131
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
sitə qeydiyyatının aparılması, onların gəlirlərinin mənbə və həcminin yoxlanılması,
dövlət və yerli vergilərinin məbləğinin vaxtında ödənilməsinin yoxlanılması daxil
edilirdi. Vergilər ödənilmədikdə vergi müfəttişləri qanunla nəzərdə tutulmuş qaydada
vergilərin ödənilməsi üçün tədbirlər həyata keçirirdilər.
Bütün idarə, müəssisə və təşkilatlar vergi müfəttişlərinin tələbinə əsasən vergi
öhdəlikləri, gəlirlərinin mənbəyi və həcmi barədə məlumat verməli idilər. Günahkar-
ları, gəlirlərin həcmini az göstərənləri vergi müfəttişləri məsuliyyətə cəlb etməli
idilər. Vergi müfəttişləri təftiş zamanı istehsal və anbar tikililərində axtarış aparmaq,
mühasibat kitablarını və digər sənədləri, heyvanların sayını, əkin sahələrini bostanları
və s. yoxlamaq hüququna malik idilər. Vergi müfəttişləri kolxozçulardan qanunla
müəyyən olunmamış vergilərin alınmasının qarşısını almalı və belə hallar barədə
rayon prokurorluğu və maliyyə orqanları rəhbərliyinə dərhal məlumat verməli idilər.
Vergi müfəttişlərinin fəaliyyəti revizorlar tərəfindən yoxlanılır. Vergi revizorları SSRİ
Xalq Maliyyə Komissarlığı Maliyyə İdarəsinin, müttəfiq respublikalarının Maliyyə
Komissarlığının vergi şöbəsinin və muxtar respublikalarının maliyyə komissar-
lıqlarının vergi şöbəsinin, ölkə və diyar maliyyə şöbələrinin tabeçiliyində idilər. Vergi
revizorları vergi müfəttişləri və onların tabeçiliyində olanları, vergi orqanlarının
fəaliyyəti ilə əlaqədar bütün sənəd və materialları yoxlamaq hüququna malik idilər.
Bütün hallarda revizorlar mövcud qanun və qaydaların, təlimatların pozulduğu halda
günahkarları müəyyən etməli, əyintilərin səbəblərini aşkar etməli və dərhal qarşısının
alınması ilə əlaqədar görülən tədbirləri yoxlamalı idilər. Vergi müfəttişlərinin öz
səlahiyyətlərindən sui- istifadə halları aşkarlandıqda həmin şəxsləri vəzifələrindən
kənarlaşdıraraq onları bu vəzifəyə təyin edənlərə təqdimatla müraciət etməli idilər.
Daha sonra Əsasnamədəki Sığorta inspektorları və müfəttişləri ilə əlaqədar prose-
durlara diqqətin yönəldilməsi yerinə düşərdi. Burada bildirilirdi ki, hər rayonun
(şəhər) maliyyə şöbəsində sığorta müfəttişliyi yaradılır. Sığorta müfəttişliyinə baş
sığorta müfəttişi rəhbərlik edir. Hər rayon sahələrə bölünür. Müvafiq olaraq sığorta
müfəttişləri də vergi müfəttişləri kimi vəzifəyə təyin olunurlar. Baş sığorta müfət-
tişinə rayonda sığorta obyektlərinin qeydə alınması, sığorta aktlarının və sığorta
zərərlərinin, sığorta ödənişlərinin müəyyən edilməsi, sığorta agentləri və işçilərinin
fəaliyyətinə rəhbərlik, könüllü sığorta xidmətləri növlərinin müəyyən edilməsi da -
xildir. Sahə sığorta inspektorlarının səlahiyyətlərinə sahə üzrə şəxsi sığortalama, ev
əmlakının sığortalanması, könüllü sığortalanma xidmətləri və s. daxildir. Bütün
idarələr, müəssisələr və təşkilatlar məcburi qaydada sığortalanmalı, sığorta orqan-
larına sığorta obyektləri barədə məlumat verməlidir. Sığorta inspektoru sığorta olu-
nan əmlakın vəziyyətini yoxlamaq, sığorta olunan tərəfin məsuliyyətsizliyi və
təsərrüfatsızlığı şəraitində rayon sığorta komissiyasının qərarı ilə sığorta öhdəlik-
lərini ləğv etmək hüququna malik idilər. Sığorta inspektorlarının fəaliyyətləri
sığorta müfəttişləri tərəfindən yoxlanılır. Sığorta işçilərinin təyinatı və işdən çıxarıl-
ması qaydası da vergi inspektorlarının təyinatı və işdən çıxarılmaları qaydaları kimi
132
S.Səməndərov. XX əsrin 20-30-cu illərində Azərbaycanda vergi məsələlərinin ictimai-siyasi və iqtisadi fikirdə...
idi. Qeyd etmək lazımdır ki, dövrü mətbuatda SSRİ XKS-sı Xalq Maliyyə Komis-
sarlığı tərəfindən təqdim edilən “Vergi və sığorta inspeksiyalarının işi barədə” geniş
təlimatın hazırlanması barədə də informasiya dərc olunmuşdu [3, №107, 1937]
Bütün bu faktlar göstərir ki, artıq XX əsrin 30-cu illərinin sonlarına doğru sovet
vergi administrasiyası o qədər güclənməkdə idi ki, hətta sığorta sistemi də vergi
mexanizmlərinin tərkib hissəsinə çevrilmişdi.
3. Nəticə
XX əsrin 20-30-cu illərində iqtisadi ədəbiyyatda səslənən fikirlərin təhlili göstərir
ki, Sovet hakimiyyətinin vergi proqramları təkcə dövlətin iqtisadi tələbatlarına
əsasən deyil, eyni zamanda sinfi və siyasi maraqlar da nəzərə alınmaqla hazırlanırdı.
Vergi sistemi sovet dövlətinin əlində yığım və gəlirlərin bölüşdürülməsinin sinfi
yanaşma baxımından tənzimlənməsi vasitəsi kimi çıxış edirdi. Bir sıra dəyər-
ləndirmələrdə sovet vergi siyasətinin sinfi məzmunu və bu istiqamətdə həyata keçiri -
lən tədbirlərin daha da şiddətlənməsi mütərəqqi hal kimi qeyd olunurdu. Lakin qeyd
etmək lazımdır ki, reallıqda bir tərəfdə heç nəyi olmayıb və bundan imtiyaz kimi
yararlanan geniş kütlələr, digər tərəfdən isə müəyyən qabiliyyət və səyləri hesabına
artıq sabit gəlir gətirən, nizamla çalışan təsərrüfat yaratmış, iqtisadi, siyasi və hüquqi
xarakterli təzyiqlərlə üzləşən, bütün vətəndaş haqq və hüquqları tapdalananlar var
idi. Bütün “sosial öhdəliklərin” ağırlığının məhz normal fəaliyyət göstərə bilən təsər-
rüfat subyektlərinin üzərinə düşməsi, təbii ki, ən azı anormal iqtisadi təzahürlər kimi
qiymətləndirilməlidir. İdarəetmədə vergi mexanizmləri də daxil olmaqla mütərəqqi
üsullar bütünlükdə cəmiyyətin müxtəlif sosial təbəqələrinin mənafelərinin uzlaşdırıl-
masına və sosial harmoniyanın yaradılmasına xidmət etməlidir. Lakin bu əhəmiyyətli
faktor XX əsrin 20-30-cu illərində vergi prosedurları müəyyənləşdirilərkən diqqət-
dən kənarda qalmışdır. Çox zaman cəmiyyətin müxtəlif inkişaf mərhələlərində
bənzər tarixi situasiyaların yaşanması labüd tarixi gerçəkliyə çevrilir. Bu baxımdan
“tarix təkrar” olunsa da tarixi anlaşılmazlıqların təkrar olunması yol verilməzdir.
Ədəbiyyat siyahısı:
1. “Коммунистическая партия Азербайджана в резолюциях и решениях, сьез-
дов, конференций и пленумов ЦК” (в четырех томах), Баку: «Азернешр»,
1986, т. 1 (1920-1937), 676 с. (Azərbaycan Kommunist Partıyasının qurultay,
konfrans və MK-sının plenumlarının qərar və bəyanatları (dörd cilddə), Bakı,
“Azərnəşr”, 1986, 1 c. (1920-1937), 676 s.)
2. Полянский Н. “Налоговые преступления по УК АССР”, “Известия правового
факультета Азербайджанского Государственного Университета имени
В.И.Ленина”, Баку: 1928, т. III. (N.Polyanskı, “Azərbaycan SSR-in Cinayət
Dostları ilə paylaş: |