İşçi heyəti: Redaksiya heyəti: Vahid Axundov (iqtisad elmləri doktoru, professor), Ziyad Səmədzadə



Yüklə 4,23 Kb.
Pdf görüntüsü
səhifə68/88
tarix17.01.2018
ölçüsü4,23 Kb.
#21173
1   ...   64   65   66   67   68   69   70   71   ...   88

158
C.Abbasov. Dövlətin fiskal siyasətinin biznes şəraitinə təsir edən alətləri və onlar arasında asılılığın... 
Abbasov Jeyhun  Abbas oglu
The Central bank of Azerbaijan Republic
The tools of fiscal policy of government which influence
the business condition and estimate of the their econometric correlation
Abstract
Purpose - our main aim is to explain the influence of implements of government’s
fiscal policy to business environment in Service sector and to define the materiality
of this fiscal policy in order to improve the business environment in Service sector.
Design/methodology - Business Condition Index used in research work is calcu-
lated by Statistic department of Central Bank on the basis of metodology recom-
mended by European Commission. We defined the form of regression model by last
square method. 
Findings - as a result of research, it has been defined that one percent increase of
budget expenses raises Business Condition Index in 0.07%. At the same time, one
percent increase of profit tax rate reduces Business Condition Index in 2%.
Research limitations - in spite of achieved results, some problems have appeared
that these can be new subject for future research works. This kind of research works
can be implemented on all the sectors in the future. But, there is some difficulties in
generalizing of appropriate indexes on each sector.
Practical implications - we can see change of dependent factor on the change of
independent factor by the form of regression model which we will define it.
Originality/value - reducing of profit tax rate from 24% to 20% by stages since
2005 has improved Business Condition Index 8% (4*2,0).
Keywords: Business Condition Index, the profit tax rate, normal distribution,
budget expenditure, econometric estimation.
JEL Classification Codes: С13, E21, G27
Məqalə redaksiyaya daxil olmuşdur: 07.06.2012.
Təkrar işlənməyə göndərilmişdir: 17.06.2012.
Çapa qəbul olunmuşdur: 29.08.2012.


UOT: 330.42:330.43
İqtisadi tədqiqatlarda
bəzi ekonometrik üsullar: xətti reqressiya 
və panel hesablama üsulu
Xülasə
Tədqiqatın məqsədi - iqtisadi tətqiqatlarda ekonometrik üsulların zəruriliyini
araşdırmaq, daha dəqiq nəticələr əldə etmək, gələcək proqnozlar və təhlillər aparıl-
ması üçün riyazı və empirik üsulların tətbiqi.
Tədqiqatın metedologiyası - araşdırmada nəzəri, riyazi və praktiki üsullardan is-
tifadə edilmişdir.
Tədqiqatın nəticələri - onu deməyə imkan verir ki, iqtisadi tətqiqatlarda daha
dəqiq nəticələr almaq və rəqəmlərin müqayisəli təhlilini aparmaq üçün riyazi və
ekonometrik  üsulların  tətbiqi  zəruridir.  Bu,  tətqiqatda  istifadə  olunan  panel
hesablama üsulu və reqressiya modelləri vasitəsilə araşdırılmışdır.
Tədqiqatın məhdudiyyətləri - panel hesablama üsulunun tətqiq olunması üçün
daha geniş statistik informasiya tələb edilir.
Tədqiqatın  praktiki  əhəmiyyəti -  iqtisadi  araşdırmaların  səmərəliliyini  və
dəqiqliyini  təmin etmək üçün lazım olan nəzəri, riyazi və praktiki təhlil, eyni za-
manda, bəzi göstəricilərin hesablanmasının elmi-metedoloji, praktiki üsullarının ver-
ilməsi təşkil edir və bu istiqamətdə elmi araşdırma aparan mütəxəssislərin elmi və
praktiki biliklərinin zənginləşməsinə xidmət edir.
Tədqiqatın orijinallığı və elmi yeniliyi - ondan ibarətdir ki, iqtisadi araşdırmaların
aparılması üçün riyazi və ekonometrik üsulların nəzəri və praktiki metodları verilmiş
və Dünya Bankından götürülmüş baza əsasında  proqram təminatı paketindən istifadə
edərək  ekonometrik testlərin aparılması və modellərin seçilməsi üçün rəqəmlər
hesablanmışdır.
Açar sözlər: reqressiya modelləri, sabit təsirli model, təsadüfi təsirli model
Hüseynov Hüseyn Əmrah oğlu*
Azərbaycan Dövlət İqtisad Universiteti
* Bakı şəhəri, AZ 1000. İstiqlaliyyət, 6.
hhuseynov@mlspp.gov.az
159
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
EKONOMETRİYA
Səh.159-170


1. Giriş
İqtisad elminin inkişafı XX əsrin ortalarından başlayaraq geniş vüsət almışdır.
Xüsusilə  bəzi  ideal  iqtisadi  sistemlərin  tənəzzülə  uğramasından    sonra  iqtisadi
araşdırmaların  daha  dəqiq  və  empirik  olması  zərurəti  artmışdır.  Tətqiqatçılar
makroiqtisadi faktorların arasında baş verən asılılıqları və eyni zamanda inflyasiya,
işsizlik, idxal və ixrac və s. bu kimi faktorların keyfiyyətli iqtisadi artıma təsirini
daha dəqiq və dayanıqlı olmasını araşdırmaq və nəticələrin proqnozunu hazırlamaq
məqsədilə artıq riyazi və statistik üsullara müraciət etməyə başlamışdılar. Bu mərhələ
də  öz  növbəsində  riyaziyyat  və  iqtisad  elminin  sərhədlərini  qaldıraraq  yeni  bir
sahəsinin yaranmasına yol açmışdır. İkinci Dünya müharibəsindən sonra 1970-ci il-
lərə qədər iqtisadi artımla inflyasiya arasında müsbət əlaqə olduğu güman edilsə də,
sonradan  bu  əlaqənin  mənfi  olduğu  məlum  olmuşdur.  Bu  baxışın  ən  əsas
səbəblərindən biri Keynsin nəzəriyyəsinin həm inkişaf etmiş ölkələrdə, həm də
inkişafda olan ölkələrdə tətbiq olunması idi. Bu da məcmu tələbin  və istehsalın mü-
vafiq  artması və inflyasiyanın bununla birgə artımına səbəb olması ilə əlaqələn -
dirilirdi. Lakin bu və bu kimi məsələlərin ekonometrika elminin inkişafından sonra
son dərəcə müsbət həllini tapması  empirik araşdırmaların vacibliyini bir daha təsdiq
etmiş oldu.
Aparılan araşdırmanın birinci hissəsində sadə xətti reqressiya modellərinə və  on-
ların iqtisadi araşdırmalarda əhəmiyyətinə nəzər salınacaq və bir daha ekonometrik
üsulların tətqiqatlarda daha real nəticələr verəcəyi göstəriləcəkdir. Belə ki, xətti req -
ressiya tənlikləri vasitəsilə iqtisadi tətqiqatların aparılması üsulları və xüsusilə də
burada  kiçik kvadratlar üsulunda qiymətləndirmənin mayillik dərəcəsinin tapıl-
masına baxılacaqdır. Xətti reqressiya modeli iki dəyişən arasında əlaqələri əks et-
dirən ilk modellərdəndir. Çünki öz qeyri-məlum parametrlərindən xətti asılı olan
model qeyri-xətti asılı olan modellərdən daha uyğundur. Xətti reqressiya model-
lərinin araşdırmada baxılmasının başqa səbəblərindən biri isə proqnozlaşdırma za-
manı müşahidə olunan x və y dəyişənləri arasında əlaqənin araşdırılması və nəticələr
alınması üçün asan və praktiki üsullardan olmasıdır. Qeyd olunan nəzəri məsələləri
praktiki olaraq səsvermə nəticələri və kampaniya xərcləri araşdırmasında sadə xətti
reqressiyadan istifadə edərək səslər və səsvermə aksiyası arasında əlaqəyə nəzər salı-
nacaqdır. Daha sonra isə geniş yayılmış ekonometrik üsullara baxılmış və müəyyən
rəqəmlərin  əsasında  hesablama  aparılaraq  təqribi  nəticələr  və  onların  statistik
tərəfləri şərh olunacaq və Panel hesablama üsulunun alətləri  olan təsadüfi təsirli və
sabit təsirli modellərin seçilməsi və bunlara uyğun proqnoz və təhlilin aparılması
araşdırmanın sonrakı hissələrində  öz əksini tapmış olacaqdır. Panel üsulunun tətbiq
olunması ilə aparılan araşdırma hipoteslərin yoxlanmasını tələb edir ki, bu da hansı
dəyişənin aparılan reqressiya təhlilində reallığa yaxın olmasını əks etdirir. Araşdır-
manın növbəti mərhələsində Hausman testinə baxılacaq ki, bunun da nəticəsi olaraq
H.Hüseynov. İqtisadi tədqiqatlarda bəzi ekonometrik üsullar: xətti reqressiya və panel hesablama üsulu 
160


Yüklə 4,23 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə