•
Yeraltı qaz kəmərlərinin tikintisi
və təmiri proseslərində
elektrokimyəvi mühafizənin tələblərini gözləmək:
•
Xidmət rəisi və ya mühəndis tərəfindən təlimatlandırılmaq və
təlimat vərəqini
imzalamaq;
•
Yuxarı dərəcəli montyorların nəzarəti altında fəaliyyət göstərmək;
•
Quraşdırılacaq və təmiri ediləcək EKM qurğularının plan
qrafiklərinin hazırlanmasında iştirak etmək, təsdiq edilmiş plan qrafikə
əsasən EKM qurğularının təmir işlərini yerinə yetirmək və texniki
pasportlarda qeydiyyatları aparmaq:
•
EKM qurğusunun cərəyan mənbəyinə qoşulmasını yoxlamaq və
aşkar edilmiş nöqsanı aradan qaldırmaq:
•
Qaz kəmərinin katod birləşmələrini yoxlamaq və nöqsan aşkar
edildikdə birləşmə nöqtəsində kabelləri açmaq, kabel ucluqlarını
təmizləmək
və bərpa etmək;
•
Kəmərin qorunma potensialını yoxlamaq və nöqsan varsa anod
xəttini yoxlamaq və dəyişdirmək;
•
Boru kəmərlərində və səyyar cərəyan mənbələrində elektrik
ölçülərini işləmək, "rels-torpaq", "boru-torpaq" potensiallarının qrafikini
qurmaq, korroziya təhlükəsi dərəcəsini müəyyən etmək;
•
Yeraltı boru kəmərlərinin, həmçinin qaz kəmərlərinin Qaz Paylayıcı
Stansiyalarda və yol keçidlərində torpağa girən və torpaqdan çıxan
hissələrini izolyasiya etmək;
•
Yeraltı boru kəmərlərində və mürəkkəb korroziya şəraitində səyyar
cərəyan mənbələrində nəzarət
elektrik ölçülərini aparmaq;
•
İşləyən boru kəmərinə katod çıxışlarının termit qaynağı işlərində
iştirak etmək;
•
Boru kəmərləri təmir edildikdə izolyasiyanın dəyişdirilməsini
təmin
etmək;
•
Mühəndisə təmir işləri barədə məlumat vermək;
•
İstismara buraxılma aktını razılaşdırmaq;
•
EKM (katod, protektor və drenaj) qurğularının müvafiq layihə smeta
sənədləri və tikinti norma qaydalarına əsasən quraşdırılmasına nəzarət və
iştirak etmək:
•
Mühafizə edilməyən ərazilərin müəyyən edilməsində iştirak etmək;
•
Süxurun korroziya aktivliyi dərəcəsini müəyyən etmək;
•
Boru kəmərinin ayrı-ayrı hissələri üçün əlavə mühafizənin lazım
olmasını müəyyən etmək;
•
Əlavə mühafizə vasitələrinin çıxış elektrik parametrlərinin və onların
qurulması
yerini müəyyən etmək;
•
Avtomatik katod mühafizəsi stansiyalarını və avtomatik
elektrodrenaj qurğularını quraşdırmaq, istismarı və təmirini həyata
keçirmək;
•
Elektrometrik ölçmə işlərini aparmaq;
•
Lazım olan mal-materialları Anbar təsərrüfatından qəbul etmək,
lazım gələrsə daşınmasını təşkil etmək;
•
Layihənin icrasından irəli gələn məsələlərin icra edilməsində iştirak
etmək,
•
Mühəndisə və xidmət rəisinə görülən işlər barədə mütəmadi
məlumat vermək;
•
İstismara buraxılma aktını razılaşdırmaq.
•
Yeraltı qaz kəmərlərinin üzərində quraşdırılmış elektrokimyəvi
mühafizə qurğuların və nəzarət ölçü məntəqələrinin istismarını təmin
etmək:
•
Xidmət rəisi və ya mühəndis tərəfindən təlimatlandırılmaq və
təlimat vərəqini imzalamaq;
•
Yuxarı dərəcəli montyorların nəzarəti altında fəaliyyət göstərmək;
•
Yeraltı qaz kəmərlərinin üzərində Nəzarət ölçü məntəqələrini
quraşdırmaq və yerləşdirmək:
•
Yeraltı boru kəmərinin üstünü açmaq, izolasiyanı götürmək;
•
Xəttin qalınlığını yoxlamaq;
•
Xəttin potensialını yoxlamaq;
•
Mal-materialı (kabel, boya, bolt, qayka və s.) qəbul etmək və təmir-
quraşdırma işlərini (yedək
hissələrin dəyişdirilməsi, üzlük boyasının bərbası,
sıradan çıxmış naqillərin yeniləri ilə əvəzlənməsi və s.) təmin etmək;
•
Birləşdirmədən sonra izolyasiyanı bərpa etmək;
•
Görülmüş işlər haqqında mühəndisə məlumat vermək;
•
Görülmüş işlərin keyfiyyətinin (Elektrokimyəvi laboratoriya
tərəfindən) yoxlanılması işlərində iştirak etmək;
•
Lazım gələrsə görülmüş işlərin jurnal qeydiyyatını aparmaq;
•
Görülmüş işlər barədə aktı imzalamaq.
•
EKM qurğularının sıradan çıxma səbəblərinin analiz edilərək
çatışmazlıqları aradan qaldırmaq (növbədən kənar təmir):
•
Yerində baxış keçirmək, nasazlıqları aşkar etmək, aktlaşdırmaq, aktı
imzalamaq;
•
EKM qurğusunun cərəyana qoşulmasını
yoxlamaq və aşkar edilmiş
nöqsanı aradan qaldırmaq.
•
Lazım olan mal-materialın Anbar təsərrüfatından qəbul etmək,
təmir yerinə daşınmasınə təşkil etmək, təmir işlərini (anod, katod
qurğularının təmiri, elektrik naqillərinin təmiri; ampermetr, voltmetr
diodlarının və s) görmək;
•
Prosesinin gedişatı barədə mütəmadi olaraq mühəndisə və xidmət
rəisinə raport etmək;
•
Görülən işlər barədə aktı imzalamaq;
•
Sistematik olaraq yeraltı metal tikililərin mühafizə vəziyyətinə,
texniki parametrlərin dəyişməsinə nəzərət etmək.
•
Digər fəaliyyətlərin icrası:
•
İş prosesində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına
əməl etmək;
•
Köhnə katod stansiyalarını emalatxanada təmir etmək;
•
Drenaj qurğularını təmir etmək və vəziyyətini yoxlamaq;
•
Korroziyaya qarşı mühafizə zamanı orta mürəkkəbliyə malik ölçü
cihazlarını sazlamaq və təmirini həyata keçirmək;
•
Sahə üzrə tətbiq edilən Beynəlxalq standartların tələblərinə riayət
etmək
•
Vəzifə standartı və digər normativ sənədlər ilə müəyyən edilmiş
əmək funksiyasını vicdanla yerinə yetirmək;
•
Əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək;
•
Əməyin təhlükəsizliyi normalarına əməl etmək;
•
İşəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq;
•
Dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən
olunmuş qaydada və şərtlərlə gizli saxlamaq;
•
İş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini
pozmamaq;
•
Fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını
(qətnamələrini) yerinə yetirmək;
•
Əmək qanunvericiliyinin və fəaliyyətini tənzimləyən digər normativ
sənədlərin tələblərinə əməl etmək.
•
Səlahiyyətinə aid olan məsələlər üzrə işlədiyi təşkilatı müəyyən
olunmuş qaydada digər təşkilatlarda təmsil etmək;
•
Səlahiyyətinə aid olan məsələlər üzrə təkliflər ilə çıxış etmək;
•
Rəhbərliyin çağırdığı müşavirələrdə
səlahiyyətinə aid olan
məsələlərin müzakirəsində iştirak etmək;
•
Təşkilat daxilində qarşılıqlı əlaqə bağlılığı olan şöbə və bölmələrdən
səlahiyyəti çərçivəsində lazım olan məlumatları tələb etmək;
•
Əmək qanunvericiliyi və digər normativ sənədlərlə müəyyən
olunmuş digər hüquq və səlahiyyətlər.