İşçi heyəti: Redaksiya heyəti: Vahid Axundov (iqtisad elmləri doktoru, professor), Ziyad Səmədzadə



Yüklə 4,23 Kb.
Pdf görüntüsü
səhifə81/88
tarix17.01.2018
ölçüsü4,23 Kb.
#21173
1   ...   77   78   79   80   81   82   83   84   ...   88

191
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
inzibati qeydiyyatların hamısının sinxronlaşdırılmasını təmin edir. Bu prinsip üzrə
qeydiyyatın  aparılması  sahibkarlıq  sektoruna  marağı  gücləndirmiş  və  biznesin
inkişafına təkan vermişdir [5, 9].
3.6. Vergi ödəyiciləri üçün elektron bəyannamə, elektron
vergi hesab-fakturalarının göndərilməsi, “onlayn kargüzarlıq” 
sistemi tətbiq edilmişdir
Yeni texnologiyalara söykənən elektron kargüzarlıq sisteminin tətbiqi nəticəsində
ölkə vətəndaşları bütün müraciətlərini kompyuter və ya mobil telefon vasitəsilə in-
ternet üzərindən vergi orqanına göndərə bilirlər. Müraciət edən vətəndaş bu sistem
üzərindən  vergi  orqanına  göndərdiyi  bütün  məktubların  vergi  orqanı  daxilində
hərəkətini onlayn rejimdə izləyə və birbaşa icraçı ilə telefon əlaqəsi yarada bilir.
"Onlayn kargüzarlıq" sistemi ilk dəfə vətəndaşlara dövlət qurumu ilə elektron for-
mada məktublaşmağa imkan yaratmışdır. Sənəd dövriyyəsi, sənədlərin vahid qey-
diyyatı və ödəyicilərin müraciətlərinin operativ emalı prosesi sürətlənmişdir [9, 12].
3.7. Beynəlxalq təşkilatların reytinq cədvəllərində respublikamızın
mövqeyi yüksəlmişdir
Dünya Bankının "Doing Business 2012" və PWC şirkətinin "Paying Taxes 2012"
hesabatlarına əsasən, vergi qanunvericiliyinin normalarına riayət edilməsinin sadəliyi
sub-indikatorları üzrə Azərbaycanın göstəriciləri istər regional, istərsə də orta dünya
göstəricilərindən yüksəkdir. Ölkəmiz "Paying Taxes 2012" hesabatında 2011-ci ildə
vergi ödəmələrinin sadəliyi reytinqində 26 pillə irəliləmişdir [9, 10].
3.8. Vergi nəzarətinin təkmilləşdirilməsi vergidən yayınma hallarını
aradan qaldırmışdır
Azərbaycanın vergi xidmətində son illər aparılan çoxşaxəli islahatların əsas is-
tiqamətlərindən biri də vergi nəzarətinin təkmilləşdirilməsidir. Bu baxımdan vergi
orqanları nəzarət işlərində əsas diqqəti səyyar vergi yoxlamalarının sayının azaldıl-
ması  ilə  keyfiyyətinin  yüksəldilməsinə  və  ən  əsası  kameral  yoxlamaların
səmərəliliyinin  artmasına  yönəldiblər.  Son  illərdə  vergi  yoxlamalarının  sayı  da
nəzərə çarpacaq dərəcədə azalmış, təyin olunan yoxlamaların keyfiyyət göstəriciləri
isə xeyli artmışdır.
2010-cu ilin statistikasına nəzər salsaq görərik ki, respublikamızda gəlir və mən-
fəət vergisi bəyannaməsi təqdim etməli olan vergi ödəyicilərinin 94,1 faizi bəyan-
naməni  vaxtında  təqdim  etmişdir  ki,  bu  da  2009-cu  ilin  eyni  göstəricisi  ilə
müqayisədə 2,8 faiz artım deməkdir [9].


192
S.Vəlizadə. Azərbaycanın müasir vergi sisteminin formalaşması istiqamətində aparılan islahatlar, onların nəticələri...
4. Azərbaycan Respublikasının vergi sisteminin perspektiv
inkişaf istiqamətləri
Respublikamızın  vergi  sisteminin  modernləşməsi,  vergi  xidmətinin  təkmil-
ləşdirilməsi və inkişafı sahəsində əldə edilən uğurlar yeni inkişaf strategiyasının
müəyyən olunması və həyata keçirilməsi üçün baza rolunu oynayır. Bununla yanaşı,
vergi inzibatçılığının keyfiyyətinin kifayət qədər yüksəldilməsinə baxmayaraq, milli
və  meqo  aləmdə  iqtisadi  şəraitin  sürətlə  dəyişilməsi,  regional  və  beynəlxalq
müstəvidə iqtisadi inteqrasiya və investisiyaların cəlbi üçün əlverişli iqtisadi sistem
yaratmaq istiqamətində baş verən proseslər vergi sistemini də daim yeni-yeni isla-
hatlarla mövcud şəraitə uyğunlaşmağa vadar edir.
Son illər vergi sisteminin orta perspektivlər üçün inkişaf istiqamətlərini müəyyən
edən iki mühüm sənəd - “Vergi qanunvericiliyinin təkmilləşdirilməsinin strateji is-
tiqamətləri” və “Vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədilə informasiya-
kommunikasiya texnologiyalarının istifadə imkanlarının genişləndirilməsi haqqında”
konsepsiyalar və 2011-2015-ci illəri əhatə edən “Vergi orqanları tərəfindən vergi
ödəyicilərinə göstərilən xidmətlərin inkişafı Konsepsiyası” qəbul edilmiş və “Vergi
qanunvericiliyi və inzibatçılığının təkmilləşdirilməsi üzrə 2009-2012-ci illər üzrə
Stateji Plan” təsdiq edilmişdir. Bu baxımdan, qarşıya qoyulmuş məqsədlərə nail
olmaq üçün nəzərdə tutulmuş tədbirlərə elektron ticarət üzərində vergi nəzarətinin
təşkili, həmçinin elektron ticarətə ƏDV-nin tətbiqi, transfert qiymətlərin tənzimlən-
məsi ilə bağlı qanunvericilik bazası, özəl vergi xidməti haqqında qanun vericilik
bazasının  formalaşdırılması  və  s.  məsələlər  daxildir  [6].  Hazırda  haqqında
danışdığımız məqsədlər çərçivəsində yaxın perspektivdə həyata keçirilməsi göz -
lənilən bəzi layihələrə nəzər salaq:
4.1.Elektron audit
2011-ci il aprel ayının 14-də Vergilər Nazirliyi Avropa İttifaqının Qonşuluq Siya -
səti çərçivəsində bu təşkilatın maliyyə dəstəyi ilə həyata keçirilən “Kompyuter əsaslı
audit sistemi sahəsində Azərbaycan Respublikasının Vergilər Nazirliyinə dəstəyin
göstərilməsi” Tvininq layihəsinin təqdimatı olmuşdur. Respublikamızda e-audit sis-
teminin tətbiqi vergidən yayınmanın qarşısını almaqla yanaşı, vergi yoxlamalarına
sərf olunan vaxt və insan resurslarına qənaətə imkan verəcəkdir. Avropa komissiyası
ekspertlərinin rəyinə əsasən, Tvinninq layihəsinin reallaşdırılması nəticəsində Azər-
baycan MDB məkanında ən müasir e-audit sisteminə malik olacaq [9].
4.2. əvvəlcədən doldurulmuş bəyannamə sistemi
Ölkəmizdə tətbiqi nəzərdə tutulan əvvəlcədən doldurulmuş bəyannamə sistemi
(Pre-filled tax return) vergi ödəyicilərinin inzibatçılıq xərclərinin, bəyannamənin


193
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
doldurulmasına  sərf  oluna  vaxtın  əhəmiyyətli  dərəcədə  aşağı  düşməsinə  imkan
verəcəkdir.  Bu  sistemin  mahiyyəti  ondan  ibarətdir  ki,  vergi  orqanları  mövcud
məlumatlardan istifadə etməklə bəyannamələri dolduraraq vergi ödəyicisinə e-poç-
tuna göndərir və vergi ödəyicisi bəyannaməni yoxlayıb, lazım gələrsə müvafiq dəyi -
şikliklər etməklə təsdiqləyir [9].
4.3. Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının elektron aparılması
Vergilər Nazirliyi biznesə başlamaq prosedurlarının sadələşdirilməsi məqsədilə
2012-ci ildə hüquqi səxslərin elektron qeydiyyat sistemini tətbiq edəcəkdir. 2011-ci
ilin sentyabr ayında “Elektron imza və elektron sənəd dövriyyəsi haqqında” Azər-
baycan Respublikasının Qanunun qəbul edilməsi Vergilər Nazirliyinin hüquqi şəxs-
lərin  qeydiyyatına  elektron  formada  aparmaq  üçün  həm  texniki,  həm  də
qanunvericilik imkanları yaratmışdır [9].
4.4. Vergilərin plastik kartlar vasitəsilə ödənilməsi
Azərbaycan Respublikasının ödəniş sistemlərinin inkişaf etdirilməsi, vergilər və
digər  məcburi  ödənişlərin  də  palstik  kartlarla  ödənilməsinə  imkan  verəcəkdir.
Vergilərin elektron ödəniş sistemi vasitəsilə ödənilməsi dünya təcrübəsinə əsaslanır
və milli ödəniş sisteminə böyük töhfə olmaqla, vergi ödəyicilərinin vaxt itkisinin də
qarşısını alacaqdır [9].
4.5.“195” Telefon-məlumat xidmətinin universal telefon-məlumat
xidmətinə çevrilməsi
Vergilər Nazirliyinin “195” Telefon-məlumat xidmətin və ayrı-ayrı orqanların
anoloji xidmətlərinin universal telefon-məlumat xidmətinə çevrilməsi nəzərdə tu-
tulmuşdur ki, maraqlı tərəflərin vahid mənbədən vaxt itirmədən biznes, vergi, müha-
sibat, sığorta, rüsumlar, maliyyə və s. informasiyaları əldə edəcəklər [9].
Əvvəldə qeyd etdiyimiz kimi, respublikamız daha yüksək sosial-iqtisadi inkişaf
-  innovativ  iqtisadiyyatına  keçid  mərhələsinə  qədəm  qoymuşdur.  Bu  strateji
məqsədlər və ölkənin maliyyə imkanlarının sürətlə artması vergi qanunvericiliyinin
və inzibatçılığının beynəlxalq standartlara uyğunlaşdırılması proseslərinin daha
sürətlə aparılmasına tələblər və eyni zamanda imkanlar yaradır [13].
Digər tərəfdən isə, təcrübələr göstərir ki, qanunvericilikdə nəzərdə tutulmuş vergi
nəzarətinin bütün üsullarından istifadə etdikdə belə vergi orqanı pul vəsaitlərinin
bütün hərəkətini aşkar etmək və bağlanan bütün kommersiya əqdlərinə nəzarət etmək
iqtidarında  deyildir.  Nəticədə  müəyyən  dövrdən  bir  vergi  islahatları  aparılması
zərurəti yaranır. İqtisadçılar belə hesab edir ki, hər 5-7 ildən bir əsaslı vergi islahat-


Yüklə 4,23 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə