______________Milli Kitabxana_______________
- İlan elə çalıb ki, dişinin yeri də bilinmir. Sultannan o günüqara oyanıb
görüblər bir yorğanın altında ər-arvaddılar. Daha nə deyim bundan artıq?!
Səməd də istər-istəməz səsini endirdi:
- Şənbə, Lüt əhvalatı?!
- Təfsilat lazımdımı, ay oğul?!
- Demək, qurğu olmağına qurğudu?! Kimin işidi?!
- Coşma!
- Xudiyev dəstəsi?! KeQeBe?! O dəstənin işidi, ya yox?!
- Oğul! Ay gözümün nuru! Qaynama! Coşma! Bayaq "vəhşi" ehtiras dedim.
Sonra çox vacib söhbət başladım. Səndən ötrü bu saat hava, su kimi vacib
söhbətdi, inan! Məni eşitməsən, bir varis kimi öhdənə düşən işdən xəbər
tutmasan, daha böyük, daha ağır müsibət olacaq. SafAğ İnsanların SafAğ Elmi
varissiz qalacaq!.. Qırğın gedir dünyada! Bəli, dünyada! "Az ər baycana
döndərilən Bağdayımızı əsrlər boyu parçalayıb, indi görürlər bu Şimalımızda da
qalıb Elm, Cənubumuzda da, Şərqimizdə də, Qərbimizdə də! Yenidən
parçalamağa hazırlaşırlar! Lap xırda-xırda, arası sərhədli dövlətlər eləmək
istəyirlər. Plan var ey, ay oğul! Plan var! Əmma həyata keçirəmmirlər. Ona görə
də qırırlar. SafAğdan az-çox başı çıxanların hamısının sağ gicgahına iti uclu
çəkic çaxırlar. Gürcüstandakı o Georgi kilsəsinə şifrəli teleqramlar gedir, bir-iki
kəlmə: "Bir Sak!", "Beş Sak!", "On Sak!"
1
Ordan da Stalinə hesabat verilir!..
Qohumlarınız vardı Qazağın Muğanlı kəndində: AğEy Bağlar! Ağabəylər
deyirdik. Şamaxıdan sürülmüşdülər otuz yeddinci ildə Muğanlıya. Getdim
soruşdum ki, sizləri Sibirə sürürlər axı, niyə bura göndəriblər? Dedi Dərbəndi,
Şamaxını, Muğanı hələ birinci Aleksandrın vaxtında ƏsAğsız qoyublar, yerində
heç nə başa düşmüyən, saz da çalammayan bədbəxt, "Aşıq"lar qalıb, ƏsAğ
əvəzində, ey oğul! Bədbəxtliyimizin dərəcəsini duyursanmı?! Sovet alimləri
deyirlər: "Sak" olub vaxtilə, ƏsAğ hara, "Sak" hara?! "Kaspi"lər olub deyirlər,
"Xəzəri"lər olub! Bir xalqı elə yazı-pozudaca yüzlərlə təhrif sözə parçalayırlar
ki, Bağday silinsin tarixdən. Xəbərin varmı Qrek neçə əsr tapdalayıb Bağdayı?!
O fatehin iki sözü var: "ki", "at", ikisi də od deməkdi. Kainat Odu - həqiqət
mənasında yox adi od-alov mənasında işlədirlər. "K", "ka", "ko", "ku", "xə", "xa"
- hamısı "ki"dəndi. Fikir ver: "Sak" -
Əsli: ƏsAğ. İndiki Gürcüstan ərazisindəki bir bölük əhali. Açar adı da Odərdəndir.
______________Milli Kitabxana_______________
hara, - ƏsOd (Yaradan Od) hara?! "Ka s pi" hara, OdƏşBağ (Yaradan Həqiqət
Bağı hara?! "Xə z ər" hara, OdƏsƏr (Yaradan İşıq həqiqəti) hara?! Sənə bax
belə, qıyma-qıyma, incə-incə dərs deməlidi əmin! "Varis" - EvƏrEyƏs
sözündəndi. ƏrEyimizin Yaradan Evi olmahlısan sən! Ev - beyin mənasında da
işlənir. Beyin olmalısan sən! Səməd ayağa qalxdı.
- Abı! Bu saat heç nə girmir beynimə! Beyinsiz deyiləm, başa düşürəm ki,
"dilim-dilim" dil, "Boq" - Bağ çox ciddi məsələdi. Əmma qan tutub ağlımı-
fəhmimi bədbəxtliyimiz öldürür məni! Qan içəcəm! Qan içən itəm bu saat!
Abı da ayağa qalxdı.
- Qaynama!
- ...Qayınyacam da, daşacam da!... Atamın qanı batıb! Bu iş də elə-belə
qalacaq?!. Dözəmmərəm! Yeməz-içməz qalaram! Yuxum ərşə çəkilər, ölərəm,
Abı!.. Gedirəm! Çax-çux Xalıq çox şey bilir. Ondan başlıyacam. Xirtdəyindən
yapışıb öyrənəcəm hər şeyi, qıracam hamısını! Xançalnan doğruyacam! Səssiz-
səmirsiz! Elm nədi?! Cəlladam mən bu saat!
Abı bozardı.
- Bu boyda SSRİ-nin qanını içəmməzsən!
- Mən soyumalıyam, Abı! Qan içməliyəm, soyumalıyam.
Abı burda bir az fikrə gedib, sonra, gözlənilmədən, astadan soruşdu:
- Heç olmasa beş-on dəqiqə qulaq asammazsanmı mənə?!
- On dəqiqə?!. On dəqiqədən sonra əl çəkəcəksən yaxamdan?
- Hökmən! Bayaq dedim qulaq as, sonra hara gedirsən get.
- De!
- Deyirəm... Sultan, mən, "Adıpünhanlar" (Yəni "Muğ"larımız - Bağlarımız)
özümüz də xeyli vaxtdı xeyli açıq işləyirik. Beynəlxalq miqyasda dəst-tərəfdar
axtarırıq. Çünki SafAğ Elmi düşmənlərinin, məhz beynəlxalq miqyasda
casusların, çuğulların sayı-hesabı yoxdu! Biləcəksən, tanıyacaqsan. SafAğ
ƏsƏrlərimizi, dəstanlarımızı fəsilləə-fəsil, sətirbəsətir dəyişdiriblər. Bu saat,
indinin özündə
Bakıda Moskvanın,
Tehranın casus alimləri işləyirlər,
Məhərrəmin gözünün qabağındaca, Nizamidən, üzübəri hamısının SafAğa aid
nəyi varsa, dəyişdirirlər!Biri var Bakıda, Akademiyada. Cılız bir şeydi. Məndən
betər. Əmma hələ o cür həyasız, qorxusuz insan görməmişəm mən. Bakıda gizlin
şairlik eləyən bir Pünhanımıza deyib, kömək elə "İsgəndərnamə"ni də-
______________Milli Kitabxana_______________
yişdirək, hər sətrinə bir manat verərəm. Üstəlik bir kilo qızıl, yaxşı varlanarsan...
Lap çoxdankı bəladı bu. Sən bilməlisən və ətrafında gördüyün adamların
hamısıyla dil tapmağı bacarmalısan. Tarixən beləyik biz: təhrif insanın evimizə
dürtülən ən həyasız, ən iyrənc casusuyla da dil tapmışıq, Elm verib beynini-
şüurunu dəyişdirmişik.
Düşmənin əsas üsulu zordu, silahdı, qırğındı. Əmma ikinci üsulu, cahilləri
təsir altına salıb ikicə kəlmə "Allahdan qorx" kəlməsilə və bunun əsasında əməli
işlə qorxudub, həqiqət əleyhinə qaldırmaq bacarığı daha təhlükəlidi.
Bir neçə tarixi fakt deyim, yadında saxla.
Müasir "Azərbaycan"da ayrı-ayrı guşələrdə saysız-hesabsız dili dəyişmiş
"Yəhudi" var ki, çoxunun kəndlərinin adı "Muğanlı"dır. Bilən varmı ki, bu da
fatehlərin əməlidir?!
"İsrayıl"ı indi də "İzrail" eləyirlər! Əsli – OdƏrcəsi ƏsƏrƏldi (Yaradan İşığın
Əli). Bilirsən ki, lap qədimlərdən "Beytül müqəddəs" deyilən ziyarətgah var
orda. "Ərəb"cədi bu "beyt", guya "ev" deməkdi. Əsli OdƏrcəsi BağOddu (Bağ
Həqiqəti). "Ərəb"in dilində "Yəhudi", "Qrek"in dilində "İudey"ə dönən EyOd
OdƏrlərimizin övladları
haman BağOdun
əhatə
elədiyi yerlərdə
Elm
öyrənərmişlər. Geri sananan
əlliminillik tarixin ortalarından başlayaraq
"Assuriya"lılar - "Su-riya"lılar, "Qreklor", "Latınlar" dəfələrlə dağıdıblar
BağOdu. Sonra görüblər "Beyt"ləri dağıtmaqla tədrisin qabağını alammırlar,
bayaq dediyim haman ikinci üsula əl atıblar: "Beytül müqəddəs"i veriblər Ey-Od
- "Yəhud" qiyafəli "Qrek" "monax"larının ixtiyarına... "Beyf"dən -BağOddan bir
az o yanda bir dağın adını qoyublar "Səfa dağı". Diqqət yetir. "SafAğ"
kəlməsinin əvəzində təhrif dildə - Ərəbcə "Səfa!" Yəni təmizlik. O "Səfa"
dağından "Beyf"ə doğru axan suyun adını da qoyublar "Səfa suyu". Ətraf
ölkələrdə, o cümlədən fəth elədikləri Bağday
ərazisində
də
tədris
dayandırıldığına görə Elmdən ayrılan, Qrek kaloniyalarında qula dönən kütlələri,
qocalı-cavanlı, sel kimi axıdıblar o "Saf su" axan yerə: əl-üzünü, ayaqlarını yu
"müqəddəs Səfa suyu"nda, get "Beyf"in kandarına yıxıl, daşı-divarı öp, arzunu-
diləyini de, vəssalam! Diqqət yetir, gör SafAğ Elmini, Kainat haqqında məlumatı
nə ilə əvəz eləyiblər: su ilə!.. Qrekinköhnə "xristian" üsuludu bu-"su"dan istifadə
yolu ilə "Religiya" yaratmaq!.. Bədbəxt cahil hardan bilsin ki, "su" OdƏrcə Əs
(Yaradan) sözündən azıb. Danışanda üz-gözümüz əsir-titrəyir, həm sifətimizdə
məna yaranır, həm də səsimizdə - Ünümüzdə,
Dostları ilə paylaş: |