345
İsgəndər Atilla
özünəməxsus pansionu da olsun ki, valideynlər 13-14 yaşında
olan uşaqları ora göndərib, orada oxuda bilsinlər. O, böyük bir
ümidlə yazır: “Gəncə məktəbi böyüyəcək, artacaq, yüksələcək,
geniş bir proqram təqib edəcək, səbatlı bir Darülmüəllim olacaq.
Çünki sahibləri yalnız maddətən deyil, mənən də geniş bir
mühakimə, təmiz bir məslək sahibləridir.” [1, 194]
Şair elmin, təhsilin, dünya və axirətin cəmini məktəblərdə
görür. Qız və oğlanların ibtidai məktəblərdə icbari və məcburi
təhsil almaları fikrini müdafiə edir. Sənət və məslək məktəblərini
tiplərinə görə belə qruplaşdırır: Городской məktəblər, gimnazi-
yalar, realni məktəblər və seminariyalar. Düşünür ki, iqtidarı,
varı, həvəsi olanlar üçün həmin təhsil ocaqları həm münasib, həm
faydalı, həm də istifadəlidir.
Cənubi Qafqazda yaşayan türkləri, gürcüləri və erməniləri
müqayisə edən şair, məktəblərin təsisi və ana dilində tədrisin
təşkilində müsəlmanların geri qaldığına təəssüflənir: “Bir çoq
qism məktəblərdə gürcülərin, ermənilərin həm şəriət, həm də
lisan müəllimləri olduğu halda, müsəlmanların (Azərbaycan
türklərinin – İ.O.) yalnız şəriət mollası var.” [1, 194] Müəllif
Azərbaycan məktəblərində bu ciddi nöqsanın aradan qaldırıl-
masını arzulayır. Qeyd edir ki, balalarımız ana dilində təhsil
almadıqları üçün tarixlərindən, soyköklərindən xəbərsiz olurlar.
Bu da bir millət için böyük qəflət və geriləmədir.
Cavid məqalələrində Türkiyədə maarif, mədəniyyət və təh-
silin yüksək səviyyədə olmasını təqdir etmişdir. Bu, onunla bağlı
idi ki, Türkiyə artıq XIX əsrin ikinci yarısından başlayaraq,
Avropa təhsilinə inteqrasiya olunmuşdur. Buna görə də o, yaz-
mışdır: “Türkiyədə əsnayi-inqilabda vüquə gələn müvəffəqiyyət-
lər, qılıc parıltısından, qol zorundan ziyadə məktəb tərbiyəsinə və
o məktəbləri idarə edən müəllimlərə mədyundur.” [1, 195]
Şair millətin dirçəlişini, tərəqqidə uğurlar qazanmasını və
gələcəyini elm və təhsildə görürdü və yazırdı: «Bir millətin halını
tədqiq etmək için ən doğru meyar, ən kəsdirmə yol o millətin
346
Əsrin şairi IX
məktəbləridir. Əgər dünyada hər iş, hər hərəkət bir qanuna, bir
rəhbərə möhtacdırsa, o rəhbər yenə də məktəblər ola bilir. Hər
kəs, o cümlədən müəllim öz sənətində mahir olmalıdır. Sənətində
mahir olmağı bizə öyrədən isə elm və məktəbdir. Məktəb, elm və
savad hər bir peşə sahibinə lazımdır. Buna görə də “tarixi-ədyan”,
fəlsəfeyi-din bilməyən xoca hidayət, şəriət yerinə səfsəfə, zəlalət
toxumu saçar... Təlim və tərbiyədən anlamayan bir müəllim
tənviri-əfkar edəcək yerdə fəsadi-əxlaqa bais olur. Fəzilət yerinə
rəzalət öyrədir, elm yerinə cəhalət örətmiş olur.» [1, 195]
Cavid təhsildə mövcud olan problemləri yalnız Azərbaycan
kontekstində deyil, türklərin çoxluq təşkil etdiyi bütün Qafqaz
kontekstində qoyur. Məktəbi həqiqətin əks olunduğu yer, məkan
hesab edir. “Həsbi-hal” məqaləsinin birinci hissəsində həmin
problemi daha da qabardır. Düşünür ki, təbiət aləmində hər nəyə
təsadüf etsək, onun ən mükəmməl, ən gözəl nümunəsini mək-
təbdə görmək olar. Bu səbəbdən də məktəb, məktəb adına layiq
olmalıdır. “Təəssüf ki, belə deyil. Məktəblərimiz bir ətalətxanədən
başqa bir şey deyildi” deyə təəssüf edir. “Bir çoq məktəblərdə
müəllimlər vaqt öldürməkdən başqa bir şeyə yaramıyorlar.
Daima şagirdlərdən miskinanə bir inqiyad, cahilanə bir itaət istər-
lər. Dərsləri hərfi-hərfinə tutuquşu kibi əzbərlətməyi kəndilərincə
üsuli-cədid zənn edib öz-özlərini aldatıyorlar.” [1, 195]
Hüseyn Cavid əsl və ciddi müəllim əməyinə, müəllim şəx-
siyyətinə yüksək qiymət verirdi və deyirdi: “Ciddi müəllim pək
şərəfli, pək böyük bir adamdır; əgər üsuli-təlimi və öz vəzifəsini
bilirsə. Cahil müəllim pək bayağı, pək aşağı bir insandır, əgər
həddini aşıb təlim və tərbiyə meydanına atılırsa...” [1, 195] O, bu
cəhətdən 1903-1904-cü illərdə Qafqazda mövcud olan vəziyyətə
nəzər salaraq, məktəblərin sayının artmasını müsbət bir hal kimi
dəyərləndirir. Fəqət onların təsis və idarə edilməsində ciddi nöq-
sanlar görür. İstər kənddəki, istərsə də şəhərdəki məktəblərin
seçkilər vasitəsilə təsis edilməsinə qarşı çıxır. Düşünür ki, seçki-
lərdə iştirak edənlərin əksəriyyəti savadsız, təcrübəsiz və elmsiz
347
İsgəndər Atilla
olduqlarından düzgün qərar çıxarmaq mümkün olmur; savad-
sızlar nə yapacaqlarını özləri də bilmirlər. Bu səbəbdən o,
məktəblərin təsis edilməsində mükəmməl bir idarə sistemi yara-
dılması təklifini irəli sürür. Təsisçilərin təsis etdikləri məktəblərdə
fədakarlıq göstərmələrinə xüsusi əhəmiyyət verir.
O, məqalələrində yeni üsullu məktəblərdə pedaqoji prosesin
düzgün və səmərəli təşkil edilməsində müəllim kadrlarına ciddi
ehtiyac olıduğunu real faktlarla açıb göstərir. Düşünür ki, məktəb
idarə heyəti müəllimlərə qarşı prinsipial olmalı, düzgün və
sağlam məqsəd izləməlidir. Fənlərin tədrisinə öz işini bilən və öz
sənətini sevən bilikli müəllimlər cəlb edilməlidirlər. Yoxsa “İdarə
heyətinin ədəmi-isabətindən istifadə edərək bir taqım cahil,
təcrübəsiz, fənni-tərbiyəyə biganə adamlar da dürlü-dürlü yaltaq-
lıqlar, iltimaslar sayəsində dərs işlərinə daxil olub ortalığı zirü
zəbər edərlər.” [1, 197] Başqa sözlə, məktəb, məktəb rəhbərləri və
müəllimlər təlim və tərbiyə kimi ciddi bir işdə yaltaqlıq, riya-
karlıq, əxlaqsızlıq və rüşvərxorluq kimi yaramaz hərəkətlərdən
uzaq olmalıdırlar.
Cavid Avropada və Asiyada təhsilin vəziyyətini Türkiyə,
Qafqaz, Azərbaycan, İran və Yaponiyanın timsalında nəzərdən
keçirdikdən sonra belə bir nəticəyə gəlir ki, Avropada təhsilin
texnologiyası daha çox inkişaf etmişdir. İran təhsil sahəsində nə
qədər geridə qalmışdırsa, Yaponiya bir o qədər irəliləmişdir və
Asiyada nümunəvi təhsil sisteminə malikdir. Yaponiyanı çıxmaq
şərtilə, Asiyada yaşayan xalqların əksəriyyəti məktəb, maarif və
təhsil sahəsində geri qalmışlar. Həmin ölkələrdə əhalinin, demək
olar ki, 99 faizi savadsız və avam, 1 faizi isə işbilən təhsil və
maarifdən anlayanlardır. Bu səbəbdən Asiya xalqlarının və
müsəlmanların maariflənməsinə ciddi ehtiyac vardır. Mövcud
problemin həllinə əngəl olan isə cahillik və cəhalətdir. Çünki
“cühəla elmin fəzilətini və nə yolda iləriləməsini təqdir edəməz,
çünki cahildir. Maarifi sevən adam heç bir zaman cahil qalmaz,
şübhəsiz ki, təhsil edib alim olmuş olardı.” [1, 198]
Dostları ilə paylaş: |