______________Milli Kitabxana_______________
daş yanında da rəmznən danışırdı: "Ağac qalmadı, qırdılar, ay Qurban, ay Abı,
Bağlar bəhrə verməz daha!" Nər Sultanımız uşaq təki hönkürürdü: "Bağdayı
əfsanəyə döndərdilər!.."
Bir gün var... Bir payız günü, yağışı-yağmırıynan, dolub camma, ürəyimə,
beynimə, çıxmır ki, çıxmır... Sultan o cür uşaq təki ağlıyandan sonra yuxum ərşə
çəkildi. Bu cırtdan əmin elə sındı, arıqladı ki, lap, nə deyim, ərdova döndü,
adamlıqdan çıxdı. Nədən ki, boğazımdan çörək də getmirdi... Necə oldusa,
gecənin bir aləmində bir azacıq mürgüləyib, birdən dik atıldım, köhnə mauzeri
belimə taxdım, tüfəngi çiynimə keçirdim. Dörd daraq patron sol çiynimdən, bir
daraq sağ çiynimdən saldım, birini də belimə bağladım. Stansiyada gurhagur
düşmüşdü, vaqonlar dartışırdı, arvad-uşaq qışqırışırdı, güllə səsi gəlirdi. O
dəqiqə bildim iş nə yerdədi. Yazıq atı çala-çuxurlarda, selavarlarda nə hala
saldımsa, Məhərin budkasına çatanda gördüm tir-tir əsir altımda. Qorxdum
çatdıyar at, düşdüm, buraxdım, cumdum, gördüm ne?.. Boyunu yerə soxum ay
Qılınc Qurban rayonun yarıcasını doldurublar on-on beş uzun eşalona, əmbə
aparammırlar; parovozlar qırıq-qırıq qışqırışır, vaqonları açırlar kimlərsə, o
biriləri kimlərsə güllə zoruna qoşurlar! Gülənovu görəndə qan beynimə vurdu bir
güllə sol ağının dabanına çaxdım, dübarə çökdü köpəyoğlu, birini də sağ
dabanına çaxdım, dəymədi, çökə-çökə döndü baxdı, gördü mənəm. Bağırdı ki,
"Başına atını təpib, görmürsənmi sürülür rayonun, sabah da sizin kəndləri bu
hala salacaqlar". Çəkildim, atıldım xəndəyə, alaqaranlıqda, heç bilirsən necə qıfıl
sındırdım?! Şarak-şarak, vaqonun qıfılı daloy! Şarrak-şarrak - o birisi daloy.
Cəmaat da ayıq tərpəndi, qapıları o yan-bu yan çəkib töküldülər düzə, kola-
kosa... Məxlək bir də o vaxt ayıldım ki, tüfəngin qatarları bom-boşdu. Mauzerdə
də üç-dörd güllə qalıb. O damda, relslərin dalında da rusun əskəri qarışıb
Erməninin yekəpapaqlısına, üzü üstə döşənişib parta-part döşəyirlər. Öz-özümə
dedim "işin bitib, a Qurban". Bir də nə görsəm yaxşıdr, qız uşağı, arıqlığından
yıxıldıqca sümükləri taqqıldayır. Baxdım - kim? -Lütün kiçiyi, o Diniş deyilən,
özü ağırlığında xurcunun iki dolusu patron, sürüyür, yıxılır, qalxır. Xır-xırıldadı
ki, dədəmgil daldan gəlirlər, qorxma. Məxləs, gün çırtanacan döyüşdük, camaat
qaçdı, dağıldı dağa-daşa, Rusnan Erməni də doluşdu vaqonlara, taraq-taraq dala
sürdülər köpəyuşağı. Bilirsənmi niyə? Nə qədər açığıydısa sürgün, bir o qədər də
xəlvətiydi, ay oğul! Əmin! Əmin də ordaymış, ey, kürəyimdə ağacın dalına
gedib atırmış! Özü də nə? Pulemyot! Bəli!.. Hökumət heç üstünü
______________Milli Kitabxana_______________
vurmadı o işin. Demə Moskvadan qadasın aldığım o istinni bolşeviklərdən
hansısa dədəsini yandırıb. Bağırovun ki, Mejdunarodnıy skandalını istəyirsən,
ayıb olmasın şalvarlarını çıxartdı Bağırovun sağ-solundakı ermənilərin. Getdi
Kremli də bir-birinə vurdu. Görüm necə deyib? Hə: "Rano ili pozdno sarvyotsya
etot antiturkskiy plan! Toqda ves mir poydet na nas! Yəni "Na vas!.."
1
Əmin insanlığım itirməyib, oğul!.. Otuz dörd ildə şəxsən yetirdiyi Bağ
övladları getdi! Cəfər kimi pak mələk getdi! Göz yaşı qalarmı Sultanda?! Demə
"bəs niyə daşa döndü?!" Deynən "nə yaxşı dözür?!."
Səmədin fikri haçalanmışdı:
- ...Cəfər əmi də... tutulub?
- Hə də... Bədbəxt Lüt!.. Zahirən suyumsuz, daxilən Bağ övladı getdi
əlimizdən. Danışardım. Qorxuram tamam-kamal bir şey çatdırammaram. Sultan
özü dərs deməlidi sənə. Özü! Üz döndərmə qardaşımdan, oğul! Başqaları təki
sən də mükəmməl dərs al. Bax, onda biləcəksən bu dünyanın tarixini. Yazıq Abı,
"Adəm, Həvva" eşidəndə dəli olur: "Torpaqdan yaranmışıq, torpağa gedirik"
deyən olanda, inanırsanmı ki, kəndin ortasında palçıq yığır ovcuna, yoğurur,
başdı-ayaqlı kuklasayağı düzəldir, düşür o "torpaqdan yaranmışıq" deyənlərin
üstünə: "Budu ha! Nəfəs verin, Adəm eleyin bunu, Həvva eləyin! Ər-arvad
eləyin, doğsunlar, törəsinlər!.." - qan-tərə batır, daha Qudalılardan-zaddan da
qorxmur, yığır cavanları, aparır dərs deməyə... Təftiş Abbasın oğlu Məmməd
Xələf Zal sənnən oxuyurdu məktəbdə. Xızr Abıdan dərs alandan sonra getmədi
ali məktəbə, bilirsən, şoferlik eləyir. Hünərin var get ona deynən "Bağ hara,
insan hara?!", göyə çıxar hirsindən ki, "Bağ olmuyan insan da var?!"
Səməd Mədəd oğlu Əmirli, üç qardaşın Bircə balası bu vaxta qədər bilmir ki,
Bağlığından xəbərsiz insanların cəhaləti ucbatından zülm altındayıq biz!.. Sağ
olsaydı, bədbəxt Lüt də belə deyərdi sənə. Səməd duruxdu. -Ölüb?! Qılınc
Qəhərləndi. - Dalını Abı danışsın. Abı da qəhərli idi. Astadan:
- Öldürüblər, - dedi. - Burda, sovetliyin üç para kəndində, bir də
Qaraçöpdən, Təhlədən gələnlərimizin arasında öz rəmzlərimiz varıydı.
KeQeBe-nin klubu.
______________Milli Kitabxana_______________
Elmi mənimsəyən adamlara "Varlı adam" deyirdik, mənimsəyə bilmiyənlərə,
ümumiyyətlə, cahillərə "kasıb" deyirdik. Yazıblar KeQeBeyə. Məhərrəm Sultana
xəbər çatdırıb ki, "Varlı", "Kasıb" məsələsini şəxsən Mirqəzəbə çatdırıblar,
Mirqəzəb də şəxsən Stalinə deyib. Təfsilatını Qurban yaxşı bilir.
Qılınc Toxtamışdı.
- Hə, bilirəm, - dedi. - Krımdan, Stalinnən görüşdən qayıdanda Mirqəzəb
burda, Məhərin budkasında vaqonuna çağırıb Sultanı. İçəri girəndə yekə bir
siyahı qoyub əmiyin qabağına: başda bizim bədbəxt Lüt, Qurbanlının sədri
İsgəndər kişi, Tahirlinin sədri Cəbrayıl kişi... Qışqırıb ki, "Vot tvoyo istinnoye
litso.
1
Millionen vse oni!" Əmin deyib: "Bunlar təsərrüfat başçılarıdı, hərəsi altmış
əməkgünü alır, aylıq əmək haqları beş yüz-altı yüz manat olur". Gözü kəlləsinə
çıxıb ki, "Tı yeşşo zaşişayeş ix? Moy rabomik Xalıq xoroşo znayet ix".
2
Yazıq Sultan! Nələr çəkib başı!
Deyir: "Dərdimi heç kəsə açammadım, düz iki il gecə-gündüz dişimnən,
dırnağımnan müdafiə elədim"... Bildirrəri elə bu vaxt, yığım-qabağı, günortaüstü
atın yəhərini alırdım həyətdə. Bir də gördüm əmin maşınını qoyub düzün
ortasında, pay-piyada gəlir. Bir əli boğazında, o biri əli ürəyinin üstə. Dolçanı
doldurdum daş suyuynan, yüyürdüm qabağına. Dolçanı aldı, başına, sinəsinə
tökdü suyu. Dedi: "Sualıma cavab ver, a Qurban. De görüm, kolxoz sədrlərini
müşavirə zalında sorğusuz-sualsız həbs eləyib, dustaq vaqonuna basdırsam,
neylərsən mənə?" Dedim: "Gülləliyərəm səni". Dedi: "Lüt Cəfəri də o cür
basdırıb, Çax-çux Xalıqın arzusuynan, general Persin əmriynən Qudalı Rəhimi
sədr təyin eləsəm, neylərsən?" Dedim: "Gülləliyərəm". Dedi: "Yun planını yüz
əlli faiz eləmək xatirinə cəmaatın evindən, körpələrin altından döşəkləri çəkib,
cırıb yunu alsam, neylərsən?" Dedim: "Gülləliyərəm". Dedi: "Onda üçqat
güllələnmə düşür mənə". Dedim: "Sən belə şey eləməzsən axı, ay Sultan!" Dedi:
"Özüm elədim, ya general Persə mane olammadım, nə fərqi var?!"
Belə dərd sahibidi əmin, Bircə bala!
"Budu bax sənin həqiqi sifətin!"
"Sən hələ bir müdafiə də eləyirsən onları?! Mənim işçim Xalıq yaxşı tanıyır onları".
Dostları ilə paylaş: |