İşçi heyəti: Redaksiya heyəti: Vahid Axundov (iqtisad elmləri doktoru, professor), Ziyad Səmədzadə



Yüklə 4,23 Kb.
Pdf görüntüsü
səhifə77/88
tarix17.01.2018
ölçüsü4,23 Kb.
#21173
1   ...   73   74   75   76   77   78   79   80   ...   88

1. Giriş
Uzun illər respublikamız keçmiş sovet dövlətinin tərkibində olduğundan özünün
müstəqil vergi sistemi olmamış, buna görə də müstəqil maliyyə və onun tərkib hissəsi
olan vergi siyasəti apara bilməmişdir. 1991-ci ildə siyasi və iqtisadi müstəqillik əldə
etdikdən sonra problemlərlə dolu çətin müstəqillik yolları ilə irəliləyən Azərbaycan
bütün sahələrdə olduğu kimi vergi sahəsində də böyük vəzifələr yerinə yetirmək, is-
lahatlar aparmaq zərurəti ilə üz-üzə qalmışdır. Çünki iqtisadiyyatın inzibati-amirlik
sistemində mövcud olmuş qaydalardan birdəfəlik imtina etmək mümkün olmadığı
kimi yenilərini də birdəfəlik qəbul etmək mümkün deyildi. Qeyd etmək lazımdır ki,
Azərbaycanda bütün sahələrdə olduğu kimi, büdcə-vergi sistemində də əsaslı isla-
hatların aparılması 1993-cü ilin iyun ayından ümummilli lider Heydər Əliyevin
siyasi hakimiyyətə gəldikdən sonrakı siyasi sabitlik dövrünü əhatə edir. Bu parlaq
dühanın xilaskarlıq missiyası nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsindən
silinmək təhlükəsindən qurtuldu. Milli Qurtuluş yeni, yüksək intibaha açan qapı kimi
tariximizi səhifələndirdi. Onun müdrikliyi, uzaqgörənliyi, qətiyyəti və dövlətçilik
istedadı sayəsində Azərbaycan tezliklə təlatümlərdən, sarsıntılardan uğurla çıxaraq
gələcəyə  inamla  baxan  bir  dövlətə  çevrildi.  Bütün  sahələrdə  olduğu  kimi  vergi
sahəsində də əsaslı islahatlar aparıldı. Məhz həmin iqtisadi islahatların uğurla real-
laşdırılması nəticəsində, iqtisadiyyatımızda iqtisadi artım templərinin yüksək göstəri-
cilərə çatdırılması, sahibkarlığın, kiçik və orta biznesin təşəkkül tapması, regionların
sosial iqtisadi inkişafında qısa zamanda real nəticələr əldə olundu [1].
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi inkişaf strate-
giyası bu gün də uğurla reallaşdırılaraq Azərbaycanı regionda ən dinamik inkişaf
edən bir dövlətə çevrilməsinə imkan vermişdir. Ümummilli lider Heydər Əliyevin
siyasi kursuna əsaslanaraq Prezident İlham Əliyevin yürütdüyü siyasət ilk növbədə,
ölkədə sosial iqtisadi inkişafın və regional siyasətin gücləndirilməsi, sahibkarlığa
dövlət qayğısının artırılması, iş adamları üçün əlverişli şəraitin yaradılması, yeni iş
yerlərinin açılması, inzibati idarəetmə strukturlarının təkmilləşdirilməsi və beynəl -
xalq  standartlara  çatdırılması  kimi  mühüm  həlqələri  əhatə  etməklə  dövlətçilik
maraqlarına xidmət edən iqtisadi strategiyanın uğurla həyata keçirilməsinə zəmin
yaradıb. Bu siyasətin nəticəsi olaraq Azərbaycan iqtisadiyyatında müşahidə olunan
müsbət dəyişikliklər özünü təkcə bazar münasibətlərinin dərinləşməsində deyil, həm
də işgüzar mühitin aktivləşməsi və dinamikləşməsində, sahibkarlıq subyektlərinin
sayının gündən-günə artmasında göstərir [1].
Artıq inzibati-amirlik üsul-idarəsinə söykənən formasiyadan yeni, azad sahibkar-
lıq və bazar münasibətlərinə əsaslanan sosial-iqtisadi quruluşa keçid tamamlan-
mışdır. Hazırda ölkəmiz daha yüksək sosial-iqtisadi dirçəliş mərhələsinə qədəm
qoymaqdadır. Bu gün qarşıya innovativ və yeni çağırışlara cavab verən müasir iqti-
sadi sistemi formalaşdırmaq məqsədi qoyulmuşdur. Sözügedən sistemi qurmaq üçün
S.Vəlizadə. Azərbaycanın müasir vergi sisteminin formalaşması istiqamətində aparılan islahatlar, onların nəticələri...
182


19  noyabr  2011-ci  ildə  prezident  İlham  Əliyev  tərəfindən  “Azərbaycan  2020:
gələcəyə baxış” Konsepsiyasının hazırlanması ilə bağlı sərəncam imzalanmışdır və
2012-ci ilin axırına qədər bu Konsepsiyanın hazırlanması nəzərdə tutulur. Konsep-
siyada  ilk  növbədə,  ümumi  daxili  məhsulun  artımını  qeyri-neft-qaz  sektorunun
inkişafı hesabına təmin etmək, iqtisadiyyatın diversifikasiya prosesini sürətləndir -
mək, ümumi daxili məhsulun tərkibində və dövlət büdcəsinin formalaşmasında təbii
ehtiyatlar  amilinin  azaldılması,  qeyri-neft  amilinin  regionların  hesabına  üstün-
lüyünün  təmin  edilməsi,  ixracın  təşviq  edilməsi  və  yerli  müəssisələrin  xarici
bazarlara çıxışına nail olmaq əsas məqsədlərdir [2]. Təbii ki, iqtisadiyyatda nəzərdə
tutulan bu missiyalar vergi orqanları qarşısında yeni vəzifələr qoyaraq onların yeni
formalaşmış biznes mühitinə uyğunlaşmasını tələb edir. Çünki ölkənin sosial-iqtisadi
inkişafında səmərəli vergi mühitinin rolu inkar edilməzdir. Eyni zamanda qeyd ol-
unmalıdır ki, iqtisadiyyatın vergi tənzimlənməsinin daim təkmilləşdirilməsi zəruridir
[3].
Deməli, Respublikamızın yeni inkişaf mərhələsinə qədəm qoyması eyni zamanda
vergi sisteminin də qarşısına yeni tələblər qoymaqla bu məsələnin təkmilləşməsi is-
tiqamətində aparılacaq islahatların istiqamətlərinin elmi cəhətdən əsaslandırılmasını
tələb edir.
2. Azərbaycan Respublikasının vergi sisteminin formalaşması və
təkmilləşdirilməsi sahəsində aparılan islahatlar
Müstəqil Azərbaycan vergi xidməti bazar münasibətlərinə keçidlə əlaqədar olaraq
bu münasibətlərin tənzimlənməsi və dövlət büdcəsinin mədaxil hissəsinin formalaş-
ması aləti kimi 1990-cı ilin iyul ayında Maliyyə Nazirliyinin tərkibində yara dıl -
mışdır. 1991-ci ilin oktyabr ayında isə vergi qanunvericiliyinin və nəzarət sis te minin
gücləndirilməsi, sahədə obyektivliyin yaradılması zərurəti əsas götürülərək, xidmət
Maliyyə Nazirliyin tərkibindən çıxarılmış, Azərbaycan Respublikası Baş Dövlət
Vergi Müfəttişliyi adı altında müstəqil orqan kimi fəaliyyətə başlamışdır [1].
1993-cü ildə Ümummilli liderimiz Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsi
ilə ölkədə siyasi sabitlik bərqərar oldu, tezliklə atəşkəs müqaviləsi imzalandı və iqti-
sadiyyatda baş verən geriləmə prosesi ölkə iqtisadiyyatında canlanma, islahatların
aparılması və irimiqyaslı özəlləşdirmə prosesləri ilə əvəz olundu. Bu dövrdə qəbul
edilmiş iqtisadi proqramlara əsasən həyata keçirilən  islahatlar və özəlləşdirmə pro -
sesi  makroiqtisadi  sabitliyin  və  struktur  dəyişikliklərin  təmin  olunmasına  yö -
nəldilmişdi. Beynəlxalq maliyyə qurumları ilə birlikdə işlənib hazırlanan və uğurla
aparılan islahatlar qarşıya qoyulan məqsədlərin həyata keçirilməsinə, həmçinin iqti-
sadi artıma və əhalinin maddi rifahının yüksəldilməsinə zəmin yaradırdı. Bu da öz
növbəsində iqtisadiyyatın digər sahələrində olduğu kimi, vergi sahəsində də islahat-
ların  aparılmasını,  bu  münasibətlərin  inkişafını  təmin  edə  biləcək  müasir  vergi
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
183


Yüklə 4,23 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə