İşçi heyəti: Redaksiya heyəti: Vahid Axundov (iqtisad elmləri doktoru, professor), Ziyad Səmədzadə



Yüklə 4,23 Kb.
Pdf görüntüsü
səhifə86/88
tarix17.01.2018
ölçüsü4,23 Kb.
#21173
1   ...   80   81   82   83   84   85   86   87   88

İqtisadi terminlər lüğəti
203
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
DEKLARASİYA  (BƏYANNAMƏ)  -  (la -
tın ca - declaratio - ərizə, bəyanat, bəyannamə
elan) - vergilərin, rüsumların həcminin müəy -
yənləşdirilməsi üçün gəlirlər, istehsal olunmuş
məhsulun  miqdarı  və  ya  mövcud  əmlak
haqqında  dövlət  orqanlarına  təqdim  edilən
rəsmi  məlumat.  Deklarasiyanın  gömrük  -
sərhəddi  keçmək  üçün  qiymətli  əşyalar
haqqında (adları, sayı, qiyməti, qablaşdırma
növü və s.) gömrük məntəqəsinə təqdim edilən
ərizə, poçt - sərhəddən kənara göndərilən pul
və qiymətli zərflərə əlavə edilmiş poçt sənədi,
vergi - gəlirinin, əmlakının və s. miqdarı haq -
qında verginin ödənilməsinə cəlb olunan şəx -
sin ərizəsi - kimi növləri vardır. Deklarasiya
təqdim edən şəxs deklarant adlandırılır.
DEKOMPOZİSİYA METODU - (ingi -
liscə - decomposition method - əvvəl vəhdət
təş kil  etmiş  bütövün  hissələrə  ayrılması
metodu) - idarəetmə nəzəriyyəsində sistemin
sadələş dirilməsi geniş təhlil obyekti kimi şərh
olunur. Onun köməyi ilə sistem tərkib və sis-
temaltı  hissələrə,  məqsəd  və  məqsədaltı
tapşırıqlara və digər törəmə qruplara bölünərək
bir-birindən asılı olmadan həll edilir. Sonradan
onlar arasında rabitə, uzlaşma aparılır. Bu sis-
temli təhlilin ikinci fazasında daha mühümdür.
Burada  sistemin  elementlərinin  qarşılıqlı
əlaqəliliyi müəyyən edilir.
DEKORT - (almanca - dekort - endirim) -
1) Vaxtından əvvəl ödənilmiş məbləğ üçün və
ya  malın  kəmiyyəti  və  keyfiyyəti  sazişin
şərtlərinə  uyğun  gəlmədiyi  hallarda  həmin
malın qiymətinə edilən güzəştlər. 2) Alıcının
vaxtından  əvvəl  ödənişi  zamanı  və  ya
əmtəənin keyfiyyəti müqavilədə nəzərdə tutul-
duğundan aşağı olduğu halda əmtəənin qiymə-
tinin endirimi.
DEKRET PULLAR - (latınca - decernere
-  qərar  aktı,  money  -  pul)  hakimiyyət
orqanının  dekreti,  hökumətin  qərarı  ilə  bu-
raxılmış keyfiyyətli pul nişanları. Dekret pul -
ların  əsil  dəyəri,  alıcılıq  qabiliyyəti  yalnız
müvafiq pul nişanında göstərilən ölçü ilə deyil,
həm də qiymət səviyyəsi və bu pul məbləğində
alına biləcək əmtəə kəmiyyəti ilə təyin olunur.
DEKUVER - (fransızca - decouvert - bağ -
lan  mamış) - sığorta edənin riskində qalan, əm-
lakın qiyməti və sığorta məbləği arasında fərq.
Bir qayda olaraq, dekuver sığorta qiymətinin
10-dan 50%-ə qədəri həcmində olur.
DEQRADASİYA - (fransızca - degrada-
tion - tənəzzül) - iqtisadi sistemin vəziyyətinin
pisləşməsi, onun tənəzzülü, dağılması və təş -
kilatı idarəetmənin itirilməsi.
DELİKT - (latınca - delictum - pozuntu,
günah) - vurulmuş zərərin zərərçəkənə ödənil -
məsinin zəruriliyi öhdəliyini yaradan mülki-
hüquqi pozuntu. 
DELİSTİNQ - (ingiliscə - delisting - kati -
rov kanın  dayandırılması)  -  təminatlılığının
yoxlanışından və onların aşağı təminatlılığının
müəyyən  edilməsindən  sonra  qiymətli  ka -
ğızların  fond  birjası  ticarəti  siyahısından
çıxarılması.
DELİVERİ, DELİVERİ-ORDER - (in-
giliscə - delivery order - təchizar sifarişi) -
əmtəənin,  malın  buraxılışı  haqqında  order,
sahibin  yazılı  sərəncamı;  əmtəənin  sahibi
tərəfindən əmtəənin saxlanmasından qismən
və ya tam çıxarılması haqqında verilən order.
DELKREDERE - (italyanca - credere -
etibar üzrə) - xüsusi mükafatlandırma ilə ödə -
nilməklə  üçüncü  şəxs  tərəfindən  (əmtəənin
alıcısı) komisyon sövdələşmələrin yerinə ye-
tirilməsinə görə, mülkiyyət məsuliyyətli ko -
mis yonerə  zəmanət  vermə.  Bununla  özünə
delkredere  qəbul  etmiş  komisiyoner  təkcə
əmtəəni satmır, həm də alıcı ödənişqabiliyyətli
olmadıqda belə onun ödənişinə zəmanət verir.
Bu  termin,  eyni,  zamanda  zəmanət  üzrə
mükafatlandırmanı da ifadə edir.
DELTA -  (yunanca  -  delta  -  yunan  əlif-
basının 4-cü hərfi, müxtəliflik) - səhmin cari
qiymətinin dəyişməsi ilə şərtlənmə əsasında,
onun gələcək alışı və ya satışı üzrə opisionun
qiymətinin dəyişməsi. Bir qayda olaraq, opi-
TERMİNOLOGİYA


sion  alış  üzrə  müsbət,  satış  üzrə  isə  mənfi
deltaya malik olur.
DELTA-HECERLƏŞMƏ -  (ingiliscə  -
del ta hedging) - opision satıcısının «delta» əm-
salına uyğun olan nağd fond bazarı alətinin
alınıb və ya satılması üzrə öz riskini sığortala-
ması.
DELTA-NEYTRAL MÖVQE - «delta»
əmsalına uyğun sığortalanma əsasında opision
satıcısının mövqeyi.
DELTA-SPRED - (ingiliscə - delta spread
- deltanın yayılması) neytral mövqeydə təyin
olunmuş opisionlar nisbəti. Bu neytral əmsal
alınmış opisionun deltasını satılmış opision-
nun deltasına bölməklə təyin edilir.
DEQRESSİYA -  (latınca  -  degressus  -
aşa ğı düşən) - gəlirlərin həcminin azalmasına
uyğun olaraq  faizin aşağı düşməsini müəyyən
edən proporsional vergiqoyma.
DEMARKETİNQ - (ingiliscə - demarke -
ting - əksbazarlama) - məhsullara artan tələ-
batın  həmin məhsulları mövcud resurslarla
istehsal  etmək  imkanlarını  üstələdiyi  bir
şəraitdə marketinq vəziyyəti və davranışı. Belə
şəraitdə tələbatın ləngiməsinə, aşağı düşmə -
sinə  yönəldilmiş  çəkindirici  marketinq  təd -
birləri  –  demarketinq  həyata  keçirmək
məqsə də uyğun hesab edilir.
DEMEREC - (ingiliscə - demurrage - boş-
dayanma) - gəminin limanda müqavilə şərtlə -
rindən  əlavə  boş  dayanması  üçün  yük
sa hi binin gəmi sahibinə ödədiyi cərimə.
DEMİLLİLƏŞDİRMƏ denasionaliza-
siya - (fransızca denationalisation - milliləş -
dir mənin  əksi,  özəlləşdirmə)  -  dövlət
mül kiy yəti obyektlərinin özəl əllərə verilməsi.
Proses çox zaman dövlət tərəfindən müvafiq
resursların qeyri-səmərəli istifadəsi zamanı baş
verir. 
DEMOQRAFİYA - (yunanca - demos -
xalq və grapho - yazıram) - əhali, əhalinin say
tərkibində  dəyişikliklər,  doğum  və  ölüm,
miqrasiya, cinsi struktur, milli tərkib, coğrafi
yerləşmə (sosial-iqtisadi, tarixi və digər amil-
lərdən  asılılığı  da  özündə  ehtiva  edən)
haqqında elm. 
DEMONİTİZASİYA - (fransızca - demo -
netisation - metal monet, pul dəyərindən uzaq -
laşma)  -  kredit  pulların,  bank  biletlərinin
(banknot),  nağdsız  pulların,  çeklərin  tətbiq
dairəsinin  genişləndirilməsi  ilə  əlaqədar
qiymətli  metalların,  xüsusi  ilə  qızıl  və
gümüşün  pul  funksiyalarının  dəyərdən
düşməsi, onların pul vasitəsi kimi istifadəsinin
məhdudlaşması.
DEMONOPOLİZASİYA (ingiliscə - de-
monopolization - inhisarsızlaşdırma) - inhi -
sarların  fəaliyyətinin  məhdudlaşdırılması,
daxili  bazarda  rəqabətqabiliyyətli  mühitin
yaradılması istiqamətində dövlətin iqtisadi və
qanunvericilik tədbirləri.
DEMPINQ - (ingiliscə - dompen, dumpen
- atmaq, düşmək, əldən salmaq) - qəsdən ucuz -
laşdırılmış idxal mallarının xarici bazarda dax-
ili bazara nisbətən öz dəyərindən ucuz qiymətə
satılması.
DENARİY, DENARÜS - (latınca - denar-
ius - ondan (say qismində) ibarət) - 10 assdan
ibarət 4,5 qram gümüş əyarlı qədim roma pul
vahidi.  Onun  sikkə  halına  salınaraq  döv -
riyyəyə  buraxılması  b.e.ə.  III  əsrdə  başla -
nılmışdır. Hazırda da bir sıra ölkələrdə istifadə
edilən pul vahidi – «dinar»ın adı da «denariy»ə
gedib çıxır.
DENOMİNASİYA - (latınca - denomina-
tio - adın dəyişməsi) - inflyasiya zamanı hesab -
laşmaları sadələşdirmək üçün pulların dəyə rinin
müvafiq əmsallar üzrə kiçildilməsi prosesi.
DENONASİYA - (fransızca - denoncia-
tion, latınca - denuntiatio - xəbərdar etmə) bir
dövlətin o birisinə aralarında bağlanan müqa -
vilənin ləğv edilməsi barədə xəbərdarlığı.
DEPARTAMENT - (fransızca - departe-
ment - bölmə.) - 1) inzibati-ərazi vahidi; 2) böl -
mə, idarə, ali inzibati aparatda şöbə; 3) nazirlik
və mərkəzi icraiyyə orqanının adı.
DEPO -  (fransızca  -  depot  -  anbar,
saxlama yeri) - 1) anbar; 2) mühasibat uço-
tunda: uçot məlumatlarının toplandığı ümumi
cədvəl; 3) depo mükafatı qismində - sığorta
müqaviləsi öhdəliyinin yerinə yetirilməsi təmi-
natı üçün tutulan sığortaedənin mükafatının bir
hissəsi.
n
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
204


Yüklə 4,23 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə