______________Milli Kitabxana_______________
Əmim də razılaşıb o kağıznan! Necə yəni "qəsd işi deyil?!" Terrordan söhbət
gedir burda! Söz-söhbətinizdən tamam aydındı ki, xalqın elminə, dilinə, tarixinə
terror elan olunub! Sədr Mədədin ölümü "qəsd" deyil?!
Yeddi il səkkiz ayda aramsız fikir-zikrimi az-çox durulanı budu indi. Kiməsə
danışmalıydım bunu mən. Danışdım budu!..
Qılıncın gözlərindən qıyıqlıq getmirdi.
- Bə niyə indi danışırsan?! Əmiyin o "qəsd işi yoxdu" sözlərini niyə indi
deyirsən?!
- Məsələ də elə bundadı, Qurban əmi...
Üç sual var beynimdə.
Birinci sual: Kim öldürüb? Bunu tapmaq çətin olar. Həm vaxt uzanıb. Həm
də o "Şüşəli pavilyon" adında düşmən ştabı yaranıb.
İkinci sual: Niyə öldürüb? Elmə görədi, şübhəsiz! Əmimi, səni, Xızr Abını,
Çürüyü, o gedən KQB polkovnikimizi - Saşanı... Ümumiyyətlə, hamınız niyə
susmusunuz?!
Üçüncü sual: Bu anlaşılmaz sükut sizin xeyrinizədirsə, yəni susmaq
lazımdısa, məndən niyə gizlədirsiniz?!
Tabutu açmağa qoysaydılar, çox şübhələnməzdim bəlkə də. Gülənov da
"Açma" dedi, əmim də. Sonra qəbiristanda gördüm qocalar atamın yarasını
gizlədirlər. Tək məndən yox, cəmaatdan da gizlədirlər. Aydınca gördüm, başa
düşdüm ki, atama qəsd olunduğunu çox adam bilir, əmma hamı dilini dişiynən
tutur, çünki bir nəfərin bir nəfərə qəsdi deyil bu qəsd, ele işdi ki, hamı susmalıdı.
Niyə açmırsınız mənə ki, mən də bilim və susum?!
O qurğuşunlu nalı bu yeddi il səkkiz ayda ürəyimdə qurğuşun kimi
gəzdirmişəm, heç kəsə heç nə açmamışam. Gözüm nalı axtarıb həmişə. Qatili
xəyalımda dəfələrlə ifşa eləmişəm, yaxasından yapışıb aparıb təhvil vermişəm.
Xəyalımda! Həyatda isə heç nə eləməmişəm. Çünki nə qədər "qan-qan" desəm
də, qaynayıb coşsam da, ürəyimin dərinliyində həmişə duymuşam ki, əslində, nə
nalın tapılmağını istəmişəm, nə də qatilin ifşasını. Çünki ifşa mənim "qəsd işi
yoxdu" deyən idealımı ifşa eliyə bilər, Qurban əmi! Sən duyursan məni.
Duyursan! Qəsd işi açılsaydı, sizin məndən gizlətdiyiniz sirr də açıla bilərdi,
əmim etiraf məcburiyyətində qalıb, etiraf eləməli olardı ki, düşmənnən
kompromisə gedib, inayətin üstünü örtüb. Bəli! Hamınız örtmüsünüz! Dəli
Səmədəm mən, dilimi dişimnən tutmaq qabiliyyətim yoxdu. Açıq deyirəm:
cinayəti gizlədənlərin hamısı iştirak eləyib cinayətdə!
______________Milli Kitabxana_______________
Deyirsən "səcdəgahın olmalıdı". Bu qurğu quran murdarların mühitində ideal
saflıq, əlbəttə, qeyri-mümkündü. Əmma nə vaxt dərk elədim bunu mən? İndicə!
Sən danışanda! Bu ötən yeddi il səkkiz ayda, dünən, bu səhər, lap beş dəqiqə
bundan əvvəl faciə içindəydim mən! O kupedə əmimi ifşa eliyəndə Xalıq
deyirdi: "Əsasım var". Mənim faciəmin də əsası var: idealım qadın zorlayıb
deyirəm! Bəraət vermə buna! Vermə! Bu hərəkəti məndən gizlətdiyiniz hərəkətin
üstünə gəlib cəlladdan da betər, alçaq adama çevirib əmimi! Abı kimi son də,
necə deyərlər, azacıq aşın duzu deyilsən, analiz verdin, xeyli yüngülləşdirdin
dərdimi. İndi yoxdu bayaqkı faciə. Mübaliğəsiz deyirəm, yoxdu. O qadının
gözləri var gözümün qabağında. Öz fağırlığına, məzlumluğuna görə zalımlar
əlində oyuncağa dönən zənənin bədbəxtliyi var! Bir də... Gizlətmirəm ; səndən,
ağır itki hissi var, Əlləzoğlu nədi?! İnsanın istəyi - bütün varlığıdı! Varlığımı
itirmişəm mən! Niyə gizlədim?! Sultan Əmirlini xoşbəxt eləmək istəyirdim
dünən. Həqiqətən gördüm mən dünən. Deyirdim gücüm çatar, yanğımı
basdalıyaram içərimdə. İndi bu itki daha pis üzür məni! Əmma... bayaq
"Ölmüşəm" deyəndə nəzərdə tutduğum faciə isə yoxdu. Yanan Vətənimi
görmürdüm! Qırılan xalqımı görmürdüm! Sədr Mədədin iki vətənli durnalarını
görmürdüm! Belə dəhşətli böyük faciə içində əmimi yenidən göstərdin sən mənə.
Saşa Babayev bilirmiş kimə tapşırmaq lazımdı mənnən danışmağı!.. Abı babam
peyğəmbər kimi adamdı. Əmma o Şüşəli pavilyon barədə danışmalıydı o mənə...
Əmimnən bərabər səni də yenidən gördüm. Kimin ağlına gələr ki, hətta Qılınc
Qurbanı da çirkaba batırıblar bu murdarlar?! Qıymat kimi uca qadının barəsində
də söz deyiblər! Doğrudan da, xəbərim yoxuymuş dünyadan. Kömək elə mənə,
əgər mümkünsə, bu nalı, bu qurğuşun yükünü də çıxardım ürəyimdən. Fakt
özlüyündə dəhşətli faktdı axı! Qardaşının qanını batırıb!.. Özü də gördüyünə göz
yummaqnan yox, saxta "zaklyuçeniye"ni şüurlu təsdiq eləməknən batırıb Mədəd
Əmirlinin qanını! Nədi bu?! Mənəvi iflas deyirlər belə kompromissə. Əmma
əmimə yaraşdırmamışam mən "iflas" kəlməsini. Ağlıma gəldikcə dərhal atmışam
beynimdən bu kəlməni. Səbəbini dedim sənə, ifşadan qaçmışam. Əmimin hər
şeydən əvvəl, məhz uca mənəviyyatıynan fəxr eləmişəm mən həmişə, üstünə toz
qonmağını da istəməmişəm. Hətta Mirqəzəbnən telefon danışıqlarından sonra
necə sındığını, necə əyildiyini görəndə də, həmişə yenilməz saymışam əmimi.
______________Milli Kitabxana_______________
İndi ayıq düşünmək istəyirəm. Ən acı həqiqəti də çəkinmədən deyə bilərsən.
Bu vaxta qədər soruşmamışam, indi də soruşmuram ki, necə olub razılaşmısınız
o cür sənədnən. Dəhşətə gəlirəm, deyirəm Qılınc Qurban hara, o cür cinayəti ört-
basdır eləmək hara?! Əmma bunu da soruşmuram səndən. Bircə şeyi dəqiq
bilməliyəm mən: əmim niyə o hala düşdü o ləkəni görəndə süfrədə?! Qardaşının
yarasını gördü, dözəmmədi? Əgər belədisə, bəs Çürüknən Abının "Zarıncı"sı
niyə yaş çıxartmadı gözündən?! Heç olmasa köyrəltmədi! Niyə o cür yatdı?! Daş
kimi!
Əzabımı duyursanmı, Qurban əmi?!..
Bayaq sən vəhşi düşmənə qalib gəlməyə qabil güclü adam göstərdin mənə və
mən başa düşdüm o dəhşətli adamın o gücünü. Deyəsən çox böyük faciələr
gözləyir bu bədbəxt xalqı. Məhz buna görə də hər cür dəhşətə dözür Sultan
Əmirli ki, səlamət qalsın, mübarizələri davam elətsin.
Yas qurub yasda yatan adamı isə başa düşmürəm!
Çürüknən Abını xüsusi gətirtmişdi. Ağlayıb daxilən yüngülləşmək istəyirdi.
Bəs niyə daşa döndü?!
Duyursanmı mənim işgəncəmi, Qurban əmi?! - Səməd dartıb köynəyinin
yaxasını açdı, Sudüşənin qurtaracağından, meşənin sağ səmtindən başlayıb,
ulğunluqlar, pöhrəliklər, sirkanlıqlar arasında zolaq-zolaq uzanan pambıq
sahələrinə tərəf boylandı. - Bura göndərib məni. Gecəni gündüzə qataram,
pambığın arasında yataram, ta yığım qurtaranacan bu çöllərdən yığışmaram!
Bircə bu əzab olmuyaydı, Qurban əmi! Güclü adam öz yerində! Mübarizlik,
yenilməzlik, hamısı bir yana, mən insan görmək istəyirəm, Qurban əmi! Dünən o
yatanda məhz insan itirmişəm mən! Necə qaytarım, necə dirildim o insanı?!
Qılınc Qurban dümdüz yerdəcə tövşüyürdü.
- İndi hər şeyi açıq deməliyik biz sənə. Deyirsən "böyük faciələr gözləyir bu
bədbəxt xalqı". Xəbərin varmı ki, İrəvanda, Dərə Ələyəzdə, Göyçədə,
Başkeçiddə yurdumuza süpürgə çəkiləndə, yəni qırx səkkizinci ildən bu yana
Borçalıya da süpürgə çəkildi, Təhləni də, Qara-Çöpü də, Qarayazını da (hansını
deyim), Tiflisin arxalarının, bərisinin camaatını da irdələyib lap az-maz
şübhələndikləri adamları da sürdülər. Eşalonlarda çörəksiz, susuz saxlayıb
qırdılar! Əmin "Emadin"də gedirdi, Çalışırdı heç olmasa tək-tək adamlara, yəni
şəxsən dərs dediyi, Elm öyrətdiyi təsərrüfat başçılarına tutarlı partiya sənədi-filan
düzəltsin, saldırsın, saxlasın, sürgündən, üzü üstə ölü kimi qayıdırdı, dost,
məslək-
Dostları ilə paylaş: |