129
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
Məsələnin həlli ilə əlaqədar Bəyanatın hazırlanması üçün 21 nəfərdən ibarət komis-
siya seçildi [3, №250, 1928].
Göründüyü kimi, həyata keçirilən vergi siyasətində sinfi yanaşma, əslində, Azər-
baycanın kəndli əhalisinə mövcud rejim tərəfindən təzyiqlərin daha da artması kimi
qiymətləndirilə bilər. Heç də təsadüfi deyil ki, müvafiq dəyərləndirmələr mühacir
ədəbiyyatında səslənməkdə idi. Bu xüsusda Azərbaycan siyasi mühacirətinin
görkəmli nümayəndəsi Məhəmməd Əmin Rəsulzadənin 1930-cu ildə “Горцы Кав-
каза” jurnalının №19-20 nömrəsində “Qafqazın Birliyi şüarı altında” başlığı ilə dərc
edilən məqaləsindəki fikirləri diqqəti cəlb edir. Burada yazılırdı ki, qolçomaqların
Azərbaycanda və bütünlükdə Qafqazda məhv edilməsi əhalinin əsas kütləsinin məhv
edilməsi deməkdir. Azərbaycanda əhalinin 60%-ı qolçomaq kimi ittiham edilənlərdir.
Heyvandarlıq da kollektivləşdirilmişdir. Qafqazda heç zaman torpaqdan istifadənin
icma forması olmamışdır. Bu rus həyatına xas hadisədir. Eyni zamanda eksperi-
mentlər sovet məmurları tərəfindən həyata keçirilmiş, bu məmurların 70%-i azər-
baycanlı deyil. Azərbaycanda inqilab zorla, qırmızı ordu tərəfindən həyata
keçirilmişdir. Kəndlilərin kolxoz əleyhinə mübarizəsi nəinki antisovet, həmçinin
işğal əleyhinə olmuşdur. Üsyançılar nəinki kollektivləşmənin ləğvini, eyni zamanda
milli hakimiyyətin bərpa olunmasını istəyirdilər [4, s. 21]
Daha sonra diqqəti 1931-ci ildə “Vahid kənd-təsərrüfatı vergisinin Azərbaycanda
aparılması haqqında” Az.SSR XKS-nin 22 aprel tarixli №562 nömrəli tarixli qərarı
qəbul etməsi faktı cəlb edir [5, №91, 1931].
Az.SSR XKS-nin sədri D.Bünyadzadənin və Az.SSR XKS-nin İşlər müdiri
A.Sadıxovun imzası ilə XKS-nin 1931-ci il 30 iyun tarixli qərarı verildi. Qərarda
nəzərdə tutulurdu ki, iyulun 10-dan gec olmayaraq vergi obyektlərinin qeydi və
qolçomaq təsərrüfatları aşkara çıxarılmalıdır [5, №151, 1931]. Bu zaman dövrü mət-
buatda dərc edilən məlumatlarda bəyan edilirdi ki, vergi mütləq toplanılmalıdır, sinfi
düşmənlərə güzəştə gedənlər ağır cəzalandırılacaqlar [5, №188, 1931].
XX əsrin 30-cu illərdə respublikada maliyyə-büdcə məsələləri ilə əlaqədar
diqqətəlayiq dəyərləndirmələr 1931-ci ildə fevral ayında Azərbaycanın VII Sovetlər
qurultayında Xalq Maliyyə Komissarı Əli Məhəmmədov tərəfindən edilmişdir.
Çıxışda maliyyə orqanlarının işinin yaxşılaşdırılması, qənaət rejiminin dərin-
ləşdirilməsinin vacibliyi fikri əsaslandırılırdı. Burada bütün təşkilatlara dövlət gəlir-
lərinin artırılması, istehsalat məxariclərinin maliyyə istehsalat planlarına əsasən
tutulması, çervonun və sosialist maliyyəsinin möhkəmləndirilməsi tapşırılırdı. Bunun
üçün isə birinci növbədə maliyyə vəsaitlərinin toplanılması işinin yaxşılaşdırılması
fikri əsaslandırılırdı. Çıxışda göstərilirdi ki, maliyyə vəsaitlərinin toplanılması bütün
respublikada 42,3%, sığorta planları 32,3%, kənd təsərrüfatı krediti ssudası 23,8%,
istehsalat kooperasiyasına verilmiş avans və əmanət pullar 22,6%, mənzil kooperativ
şirkətləri paraları 20%, kənd təsərrüfatı vergisi 11,7%, kolxozlar daxilində ehtiyat
para 7,1%, III sənayeləşdirmə istiqrazı 3,5% yerinə yetirilmişdir. Kənd təsərrüfatı
vergisi olaraq qolçomaq təsərrüfatlarından alınacaq birdəfəlik vergi planı 6,5%
(1.200 min toplanılmalıdır) kəndli vergi planı 11,5% yerinə yetirilib. Pambıq üzrə
bağlaşma avansı 22,6%, çəltik avansı 10,4%, digər bitkilər üzrə 2,9% və ümu-
miyyətlə avansların toplanılması 14,2% yerinə yetirilib. Əli Məhəmmədov təklif
edirdi ki, qüvvələr təcili səfərbərliyə alınmalı, maliyyə işlərinin möhkəmləndirilməsi
qərarı sağçı oportunistlərin ümidlərinə nəhayət verilməlidir [5, №38, 1931].
Bundan sonra M.Petrovskinin dövrü mətbuatda dərc edilən materialları diqqəti
cəlb edir.1931-ci ildə avqustun 12-də M.Petrovskinin dəyərləndirmələrində yazılırdı
ki, iyul ayında maliyyə vəsaitlərini səfərbərliyə almaqda böyük kəsir yaranıb. İyul
ayında icbarı vergilər 31%, könüllü vergilər 16% yerinə yetirilib. Dövlət vergiləri
üzrə birinci dekadada 536.000 m., 2-ci dekadada 562.000 m, 3-cü dekadada
1.047000 m. vergilər toplansa da, alverçilərdən alınacaqlar toplanılmayıb. Bakı
maliyyə şöbəsi möhkəmləndirilməyib. Əmanət kassaları üzrə işlər bərbaddır. Ko-
operasiyanın pay toplanılması işində səhlənkarlıq var. Kustar sənaye kooperasiyaları
üzrə pay toplanışı işi 19,2%, kənd təsərrüfatı kooperasiyası üzrə 9,4%, mənzil inşaat
kooperasiyası üzrə 11,6% yerinə yetirilib [5, №183, 1931].
“Kommunist” qəzetinin sözügedən nömrəsində N.Əhmədov
6
dəyərləndir -
mələrində yazırdı ki, avqust ayında kəsirin doldurulması mütləq yerinə yetirilməlidir.
O, bu işin inzibati üsullarla həyata keçirilməsini təklif edirdi [5, №183, 1931].
Daha sonra diqqəti SSRİ Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarları Sove-
tinin 1937-ci il 21 mart qərarı cəlb edir. Qərarda kənd sovetlərinin pul, sığorta və
natural ödənişlərinin yığılması səlahiyyətləri ləğv edilirdi. Müvafiq olaraq iyul ayının
1-dən vergi və sığorta ödənişlərinin yığılması yerli maliyyə şöbələrinə həvalə
edilirdi. Burada həmçinin SSRİ Maliyyə Komissarlığının SSRİ XKS-yə təqdim et-
diyi “Vergi və sığorta inspektor və müfəttişləri haqqında” əsasnamədə təsdiq ol-
unurdu.
Yeni Əsasnamənin Vergi və maliyyə müfəttişləri haqqında qaydalarını əks etdirən
müddəalara görə hər rayon (şəhər) maliyyə şöbəsində baş vergi müfəttişinin rəhbər-
lik etdiyi vergi müfəttişliyi yaradılırdı. Baş vergi müfəttişi, sahə vergi müfəttişi və
onun köməkçisi vəzifələrinə siyasi və peşə hazırlığı sovet hakimiyyətinin tələblərinə
uyğun olan şəxslər təyin olunurdu. Baş vergi müfəttişi vəzifəsinə orta və ali təhsili
olan və bir il vergi müfəttişi köməkçisi kimi nöqsansız çalışanlar, həmçinin SSRİ
Xalq Maliyyə Komissarlığının təsdiq etdiyi xüsusi fənlər üzrə hazırlıqlı şəxslər təyin
olunurdular. Orta təhsili olmayan şəxslər, lakin iki ildən az olmayaraq müfəttiş
köməkçisi kimi çalışanlar müvafiq sınaqlardan sonra bu vəzifəyə təyin olunurdular.
Baş vergi müfəttişlərinə rayon (şəhər) hüdudlarında vergi işinə rəhbərlik, məsələn
vergi ödənişlərinin tam və düzgün uçotunun aparılması, gəlirlərin mənbəyi və həcmi,
dövlət və yerli vergilərinin ödənişi və yığılması, vergi ödəyicilərinin şikayətləri üzrə
işlərə baxılması daxil edilirdi. Sahə vergi müfəttişlərinə vergi ödəyicilərinin bilava-
6
N.Əhmədov haqqında tarixi materiallardan heç bir məlumat əldə edilməmişdir.
130
S.Səməndərov. XX əsrin 20-30-cu illərində Azərbaycanda vergi məsələlərinin ictimai-siyasi və iqtisadi fikirdə...
Dostları ilə paylaş: |