İşçi heyəti: Redaksiya heyəti: Vahid Axundov (iqtisad elmləri doktoru, professor), Ziyad Səmədzadə



Yüklə 4,23 Kb.
Pdf görüntüsü
səhifə72/88
tarix17.01.2018
ölçüsü4,23 Kb.
#21173
1   ...   68   69   70   71   72   73   74   75   ...   88

Huseynov Huseyn  Amrah oglu
Azerbaijan State Economic University
Some econometric methods in economic research:
linear regression and panel methods
Abstract
Purpose- to investigate the importance of the econometric methods, to get more
effective and exact economic results and to apply empirical and mathematical met -
hods for analysis and forecasting.
Design/methodology/approach -  comparative,  theoretical  and  mathematical
analysis.
Findings - can suggest that in order to get more exact and empirical results it is
important to analysis the research and the data through the econometric and mathe-
matical methods. These were investigated using panel estimation methods and its
models in this empirical paper.
Research limitations- demand of larger statistic for investigating panel estimation
method.
Practical implications-to ensure the effective economic research through the
econometric and mathematical methods  and at the same time given some  practical
calculation  methods in empirical investigation  which can be served enriching of
scientific and practical knowledge of the people working in that filed.
Originality/value and scientific novelty-given some theoritical and empirical-
practical methods for econometric analysis and some models and tests were calcu-
lated through empirical methods with the datas taken from the World Bank databasis.
Key words: regression, random effect model, fixed effect model
JEL Classification: C01, C13, C23, C33, C51
Məqalə redaksiyaya daxil olmuşdur: 17.04.2012.
Təkrar işlənməyə göndərilmişdir: 08.05.2012.
Çapa qəbul olunmuşdur: 29.08.2012.
H.Hüseynov. İqtisadi tədqiqatlarda bəzi ekonometrik üsullar: xətti reqressiya və panel hesablama üsulu 
170


UOT 336.225.62: 330.564.22 (479.24)
Vergi yükünün sahibkarlıq fəaliyyətinə təsiri 
Xülasə
Tədqiqatın məqsədi - vergitutma amillərinin və sahibkarlıq fəaliyyətinin qarşılıqlı
əlaqəsinin tədqiqi
Tədqiqatın metodologiyası - müqayisəli təhlil və sintez metodu
Tədqiqatın nəticələri - sahibkarlığın stimullaşdırılması üzrə vergi sisteminin tək-
milləşdirilməsi istiqamətlərinin müəyyənləşdirilməsi.
Tədqiqatın  məhdudiyyətləri - Azərbaycanın  təsərrüfat  subyektləri  üzrə  vergi
yükünü hesablamağa imkan verən daha təkmil metodikanın işlənib hazırlanması
tələb olunur.
Tədqiqatın praktiki əhəmiyyəti - sahibkarlıq fəaliyyətinin vergi tənzimlənməsinin
təkmilləşdirilməsi istiqamətində elmi mənbə kimi istifadənin mümkünlüyü.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – sahibkarlığın stimullaşdırılmasında vergi
mexanizmindən istifadənin prioritet istiqamətlərinin müəyyən edilməsi
Açar sözlər: sahibkarlıq fəaliyyəti, vergi mexanizmi, vergi yükü
1. Giriş
Vergilər iqtisadi kateqoriya olaraq bir tərəfdən, dövlətin əsas gəlir mənbəyi kimi,
digər tərəfdən isə şəxsi gəliri azaldan və məcburi xarakter daşıyan ödəmə kimi çıxış
edir.  Bu  zaman  vergilər  fiziki  şəxslərin  və  təsərrüfat  subyektlərinin  gəlirlərinin
müəyyən  hissəsinin  alınmasına  səbəb  olduğundan,  vergilərin  səviyyəsi  onların
fəaliyyətinə birbaşa təsir göstərir. Bu özünün bariz nümunəsini daha çox vergi amil-
lərinin sahibkarlıq fəaliyyətinə təsirində göstərir. Odur ki, vergi amilləri ilə sahibkar-
lıq fəaliyyətinin qarşılıqlı əlaqəsinin məntiqi dialektikasının araşdırılması və müvafiq
nəticələrin çıxarılması tədqiqatın əsas vəzifəsi kimi müəyyən edilmişdir. Bu baxım-
Əkbərov Taleh Balağa oğlu*
Bakı Dövlət Universitetinin doktorantı
* Bakı şəhəri, AZ 1148, Akademik Zahid Xəlilov küçəsi, 23.
akberovtaleh@yahoo.com
171
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
VERGİ  İŞİ
Səh.171-180


dan yanaşdıqda vergi yükünün sahibkarlıq fəaliyyətinə təsirinin qiymətləndirilməsi
aktual xarakter daşıyır.
2. Vergi yükünün sahibkarlıq fəaliyyətinə təsirinin nəzərə alınması zəruriliyi
Sahibkarlıq fəaliyyətinin inkişafı xeyli dərəcədə ölkədə vergi sisteminin düzgün
qurulmasından asılıdır. Təkmil vergi sisteminin formalaşması üçün isə mövcud vergi
yükünün sahibkarlıq fəaliyyətinə təsiri müfəssəl olaraq tədqiq olunmalı, müvafiq
nəticələr çıxarılmaqla optimal vergi yükünün müəyyən edilməsi istiqamətində zəruri
addımlar  atılmalıdır.  Sahibkarlıq  fəaliyyətini  stimullaşdırmaq  məqsədilə  dövlət
tərəfindən  minimal  vergi  dərəcələri  müəyyən  edilir  və  bununla  da  vergi  yükü
yumşaldılır. Vergi dərəcəsinin aşağı salınması nəticəsində müəssisələr sərəncam-
larına əlavə dövriyyə vəsaitləri əldə edir, onu yenidən reinvestisiya edərək əlavə gə -
lir lərin və deməli, həm də əlavə vergitutma bazasının yaradılmasında iştirak edirlər.
Beləliklə, vergi dərəcələri aşağı salınmaqla vergitutma bazası genişlənir [9,s.48].
Məsələn, vergi daxilolmalarında mənfəət vergisi 2010-cu ildə 2000-cu ilə nis-
bətən 11,4 dəfə, 2005-ci ilə nisbətən 4,0 dəfə artaraq 1429,9 mln.manata çatmışdır
ki, bu da 2009-cu illə müqayisədə 7,6 faiz çoxdur. Nəticədə vergi daxilolmalarında
mənfəət vergisinin xüsusi çəkisi 2010-cu ildə 33,3 faiz təşkil etmişdir ki, bu da 2000
və 2005-ci illərlə müqayisədə müvafiq olaraq 8,7 və 8,3 faiz bəndi çoxdur [7].
Hər bir ölkədə dövlətin həyata keçirdiyi idxal-ixrac siyasəti mövcuddur. Sahibkar-
lıq fəaliyyəti ilə yeni məşğul olmağa başlayanlar xaricdən məhsul idxal edilməsinin
əleyhinədirlər. Nəzəri cəhətdən sübut olunmuşdur ki, gömrük rüsumunu artırmaqla,
müəyyən məhsulların xaricdən gətirilməsini tənzimləmək mümkündür. Eyni za-
manda, həmin məhsulların respublikada istehsalına resursların qoyulması yolu ilə
stimul yaratmaq olar. Lakin unutmaq olmaz ki, əgər yerli məhsulun qiyməti aşağı
düşürsə, xaricdən isə məhsul gətirilmirsə, onda inhisarçılıq meyilləri artacaqdır. Bu
isə arzuolunmaz haldır. Çünki dövlət səy göstərir ki, ölkədə inhisarlar meydana
gəlməsin, sahibkarlar arasında sağlam rəqabət olsun. Xarici ölkələrdən idxal olunan
məhsullar müəyyən mənada rəqabəti tənzimləyir. Belə bir sual da meydana çıxır ki,
ölkəyə əgər xaricdən keyfiyyətli məhsul gətirilirsə, niyə buna imkan yaradılmasın?
Yerli sahibkarlar öz məhsullarının qiymətlərini aşağı sala bilmirlərsə, onda ölkə əha -
lisi  əziyyət  çəkir.  Əgər  ölkəyə  idxal  olunan  məhsullar  yüksək  keyfiyyətlidirsə,
vergidən yayınmırsa, halal yolla gətirilirsə, yerli məhsulla rəqabətə girirsə, qiyməti
aşağı salırsa, onda bütün bunlar əhalinin həyat səviyyəsinə müsbət təsir göstərir,
nəticə etibarilə, istehlakçıların hüquqları qorunur.
Ölkədə təkmil vergi sisteminin yaradılması əslində vergiyə cəlb olunan bazanı
artırmaqdan, vergi dərəcəsini aşağı salmaqdan, vergi gəlirlərini yüksəltməkdən,
nəticə etibarilə, sahibkarlığa stimul yaratmaqdan ibarətdir. Prof. Ə.Q.Əlirzayevin
təbirincə desək, vergi yükünün azalması sahibkarlığın xüsusi vəsaitlərini artırır, onun
T.Əkbərov. Vergi yükünün sahibkarlıq fəaliyyətinə təsiri
172


Yüklə 4,23 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə