______________Milli Kitabxana_______________
Çox naziksən sən, mənim balam. Əmma dünyadan ayrılıbsan, yeddi ildə öz
içərinnən əlləşibsən. Bakıdan gələli, bu iki gündə çəkdiyini bəlkə yeddi ildə də
çəkməyibsən. Əzabını duyuram. Əzabına, işgəncənə qurban olsun Qurban
əmin!.. Bağışla baş-ayaq danışıram, fikrim qarışdı bir az. Elə sözmü dedin ki,
qarışmasın? "İnsan itirmişəm"... Qanan adamdan ötrü çox ağır sözdü bu.
Əmindən ayırmıram mən özümü. Nə vaxt bilsəm, başa düşsəm ki, doğrudan da
itirmişəm insanlığımı, o vaxt bu qoşalülənin lüləsini diriyərəm çənəmin altına,
ayaq barmağımnan tətiyi basaram, məsələ qurtarar.
Əmini görmürsən sən, görəmmirsən hələ. Öz içərindən savayı heç nə
görmürsən hələ sən. Gözün baxmağına baxır, əmma qabağındakı adamı
görmürsən. Daş kimi yatdı deyirsən. Əmin, axı, yatmamışdı, oğul! Yatmamışdı!
- Yatmamışdı?!. Necə yəni, yatmamışdı?!
- O bayatıdan sonra Sultan yox, son yatmışdın! Sən! Sultan heç
mürgüləməmişdi də! Mənim gözümdən yayınmaz heç nə, bala!
Səməd xeyli dayandı.
- A kişi, sən nə sərsəmləyirsən?!
- Artıq söz demə! Şillə yeyərsən!.. Bəli, Sultan yatmamışdı deyirəm. Sən
başını stola dirəyib silkələnirdin dərdli-dərdli. Sultan divandan sürüşdü, diz
çökdü sənin qabağında, hönkürdü, yalvardı: "Sən burda qalmalısan!.. Sən burda
qalmalısan, Bircə balam!.." Bə sən neylədin?! Dik atıldın həqiqətən dəli təki!..
Sultanı mən bilirsənmi necə tanıyıram? Bir otaqda yüz adam yatsın, Sultan da
olsun o yüzdən biri. Gözümü bağla mənim, sal o otağa, deynən tap Sultanı
bunların arasında, gözü bağlı gedib deyərəm budu. Çünki inildəyir əmin yatanda.
Lap az-maz mürgüləyə ha, mütləq inildəməlidi! Neçə il bir damın altında
olubsan əminnən, eşitməyibsənmi yatanda necə inildəyir?! Mən, məsələn,
ömrümdə uzanmaram yatanda. İki balınc qoyuram kürəyimə, oturan yerdə
yatıram. Rəhmətlik Mədəd gərək hökmən üzü üstə uzanaydı, qıçının birini
yığaydı qarnına, ayrı cür yuxu getməzdi gözünə. Sultan da elə yatır, əmma
gözünə yuxu gedəndə elə inildəyir, elə bilirsən ətindən ət kəsirlər.
Dal otaqdaydım, ordan gördüm gözünü yumub yazıq, sənin üzünə baxammır.
Sən hönkürəndə əyildi, ikiqat oldu divanda. Daş əyilərmi, bala?! Elə əyildi ki,
stolun bu biri tərəfindən görmədin daha sən onu. Qabağında diz çökəndə də
görmədin. Çünki deyirəm, başını stola dirəmişdin, silkələnirdin, ağlayırdın.
Abıynan mən, Çürük, bu biri yandan
______________Milli Kitabxana_______________
tamaşa eleyirdik nər Sultanımızın aqibətinə, biz də ağlayırdıq. Çünki, deyirəm,
əmin yalvarırdı sənə: "...Getmə bu evdən, oğul! Sənsiz puçdu hər şey, ay Səmi
balam, Bircə balam!.. Sən getməməlisən bu evdən!.. Getməməlisən!.."
Hoppandın, əllərini üzünə şappıldatdın, gurultuynan düşdün pilləkandan,
yıxıldın, qalxdın qaçdın!.. Necə yəni "qadın zorlayıb?!" Yazıq canım, dona
girdim, dedim: "Bilirəm mən onu". Nəyi bilirəm, əşi?! Budu bax, Abı desin, bu
müqəddəs insan desin necə olub əhvalat! İçirdiblər, deyirəm, sonra aparıblar
Rəhimin evinə, Gülgəzi çağırıblar ki, gəl qaynatana qulluq elə. Sonra da eşikdə
qızı yıxıblar qurta-qurt bir şüşə konyak töküblər boğazına!..
- Bəsdi!.. Bəsdi, Qurban əmi!.. - Səməd boğuldu. Gözləri qaraldı. Əmma
dünəndən bəri beynini qaynadan sözləri çatdırmağa çalışdı:
- Mən stolun dalında elə ağlayanda divanda deyildi əmim?! Yataq
otağındaydı! O yataqda, o taxtda... ağ yastıq üstündə qara saçlara qarışan ağ saç
mənimki idi?! Necə yeni "bu müqəddəs adam desin?!" Mayda nə olub, bilmirəm.
Mən...
Abı gözlənilmədən, əlini onun yaxasına atdı.
- Bura bax ey! Sən niyə belə tərs-avand görürsən hər şeyi?!
Səməd qışqırdr.
- Mən dünən öz gözümnən gördüyümü deyirəm! Qara saçlara qarışan o ağ
saçları!..
Qocaların rəngləri dəyişdi. Abı dedi:
- Elə şey olmadı dünən.
Qılınc dedi:
- Nə?!
- Atan əvəzi bu kişi deyir Sultan divanda ikiqat olub yalvarırdı sənə. "Sən bu
evdə qalmalısan!.." Niyə inanmırsan, ay nadan?! "Taxt" nədi?! "Qara saç, ağ
saç" nedi?! Gözün alacalanıb sənin!.. Bəli!
* * *
Bir az sonra Qonaqlı ilə Tahirlinin arasında, meşənin ətəyində, bu yerlər üçün
yenilik sayılan "Şüşəli" pavilyonda, yəni fasadı və sağ-sol divarları şüşədən
ibarət olan intemat yeməkxanasında oturanda da Səməd sevincindən titrəyirdi:
"Gözüm alacalanıb?! Demək, mənə deyirmiş "qalmalısan!.." Gör, diqqət yetir
indi, ağ evdəki o qara saçla ağ saç-
______________Milli Kitabxana_______________
lıların arasında necə mərd söhbətlər olub, münasibətləri necə açıq və aydındır ki,
Sultan üçüncü nəfərin də o evdə qalmasını mümkün sayıb "Qalmalısan!" - deyib!
Yəni "qal, bir evdə, bir süfrə başında, birlikdə qalib gələk bu dərdə!
Bezobraziyeyə birlikdə qalib gələk!.." "Mərd əmim! Uca əmim! Səcdəgahım!.."
Belə bir kədər, dərd içində gur sevincin ardınca boz "Pobeda" pavilyonun
qabağında, qoca çinarın qatı kölgəsində dayananda, Müslüm soldan, Sultan
sağdan düşüb, taybatay açıq dəmir qapıya yönələndə Səmədlə birlikdə Xızr Abı
da ayağa qalxdı.
- Qurban hardadı?! - Sultanın sifəti avazımışdı.
Abı gözlərini tavana qaldırıb:
- Ey sahibim, özün kömək ol! - deyəndən sonra udqundu. - Xoş gəldin,
qurbanın olum. Bakıda deyildinmi?! Niyə qayıtdın?!
- Soruşuram Qılınc hardadı?!
- Burdaydı. Kənddə deyəsən nəsə olub, çağırdılar, Qonaqlıya getdi.
- Bəs siz niyə burdasınız?! O xaraba Qonaqlıda ele işlər olur, sizin də bu
xarabada iştahanız açılıb?! Əclaflar!
Abı tamam özünü itirdi.
- Sən belə danışmazdın mənnən, qurbanın olum, nə olub?! Desənə!
- Necə nə olub a kişi?.. De görüm adı "falçı" qoyulan Abımız heç nə bilmir?!
Dünən səhərdən göstəriş verilib Əlləzoğluna ki, mülkü yandırmalısan. Qurban
eşidib... Dünəndən eşidib. Bəs kitabxananı niyə çıxartmamısınız ordan?!
Abının uzun qolları yavaş-yavaş qalxdı, uzun, kələ-kötür barmaqlarla başını
tutub hərəkətsiz qaldı.
- Kitabxana!.. "Vərəsə?.'" "Xəzinə?!"
- Hə!.. "Süleyman peyğəmbərin xəzinəsi!.."
- Ay oğul, "Xəzinə"nin bu mülkdə olduğunu sən nə vaxt demisən mən
bədbəxtə?!
Sultan duruxdu:
- Qurbana demişdim... Mədəd, mən, Qurban, Məhərrəm, Saşa... Beşimiz
bilirdik. Bakıda Saşa dedi mənə ki, evi yandırdılar, yəqin "Xəzinə" də yandı... O
bədbəxti Moskvaya istintaqa apardılar. Deyirdi: "Güllələyəcəklər məni". Onun
dalınca getmək əvəzinə bura cumdum. Çünki, yadımdadı, Xudiyev ora-bura
çəkirdi. Sənin "Xəzinə"nin orda olduğunu kimsə çatdırmışdı ona. Demək,
yanıb?!
- Vay, vay!.. Evdə hər şey külə dönüb, ay oğul!
- Yaxşı, gəlin!
Dostları ilə paylaş: |