İsa Musayev, Mətləb Əlizadə



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə29/74
tarix26.09.2018
ölçüsü1,71 Mb.
#70451
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   74

 
82 
t2=” “ 
 
t3=” “ 
End Sub 
Sonra Forma(object) pəncərəsinə keçib ―Hesabla‖ prosedurunu hazırlayırıq. Yəni, cmdHes 
əmr düyməsi üzərində sol düyməni 2 dəfə basıb kod pəncərəsini açıb proseduru aşağıdakı 
kimi yazırıq: 
Option Explickt 
Dim a, b, c As Single 
Private Sub cmdHes_Click() 
a=Val(t1) 
b=Val(t2) 
c=a-b 
t3=str(c) 
End Sub 
Sonra Run və ya F5 düyməsi ilə layihəni icraya buraxırıq. Sonra ―Son‖ düyməsini basıb, 
işi  bitiririk.  Sonra  Excel  faylına  ad  verib  yadda  saxlayırıq.  Sonra  Сервис-də  Защита-
Параметры-Безопасность-Средняя  marşrutu  ilə  Excelin  müdafiə  rejimini  orta 
səviyyəyə  endirməli.  Sonra  Servis-Redaktor  Visual  Basic-  ok  marşrutu  ilə  formanı  açıb 
F5-lə  işləmək  olar.  Sonra  isə  Сервис-də  Защита-Параметры-Безопасность-Высокая 
marşrutu ilə Excelin müdafiə rejimini bərpa etmək lazımdır. Əgər növbəti açılışda forma 
görünməzsə,  Alt+F11  düyməsi  ilə  module  bəndinə  keçmək  və  sonra  Play  bəndi  ilə 
layihəni  işlətmək  olar.  Ən  yaxşısı  Excel  səhifəsində  Forma  açan  düymə  yaratmaqdır. 
Bunun üçün modulda: 
Sub Кнопка1_Щелкнут() 
IEFH.Show 
End Sub 
Yazmaq kifayətdir. 
 
5.4.7. Dəyişənin tipi, adı və qiyməti 
Prosedur dillərində olduğu kimi, obyekt-istinad dillərində, o cümlədən, Visual Basic 
dilində də dəyişənlər mühüm rol oynayır. Dəyişənlər verilənləri saxlamaq və emal etmək 
üçündür. 


 
83 
Dəyişənlərin hər biri öz adı ilə verilir. Bu ad dəyişənin qiymətinin saxlandığı yaddaş 
oblastını göstərir. Dəyişənin qiyməti müxtəlif tip verilənlər ola bilər. 
Dəyişənin  tipi.  Dəyişənin tipi verilənin tipinə  görə təyin edilir.  Ədədi tip dəyişənin 
qiyməti  ədəddir  (Byte,  İnteger,  Long,  Single,  Double).  Məntiqi  tip  dəyişənin  (Boolean
qiyməti True (doğru) və ya False (yalan), sətri tip dəyişənin (string) qiyməti isə simvollar 
ardıcıllığıdır və s. 
Dəyişənin tipi açar sözdür. Buna görə də bunlar digər sözlərdən seçilməlidir.  
Müxtəlif dəyişən (verilən) tipləri üzərində müxtəlif əməllər
103
 icra edilir. Müxtəlif tip 
verilənlər yaddaşda müxtəlif həcmdə yaddaş sahəsi tutur.  
Dəyişənin adı. Hər bir dəyişənin adı (identifikatoru) yeganədir və o, proqramın gedişi 
prosesində dəyişə bilməz. Dəyişənin adı müxtəlif simvollardan (latın və rus hərflərindən, 
rəqəmlərdən və s.) təşkil edilə bilər. Lakin dəyişənin adı yalnız hərflə başlamalıdır və adda 
nöqtə  işarəsindən istifadə etmək  olmaz.  Adın uzunluğu 255 simvoldan  çox olmamalıdır. 
Ədədi  dəyişəni,  məsələn,  A  və  ya  Число  adlandırmaq,  sətri  dəyişəni  A  və  ya  Строка 
adlandırmaq  mümkündür.  Visual  Basic  dilində  tam  ədədi  dəyişənin  adı  intA  və  ya  
intЧисло, sətri dəişənin adı strA və ya strСтрока kimi yazılır. 
Dəyişənin  tipinin  elan  edilməsi.  Həm  proqramçı,  həm  də  kompüter  bilməlidir  ki, 
dəyişənin tipi hansıdır. Buna görə də dəyişənin tipi elan edilir. Bunun üçün dəyişəni təyin 
edən  operatordan  istifadə  edilir.  Bu  operatorun  sintaksisi  aşağıdakı  kimidir:  Dim 
Dəyişənin Adı [As ТипПеременной]. 
Bir operatorla bir neçə dəyişəni elan etmək olar: 
Dim intЧисло As İntegerstrСтрока  As String
Proqramın icrası gedişində qiyməti dəyişməyən dəyişənə sabit deyilir. Bu, belə elan 
edilir: Const ИмяКонстанты [As Тип] = ЗначениеКонстанты. 
 
5.4.8. Hesabi, sətri və məntiqi ifadələr. Mənimsətmə 
Dəyişənlərdən hesabi, sətri və məntiqi ifadələr yaratmaq mümkündür. 
Hesabi  ifadələr.  Hesabi  ifadələrin  tərkibinə  ədədi  dəyişənlərlə  yanaşı,  həm  də 
bilavasitə ədədlər daxil ola bilər. Dəyişənlər və ədədlər üzərində müxtəlif hesabi əməllər, 
həmçinin funksiyaların köməyi ilə ifadə edilmiş riyazi əməllər icra edilir. Hesabi ifadələrin 
                                                 
103
ədədi dəyişənlər üzərində hesabi əməllər, məntiqi dəyişənlər üzərində məntiqi əməllər və s.
  


 
84 
hesablanması ardıcıllığı məlum qayda üzrə, mötərizə daxilində qüvvətə yüksəltmə, vurma, 
bölmə, toplama və cıxma ardıcıllığı ilə aparılır.  
Sətri  ifadələr.  Sətri  ifadələrin  tərkibinə  sətri  dəyişənlər,  sətrlər  və  sətri  funksiyalar 
daxil  olur.  Dırnaq  arasında  verilmiş  ixtiyari  simvollar  ardıcıllığı  sətr  adlanır.  Məsələn, 
―informatika‖, ―2000‖, ―2+2‖. 
Sətri dəyişənlər və sərtlər üzərində konkatenasiya
104
 əməli icra edilir. Konkatenasiya 
əməli ―+‖ işarəsi ilə təsvir edilir və bunun nəticəsində iki sətir bir sətrə çevrilir. 
Məntiqi  ifadələr.  Məntiqi  ifadələrin  tərkibinə,  məntiqi  dəyişənlərlə  yanaşı,  ədədlər, 
bir-biri ilə müqayisə edilən
105
 ədədi və sətri dəyişənlər daxil ola bilər.  
Məntiqi ifadələr yalnız iki qiymət ala bilir: ―doğru‖ və ―yalan‖. Məsələn: 
5>3 – doğru; 2*2=5 – yalan. 
Məntiqi ifadələrin elementləri üzərində məntiqi vurma (And) və məntiqi toplama (Or
əməlləri aşağıdakı kimi icra edilir: 
(5>3) And (2*2=5) – yalan 
(5>3) Or (2*2=5) – doğru  
Dəyişənlərə qiymətlərin mənimsədilməsi. Dəyişənin qiymətini mənimsətmə operato-
runun köməyi ilə daxil etmək mümkündür. Bu operatorun sintaksisi aşağıdakı kimidir: 
[Let] DəyişəninAdı = İfadə 
Adətən Let açar sözü yazılmır. Bu sözü = işarəsi əvəz edir.  
İndi bu deyilənlərdən istifadə edərək, müxtəlif dəyişənlər üzərində müxtəlif əməllər 
icra edən ―Dəyişənlər‖ layihəsi tərtib etməyə çalışaq. 
1.
 
Yeni  layihə  yaratmalı.  Qrafik  interfeys  yaratmaq  üçün  forma  (frm1)  üzərində  əmr 
düyməsi  (cmd1)  yerləşdirməli.  Fərz  edək  ki,  proqramda  arqument  kimi  iştirak  edən 
dəyişənlər tam ədədlərdir: (intA) və (intB). Nəticələr mənfi olmayan tam dəyişən:  bytC , 
birqat dəqiqlikli həqiqi dəyişən: sngD  ikiqat dəqiqlikli həqiqi dəyişəndir: dblE. 
2.
 
Proqramda istifadə edilmək üçün dəyişənləri elan etməliDim intA, intB As İnteger, 
bytC  As  Byte,  sngD  As  Single,  dblE  As  Double.  Bundan  sonra  hadisəvi  prosedur 
hazırlanmalıdır.  Bunun  üçün  obyekt  olaraq  cmd1  düyməsi,  hadisə  olaraq  düymənin 
basılması – Click() seçməli.  
                                                 
104
 
sətri birləşdirmə
 
105
 
>, <,  =,  >=, <= və s.
 


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə