TƏBRİK EDİRİK!
Azərbaycan iqtisad elminin tanınmış nümayəndəsi, Vergilər Nazirliyinin Vergi
siyasəti və strateji araşdırmalar Baş idarəsinin rəisi, iqtisad elmləri doktoru, professor
AMEA-nın müxbir üzvü, “Azərbaycanın vergi jurnalı”nın Redaksiya Heyətinin üzvü
Akif Fərhad oğlu Musayevin 65 yaşı tamam olmuşdur.
Uzun illərdir ki, onun elmi-praktik fəaliyyəti ölkəmizin vergi sistemi ilə, vergi
inzibatçılığı və iqtisadiyyatın vergi problemlərinin tədqiqi ilə sıx bağlıdır. Professor
A.F.Musayev respublikamızda fiskal siyasətin nəzəri-konseptual əsaslarının işlənib
hazırlanmasında, milli vergi sisteminin normativ-hüquqi bazasının formalaşdırıl-
masında fəal iştirak edir. O, həm də ölkəmizdə vergi mədəniyyətinin formalaşdırıl-
masının, əhalinin vergilər sahəsində biliklərinin artırılmasının, vergi ödəyicilərinə
xidmət işinin qurulmasının, vergilər sahəsində kadrların yetişdirilməsinin, bu is-
tiqamətdə dərslik, dərs vəsaiti, tədris proqramları və metodiki vəsaitlərin hazırlan-
masının da fəal təşkilatçılarındandır.
A.F.Musayev 7 monoqrafiyanın, 11 dərsliyin, iqtisadiyyatın müxtəlif məsələlərinə
həsr olunmuş 230-a yaxın elmi məqalənin müəllifidir. Onun 20-dən artıq elmi əsəri
xaricdə nüfuzlu elmi nəşrlərdə dərc edilmişdir. Görkəmli alimin rəhbərliyi ilə 30-
dan çox müxtəlif elmi pilləli doktorluq dissertasiyası müdafiə olunmuşdur.
A.F.Musayevin vergi orqanlarında fəaliyyəti, ölkəmizin iqtisadi mənafeyinin
qorunmasında xidmətləri dövlətimiz tərəfindən qiymətləndirilmiş və Azərbaycan
Respublikası Prezidentinin 9 fevral 2007-ci il tarixli sərəncamı ilə o, «Dövlət qul-
luğunda fərqlənməyə görə» medalı ilə təltif edilmişdir.
Əsl ziyalıya məxsus olan yüksək məsuliyyətlilik, geniş dünyagörüşü və böyük
təvazökarlıq Akif müəllimi həm alim, vətəndaş, həm də bir insan kimi sə-
ciyyələndirən çox mühüm xüsusiyyətlərdir.
“Azərbaycanın vergi jurnalı” redaksiyasının kollektivi hörmətli alimi ad günü
münasibətilə təbrik edir, ona elmi-pedaqoji fəaliyyətində, vergi orqanlarındakı
məsul və şərəfli xidmətində uğurlar arzulayır!
199
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
Ronald Harri Kouz (Ronald Harry Coase)
29 dekabr 1910-cu ildə London yaxınlığında
kiçik Uilsden şəhərində qulluqçu ailəsində
anadan olmuşdur. O ayaqlarındakı xəstəliklə
əlaqədar yalnız 12 yaşında məktəbə gedə
bilmişdir. Bu xəstəlik onun sonrakı həyatında da
dərin izlər qoymuşdur.
1927-ci ildə tarix və kimya imtahanlarından
əla qiytmətlər aldığına görə London Univer-
sitetində təhsilini davam etdirmək hüququ
qazanan və az sonra bu ixtisaslardan imtina et-
məli olan R.Kouz 1929-cu ildə London İqtisad
Məktəbinə keçmişdir. Bu məktəbi ba ka lavr
dərəcəsində bitirərək ABŞ-ın Virci niya və
Çikaqo universitetlərində dərs de mişdir. 1932-ci
ildə yenidən Londona qay ıdaraq Liverpul Uni-
versitetində və Dandi şəhərində iqtisadiyyat və
kommersiya məktəbində dərs demişdir. 1935-ci
ildən başlayaraq R.Kouz London İqtisad Mək-
təbində ictimai təşkilatların və müəssisələrin iqti-
sadiyyatı üzrə mühazirələr kursu oxuyur. İkinci
Dünya müharibəsi başlayanda R.Kouz me şəçilik
komissiyasında, sonra isə hərbi işlər nazirliyinin
statistika idarəsində işləyir. 1946-cı ildən başla-
yaraq o, yenidən London İqtisad Məktəbində
müəssisə iqtisadiyyatı ilə bağlı fənləri tədris edir.
1951-ci ildə ABŞ-a daimi yaşamağa köçən
R.Kouz burada elmi-pedoqoji fəaliyyətini davam
etdirir. 1964-cü ildə o Çikaqo Universitetində
işləyir və eyni zamanda, 1982-ci ilə qədər
«Hüquq və iqtisadiyyat jurnalı»nın redaktoru
olur.
R.Kouzun elmi yaradıcılığının mühüm
hissəsini məşhur «Firmanın təbiəti» əsərində
bazar iqtisadiyyatının yaranışını «transaksiya»
adlandırdığı xüsusi növ spesifik xərclərlə əlaqə-
dar konsepsiya təşkil edir. İqtisad elmində em -
pirizm və iqtisadiyyatda geniş tətbiqini tapan
«transaksiya xərcləri» termini ilk dəfə olaraq
məhz bu əsərdə elmi dövriyyəyə çıxarılmışdır.
«Transaksiya xərcləri» müqavilələrin bağ -
lanması ilə əlaqədar meydana çıxan məsrəflər
kimi informasiyanın toplanması və emalı,
danşıqların aparılması və qərarların qəbul
edilməsi, müqavilələrin yerinə yetirilməsinə
nəzarət və onların hüquqi müdafiəsinə çəkilən
xərcləri özündə ehtiva edir.
R.Kouz «Sosial xərclərin problemi» adlanan
ikinci məşhur məqaləsində isə göstərir ki, xarici
effektlər tərəflər arasında sazişin köməyilə aşağı-
dakı şərtlərlə internalizasiya (şirkət üçün başqa
şirkətlərin, təşkilatların, şəxslərin fəaliyyətindən
asılı olan xarici müsbət və mənfi effektlərin
qiymətinin onların bazar tənzimlənməsinin hə -
yata keçirilməsi imkanları məqsədilə həmin ef-
fektlərin məsrəflərinə və ya gəlirinə daxil
edilməsi) oluna bilər.
Hökumətin müdaxiləsi yalnız mülkiyyət
hüququnun spesifikasiyasından ibarətdir. Kon -
kret olaraq ayrıca fərd və ya qrup üçün hüquq
subyektini və obyektini və həmin subyektin
səlahiyyətlər dairəsini müəyyən etməklə, eyni
zamanda sıfra bərabər və digər bərabər şərtlərlə
onlara riayət olunmanı və transaksiya xərcləri
təmin edən mexanizm üçün müstəsnalıq reji-
minin (bu rejimdə subyekt effektivli olaraq digər
iqtisadi agentləri müstəsna səlahiyyətlərindən is-
tifadə edilməklə qərar vermə prosesindən çıxar-
maq imkanındadır) yaradılmasından ibarətdir.
Bu nəzə riyyə «Kouz teoremi» adını almışdır.
Sıfır transaksiya xərcləri zamanı bazarın
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
200
Nobel mükafatı laureatları
İqtisadiyyat sahəsində Nobel mükafatına 1991-cı ildə «İqtisadiyyatın institusional
strukturunda və fəaliyyətində transaksiya xərclərinin və mülkiyyət hüquqlarının dəqiq
mənasının açılışına və izahına görə» ABŞ iqtisadçısı Ronald Kouz layiq görülmüşdür.
ronald
Harri Kouz
ELM KORİFEYLƏRİ
Dostları ilə paylaş: |