______________Milli Kitabxana_______________
-
Mədəd!.. Sən neynirsən?!
Mədəd, cürənin kökünü dəyişə-dəyişə, iri, soyuq gözlərlə əmisinə baxdı.
Dodaqları əsirdi.
-
Bilirsənmi kimə himayədarlıq eləmisən bu otuz dörd ildə? Qatil
yetirmisən, ey qatil! Min dəfə deyəcəm: "tələsirdi ki, Gülbənizə göz vursun!"
Sənin sabiq instruktor yoldaşın, indiki sədaqətli çekist yoldaşın, raykom katibi
Məsim Qonaqlı Çax-çuxun qızı Gülbənizin göbəkkəsmə nişanlısı deyildimi?
Niyə göz vururdun o pak, o gül bənizli Gülbənizə?!
Hiss eləmirdinmi, qəşəngcə başa düşmürdünmü ki, səndən ötrü ölürdü o
bədbəxt?! Gülgəzi bacılıq tutmuşdu ki, sənə yaxın olsun, Gülgəzlə sən "bir-
birinizin üzünüzə tamaşa eliyəndə o da sənə tamaşa eləsin!" Başa düşmürdünmü
ki, Məsimə ərə gedəndə ürəyi sənin yanında qalacaq, Məsimi qucaqlayanda səni
qucaqlayacaq?! Göz vura-vura xəstələndirdiyin o bədbəxt zənənə də dərs
demisən, "Vərəsə" vermisən ki, bətni dəyişsin, saflaşsın, cismani ehtirası SafAğ
İnsan məhəbbətinə dönsün.
Gözəl niyyətdi! Əlbəttə, uca məqsəddi! Əmma... Gözəl niyyətin, uca
məqsədin də düşüncəsizlikdən deyilmi?! Əməli də bətni kimi qəhbə zənən necə
saflaşa bilər, əmi?!
Zalda taraqqa-taraq düşdü.
Bütün Qudalılar, Gülənlilor ayağa qalxıb hiddətlə çaxnaşırdılar.
-
Bu nə dəstandı?
-
Kim ixtiyar verib sənə cəmaatı təhqir eləyəsən?
-
Alnına güllə istəyirsən?!
Qudalılarla Gülənlilərin ardınca Qonaqlılar, Tahirlilər, Qurbanlılar da ayağa
qalxdılar. Zalın o başında, qara dəri kresloda Xəlvət, zalın bu başında, qara dəri
kresloda Səməd nə halda idilərsə, indi Mədəd özü də demək olar ki, o halda idi:
nəfəsini çiynindən alırdı.
-
"Qəhbə" dedim, pis dedim. "Təbrif insan" deyərdim əvvəllər, yəni Elmi
terminlə danışardım, etika, pərdə gözləyərdim. Siz də razı qalardınız,
ustadlarının da... Təkrar eləyirəm, yoxdu daha o OdƏl - həqiqət Əli Mədəd.
Yoxdu!.. Sazla, sözlə deyək fikrimizi, bəlkə müvəqqəti də olsa dirildək Od Əlini.
Cürə inildədi.
-
Gizlin şairin bayaqkı sözlərini bir də eşidin. "Zarıncı" ustə:
Təhriflər içində içim yanmaqdan Özü SafAğ, bəxti qaraya döndüm. Ağrılan
ürəyimə salmaqdan içimdə qövr edən yaraya döndüm.
______________Milli Kitabxana_______________
Aşkar olammadım, bəmimdə qaldım,
Bəmimdə qocaldım, bətnimdə öldüm,
O gündən də "vəhy" - EvEydən Ün aldım,
"Mən yoxam" qışqıran haraya döndüm.
Bu yoxluqda varlıq Ündür, ey Təhrif,
Ünlə gələn Od sənindir, ey Təhrif,
Yan bu Oda, yox ol qurtar, ey Təhrif,
Bəlkə onda "haray" ƏrEyə döndü!
Lap azacıq şərh dinləyin.
- OdÜnsüz "Din"in 'Vəhy"ə döndərdiyi EvEy təhrif dildə "Allah"ı-mızın -
ƏlAğımız EySarın Uca Evidi. OdAğÜzdən Ün göndərənlərimiz EvEyin adından,
EySarımızın adından göndərirlər. Kiminin bətni bir başa Ünlə dəyişir, saflaşır,
Əbədilər dünyasına - Kainata layiq olur. Bətnən - daxilən, irsən qəhbə insan isə,
əməlində də qəhbə olduğuna görə, nə qədər məlumat alsa da, iztirab içində
boğulub, yalnız fikrən nisbi saflaşıb, cismində - bədənində titrəşən, ehtiraslı
hüceyrələrin əsirliyində, ehtiras əsirliyində qalır. "Ruh"dan - ƏrAğdan - SafAğ
İşıqdan məhrum olur və bildiyiniz kimi, OdƏrBağdan yox, "torpaq"dan, yəni
təhrif sözdən - təhrif şüurdan yarandığına görə "torpaq"a gedir...
Hoppanışmayın daha!
Oturun! Heç kəsnən yumruqlaşmıyacam. Kalaşnikovlar da susmalıdır! Mən
qorxmuram ölümümdən. Siz - qorxanlar ehtiras xəstələrisiniz.
Susun!
Nə Məsim Qonaqlının düşməniyəm mən, nə Səməd Əmirlinin, nə də sizin.
Eyni zamanda Məsim Qonaqlının da düşməniyəm, Səməd Əmirlinin də, bütün
Qudalıların, Gülənlilərin də. Yumruqla yox, Kalaşnikovla yox, həqiqətimlə
öldürəcəm sizi. Bu pavilyondan heç kəs səlamət çıxmıyacaq. Ata əvəzi əmim,
himayədarım, Alimim, Tədqiqatçım, fəxrimlə birgə hamınızı öldürəcəm!..
Müharibə illərindən bu vaxta qədər üçpara kəndin xidmətində olan, müqəddəs
saydığınız, istəkli şəfqət bacınız Sestrayla əri Dam direktor da daxil olmaqla,
bütün Rus məhləsinin, bütün Qonaqlıların, Tahirlilərin, Qurbanlıların paxırını
açıb tökəcəm.
Adam öldürməyə, qırğın salmağa yığmamısanmı sən bizi bura, Xəlvət?!
Arzunu yerinə yetirəcəm. "Qıyma-qıyma" öldürəcəm hamını! Lap axırda növbə
sənə çatacaq. Səlamət qalmaq istəyirsənsə, dur çıx get.
Hamıya deyirəm: getmək istəyən varsa, getsin...
Heç kəs tərpənmədi. Heç kəs dillənmədi.
______________Milli Kitabxana_______________
Mədəd tərli, soyuq əllərini yaylıqla silib, stəkana "Badamlı" töküb başına
çəkdi. Sonra "xrustal" qədəhi əmisinin tərli əlindən alıb içdi. Tələsmədən,
cürənin kökünü dəyişə-dəyişə, çayxana küncünü zaldan ayıran "pomost"un -
taxta səhnəciyin qırağına doğru yeridi:
-
Mən də daxil olmaqla, hamımızı soyuq tər basıb. Nəfəsimiz çatmır.
Burulğana düşəndə, sarsmtıdan, stresdon boğulanda belə olur adam...
Dəstanı davam etdirirəm:
"O üç nəfər- iki qız və bir oğlan bu fikirdə idi ki, Çax-çux Xalıqm kişmişi
təkcə onların ağzını şirin eləmişdi. Çünki Gülbəniz Səmədi sevirdi, Səməd
Gülgəzi sevirdi, Gülgəz isə hər ikisini sevirdi, buna görə də hər üçünün könlü
şaddı, ağızları da şirin.
Səmədin gur qara, deyilənə görə, mərhum anası Suranın saçlarına oxşayan,
dalğah saçları Gülbənizin ətəyinə doğru sallananda, o biri tərəfdən Gülgəzin qara
cığaları sallanırdı. Bu vaxt Gülbəniz qısqanclığını gülüşlə, zarafatla gizlədirdi:
-
Ey, ey, saçlarınız görüşdü! - deyib bir əlilə Gülgəzin, o biri əlilə
Səmədin başını dala itələyirdi.
Gülgəzin əli bir yandan Gülbənizin önlüyünün ətəyinə uzananda, Səmədin əli
də o biri yandan uzanırdı. Bu vaxt Gülbəniz yenə hər şeyi zarafatla gizlədirdi:
-
Ey, ey, əlləriniz görüşdü! - deyib bir əlilə Gülgəzin, o biri əlilə Səmədin
əlini dala itələyirdi. Sonra saçların, əllərin görüşü təkrar olunub, "dizlərin
görüşü", "ayaqların görüşü" də bunun üstə gəlib, hər üçünün arasında sehrli uşaq
oyununa çevrilirdi və kişmiş qurtarana qədər bu oyun davam edirdi".
Nədi bu?! Nə oyundu bu?!
On yeddicə yaş Əmirli nəslinin əziz-ərköyün balası Səmədimin. On yeddicə
yaş Qudalılar nəslinin əziz-ərköyün balası Gülbənizin, Məmiş Əlləzoğlunun -
Göbələk Məmişin zərifcə, balaca "Qaraçı qızı" - cığalı Gülgəz hələ lap körpəcə
qıza oxşayırdı. Və bu kişmiş oyununu o qədər də anlamırdı.
Görün, xəlvətə çəkilib kişmiş yeyə-yeyə necə şirin-şirin oynayırddar! Görün
nə qəşəngdilər, nə gözəldilər! Necə saf mələkdilər! Çax-çuxum da, Çax-
çuxumdan kişmiş almaqdan ötrü növbəyə duran Qonaqlılarım da, hamılıqla göz
yumurlar, özlərini görməzliyə vururlar ki, mələk balalarının kişmiş yeyə-yeyə,
əl-ələ, saç-saça, diz-dizə verib oynaşsınlar!
Dostları ilə paylaş: |