İsa muğanna ideal



Yüklə 4,34 Mb.
Pdf görüntüsü
səhifə162/180
tarix01.12.2017
ölçüsü4,34 Mb.
#13382
növüYazı
1   ...   158   159   160   161   162   163   164   165   ...   180

______________Milli Kitabxana_______________

Budumu "birliy"in əlində əsir olmağımızın sobobi? Yox, bilmir-sən, əmi. Ün

göndərən  gizlədir  səbəbi  sendən,  çünki  sadəcə,  xəstə-lənmisən,  mühitimizin

təsirindon əlavə təsirə - Ünə dözmür  beynin.  Özünü  anama  oxşadıb  cığa  buran

Gülbənizin yetirdiyi oğlunu, "a Som-somi" çağrrdığımız ikinci Səməd Əmirliyo

zəng  vurmuşam  rayona,  başa  salmışam  iş  nə yerdodi.  Gülənov  eşidib  mənim

zəngimi, sənə deyib "qorxma, Somini işə qoşmarıq. Sənin ölümün lazımdı bizə,

vəssolam!"

Meşədə pis  döyüblər  səni.  O  dəqiqədən  də Bağ  bəxtəvərliyindən məhrum

olmusan!


Arada beynin açılacaq, aydın Ün eşidəcəksən. Onda söz verəcəm sənə.

İç o "Badamlı"nı, qulaq as.

Kağızı çıxartdım kitelin cibindən, verdim Çürük oxudu. Aldım Abıya verdim,

Abı da oxudu. Kağız düşdü olindən.

İkisi də yasa batmışdı.

Kağızı  götürdüm  yerdən,  qatladım  qoydum  bura,  öz  pencəyimin  döş  cibinə.

Dedim:

-

Bakıya ayağım dəymiyəcək daha. Aspiranturaya da tüpürdüm,



"Voroso" kitabxanamıza da, Tədqiqatçısına da!

Niyə belə dedim?

Veteranlar  cəmiyyətində,  Qılınc  Qurbanın  arxivində atamın  dəst-xəttini

birinci mən seçirdim Qurban əminin xəttindən. Abı gülürdü ki, "Ay bala, anayın

qarnındamı  görübsən  rohmotlik  Sultanın  dəst-xəttini?.."  Bilirdi, əlbəttə ki,  xotti

tanıtdıran  var.  Həmin  arxivdə,  həmin  yetmiş  sək-kizinci  ildo  bir  vərəq  kağız

götürdüm, həmin  bu  kəlmələri  yazdım,  qoy-dum  Çürüknən  Abının  qabağına,

dedim, baxın, atamın xəttinə oxşayırmı?

İkisi də mütoossir oldu. Dedilər: - Kopyadı! Kopyadı!

Dedim:


-

Bəs  sözlərə niyə fikir  vermirsiniz?  Atamın  Vəsiyyətinin  sözlərini

yazmışam  bura.  Necə yəni  "məni  Varisim  öldürdü?!"  "Necə yəni  Varisimi  də

Varisi öldürəcək?!" Necə yəni "Baş açmıram, bu nə sirdi?!"

OdAğÜz niyə açmıyıb sirri?

Dillənmədilər. Abı "batin oldu". Çürüyü tər basdı.

Cırdım atdım o kağızı. Vəsiyyətin əslini də, gördün, indicə yandırdım.

Niyə?


Çünki  bu  yandırılan  sənəddə Səməd Əmirli  öz əmisi  Sultan Əmirlinin

qatilidi. Buna heç kəsin, o cümlədon Sultan Əmirlinin oğlu Mədəd Əmirlinin də

heç bir şəkk-şübhəsi yoxdu.



______________Milli Kitabxana_______________

Əslində,  mən  bayaq  mənə göstərilən  bıçağı  götürüb  atamın  qatilini  vurmalı

idim,  Gülənov  məni  həbs  eləyib  günü  sabah  güllələnmə kəsdirməli  idi,  bunnan

da bu tərəflərdə Yer Bağlan nəslinə son qoyulmalı idi.

Bıçağın dəstəyi ovcumda, niyə vurmadım? Onu deyim indi... Bu dal otaqdakı

qatillər  meşə yolunda  səni  çəkmənin  altına  salanda,  hələ o  dəhşətli  dəqiqələrdə

OdAğÜz  o  dəhşəti  göstərirdi  mənə,  bu  alaqaranlıq  küncdə Ün  eşidirdim:

"Səmini, Şöşünü də özünlə aparıb qırmaq istəyirsən o qatilləri. Unutma, Mədəd,

belə kin-küdurətli  qatilliklə sən əbədiyyətini  itirərsən!.."  Yazılıb:  "Varisimi  də

Varisi  öldürəcək".  Otur  orda,  gözlə,  Səməd  özü  gələcək  sənin  yanına"...  Xəlvət

bıçağı ovcuma basanda yenə Ün gəldi: "Bıçaqla yox, sözlə öldürəcəksən. Sözlə!

Orda - pavilyonunuzda  çox  ciddi  hadisələr  baş  verəcək.  Çalış  ehtirasa  qapılma.

Bizi dinlə! Bizi dinlə! Və bizim dediyimizi elə..."

Bil  ki,  indi  neyləyəcəmsə,  heç  biri  mənim  iradəmdən  asılı deyil, əmi.  Qatili

cəzasına  çatdırıb  məsələni  qurtarmaq əvəzinə sənin  atamı  nə vaxt,  necə,  hansı

şəraitdə öldürdüyünü danışmaq niyyətindəyəm indi.

"Mənəvi qatil" adlandırırsan özünü.

Niyə?


Səbəb məlumdu? Xeyr, səbəb bir deyil, həm də məlum deyil.

Mən birinci və əsas səbəbi deməliyəm indi burda.

* * *

Bu  üçpara  kənddə,  rayonda,  sənin  öz  yoldaşlarından,  professor



Məhərrəmovun  yetirmələrindən  və bu  "MüÜ  birliy"in  başçısı  deyib  ki,  Suitan

Əmirli şərəfsiz  adam  olub.  Qardaşı  Mədəd Əmirlini  öldürtdürüb.  Qardaşı  oğlu

Səməd Əmirlinin  istəklisini  zorlayıb.  Səməd Əmirlinin  də başına  hava  golib,  o

hadisədon  sonra  gedib əmisiynən  qabaq-qabağa  oturub  çaxır  içib,  sonra  yenə

havalanıb,  xəstə omisini  mənəvi,  psixoloji  sarsıntılara  salıb  öldürüb.  Sənod  də

var  bu  barədə.  Foto-kopiyası  çıxa-rılıb.  Sabah,  dekabnn  iyirmi  üçündə Mədəd

Əmirlinin  illiyində foto-kopiya  həmin  Çik-Çikin əli  ilə həmin  sovxa-kitelin

cibindən  çıxardılıb  nümayiş  etdiriləcək.  Millətin  qeyrətini  çəkən  "Milli  birlik"

rəisi,  Qudalı  məhlosinin  ağsaqqah  Rəhim  kişi  yenə nitq  irad  eloyocək.  Dövlət

nüma-yəndələrinin, milisin, prokuraturanın iştirakı ilə, Bakıdan xüsusi gəti-rilon

mosul işçiləri şahid kimi dindirəcəklər. Məqsəd nədi? Tutqu?

Xeyr.


"Vərəsə"mizin  məğzi - sonin  yazdığın  o  dissertasiyasayağı  tarixi  xronika,

bilirsən, o tayda da yayılıb. "Birlik" Bakıdan guya "Muğanna"




______________Milli Kitabxana_______________

şəcərəsindən  olan  bir  nəfərə xaricə getmək  üçün  pasport  düzəldib:  "Aydın

Muğanlı".  Aydın  gedib Ərdəbildə,  Zəncanda  nə qədər  Muğanna  var,  yığıb

hamısını.  Sonra  Çik-çik  təcrübəsiynən siyahı  yazıb  gətirib  verib  KQB-yə,

nəticədə nə olub? Necə qırıblar Ərdəbil, Zəncan  vilayətlərindəki ümidlərimizi?!

Sənin  üzünə duracaqlar  ki,  "Sənsən  Aydın  Muğanlı".  Və bu hərəkətin  ruhi

xəstəlikdən başqa bir şey olmadığı son dəfə sübuta yetiriləcək.

Plandı bu. Anti Türklərin qızılına satılmış həmvətənlərimizin planı.

Qırmağına  qıracaqlar Ərdəbil,  Zoncan  Muğlannı. Əmma  sənin  üzünə dura

bilmiyəcəklər.  Çünki  o  planlı  tcrrora  qədər  bu  pavilyonda  başqa  hadisələr  baş

verəcək.

Bayaq  sənin  başın  qarı  düşmənin  qucağında  olanda  yox,  mənim  saçım

çoxdan  ağarıb, əmi,  görməmisən.  Aralı gəzmişəm  həmişə səndən.  AdıPünhanın

mənzilində də,  Demokrat  Muğannaların  evlərində də çalışmışam  görmüyəsən.

Sarsıntılarımı  gizlətmişəm  ki, əsəblərini  pozan,  xəstəliyini  şiddətləndirən

danışıqlara  qapılmıyasan,  "Vərəsə"mizin  bəşəri  həqiqətini  şərh  eləyib,  məhz

Alim  kimi  qalib  gələsən İlana. Əmma İlan  üstələdi.  Sən  Hələbdo  olanda  orda

başqa birisi - çox təcrübəli kəşfiyyatçı da eşələnirmiş, on ikinci əsrdə Bağdadda

çap olunan "İxvan os-Səfa almanaxlarının məzmununu dəyişdirib, on ikinci əsrin

əlyazmaları şəklində çap  elətdirirmiş.  Yəni  sənin  zəhmətin  hədər  gedirdi.

OdAğÜzdən deyirdilər: "Sənin bu işin nəticə verməyəcək". Sən ehtirasa qapılıb,

Ünün əksinə çalışırdın,  mən  Leninqradda  ağlayırdım.  Bax  onda  dən  düşdü

saçıma. Sənin Ün əksinə getməyin, əsəb pozğunluğun və belə tez qocalmağın isə

otuz  dörd  il  bundan əvvəl  olub.  Rayondan  qovulduğun  gündən,  "Birliyin"

şərqşünas  inkarçıları çoxaldıqca,  Nizami,  Nəsimi  həqiqətləri,  milli  tarix

tapdandıqca  sənin  xəstəliyin  şiddətlənib.  Kainat  sakinləri  səni  Yer  mühitindən

Yer informasiyalarından təcrid eləyib, Məhərrəm Abbasoviçin mənzil şəraitində

ev  dustağı  kimi  saxlayıblar ki,  dissertasiyanı  populyar ədəbiyyat  şəklinə salıb

Elmin qavranmasını asanlaşdırasan, eyni zamanda özün də yenidən dərk edəsən

hər  şeyi.  Bu  il - səksən  səkkizinci  ilin  axırında  yenidən  Yer  mühitində İlan

informasiyaları  məngənəsində sıxılandan  sonra  yenidən  dumana  düşmüsən.

Alimsən. Əmma  SafAğ  Alimi  demək  olmaz  daha  sənə.  Heyrətlənmə!  Sakitcə

dinlə.  Qıyma-qıyma  danışacam  hər  şeyi.  Başa  düşəcəksən  ki,  nə qədər  böyük

Alim  olsan  da,  SafAğ  Alimi  deyilsən!  Evimiz  onda  yıxılıb  ki,  o  daş əzələli,

qəzəbli, saf, sadə, Səməd də ölüb, Dəli -OdƏl Səməd, - SimOd da!



Yüklə 4,34 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə