İşçi heyəti: Redaksiya heyəti: Vahid Axundov (iqtisad elmləri doktoru, professor), Ziyad Səmədzadə



Yüklə 4,23 Kb.
Pdf görüntüsü
səhifə75/88
tarix17.01.2018
ölçüsü4,23 Kb.
#21173
1   ...   71   72   73   74   75   76   77   78   ...   88

4. Sahibkarlığın stimullaşdırılmasında vergi amilindən istifadənin
təkmilləşdirilməsi
Vergi  Məcəlləsinə  görə  hazırda  respublikamızda  bütün  vergi  növləri  üzrə
müəyyən azadolmalar və vergi güzəştləri nəzərdə tutulmuşdur. Ancaq təəssüflər
olsun ki, bu güzəştlərin əhatə sferası və mütləq həcmi o qədər də geniş deyil. Ölkədə
sahibkarlığın inkişafına və iqtisadiyyatın güclənməsinə elə böyük təsir göstərmir.
Lakin hesab edirik ki, bu müsbət addımdır və gələcəkdə ölkə iqtisadi inkişafının
sürətlənməsinə və sahibkarlığa daha geniş miqyasda təsir göstərəcəkdir. İqtisadi baza
gücləndikcə, sahibkarlıq daha geniş miqyas aldıqca, təbii ki, bu faktorun təsiri daha
güclü olacaq. Eyni zamanda, güzəşt dərəcələrinin artırılmasına da, hesab edirik,
ehtiyac vardır. Çünki  mövcud güzəştlər yuxarıda qeyd edildiyi kimi, o qədər də
əsaslı stimul yarada bilmir. 
Düzdür, güzəştlərin artırılması ilk mərhələdə müəyyən qədər vergi ödəyicilərinin
və yığılan vergi həcmlərinin azalmasına səbəb olacaq. Lakin hesab edirik ki, bu
müvəqqəti haldır və iqtisadi bazanın gücləndiyi və istehsal həcminin əsaslı surətdə
genişlənməsi şəraitində hətta nisbətən aşağı vergi dərəcələri və güzəştlərlə yığılan
vergilərin həcmi əvvəlkindən çox olacaqdır. Yəni azdan çox vergi almaqdansa, çox-
dan az vergi almaq daha məqsədəuyğundur. Təcrübə göstərir ki, bu daha səmərəli
yoldur və son nəticədə bunun effekti daha böyükdür.
Vergi sisteminin düzgün qurulması və təkmilləşdirilməsində ən vacib məsələlər -
dən  biri  də  xarici  investisiyaların  respublikaya  gəlişini  təmin  etmək,  onların
fəaliyyətinə əlverişli şərait yaratmaqdan ibarətdir. Təbii ki, bu sahədə respublikada
xeyli işlər görülmüşdür. Ölkəmiz xarici investisiyaların həcminə görə MDB və Şərqi
Avropa ölkələri arasında ən qabaqcıl yerlərdən birini tutur. Burada bizim fikrimizcə,
2 məsələyə xüsusi diqqət yetirilməlidir. Əvvəla, çalışmaq lazımdır ki, investisiyalar
əsasən istehsal sahələrinə cəlb edilsin, xüsusilə də dağ və sərhəd rayonlarının iqti-
sadi-sosial potensialını hərəkətə gətirmək üçün bu rayonlara axın gücləndirilsin, ik-
incisi,  milli  iqtisadiyyatımızın  kompleks  inkişafı  məqsədilə  mümkün  qədər
investisiyalar qeyri-neft sahələrinə yönəldilsin. İndiki şəraitdə respublikada buna
böyük ehtiyac vardır.
Hazırda respublikamızda 5000-ə yaxın xarici hüquqi vergi ödəyiciləri vardır [7,
s. 709]. Təbii ki, bu müsbət haldır. Lakin onlara əlavə vergi güzəştləri və kapital
yatırımları üçün daha əlverişli şərait yaradılarsa, onların sayı və qoyulan kapitalın
həcmi daha da artar və müvafiq olaraq büdcə gəlirlərinin artmasına səbəb olardı.
Ümumiyyətlə, vergi mexanizmi istər xarici, istərsə də daxili investorlar üçün geniş
stimullaşdırıcı xarakterə malik olmalı, iqtisadi-sosial fəaliyyət üçün geniş şərait
yaratmalıdır.
Beləliklə, hazırda ölkə qanunvericiliyinə görə, respublikada iki cür vergi sistemi
tətbiq edilir:
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
177


1) Əsasən, orta və iri sahibkarlar üçün mövcud vergi sistemi;
2) Əsasən, kiçik sahibkarlar üçün sadələşdirilmiş vergi və uçot sistemi.
Hesab edirik ki, vergi sistemi sahibkarlığın formalaşması və inkişafına fəal xidmət
etməli,  milli  iqtisadiyyatın  formalaşması  xüsusiyyətlərinə  uyğunlaşdırılmalı,
bütövlükdə ölkədə və onun ayrı-ayrı regionlarında mövcud olan iqtisadi və sosial
şəraiti nəzərə alınmalıdır. Başqa sözlə desək, respublikadakı mövcud vergi sisteminin
sahibkarlıq üçün səmərəsi, həvəsləndirici, qoruyucu, istiqamətləndirici rolu və sosial
funksiyası daha da yüksəldilməlidir.
Tədqiqatlar göstərir ki, vergi sistemində köklü islahatların aparılması, hər şeydən
əvvəl, sahibkarlıq üçün vergi güzəştlərinin tətbiqini, mövcud dərəcələrin təkmil-
ləşdirilməsini nəzərdə tutmalıdır. Hesab edirik ki, dövlət bu və ya digər təsərrüfat
subyektlərinə, iqtisadi fəaliyyətin həvəsləndirilməsi nəzərdə tutulan bu və ya digər
sahələrə münasibətdə dünya ölkələrində olan mövcud vergi güzəştlərinin aşağıdakı
formalarına üstünlük verməlidir.

bəzi vergilərin (xüsusən də mənfəət vergisinin və ƏDV-nin) dərəcələrinin daha
da aşağı salınması imkanlarının tapılması;

iqtisadi fəaliyyətin həvəsləndirilməsi nəzərdə tutulan real sektor sahələrində
çalışan müəssisələr üçün fəaliyyətinin, əsasən, ilk dövrlərində müxtəlif vergi
güzəştlərinin tətbiqi, habelə vergilərdən azadetmə;

respublikanın iqtisadi regionların inkişafının sürətləndirilməsi məqsədilə bu-
rada sahibkarlıq subyektlərindən toplanılan vergilərin bir hissəsinin yerli icra
hakimiyyəti orqanlarının sərəncamında saxlanılması;

respublikanın  zəif  inkişaf  etmiş,  habelə  strateji  əhəmiyyətli  regionlarına
sahibkarlar tərəfindən yönəldilmiş investisiyalara güzəştli vergi tətbiqi;

vergi yoxlamalarının seçmə qaydasında və bunun üçün əsaslı səbəb olduğu
zaman aparılması və s. 
Bununla yanaşı, inkişaf etmiş bazar iqtisadiyyatlı ölkələrdə dövlət tərəfindən kiçik
sahibkarlığa kömək edən bir çox iqtisadi subyektlər üçün, o cümlədən kiçik sahibkar-
lığa kömək fondları, investisiya və lizinq şirkətləri, kredit və sığorta təşkilatları,
reklam və informasiya müəssisələri və s. üçün də bir sıra vergi güzəştləri həyata
keçirilir. Hesab edirik ki, dünya ölkələrinin vergi siyasəti sahəsində bu təcrübəsi də
diqqətdə saxlanılmalıdır.
Lakin onu qeyd edək ki, beynəlxalq təcrübənin hər hansı formasından istifadə
zamanı onları kor-koranə tətbiq etmək, olduğu kimi təkrarlamaq düzgün olmazdı və
gözlənilən  səmərəni  verməzdi.  Ona  görə  hesab  edirik  ki,  konkret  olaraq  vergi
güzəştləri  sahəsində  dünya  ölkələrinin  təcrübəsi  iqtisadi  inkişafımızın  hazırkı
mərhələsinin  tələbləri  qarşıya  qoyulan  vəzifələrin  xarakteri  və  reallaşdırma  is-
tiqamətləri ilə üzvi şəkildə əlaqələndirilməlidir. 
Bu güzəştlərə fəaliyyətinin ilk dövrlərində istehsalla məşğul olan, iqtisadiyyatın
inkişaf etdirilməsi zəruri olan sahələr, iqtisadi regionlar və fəaliyyət növləri üçün
aşağı və fərqli vergilərin tətbiqi, müəyyən müddətə vergidən azadetmə və s. da xildir.
T.Əkbərov. Vergi yükünün sahibkarlıq fəaliyyətinə təsiri
178


Yüklə 4,23 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə