İşçi heyəti: Redaksiya heyəti: Vahid Axundov (iqtisad elmləri doktoru, professor), Ziyad Səmədzadə



Yüklə 4,23 Kb.
Pdf görüntüsü
səhifə78/88
tarix17.01.2018
ölçüsü4,23 Kb.
#21173
1   ...   74   75   76   77   78   79   80   81   ...   88

siyasətinin həyata keçirilməsini tələb edirdi.  Vergi qanunvericiliyində mövcud olan
bir sıra boşluqlar istər vergi ödəyicilərində, istərsə də vergi xidməti orqanlarında
haqlı narazılıqlar doğururdu. Məhz belə bir şəraitdə ümummilli liderin rəhbərliyi və
diqqəti ilə ölkənin vergi sisteminin yenidən təşkil edilməsinə başlanıldı. Vergi mü-
nasibətlərinin təkmilləşdirilməsi məqsədilə dövlət başçısının bilavasitə tapşırığı ilə
Nazirlər Kabineti bir sıra qərarlar qəbul etdi. Bunlara misal olaraq "Azərbaycan Res -
publikası  ərazisində əhali ilə nağd pul hesablaşmalarının aparılmasında nəzarət-
kassa aparatlarının tətbiq olunması haqqında" 18 iyul 1995-ci il, 168 nömrəli "Vergi
ödəyicilərinin uçotunun təkmilləşdirilməsi barədə" 19 dekabr 1996-cı il, 182 nömrəli
"Mənfəət vergisinin ödənilməsini mərkəzləşdirilmiş qaydada həyata keçirən sub-
yektlər haqqında" 31 mart 1997-ci il, 28 nömrəli “Azərbaycan Respublikası ərazisinə
gətirilən minik avtomobillərinin aksiz vergisinə cəlbedilməsi haqqında” 16 aprel
1997-ci il, “Müəssisə və təşkilatların avans vergi məbləğlərinin hesablanması və
ödənilməsi haqqında” 1 may 1997-ci il,  71 nömrəli “Məhsulun (işin, xidmətin) maya
dəyərinə daxil edilən bəzi xərclərin tənzimlənməsi haqqında” 3 iyul 1997-ci il tarixli
qərarları göstərmək olar. Onu da qeyd edək ki, hal hazırda qeyd olunan qərarların
çoxu vahid qanunvericilik bazalarının (Vergi Məcəlləsi və Gömrük Məcəlləsi) hazır-
lanması ilə əlaqədar olaraq qüvvədən düşmüş, müvafiq məsələlər digər qanunveri-
cilik aktları ilə tənzimlənir.
Vergi sisteminin təkmilləşdirilməsi və bu sahədə aparılan köklü islahatların daha
da sürətləndirilməsi məqsədilə Heydər Əliyevin bilavasitə tapşırığı əsasında 1997-
ci ildən başlayaraq vergi münasibətlərinin tənzimlənməsi sahəsində vahid və təkmil
qanunvericilik bazasının yaradılması üçün Vergi Məcəlləsinin layihəsinin hazırlan-
masına başlanıldı. Bu istiqamətdə atılan addımlar ölkədə beynəlxalq normalara
uyğun  vergi  administrasiyasının  formalaşdırılmasına,  vergi  sisteminin  mərkəz -
ləşdirilmiş formada idarə edilməsinə, bütün vergi sisteminin vahid qanunvericilik
bazası əsasında tənzimlənməsinə imkan verirdi. 2001-ci ilin yanvarın 1-dən qüvvəyə
minən Vergi Məcəlləsi müstəqil Azərbaycanın həyatında yeni tarixi bir hadisə olaraq
vergi sisteminin təkmilləşdirilməsi və onun beynəlxalq standartlara uyğunlaşdırıl-
ması sahəsində atılmış mühüm addımlardan biri kimi çıxış etdi [4].
Ölkə başçısının vergi orqanları qarşısında qoyduğu mühüm vəzifələri əldə rəhbər
tutaraq 1999-cu ilin iyun ayından başlayaraq vergi xidmətinin kompleks islahat-
larının müfəssəl strateji planı və bu islahatların həyata keçirilməsinin optimal müd-
dətləri  işlənib  hazırlandı.  Bu  plan  dünya  standartlarına  cavab  verən  yeni
qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi, vergi administrasiyasının
modernləşdirilməsi, vergilərin dövlət büdcəsinə tam və vaxtında səfərbər edilməsinin
tədbirlər proqramının həyata keçirilməsini nəzərdə tuturdu. Ümummilli lider Heydər
Əliyevin  rəhbərliyi  altında  Azərbaycanda  vergi  sisteminin  strukturu  və  vergi
sahəsində milli qanunvericilik bazası formalaşdırılmış, Vergi Məcəlləsi qəbul edilmiş
və 2000-ci il 11 fevral tarixli Fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyi ləğv edilmiş,
S.Vəlizadə. Azərbaycanın müasir vergi sisteminin formalaşması istiqamətində aparılan islahatlar, onların nəticələri...
184


onun bazasında ölkədə dövlətin vergi siyasətinin həyata keçirilməsini, dövlət büd-
cəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və
bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı - Vergilər
Nazirliyi yaradılmışdır. Ulu öndərin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə vergi sis-
temində islahatlara başlanılmış, vergi siyasətinin əsas istiqamətləri, vergilərin sayı
və dərəcələrinin optimal səviyyəsi müəyyənləşdirilmiş, ölkədə vergi yükünün aşağı
salınması, vergi menecmentinin müasirləşdirilməsi istiqamətində bir sıra uğurlar
əldə olunmuşdur [4].
İlham Əliyev cənablarının siyasi hakimiyyətə gəlməsi ilə ulu öndərin ideyaları,
bütün sahələrdə olduğu kimi vergi sahəsində də uğurla davam etdirildi. Ölkəmizdə
vergi sferasında aparılan islahatların tərkib hissəsi kimi qabaqcıl dünya təcrübəsinə
əsaslanan vergi xidməti quruculuğu davam etmiş, xidmətin müasir Avropa standart-
larına uyğunlaşdırılması istiqamətində əməli addımlar atılmışdır. Həyata keçirilən
transformasiyanın mühüm tərkib hissələrindən biri “Azərbaycan Respublikasında
vergi inzibatçılığının təkmilləşdirilməsi dövlət proqramı”nın reallaşdırılması olmuş-
dur. Prezidentin 2005-ci il 12 sentyabr tarixli sərəncamı ilə təsdiq olunmuş dövlət
proqramının həyata keçirilməsi nəticəsində vergi orqanlarında idarəetmə sisteminin
beynəlxalq standartlara uyğunlaşdırılması, vergilərin könüllü ödənilməsi sisteminin,
vergi ödəyicilərinin hüquqlarının qorunması, vergidən yayınma halları ilə müba -
rizənin gücləndirilməsi, vergilərin məcburi ödənilməsi sisteminin təkmilləşdirilməsi
və vergi borclarının yaranmasının qarşısının alınması istiqamətində mühüm işlər
görülmüşdür. Vergi orqanlarının ən mühüm strateji məqsədlərini müəyyən edən
dövlət proqramının icrası çərçivəsində 5 əsas strateji istiqaməti əhatə edən tədbirlər
kompleksi həyata keçirilmişdir. Xüsusi vurğulamaq istərdim ki, ABŞ Xəzinədarlıq
Departamentinin, Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının ekspertləri vergi
inzibatçılığının təkmilləşdirilməsi üzrə dövlət proqramını inkişaf edən ölkələr və
MDB dövlətləri üçün nümunəvi strateji proqram kimi qiymətləndirmişlər [5].
2006-cı ildə vergi menecmentinin elektron qaydada qurulmasına imkan verən Av-
tomatlaşdırılmış Vergi İnformasiya Sisteminin (AVİS) tətbiqinə nail olunmuşdur.
AVİS-in texniki imkanları olduqca geniş, vergi ödəyicilərinə elektron xidmətlər
sahəsində mövcud olan ən müasir təcrübələri tətbiq edilməklə layihələndirilmişdir.
Hazırda ölkəmizdə vergi inzibatçılığının bütün səviyyələrində məlumat mübadiləsi
korporativ şəbəkə sistemi üzərindən AVİS vasitəsilə həyata keçirilir. Bu sistem vergi
ödəyiciləri ilə bilavasitə işləyən yerli vergi orqanlarının funksional fəaliyyətinin av-
tomatlaşdırılması, digər dövlət qurumları ilə inteqrasiya, eyni zamanda, müxtəlif
iqtisadi təhlillərin və proqnozlaşdırmanın aparılması imkanlarına malikdir [5]. 
Vergilər  Nazirliyi  digər  dövlət  strukturları  və  qurumlarla  elektron  məlumat
mübadiləsi qurmuşdur. Vergilər Nazirliyi ilə Mərkəzi Bank və banklar arasında elek-
tron sənəd mübadiləsi haqqında kollektiv saziş imzalanmışdır. Bu gün ölkənin 28
bankı Vergilər Nazirliyi ilə elektron sənəd mübadiləsi aparır [5].
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
185


Yüklə 4,23 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə