İşçi heyəti: Redaksiya heyəti: Vahid Axundov (iqtisad elmləri doktoru, professor), Ziyad Səmədzadə



Yüklə 4,23 Kb.
Pdf görüntüsü
səhifə79/88
tarix17.01.2018
ölçüsü4,23 Kb.
#21173
1   ...   75   76   77   78   79   80   81   82   ...   88

2007-ci ildə ölkəmizin ən böyük dövlət portallarından biri olan Vergilər Nazir-
liyinin İnternet Vergi İdarəsi portalı istifadəyə verildi və bəyannamələrin elektron
variantda göndərilməsinə başlandı. Elektron bəyannamə sisteminin tətbiqi ümumi-
likdə bəyannamələrin tərtib edilməsi və onların vergi orqanına göndərilməsi üçün
lazım olan vaxtı əhəmiyyətli şəkildə azaltdı. Hazırda vergi ödəyiciləri tərəfindən
Vergilər Nazirliyinə daxil olan bəyannamələrin orta hesabla 90%-i elektron formatda
göndərilir. Bu dövr ərzində vergi ödəyicilərinə elektron vergi hesab-fakturalarından
istifadə etmək, vətəndaşlarla dövlət qurumu arasında elektron formada məktublaşma
imkanı verən “On-line kargüzarlıq” sistemindən faydalanmaq imkanı yaradılmışdır.
Hər bir vergi ödəyicisi üçün nazirliyin www.e-taxes.gov.az internet səhifəsində şəxsi
elektron qutu yaradılmışdır ki, onun vasitəsilə vergi ödəyiciləri vergi sisteminə aid
informasiya xarakterli istənilən sənədi əldə edirlər [6].
2008-ci ildən sahibkarlıq subyektlərinin qeydiyyatının “bir pəncərə” prinsipi tət-
biq edilməklə aparılması göstərilən elektron xidmətlərin mühüm tərkib hissəsi ol-
maqla  vergi  ödəyiciləri  və  beynəlxalq  təşkilatlar  tərəfindən  çox  müsbət
qiymətləndirmişdir. Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatında bu sistemin
uğurlu tətbiqi sonradan “bir pəncərə” prinsipinin digər sahələrdə də tətbiqinə təkan
vermişdir. 2008-ci ildə Azərbaycanda ilk dəfə ƏDV inzibatçılığı prosesində vergi
nəzarətinin tam elektronlaşdırılmasına imkan verən ƏDV depozit hesablarının tət-
biqinə başlanmışdır. Vahid ƏDV depozit hesabının tətbiqi ƏDV üzrə vergidən yayın-
maların qarşısının alınmasına, eyni zamanda, vergi ödəyicilərinin ƏDV üzrə inzibati
yükünün azaldılmasına da şərait yaratmışdır [6].
Qlobal böhran şəraitində belə, Prezident İlham Əliyevin tapşırığı əsasında Azər-
baycanda vergi yükünün azaldılması yolu ilə real sektorun təşviqi haqqında qanun-
verici qərar qəbul edilmiş, 2009-cu ildə vergi qanunvericiliyinə ciddi dəyişikliklər
olunmuşdur. Nəticədə 2010-cu ilin yanvarından mənfəət vergisi 22 faizdən 20, fiziki
şəxslər üçün gəlir vergisinin maksimal dərəcəsi 35 faizdən 30 faizədək azaldılmış,
fərdi sahibkarlar üçün isə bu dərəcə 20 faizədək endirilmişdir. Vergi dərəcələrinin
azaldılması real sektorda büdcə gəlirinin bir hissəsinin saxlanılması məqsədilə qəbul
edilmişdir. Başqa sözlə, bu tədbirlər iqtisadi fəallığın stimullaşdırılmasına yönəlmiş
və onun sayəsində müəssisələrin gəlir və mənfəəti artmış, nəticədə vergitutma baza-
sının genişlənməsi hesabına dövlət büdcəsinə daxilolmalar artmışdır [7, 8].
Vergilər  Nazirliyinin  2010-cu  ildə  tətbiq  etməyə  başladığı  innovativ  texno -
logiyalardan biri də “onlayn kargüzarlıq” sistemidir. Bu sistem vasitəsilə e-hökumət
quruculuğunun  əsas  tərkib  hissələri  olan  “vətəndaş-dövlət”,  “biznes-dövlət”  və
“biznes-biznes” münasibətləri müasir beynəlxalq standartlar səviyyəsində təşkil
edilmişdir. 2010-cu ildən etibarən nağd hesablaşmaların aparılması üzərində nəzarət
tədbirlərinin gücləndirilməsi məqsədilə vergi ödəyicilərinin nəzarət-kassa aparat-
larının  yaddaşındakı  məlumatların  GPRS  şəbəkəsi  vasitəsilə  vergi  orqanlarının
məlumat bazasına ötürülməsinə başlanılmışdır [9]. 
S.Vəlizadə. Azərbaycanın müasir vergi sisteminin formalaşması istiqamətində aparılan islahatlar, onların nəticələri...
186


2011-ci il yanvar ayının 1-də 2011-2015-ci illəri əhatə edən “Vergi orqanları
tərəfindən vergi ödəyicilərinə göstərilən xidmətlərin inkişafı Konsepsiyası” təsdiq
olunmuş, vergilərin könüllü ödənilməsi sisteminin təkmilləşdirilməsi və daha əlve -
rişli biznes mühitinin formalaşdırılması məqsədilə vergi ödəyicilərinə xidmət ter-
minalları yaradılmışdır. Hazırda sayı 27-yə çatan bu terminallar, əsasən, vergi orqanı
olmayan şəhər və qəsəbələrdə inşa olunmuş, ən müasir avadanlıqlar, yüksək sürətli
internet xətti ilə təchiz edilmişdir [9].
2011-ci il iyulun 1-dən sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin
dövlət  qeydiyyatı  elektron  formata  keçirilir.  İndi  fərdi  sahibkar  olmaq  istəyən
istənilən şəxs bir neçə dəqiqə ərzində biznesə başlamaq üçün rəsmi qeydiyyat pro -
sesini tamamlaya bilir. Bu il sahibkarlıq subyektləri üçün nəzərdə tutulan ərizələrin
böyük hissəsinin elektron qaydada təqdim edilməsi imkanları yaradılmışdır. Azər-
baycanda nağd ödəmələr prosesində geniş tətbiq edilən nəzarət-kassa aparatlarının
qeydiyyat prosesi də elektronlaşdırılmışdır [9].
Ölkədə aparılan vergi siyasətinin əsas istiqamətlərindən biri də vergilərin iqtisadi
fəallığa stimullaşdırıcı təsirini artırmaq, investisiyaları təşviq etməkdir. Bu məqsədlə
cədvəl 1-ə nəzər salsaq görərik ki, vergi dərəcələri mərhələlərlə əsaslı şəkildə azal -
dılmışdır [7]. Bütün bunların nəticəsində Azərbaycan Respublikasında əksər vergi -
lərin dərəcələri digər ölkələrdəki analoji vergi dərəcələrindən xeyli aşağıdır. Əlavə
olaraq, fiziki şəxslərin gəlir vergisinin hesablama mexanizmi sadələş dirilmişdir. Öl -
kə də kiçik və orta sahibkarlığın inkişafını dəstəkləmək, onların vergitutma mexa -
nizmini sadələşdirmək məqsədilə 2001-ci ildən sadələşdirilmiş vergi tətbiq edilir.
Azərbaycan Respublikasının vergi siyasətində islahatların mühüm istiqamətlərindən
biri dövlətlərarası ikiqat vergiqoymanın aradan qaldırılması haqqın da sazişlərin  im -
za lanmasını göstərmək  olar. Bu günə qədər 41 ölkə ilə ikiqat vergitutmanın aradan
qaldırılması haqqında saziş imzalanmış və daha 17 ölkə ilə danışıqlar aparılır [10]. 
Respublikamızda həyata keçirilən vergi islahatlarının əsas istiqamətlərindən biri
də əlverişli vergi mühitinin yaradılması ilə xarici investorların ölkəyə cəlb edilmə-
sidir. Bu məsələ ilə bağlı Azərbaycan Respublikası tərəfindən bir sıra beynəlxalq
müqavilələr bağlanmışdır. Bu müqavilələrə əsasən investisiyaların təşviqi və qorun-
ması, gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan
qaldırılması, nəqliyyat daşımalarını və kredit sazişlərini əhatə edir. Bundan əlavə,
xarici investisiyaların ölkə iqtisadiyyatına axınını stimullaşdırmaq, zəngin neft-qaz
yataqlarının mənimsənilməsini sürətləndirmək məqsədilə Azərbaycan Respublikası
ərazisində hasilatın pay bölgüsü  üzrə sazişlər əsasında  karbohidrogen fəaliyyətini
həyata keçirən xarici  şirkətlər üçün müvafiq protokollarla tənzimlənən, Vergi Məcəl-
ləsindən fərqli üstünlüklərə malik olan xüsusi rejimli vergitutma mexanizmi də
nəzərdə  tutulmuşdur.  Bütün  bu  görülən  tədbirlər  son  illərdə  xarici  vergi  ödəyi-
cilərinin sayının artmasına, xarici investisiyaların iqtisadiyyata axınının xeyli güc -
lənməsinə səbəb olmuşdur [11].
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
187


Yüklə 4,23 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə