İşçi heyəti: Redaksiya heyəti: Vahid Axundov (iqtisad elmləri doktoru, professor), Ziyad Səmədzadə



Yüklə 4,23 Kb.
Pdf görüntüsü
səhifə76/88
tarix17.01.2018
ölçüsü4,23 Kb.
#21173
1   ...   72   73   74   75   76   77   78   79   ...   88

179
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
5. Nəticə
İqtisadi islahatlar dövründə Azərbaycan Respublikasında vergitutmanın baza prin-
siplərini və sistemini təhlil etməklə belə qənaətə gəlmək olar ki, hazırda vergi siyasə-
tini  aparmaq  üçün  başlıca  olaraq,  vergilərin  fiskal  və  tənzimləmə  funksiyaları
arasında optimal nisbətə nail olmaq lazımdır. Onu da qeyd edək ki, müxtəlif sahə
müəssisələrinin maliyyə və investisiya siyasəti göstəricilərinin əsasında vergi qa-
nunvericiliyindəki dəyişikliklərin mənfəətdən vergi üzrə vergi bazasının formalaş-
masına təsiri üzrə informasiya modelinin işlənib hazırlanması xüsusi əhəmiyyətə
malikdir.
Mənfəət vergisi dərəcəsinin aşağı salınması əsasən ümumstimullaşdırıcı təsir
göstərir, vergi tənzimlənməsinin digər aləti olan vergi güzəştləri təsərrüfat subyek-
tlərinin  investisiya  fəaliyyətinə  məqsədyönlü  təsir  göstərir.  Bu  zaman  güzəştin
konkret tərkibi və dərəcənin ölçüsü ölkənin maliyyə vəziyyətindən, vergi siyasətinin
məqsədlərindən  asılıdır  ki,  bu  da  sənaye  ölkələrində  mənfəət  vergitutmasının
təkamülü ilə də təsdiq olunur. Dərəcənin aşağı salınması iki mövqedən sahibkarlığın
fəal stimullaşdırılması və vergi daxilolmalarının azaldılması mövqelərindən nəzər -
dən keçirilməlidir. Bundan başqa, iqtisadiyyatın müxtəlif sahələrində mənfəət vergisi
üzrə diferensiasiya tətbiq etmək vacibdir. Ona görə ki, vahid verginin tətbiqi onları
qeyri-bərabər təsərrüfat şəraitinə salır ki, bu da ədalətlilik prinsipinin pozulmasına
gətirib çıxarır.
Diferensiallaşdırılmış dərəcənin üstünlüyü sahibkarın iqtisadi fəaliyyətinə təsir
göstərən müxtəlif obyektiv amillərin nəzərə alınması mümkünlüyü, nöqsanı isə vergi
inzibatçılığının mürəkkəbləşməsi sayılır.
Ədəbiyyat siyahısı:
1. Əlirzayev Ə.Q. İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial-iqtisadi
inkişaf problemləri: təcrübə, meyillər və perspektiv istiqamətlər. Bakı, “Adiloğlu” nəşriyyatı,
2005, 538 s.
2. Тютроюков Н.Н. Налоговые системы зарубежных стран; Учебник, издательско-торговая
корпорация “Дашков и К”, 2009, 176 с., 
3. Mustafayev Ş. “Azərbaycan yeni inkişaf mərhələsində”, “Azərbaycan” qəzeti, 28.01.2010.
4. Kəlbiyev Y.A. Fiskal siyasət və milli iqtisadiyyatın tənzimlənməsi problemləri (Monoqrafiya).
Bakı, “Elm”, 2005.
5. Azərbaycan Respublikasının Vergi Məcəlləsi (2009), Bakı: Qanun nəşriyyatı, 415 s.
6. Провалова Л.П., Понкратов В.В. Отдельные аспекты совершенствования налоговой по-
литики // M.: Финансы, № 4, 2010.
7. Azərbaycanın statistik göstəriciləri. 2011. “Səda” Bakı, 2011. 
8. Экономическая и национальная безопасность; / Под ред. Е.А.Олейникова, М., “Эконо-
мика”, 2004, 768 с.
9. Rzayev P.Q. Sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasında vergi tənzimlənməsinin rolu//Azər-
baycanın vergi xəbərləri, 9.2011.


180
T.Əkbərov. Vergi yükünün sahibkarlıq fəaliyyətinə təsiri
Акперов Талех Балага оглы
докторант Бакинского Государственного Университета
Воздействие налогового бремени на предпринимательскую деятельность
Аннотация
Цель исследования - исследование взаимосвязи налогооблагаемых факторов и предпринимательской
деятельности
Методология исследования - метод сравнительного анализа и синтеза. 
Результаты исследования - определение направлений совершенставования налогового механизма.
Ограничения исследования - требуется разработка более совершенных методов, позволяющих вы-
числить налоговое бремя по хозяйственным субъектам Азербайджана
Практическая значимость исследования - возможность использования налогового регулирования
предпринимательской деятельности как научный источник.
Оригинальность и научная новизна исследования – определение  приоритетных направлений нало-
гового механизма в стимулировании предпринимательства
Ключевые слова: предпринимательская деятельность, налоговый механизм, налоговое бремя.
Akberov Taleh Balaga oglu
Baku State University
Influences of tax burden on enterprise activity
Abstract
Purpose - research of interrelation of taxable factors and enterprise activity. 
Methodology - methods of the comparative analysis and synthesis.
Findings - the tax incentives for businesses to identify ways to improve the system.
Research limitations - working out of more perfect methods allowed calculation of tax burden on economic
subjects of Azerbaijan is required.
Practical implications - possibility of use of tax regulation of enterprise activity as scientific source scien-
tific.
Originality/value - the use of tax mechanisms to stimulate entrepreneurship in the determination of priori-
ties.
Keywords: entrepreneurial activity, tax mechanism, tax burden.
JEL Classification Codes: E62, H21, H3
Məqalə redaksiyaya daxil olmuşdur: 03.07.2012.
Təkrar işlənməyə göndərilmişdir: 16.07.2012.
Çapa qəbul olunmuşdur: 29.08.2012.


UOT 336.221:338.2 (479.24)
Azərbaycanın müasir vergi sisteminin 
formalaşması istiqamətində aparılan islahatlar, 
onların nəticələri və perspektiv inkişafı
Xülasə
Tədqiqatın  məqsədi  - Azərbaycan  Respublikasının  vergi  sisteminin  dinamik
inkişafı təhlil edilmiş və formalaşması  istiqamətləri  müəyyən edilmişdir.
Tədqiqatın metodologiyası - sistemli yanaşma, müqayisəli təhlil.
Tədqiqatın nəticələri - Azərbaycan Respublikasının müasir vergi sisteminin for-
malaşması  və  inkişafı  istiqamətində  elmi  cəhətdən  əsaslandırılmış  təkliflər  ve -
rilmişdir.
Tədqiqatın məhdudiyyətləri - Azərbaycan Respublikasında mütərəqqi vergi sis-
teminin formalaşması və inkişafı istiqamətində elmi cəhətdən daha geniş araşdırma
tələb olunur.
Tədqiqatın praktiki əhəmiyyəti - vergi islahatlarının həyata keçirilməsində, vergi
mexanizmlərinin  səmərəliliyinin  yüksəldilməsi  tədbirlərinin  hazırlanmasında,
mütərəqqi vergi sisteminin formalaşmasında elmi mənbə kimi istifadə edilməsidir.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – mütərəqqi vergi sisteminin formalaşması
və inkişafı istiqamətlərinin müəyyən  edilməsi, tətbiqi və elmi cəhətdən əsaslandırıl-
masıdır.
Açar sözlər: Azərbaycan iqtisadiyyatı, vergi sistemi, vergi siyasəti, vergi islahat-
ları, elektron xidmətlər.
Vəlizadə Səftər Vəli oğlu*
Azərbaycan Dövlət Neft Akademiyasının magistrantı
(Məqalə “Azərbaycanın vergi jurnalı”nın ümummilli lider Heydər Əliyevin 
anadan olmasının 89-cu ildönümü münasibətilə magistrantlar arasında referat yazılışı üzrə keçirdiyi  
II respublika müsabiqəsində 2-ci yerə layiq görülmüşdür)
* Bakı ş., AZ 1001, Azadlıq prospekti, 20.
seftervelizade@ymail.com
181
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
MAGİSTR İŞİ
Səh.181-198


Yüklə 4,23 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə