istənilən xarici effektlərlə işləmək bacarığı müd-
dəası yeni institusional iqtisadi nəzə riyyədə ilk
dəfə 1966-cı ildə görkəmli amerika iqtisadçısı
Nobel mükafatı laureatı Corc Stiqler (1911-1991)
tərəfindən belə şərh edilmişdir: “Əgər mülkiyyət
hüquqları dəqiq müəyyənləşdirilmişsə və
transaksiya xərcləri sıfıra bərabərdirsə, onda
resursların yerləşdirilməsi (istehsalın strukturu),
mülkiyyət hüquqlarının bölünməsi dəyişiklik-
lərindən asılı olmayaraq, sabit və effektiv qala-
caq”. Bu nunla belə, C.Stiqlerin bu qənaəti
öz-özlüyündə R.Krouzun 1960-cı ildə dərc
etdirdiyi «Sosial xərclərin problemi» məqa -
ləsindən qaynaqlanmışdır. R.Kouz isə həmin
konsepsiyanı eksternaliyalar (xarici effektlər),
istənilən fəaliyyətin xarici təsirli nəticələri (hansı
ki, birbaşa onun iştirakçılarına deyil, üçüncü
şəxslərə aid edilir) nümunəsində sübut etmişdir.
Əvvəllər bu problemi tanınmış ingilis iqti-
sadçısı Artur Piqu (1877-1959) «Rifahın iqti-
sadi nəzəriyyəsi» kitabında nəzərdən keçi rmişdir.
A.Piqunun fikrincə, mənfi eksternaliyalar
nemətlərin artıq istehsalına, müsbət ekster-
naliyalar isə kəsirli istehsala səbəb olur. O,
«bazarın uğursuzluğu» («bazarın fias kosu») ad-
landırdığı belə vəziyyətlərin təcrid olunmasında
dövlətin iqtisadiyyata müdaxiləsini tövsiyə et-
mişdi.
R.Kouz eksternaliyaların hökmən «bazarın
uğursuzluğu»na apardığı fikrini təkzib etmişdir.
Onun fikrincə, eksternaliyalar probleminin ney-
trallaşdırılması üçün resurslara olan mülkiyyət
hüquqlarının dəqiq bölgüsü və transaksiya xər-
clərinin minimallşdırılması zəruridir.
R.Kouzun bütün əsərlərinin leytmotivini
sosial təşkilatın hər hansı formasının dövlət,
bazar və ya firmanın yaranışının və davamlı
fəaliyyətinin böyük xərclər tələb etməsi tezisi
təşkil edir. Buradan görünür ki, müxtəlif sosial
institutlar bu xərclərin səviyyəsinə və strukturuna
görə bir-birindən kəskin fərqlənə bilər və icti-
maiyyətə bir qədər ucuz başa gələn institutlar
daha effektiv ola bilər.
R.Krozun elmi tədqiqatları içərisində aşağı-
dakı əsərləri mühüm yer tutur:
1. Şirkətin təbiəti (The Nature of Firm, 1937);
2. Biritaniya radioyayımı (brodkastinqi): in-
hisarların öyrənilməsi (British broadcasting: A
Study in monopoly, 1950);
3. Sosial xərclər problemi (The Problem of
Social Cost, 1960);
4. Davamlılıq və inhisarlar (Durability and
Monopoly, 1972);
5. Şirkət, bazar və qanun (The Firm, the mar-
ket, and the law, 1988);
6. İstehsalın institusional strukturu (The In-
stitutional Structure of Production 1992).
R.Kouz Nobel mükafatına layiq görülən
tədqiqatının üzəridə 22 il işləmişdir. Mükafatı
alanda isə onun artıq 81 yaşı vardı. 9 il sonra
2000-ci ildə 90 yaşı haqlayanda R.Kouzun adına
institut (The Ronald Coase Institute) təsis edildi.
Bu fədakar insan indi də yaşının yüzü ötməsinə
baxmayaraq həmin institutda tədqiqatlarını
davam etdirir.
İqtisadiyyat sahəsində Nobel mükafatına
1992-cı ildə «Qeyri-bazar davranışları da
daxil olmaqla insan davranışları və qarşılıqlı
münasibətlərinin geniş dairəvi məsələlərinin
mikro ekonomik təhlil sferasında yayılması
təd qi qat larına görə» ABŞ iqtisadçısı Harri
Bekker layiq görülmüşdür.
Yəhudi əsilli ABŞ iqtisadçısı Harri Stenli
Bekker (Gary Stanley Becker) 2 dekabr 1930-cu
ildə ABŞ-ın Pensilvaniya ştatında Potsvill
şəhərində anadan olmuşdur.
1951-ci ildə Prinston Universitetini biti rərək
bakalavr dərəcəsi, 1955-ci ildə isə Çikaqo Uni-
versitetində doktor elmi adı almışdır.
H.Bekker 1951-ci ildə görkəmli Amerika
iqtisadçısı Nobel mükafatı laureatı Milton Frid-
menin (1912-2006) mikroiqtisadiyyat kursu ilə
201
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
Harri Stenli
Bekker
tanış olur. M.Fridmen qeyd edirdi ki, iqtisadi
nəzəriyyə bir oyun deyil, real dünyanın təhlilinə
kömək edən güclü alətdir. Onun kursu iqtisadi
nəzəriyyənin mahiyyətinə və strukturuna, prak-
tiki və mühüm məsələlər üzrə bəyanatlarına daxil
olmaq qabiliyyəti ilə zəngin idi. Həmin kurs və
M.Fridmenlə sonrakı əlaqələr H.Bekkerin
tədqiqatlarına güclü təsir göstərdi.
H.Bekker 1954-1957-ci illərdə Çikaqo, 1957-
1968-ci illərdə isə Kolumbiya universitetlərində
dərs demişdir. Yenidən Çikaqo Universitetinə
qayıdan H.Bekker 1970-ci ildə burada iqti-
sadiyyat və sosiologiya professoru kimi çalışmış,
1983-cü ildə isə iqtisad bölməsinə rəhbərlik
etmişdir. 1987-ci ildə Amerika İqtisadçılar As-
sosiyasiyasının, 1997-ci ildə isə Əməyin İqti -
sadiyyatı Cəmiyyətinin pezidenti olmuşdur.
H.Bekker orijinal və nüfuzlu iqtisadçılardan
biri kimi tanınır. Onun ən böyük xidməti ənənəvi
olaraq digər ictimai fənlər - sosiologiya, demo-
qrafiya, habelə kriminologiya tərəfindən nə -
zərdən keçirilən bir çox mühüm sosial və iqtisadi
problemləri iqtisadi təhlilin tədqiqat predmetinə
daxil etməklə onun çərçivələrinin xeyli
genişləndirilməsi ilə bağlıdır.
Alimin elmi maraqlarının başlıca sahəsini
«insan kapitalı» nəzəriyyəsinin işlənib hazırlan-
ması təşkil edir. H.Bekker ilk olaraq əmək
bazarında ayrı-seçkilik probleminin neoklassik
təhlilini həyata keçirmişdir. Eləcə də, o, birincilər
sırasında «insan amili»nə kapital qoyuluşları
nəzəriyyəsinin praktiki tətbiqi sahələrini göstər-
mişdir.
Yenilikçi alim olaraq H.Bekker iqtisadi təhlil
nöqteyi-nəzərindən cinayətkarlıq problemlərinin
öyrənilməsinə də töhfə etmişdir. Onun bu kon-
tekstdə yanaşmasının fərqləndirici xüsusiyyəti
hər hansı sosial təzahürü və ictimai həyat
sferasını iqtisadi təhlilin əlavə sahəsi kimi
nəzərdən keçirməsidir.
H.Bekker öz metodunun tətbiqi üçün növbəti
sahə olaraq cinayət və cəzanın iqtisadi təhlilini -
iqtisadiyyat və hüququn birləşdiyi nöqtədə yer-
ləşən mövzunu seçmişdir. “Qanunu pozanların
davranışı” anlayışına “xərclər” və “mənfəət” iqti-
sadi anlayışlarını tətbiq etmək cəhdi də ilk olaraq
H.Bekkerə məxsusdur.
İqtisadi agentlərin vaxt bölgüsünü təhlil
edərkən, H.Bekker öz müşahidələrini, necə
deyərlər, «ailənin yeni iqtisadiyyatı» şəklində
ümumiləşdirmişdir ki, bu da nigah, boşanma,
uşaqların doğulması haqqında qərarların qəbul
edilməsi və s. kimi halların iqtisadi təhlilinə
imkan yaratmışdır. O, ailə iqtisadiyyatı sahəsində
tədqiqatlarında ailə, o cümlədən nigah, boşanma,
uşaqların sayının seçilməsi, onların sağlamlığı,
tərbiyəsi, tədrisi, təhsili və s. ilə bağlı məsələlərin
həllinin dolğun iqtisadi təhlilini vermişdir. Bu
sahədə H.Bekkerin tədqiqatları «yeni istehlak
nəzəriyyəsi» («new theory of consumption»)
adını almışdır.
Ümumilikdə, H.Bekker onlarla monoqra -
fiyanın, 50-dən çox məqalənin müəllifidir ki, on-
lardan əksəriyyəti bir neçə dəfə nəşr edilmiş və
başqa dillərə tərcümə olunmuşdur. Onun adı,
həmçinin, iqtisadi icmalçı kimi işlədiyi «Biznes
həftəliyi”ndən («Business Week») geniş oxucu
kütləsinə yaxşı məlumdur. Buradakı köşəsində
alim ABŞ-da və onun hüdudlarından kənarda
iqtisadi həyatın ən əlamətdar hadisələrinin icmal-
larını dərc etdirmişdir.
Alimin elmi tədqiqatları içərisində aşağıdakı
əsərləri mühüm yer tutur:
1.Diskriminasiyanın iqtisadi nəzəriyyəsi (The
Economics of Discrimination,1957);
2.İnsan kapitalı (Human Capital, 1964);
3.Vaxtın bölgüsü nəzəriyyəsi (A Theory of the
Allocation of Time, 1965);
4.İqtisadi nəzəriyyə (Economic Theory,
1971);
5.Ailə haqqında traktat (Q.A.Bekkerlə
müştərək -Treatise on the Family. Cambridge,
1981).
H.Bekker çoxsaylı fəxri adlara və mükafat-
lara layiq görülmüşdür. O, 1967-ci ildə
С.B.Klark adına medalla təltif olunmuş, 1985-ci
ildə F.Seydman, 1987-ci ildə C.Kommons, 1991-
ci ildə A.Smit adına mükafatlar almışdır.
H.Bekker ABŞ-ın Priston və Kolumbiya univer-
sitetlərinin və İsraildə Yerusəlim yəhudi univer-
sitetlərinin fəxri doktoru seçilmiş, Amerika Milli
Elmlər Akademiyasının, Amerika Elmlər və İn-
cəsənət Akademiyasının, Amerika Standartlar və
Yaradıcılar Assosiyasiyasının üzvü olmuşdur.
n
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
202
Dostları ilə paylaş: |