İqtisadi terminlər lüğəti
203
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
DEKLARASİYA (BƏYANNAMƏ) - (la -
tın ca - declaratio - ərizə, bəyanat, bəyannamə
elan) - vergilərin, rüsumların həcminin müəy -
yənləşdirilməsi üçün gəlirlər, istehsal olunmuş
məhsulun miqdarı və ya mövcud əmlak
haqqında dövlət orqanlarına təqdim edilən
rəsmi məlumat. Deklarasiyanın gömrük -
sərhəddi keçmək üçün qiymətli əşyalar
haqqında (adları, sayı, qiyməti, qablaşdırma
növü və s.) gömrük məntəqəsinə təqdim edilən
ərizə, poçt - sərhəddən kənara göndərilən pul
və qiymətli zərflərə əlavə edilmiş poçt sənədi,
vergi - gəlirinin, əmlakının və s. miqdarı haq -
qında verginin ödənilməsinə cəlb olunan şəx -
sin ərizəsi - kimi növləri vardır. Deklarasiya
təqdim edən şəxs deklarant adlandırılır.
DEKOMPOZİSİYA METODU - (ingi -
liscə - decomposition method - əvvəl vəhdət
təş kil etmiş bütövün hissələrə ayrılması
metodu) - idarəetmə nəzəriyyəsində sistemin
sadələş dirilməsi geniş təhlil obyekti kimi şərh
olunur. Onun köməyi ilə sistem tərkib və sis-
temaltı hissələrə, məqsəd və məqsədaltı
tapşırıqlara və digər törəmə qruplara bölünərək
bir-birindən asılı olmadan həll edilir. Sonradan
onlar arasında rabitə, uzlaşma aparılır. Bu sis-
temli təhlilin ikinci fazasında daha mühümdür.
Burada sistemin elementlərinin qarşılıqlı
əlaqəliliyi müəyyən edilir.
DEKORT - (almanca - dekort - endirim) -
1) Vaxtından əvvəl ödənilmiş məbləğ üçün və
ya malın kəmiyyəti və keyfiyyəti sazişin
şərtlərinə uyğun gəlmədiyi hallarda həmin
malın qiymətinə edilən güzəştlər. 2) Alıcının
vaxtından əvvəl ödənişi zamanı və ya
əmtəənin keyfiyyəti müqavilədə nəzərdə tutul-
duğundan aşağı olduğu halda əmtəənin qiymə-
tinin endirimi.
DEKRET PULLAR - (latınca - decernere
- qərar aktı, money - pul) hakimiyyət
orqanının dekreti, hökumətin qərarı ilə bu-
raxılmış keyfiyyətli pul nişanları. Dekret pul -
ların əsil dəyəri, alıcılıq qabiliyyəti yalnız
müvafiq pul nişanında göstərilən ölçü ilə deyil,
həm də qiymət səviyyəsi və bu pul məbləğində
alına biləcək əmtəə kəmiyyəti ilə təyin olunur.
DEKUVER - (fransızca - decouvert - bağ -
lan mamış) - sığorta edənin riskində qalan, əm-
lakın qiyməti və sığorta məbləği arasında fərq.
Bir qayda olaraq, dekuver sığorta qiymətinin
10-dan 50%-ə qədəri həcmində olur.
DEQRADASİYA - (fransızca - degrada-
tion - tənəzzül) - iqtisadi sistemin vəziyyətinin
pisləşməsi, onun tənəzzülü, dağılması və təş -
kilatı idarəetmənin itirilməsi.
DELİKT - (latınca - delictum - pozuntu,
günah) - vurulmuş zərərin zərərçəkənə ödənil -
məsinin zəruriliyi öhdəliyini yaradan mülki-
hüquqi pozuntu.
DELİSTİNQ - (ingiliscə - delisting - kati -
rov kanın dayandırılması) - təminatlılığının
yoxlanışından və onların aşağı təminatlılığının
müəyyən edilməsindən sonra qiymətli ka -
ğızların fond birjası ticarəti siyahısından
çıxarılması.
DELİVERİ, DELİVERİ-ORDER - (in-
giliscə - delivery order - təchizar sifarişi) -
əmtəənin, malın buraxılışı haqqında order,
sahibin yazılı sərəncamı; əmtəənin sahibi
tərəfindən əmtəənin saxlanmasından qismən
və ya tam çıxarılması haqqında verilən order.
DELKREDERE - (italyanca - credere -
etibar üzrə) - xüsusi mükafatlandırma ilə ödə -
nilməklə üçüncü şəxs tərəfindən (əmtəənin
alıcısı) komisyon sövdələşmələrin yerinə ye-
tirilməsinə görə, mülkiyyət məsuliyyətli ko -
mis yonerə zəmanət vermə. Bununla özünə
delkredere qəbul etmiş komisiyoner təkcə
əmtəəni satmır, həm də alıcı ödənişqabiliyyətli
olmadıqda belə onun ödənişinə zəmanət verir.
Bu termin, eyni, zamanda zəmanət üzrə
mükafatlandırmanı da ifadə edir.
DELTA - (yunanca - delta - yunan əlif-
basının 4-cü hərfi, müxtəliflik) - səhmin cari
qiymətinin dəyişməsi ilə şərtlənmə əsasında,
onun gələcək alışı və ya satışı üzrə opisionun
qiymətinin dəyişməsi. Bir qayda olaraq, opi-
TERMİNOLOGİYA
sion alış üzrə müsbət, satış üzrə isə mənfi
deltaya malik olur.
DELTA-HECERLƏŞMƏ - (ingiliscə -
del ta hedging) - opision satıcısının «delta» əm-
salına uyğun olan nağd fond bazarı alətinin
alınıb və ya satılması üzrə öz riskini sığortala-
ması.
DELTA-NEYTRAL MÖVQE - «delta»
əmsalına uyğun sığortalanma əsasında opision
satıcısının mövqeyi.
DELTA-SPRED - (ingiliscə - delta spread
- deltanın yayılması) neytral mövqeydə təyin
olunmuş opisionlar nisbəti. Bu neytral əmsal
alınmış opisionun deltasını satılmış opision-
nun deltasına bölməklə təyin edilir.
DEQRESSİYA - (latınca - degressus -
aşa ğı düşən) - gəlirlərin həcminin azalmasına
uyğun olaraq faizin aşağı düşməsini müəyyən
edən proporsional vergiqoyma.
DEMARKETİNQ - (ingiliscə - demarke -
ting - əksbazarlama) - məhsullara artan tələ-
batın həmin məhsulları mövcud resurslarla
istehsal etmək imkanlarını üstələdiyi bir
şəraitdə marketinq vəziyyəti və davranışı. Belə
şəraitdə tələbatın ləngiməsinə, aşağı düşmə -
sinə yönəldilmiş çəkindirici marketinq təd -
birləri – demarketinq həyata keçirmək
məqsə də uyğun hesab edilir.
DEMEREC - (ingiliscə - demurrage - boş-
dayanma) - gəminin limanda müqavilə şərtlə -
rindən əlavə boş dayanması üçün yük
sa hi binin gəmi sahibinə ödədiyi cərimə.
DEMİLLİLƏŞDİRMƏ - denasionaliza-
siya - (fransızca denationalisation - milliləş -
dir mənin əksi, özəlləşdirmə) - dövlət
mül kiy yəti obyektlərinin özəl əllərə verilməsi.
Proses çox zaman dövlət tərəfindən müvafiq
resursların qeyri-səmərəli istifadəsi zamanı baş
verir.
DEMOQRAFİYA - (yunanca - demos -
xalq və grapho - yazıram) - əhali, əhalinin say
tərkibində dəyişikliklər, doğum və ölüm,
miqrasiya, cinsi struktur, milli tərkib, coğrafi
yerləşmə (sosial-iqtisadi, tarixi və digər amil-
lərdən asılılığı da özündə ehtiva edən)
haqqında elm.
DEMONİTİZASİYA - (fransızca - demo -
netisation - metal monet, pul dəyərindən uzaq -
laşma) - kredit pulların, bank biletlərinin
(banknot), nağdsız pulların, çeklərin tətbiq
dairəsinin genişləndirilməsi ilə əlaqədar
qiymətli metalların, xüsusi ilə qızıl və
gümüşün pul funksiyalarının dəyərdən
düşməsi, onların pul vasitəsi kimi istifadəsinin
məhdudlaşması.
DEMONOPOLİZASİYA (ingiliscə - de-
monopolization - inhisarsızlaşdırma) - inhi -
sarların fəaliyyətinin məhdudlaşdırılması,
daxili bazarda rəqabətqabiliyyətli mühitin
yaradılması istiqamətində dövlətin iqtisadi və
qanunvericilik tədbirləri.
DEMPINQ - (ingiliscə - dompen, dumpen
- atmaq, düşmək, əldən salmaq) - qəsdən ucuz -
laşdırılmış idxal mallarının xarici bazarda dax-
ili bazara nisbətən öz dəyərindən ucuz qiymətə
satılması.
DENARİY, DENARÜS - (latınca - denar-
ius - ondan (say qismində) ibarət) - 10 assdan
ibarət 4,5 qram gümüş əyarlı qədim roma pul
vahidi. Onun sikkə halına salınaraq döv -
riyyəyə buraxılması b.e.ə. III əsrdə başla -
nılmışdır. Hazırda da bir sıra ölkələrdə istifadə
edilən pul vahidi – «dinar»ın adı da «denariy»ə
gedib çıxır.
DENOMİNASİYA - (latınca - denomina-
tio - adın dəyişməsi) - inflyasiya zamanı hesab -
laşmaları sadələşdirmək üçün pulların dəyə rinin
müvafiq əmsallar üzrə kiçildilməsi prosesi.
DENONASİYA - (fransızca - denoncia-
tion, latınca - denuntiatio - xəbərdar etmə) bir
dövlətin o birisinə aralarında bağlanan müqa -
vilənin ləğv edilməsi barədə xəbərdarlığı.
DEPARTAMENT - (fransızca - departe-
ment - bölmə.) - 1) inzibati-ərazi vahidi; 2) böl -
mə, idarə, ali inzibati aparatda şöbə; 3) nazirlik
və mərkəzi icraiyyə orqanının adı.
DEPO - (fransızca - depot - anbar,
saxlama yeri) - 1) anbar; 2) mühasibat uço-
tunda: uçot məlumatlarının toplandığı ümumi
cədvəl; 3) depo mükafatı qismində - sığorta
müqaviləsi öhdəliyinin yerinə yetirilməsi təmi-
natı üçün tutulan sığortaedənin mükafatının bir
hissəsi.
n
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
204
Dostları ilə paylaş: |