İşçi heyəti: Redaksiya heyəti: Vahid Axundov (iqtisad elmləri doktoru, professor), Ziyad Səmədzadə



Yüklə 4,23 Kb.
Pdf görüntüsü
səhifə71/88
tarix17.01.2018
ölçüsü4,23 Kb.
#21173
1   ...   67   68   69   70   71   72   73   74   ...   88

modelin seçilmiş rəqəmlər üzrə daha dəqiq reallığı əks etdirməsini bilmək üçün
Hausman testinin aparılması zərurəti yaranır.Yuxarıda da qeyd etdiyimiz kimi testin
əsas məqsədi sabit təsirli yaxud təsadüfi təsirli modelin seçilməsindən ibarətdir.
Bunun üçün də yenə statistik proqram təminatından istifadə edərək yeni reqressiya
cədvəli veririk və nəticəni ehtimal nəzəriyyəsindən və statistik üsullardan istifadə
edərək müqayisə edib aparılan araşdırmanın hansı modellə hesablanmasını təyin
edirik.  Hausman testin reqressiya nəticəsi aşağıdakı kimi olacaq:
Cədvəl 3. Hausman testi
Mənbə: Dünya Bankı rəqəm bazası [9] , müəllifin hesablamaları 
Qeyd edək ki, Hausman testin aparılmasının başqa bir vacib məqamı idiosinkratik
xətalar və izahedici dəyişənlərin biri-biriləri ilə korrelə olunmamalarını fərz etməklə
α
i
və x
itj
dəyişənlərinin korrelə olunmasını müəyyən etməkdir. Cədvəldən göründüyü
kimi, chi2(6)=93.01-ə bərabərdir. Burada chi paylanması 6-cı sərbəstlik dərəcəsi ilə
93.01 qiymətin almış olur. Bu isə 5% vaciblik səviyyəsin keçmiş olur. Çünki bu
həddə sərbəstlik dərəcəsinin kritiki qiyməti statistik cədvələ uyğun olaraq 12.59-a
bərabərdir. Buna görə, də qeyd edirik ki, bu inamlılıq dərəcəsində (confidence level)
sıfır hipotezi qəbul edilməyə bilməz [8]. Belə olan halda, nəticə olaraq qeyd olunur
ki,  sabit təsirli model aparılan araşdırma üçün daha məqsədəuyğundur.
Beləliklə, Hausman testinin nəticəsi olaraq sabit təsirli modelin aparılan empirik
tətqiqat üçün daha real olduğunu almış olduq. Sabit təsirli model təyin olunduqdan
sonra dəyişənlərin qarşılıqlı təsiri araşdırılır. Burada bir dəyişənin artımı digərinin
hansı formada artması və yaxud azalması, bir dəyişənin digəri ilə mənfi va ya müsbət
əlaqədə olması kimi məsələlərə baxılır.
4. Nəticə
İqtisadi tətqiqatlarda ekonometrik üsulların tətbiq edilməsinin zəruriliyi aparılan
araşdırmada nümunəvi misallarla bir daha təsdiq edildi. Elmin dəqiqliyə və empirik
167
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.


təhlillərə əsaslanması ekonometrik üsulların müasir tətqiqatlara tətbiqinin vacibliyini
bir daha sübut etmiş olur. Birinci hissədə sadə reqressiya modellərinin təhlili ilkin
ekonometrik  və  riyazi-instrumental  metodlar  vasitəsilə  dəyişənlər  arasında
asılılıqların müqayisəsinə nəzər salınmışdır. Belə ki, burada xətti reqressiya mo -
delinin maillik parametrinin riyazi hesablanması daha sonra isə gətirilən nümunə
vasitəsilə sol tərəfdə olan dəyişənin faiz artımının və ya azalmasının digər asılı dəy-
işənə təsiri tədqiq olunmuşdur. İkinci hissədə daha geniş empirik tətqiqatlarda isti-
fadə olunan panel hesablama üsulu və onun modellərinə qısa olaraq baxılmışdır.
Modelin nəzəri açıqlaması ilə yanaşı Dünya bankının bazasından götürülmüş rəqəm-
lər vasitəsilə aparılmış praktiki təhlillər də araşdırmada əksini tapmışdır. Hausman
testinin zəruriliyi açıqlanmış, onun tətbiqi praktiki olaraq verilmiş və nəticədə panel
üsulunda sabit və təsadüfi təsirli modellərdən birincisi müvafiq olaraq təhlilin aparıl-
ması üçün seçilmişdir.
Ədəbiyyat siyahısı:
1. Wooldridge, G.M. Introductory Econometrics, 2
nd
edition, Thomson South-
western publication. USA state of Michigan. 2003, 864 s.
2. Maddala G.S. Introduction to Econometrics, 3rd edition, John Willey & Sons,
LTD. 2002, 1150 s.
3. Hesketh, R.S. & Everit, B. A Handbook of Statistical Analysis Using Stata,
Chapman and Hall: CRS press LLC.2004, 475 s.
4. Huseynov, E.H. The role of Macroeconomic factors in economic growth. Jour-
nal of Universe of Culture/Social science journal/ Turkey. 2010, 1352 s.
5. Greene,  H.W.    Econometric  Analysis,  5th  edition.  New-York  University
Press.2003.
6. Wooldridge, J.M. Econometric Analysis of Cross Section and Panel Data.
Cambridge, MA: MIT Press. 2002
7. Dougherty .C. Introduction to Econometrics. London School of Economics.
Oxford University Press. 2007
8. Hausman, Jerry A. Specification tests in econometrics. Econometrica  1978
46(6):1251-1271
9. http://databank.worldbank.org/ddp/home.do?Step=3&id=4  Dünya  Bankı
İnkişaf İndikatorları. 15.03.2011
H.Hüseynov. İqtisadi tədqiqatlarda bəzi ekonometrik üsullar: xətti reqressiya və panel hesablama üsulu 
168


169
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
Гусейнов Гусейн Амрах оглы
Азербайджанский Государственный Экономический Университет
Некоторые эконометрические методы в экономических исследованиях:
регрессионный анализ и метод панели
Аннотация
Целью исследования - изучение важности эконометрических методов для
получения более эффективных и точных экономических результатов и приме-
нения эмпирических и математических методов для анализа и прогнозирова-
ния.
Методология исследования - сравнительный, теоретический и математиче-
ский анализ.
Результаты исследования - для  того чтобы получить более точные и эмпи-
рические результаты,  желательно использовать эконометрические и матема-
тические методы. Они были исследованы с помощью панели метода оценки и
модели в этой эмпирической работе.
Ограничения исследования - спрос статистики для исследования методом
оценки панеля.
Практическая значимость исследования - обеспечить эффективное эконо-
мическое исследование по эконометрическим и математическим методам и в
то же время данные некоторых практических методов расчета эмпирических
исследований могут быть использованы для обогащения научных и практиче-
ских знаний людей, работающих в этой сфере.
Оригинальность исследования и научная новизна - данные некоторых тео-
ретических и эмпирически-практических методов эконометрического анализа,
и некоторых моделей были рассчитаны с помощью эмпирических методов по-
лученных из базы данных Всемирного банка.
Ключевые  слова: регрессионные  модели,  модели  случайных  эффектов,
фиксированные модели


Yüklə 4,23 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə