İşçi heyəti: Redaksiya heyəti: Vahid Axundov (iqtisad elmləri doktoru, professor), Ziyad Səmədzadə



Yüklə 4,23 Kb.
Pdf görüntüsü
səhifə74/88
tarix17.01.2018
ölçüsü4,23 Kb.
#21173
1   ...   70   71   72   73   74   75   76   77   ...   88

əməktutumlu və ölkədə böyük tələbat olan məhsullar istehsalı sahələri, strateji və
nisbətən zərərli istehsal sahələri üzrə vergi dərəcələri və ödəmələrin səviyyəsi aşağı
olmalı və əksinə dövlət güzəştləri və kredit verilməsi sahəsində onlara müəyyən
üstünlüklər verilməlidir. İnkişaf etmiş Avropa ölkələrində və ABŞ-da belə sahələrin
inkişafı məhz dövlətin xüsusi nəzarətində olur və onların inkişafı üçün daim lazımi
şərait yaradılır. Bu ölkələrdə hətta sahələr üzrə qiymətlərin və vergi ödəmələrinin
dərəcələri elə müəyyənləşdirilir ki, ölkədə sosial qruplar üzrə gəlirlərin səviyyəsində
elə güclü fərq olmasın. Xüsusilə kənd əməkçilərinin (fermerlərin) iqtisadi və sosial
vəziyyəti həmişə dövlətin nəzarətindədir. Məsələn, İsveçdə, Norveçdə, Fransada,
Böyük Britaniyada və digər inkişaf etmiş Avropa ölkələrində kənd təsərrüfatı is-
tehsalçılarına böyük güzəştlər edilir, onlar hər tərəfdən dövlət qayğısı ilə əhatə olunur
və hətta bazarda məhsulların reallaşdırılmasında problem meydana çıxanda dövlət
münasib qiymətlərlə həmin məhsulları alır və onları yaranmış böhran vəziyyətindən
çıxarır [2]. Azərbaycanda da hesab edirik ki, belə bir yanaşmaya ehtiyac vardır. 
Bunlardan əlavə, bizim fikrimizcə, bəzi vergi dərəcələri, o cümlədən əlavə dəyər
vergisi, aksiz vergisi, mənfəətdən ayırmalar müəyyən dərəcədə aşağı salınmalıdır.
Hesab edirik ki, ƏDV-nin hazırda 18%, aksizlərin bəzi hallarda yüksək səviyyədə
müəyyən olması sahibkarlığın inkişafına lazımi şərait yaratmır, onun maliyyə imkan-
larını məhdudlaşdırır və investisiya fəallığını zəiflədir.
İnvestisiya imkanlarının məhdud olduğu bir şəraitdə göstərilən vergi dərəcələri
üzrə mövcud ödəmələr hələ də əksər sahibkarlar üçün müəyyən çətinliklər yaradır.
Halbuki sahibkarlara indiki mərhələdə, əksinə geniş maliyyə yardımı lazımdır. Bu
həm dövlət tərəfindən, həm də özəl maliyyə-kredit təşkilatları tərəfindən həyata
keçirilməlidir. Belə ki, sahibkarlar ilkin mərhələdə öz təsərrüfatlarını qurmaq, müasir
tələblərə uyğun istehsalı təşkil etmək üçün onların möhkəm maliyyə imkanları ol-
malıdır. İqtisadi inkişaf təmin edildikdən, sahibkarlar rəqabət aparmaq imkanlarına
malik olduqdan sonra ümumi qaydada onlar vergi ödəmələrinə cəlb edilməli və fərdi
güzəştlər götürülməlidir.
Onu da qeyd edək ki, vaxtilə elə vergi növləri tətbiq olunurdu ki, onlar istər
hüquqi, istərsə də fiziki şəxslərin gəlirlərinin əksər hissəsini əhatə edirdi və onların
sahibkarlıq fəaliyyətinə mənfi təsir göstərirdi. Bütün bunları nəzərə alaraq Vergi
Məcəlləsində müəyyən vergi dərəcələri xeyli aşağı salınmış, Vergi növləri azaldılaraq
9-a endirilmişdir. 
Fikrimizcə, bu istiqamətdə  işi düzgün qurmalı və bir neçə ilin təcrübəsini elmi
təhlil edib düzgün nəticəyə gəlmək lazımdır. Hesab edirik ki, diferensial yanaşmanı
bərpa etməyə ehtiyac vardır. Bunu Azərbaycan reallığı tələb edir. Bəlkə də Avropa
ölkələrində vergi siyasətində diferensial yanaşmağa elə böyük ehtiyac yoxdur. Çünki
Avropa ölkələrinin əksəriyyətində ciddi region fərqləri yoxdur, regionlar üzrə is-
tehsal, bazar, infrastruktur və serviz xidmətləri şəraiti bir-birindən o qədər də fərqlən-
mirlər.  Mərkəzlə  pereferiyalar,  şəhərlərlə  kəndlər  bu  ölkələrdə  istər  ümumi
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
175


sosial-iqtisadi  inkişaf  baxımından,  istər  istehsal  şəraiti  və  texnika-texnologiya
baxımından, istər ixtisaslı kadr və əməyin intensivliyi baxımından, istərsə də istehsal
infrastrukturu və xidmət sahələrinin inkişaf səviyyəsi baxımından elə köklü fərqlən-
mirlər. Təbii iqlim və torpaq kadastrı baxımından da regionlar elə ciddi fərqlənmirlər.
Ümumiyyətlə, ictimai-iqtisadi inkişafın bütün sahələri üzrə regionlarda vəziyyət
demək olar ki,  eynidir və elə köklü fərqlər nəzərə çarpmır. Ona görə də bu ölkələrdə
vergi siyasətində vahid yanaşma və vahid tariflərin tətbiqi bəlkə də mümkündür və
burada elə bir problem yoxdur. Ancaq Azərbaycanda vəziyyət tamamilə başqadır, o
yuxarıda deyilən bütün əlamətlər üzrə Avropa ölkələrindən əsaslı şəkildə fərqlənir.
Hesab edirik ki, regional yanaşma təkcə mənfəət vergisinin tətbiqində yox, o digər
vergi növləri, o cümlədən ƏDV və aksizlərə də tətbiq edilməlidir. Məsələn, Bakıda
fəaliyyət  göstərən  sahibkarlarla  Gədəbəydə  və  yaxud  Şəkidə  fəaliyyət  göstərən
sahibkarlara eyni (18%) ƏDV-nin tətbiq edilməsi, bizim fikrimizcə, düzgün deyil.
Ətraf rayonlarda, xüsusilə də dağ və dağətəyi rayonlarında ƏDV-nin aşağı salın-
masına ehtiyac vardır. Nəzərə alsaq ki, ƏDV-nin ölkədə sahibkarlığın inkişafına
təsiri güclüdür və onların maliyyə imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır,
onda bu labüddür.
Kənd təsərrüfatı xammalı bazarında ƏDV-nin tətbiqi qiymətəmələgəlmə me -
xanizmi vasitəsilə vergi yükünün kənd təsərrüfatı müəssisələrinə ötürülməsinə gətirib
çıxarır. Ona görə də hesab olunur ki, kənd təsərrüfatı xammalına və kənd təsərrüfatı
istehsalında  istifadə  olunan  maddi-texniki  resurslara  ƏDV-nin  dərəcəsini  aşağı
salmaq məqsədəuyğundur [6,s.34].
Sahibkarlara kömək və iqtisadi inkişafa təkan baxımından vergi növlərindən biri
olan sadələşdirilmiş vergi sisteminin də təkmilləşdirilməsinə ehtiyac vardır. Hazırda
Vergi Məcəlləsinə uyğun olaraq sadələşdirilmiş vergi ödəyicilərinin vergi dərəcəsi
Bakı  şəhəri  üzrə  4%,  digər  regionlar  üzrə  isə  2%  (dövriyyədən)  müəyyən-
ləşdirilmişdir. Yük və sərnişin nəqliyyatında isə bu sahənin spesifikliyi nəzərə alı-
naraq  hər  bir  daşınma  növü  üçün  sadələşdirilmiş  verginin  tətbiq  edildiyi  ölçü
vahidinə uyğun olaraq sadələşdirilmiş verginin aylıq məbləği (manatla) müəyyən
edilmişdir [5]. 
Təbii  ki,  bu  yeniliklər  öz  bəhrəsini  verməklə  və  respublikada  xırda  və  orta
sahibkarlığın formalaşmasına böyük köməkdir. Bununla belə, bizim fikrimizcə, bu
vergi növü üzrə də sahəvi xüsusiyyətlər nəzərə alınmalıdır. Birinci növbədə isə is-
tehsal və kommersiya fəaliyyətli vergi ödəyiciləri fərqləndirilməlidir. İstehsal xarak-
terli  sahələrə  üstünlük  verilməlidir.  Bu  sahələrə  üstünlük  verilməsi  və  vergi
güzəştlərinin  tətbiqi  təbii  ki,  bu  sahələrdə  sahibkarlığın  inkişafına  müsbət  təsir
göstərəcəkdir. Hazırda respublikada buna böyük ehtiyac vardır. İstehsal sahibkar-
lığına meyil gücləndirilməlidir. Bu məqsədlə, bizim fikrimizcə, istehsal xarakterli
müəssisələr üzrə sadələşdirilmiş vergi tətbiqinin rüblük dövriyyə həddinin müəyyən
qədər yüksəldilməsinə ehtiyac vardır.
T.Əkbərov. Vergi yükünün sahibkarlıq fəaliyyətinə təsiri
176


Yüklə 4,23 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə