəbi,  Dəli  Alı,  Qaçaq

Kərəm,  Qaçaq Ələs  kimi  qisasçıya  çevrilmək!  Öldürə-öldürə ölmək!..  Qaynar

qan  sifətinə,  beyninə vurub  gözlərini  tutdu  və Səməd  kükrək  üsyanın  belə qəti

qərarılnı necə həyata  keçirəcəyini  o  qədər  də düşünmədən,  dar-vazadan  geriyə,

manqal tərəfə cumdu. Bayaq orda, manqalın yanında əmisinin ət doğramaq üçün

saxladığı enli, ağdəstə xançal gözünə sataşıb, dumanlı, ötəri hiss oyadıb tüstünün

altında  qalmışdı.  Həmin  hiss  indi  tamam  aydın,  qəti  fikrə,  niyyətə çevrildi:

"Hamısını tapmalısan  bu  gecə,  hamısını məhv  etməlisən,  ey  məhv  olan

bədbəxt!.." - xançalı  yerdən  qapıb  pencəyinin  altında  kəmərin  altına  soxdu...

Lakin bu qan-qisas ehtirasının qabağında Xızr Abı adlanan, qara qarmon qırışları

arasında  açıq  mavi,  dərin  ziyalı - alim  gözləri  parıldayan  heybətli  bir  pələng

dayanmışdı.




Yüklə 4,34 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə