______________Milli Kitabxana_______________
ƏsÜndən xəbərsiz "sion" zəhəri, EvƏrEy OdƏrindən xəbərsiz "Yevrey"
"obşinası", Oddan xəbərsiz "Tat", GurOddan xəbərsiz "Kürd" "Birliyi" yaratmaq
yolu ilə millətin bir qismini o biri qisminə qarşı qoyan KPSS-in üzvlüyündən
niyə çıxmırsan, əmi?! Qorbaçovun ikiüzlülüyünü niyə bağışlayırsan?!
Evimiz onda yıxılıb ki, bu otuz dörd ildə rayonları gəzə-gəzə köhnə partiya
məktəbi müdavimlərinin köməyi ilə cəmaata ədalət verən... çörək yox, ədalət
verən maksimalist Dəli Səməd qorxudan xali SafAğ İnsanların - gizlin
Muğannaların Elm mühitində çox az qalıb, qorxudan xali Bağ ikən "KPSS"in
siyasət dumanı içində beyni dumanlı siyasətçiyə çevrilib. Axı, SafAğ sevmir
siyasəti, ay əmi! Məkri sevmir! İlanın özünə, Erməni katalikoslarına əlin çatmır,
bu qara dəri kresloda oturan torbanı "alihəzrət İlan" adlandırırsan "Kapital"
adlandırırsan, həm də "kişi" demək ümidindəsən. Məndə dəqiq məlumat var. Bu
dövlətin ərazisində on yeddi milyarder var bu saat. Mərkəzi bank pulu
dövriyyəyə buraxandan sonra təzə yüzlüklər, əlliliklər dördcə ayda yox olur,
əvəzində yenə köhnə yüzlüklər, əlliliklər çıxır ortalığa. "KPSS"in hətta ideyalı-
məsləkli sayılan liderləri də "Ulduzlar müharibəsi"ni uduzduqlarını başa düşüb,
dövlət kapitalını mənimsəməkdən başqa işləri olmuyan Çax-çuxlara, Xəlvətlərə
çevriliblər. Çax-çuxlar, Xəlvətlər isə gündən-günə çoxalan, Atomdan, Kimyadan
da qorxunc zəhər bəşəriyyəti törədirlər. Sestranın xəstəxanəsindən narkotikanı
Ermənilərə, ordan da xaricə axıdıb xəlvəti gəlirlə "Rus məhləsi" yaranıb, Xəlvətə
səcdə eləyir! Yəni kimə? Yəni "Alihəzrət İlana" yox, ilancığaza! Belələri nə
qədər olar indi respublikada, bilirsən? Sənin Lerikdən Qazağa qədər
məsləkdaşlarıyın da bircə "idealı" var, o da rüşvətdi - qızıl-brilyantdı, ay bədbəxt
əmim! Atamın "çesuyçalılar" dediyindəndi indi dostlanyın hamısı!
Diqqət yetir, cənab kapital necə sakit qulaq asır! Sənin açmadığın sirləri
açıram, niyə susur? Çünki cəzasız cinayətkarlar ölkəsinin kadrlarından, KPSS-in
çürüməyindən danışa-danışa, əslində bu cəzasız Kapitala bəraət verirəm mən.
Dünyamızda ən çox kapitalisti olan Kapital ölkəsi SSRİ-di indi. Kamil insan
nəyinə gərəkdi bu çürümüşün?!
İşini görüb qurtarıb bu ilancığaz: "Vərəsə" adında dənizdən qidalanan Səməd
Əmirli qanı zəhərə dönüb!
Bayaq məni çağırırdın. "Yaxın gəl, yaxın gəl" deyirdin. Getmədim. Çünki
sən məni xilas edəmməzsən, əmi.
"Varisi Varisi öldürəcək". Belə yazılıb, belə də olacaq.
______________Milli Kitabxana_______________
Yuxarı baxma! Mən sözümü qurtarana qədər heç nə eşitmiyəcəksən
OdAğÜzdən.
Başlayıram danışmağa...
Şüşəli sükuta batmışdı. Heç kəs tərpənmirdi, heç kəs dillənmirdi. Cərgə-cərgə
"neon" lampalarının, bulud kimi lay-lay tüstülərin altında, ət torbalarının
əllərində, damaqlarında "marlbora"lar qızarırdı.
Mədəd çayxana küncünə cumub, Çürüklə Abının qaraltılarının arxasından
Çürüyün divara söykəli cürəsini götürüb, ordan - yuxarı başdan zala baxdı.
-
Çalacam, oxuyacam və danışacam... Dediyim kimi, tələb olunduğu
kimi, "qıyma-qıyma"... Murdarlığınızı sübut eliyəcəm! Etiraz varmı?
"Marlbora"lar qızarırdı. Tüstü laylarının aralarına tüstülər millənirdi. Nə baş
verdiyini heç kəs, o cümlədən hətta hələ Səməd də, Abı ilə Çürük də başa
düşmürdü.
* * *
Mədəd cürəni köklədi. Kresloda, bir əlində "Badamlı" ilə dolu "xrustal"
qədəh, o biri əlində siqaret, quruyub qalmış əmisinin başının üstündən Çürüklə
Abıya və sərxoşluqdan mürgüləyən Şöşünün tərdən islanıb göyümtül çalan
seyrək saçlarına baxıb köksünü ötürdü.
-
Zilini zil elədim... bəmini bəm elədim... zil qara saçlı Mədəd
Əmirliynən dümağ saçlı Mədəd Əmirlinin saz-söz ustadı Çürük aşığın min
doqquz yüz onuncu ildə, Səttar xanla Bağır xanın zülmə qarşı üsyanının
süqutundan bir il əvvəl Ərdəbildə düzəltdirdiyi bu qaraca cürəni "Zarıncı"
1
üstə
köklədim.
Çalaq, oxuyaq, görək sağ-zarıncılar niyə və necə zarıyırlar. Cürə inildədi.
Gər, cod, güclü səs sıxılıb cürədən betər inildədi:
Təhriflər içində içim yanmaqdan
Özü SafAğ, bəxti qaraya döndüm.
Ağrıları ürəyimə salmaqdan
İçimdə qövr edən yaraya döndüm.
Səməd başını qaldırıb, altdan dik, Varisə - Tədqiqatçıya baxdı, sal ağsümük
yanaqlarına iri damlalar süzüldü.
"Zarıncı", əslində, "bayat"(ı) növü, BağOdudur, el arasında deyildiyi kimi, "daşı da ağladır".
______________Milli Kitabxana_______________
Mədəd gözləri yumulu oxuyurdu:
Aşkar olammadım, bətnimdə qaldım,
Bətnimdə qocaldım, bətnimdə öldüm,
O gündən də "vəhy" – EvEydən Ün aldım,
"Mən yoxam" qışqıran haraya döndüm!
Mədəd gözlərini açıb, əmisinin göz yaşlarını görüb qəhərləndi:
- Dəli Səməd də ağlıyarmış!..
Mənim şerim deyil bu oxuduğum. "Yoxa çıxan" mən deyiləm, başqa bir
bədbəxtdi - Gizlin şair Muğannadı. Əbədilyini bilə-bilə ağlayır! Niyə, əmi?
Qulaq as!
Əmirli mülkündən kənarda, sənin təzə-təzə istəklin olanda öldürülmüş o
mələk Torksindən yadigar oğlundan başqa hələ bilən yoxdu ki, toylarda nə
veriblərsə, son qəpiyinə qədər qızıla, brilyanta çevirib o mülkün bir də yalnız
OdAğÜzə məlum yerində saxlayıram ki, sənin ölümündən sonra oğlun Səminin
olsun. Səndən ayrılmıyacam, OdAğÜzə sənnən bir yerdə gedəcəm. Əmma mən
də ağlayıram!
İçi yanan, bətnində qocalan, bətnində ölən tək o Gizlindimi, əbədimiz Ulu
Bağ ƏsƏlMən BağSar AğEy - "Musa ağa" ilə Şeyx Məhəmməd Əmir, Şeyx Əli
ilə, Ələskərdimi, Ağ Əmirlə Boz Əmirdimi?! Mədəd Əmirlidimi, Sultan
Əmirlidimi, Xızr Abıdımı, Çürük Aşıqdımı?! "Pyamska şair" damğah Şövkət
Tahir
-
Şöşüdümü?!. Saysız-hesabsız, biri-birindən bədbəxt "Muğ"lar,
"Muğanna"lar da bətndə qocalıb, bətndə ölürlərsə, axırı əbədiyyət olan bu
"ölüm" - ölümsüzlük niyə ağladır bizi?!
Bu sualın cavabında dəstan başlayıram. Elə bir dəstan ki, bu tüstülü-dumanlı,
"Badamlı"lı, "Marlbora"lı dünyamızın dumanını dağıdacaq, bir nəfərdən -
Xəlvətdən başqa hamını Dəli eləyəcək.
Sən hələ tanımırsan məni, əmi. Ağlım, şüurum, dərrakəm açılıb töküləcək
ovcuyun içinə, o əlindəki zəhər kimi yox, o termosdakı "dirilik suyu" kimi yox,
sözün həqiqi mənasında dirilik suyu kimi, İskəndər Ruminin tapa bilmədiyi "su"
- Elm kimi içəcəksən mənim ağlımı, şüurumu, dərrakəmi... Nəinki sən, yetmiş
səkkizinci ilin yayında dəhşətli sənədi oxuduğum gündən bu vaxta qədər hər gün
sazıma, sözümə-özümə qulaq asan anam Gülgəz də tanımır məni... Sağ divarında
xalça ilə üç sazdan, döşəmədə bir zilidən, üç dost yorğan-döşəkdən və kitab
Dostları ilə paylaş: |