357
İsgəndər Atilla
günəşli bir yerdə olmalıdır. Sinif otaqlarına işıq bir tərəfdən
(soldan) düşməlidir. Əgər bir neçə tərəfdən düşərsə, bu,
şagirdlərin gözlərinə zərərdir. İşığın sol tərəfdən düşməsi daha
faydalıdır. “Çünki, [işıq] sağ tərəfdən gələcək olsa, [şagird] yazı
yazarkən sağ əl dəftər üzərində öz kölgəsilə şagirdləri rahatsız
edər. Sınıfın (класын) pəncərələri də olduqca çoq və aydınlıq
olmalıdır. Məktəbin dörd-beş arşın (rus arşını) günəşli bir dəhlizi
(коридору) və tənəffüsxanəsi olmalıdır.” [1, 207] Bundan başqa,
hər məktəbin özünə məxsus gözəl bağçası olmalıdır. Şagirdlər
tənəffüs zamanı orada sərbəst gəzib təmiz hava almalıdırlar.
Ayaqyolu məktəb binasından mümkün qədər uzaqda tikilməlidir.
Məktəb xadimələri şagirdlərə qarşı nəzakətli olmalıdırlar. Sinif
otaqlarında partalar şagirdlərin sayına görə düzülməlidir.
Müəllim şagirdləri partalarda boy ölçülərinə görə oturtmalıdır.
Əks-təqdirdə şagirdlərin boyun, kürək və bel sümükləri əyilə
bilər, bədənə zərər toxunar. “Fikrin müstərih
∗
və oynaq olması
için bəhər hal
∗∗
baş şaquli (dik) bir vəziyyət almalıdır. Öylə
olmasa qan dimağ (beyin)də sərbəst cəvəlan edəməz. Beyin qanın
cəryani-sərbəstanəsindən [sərbəst dövranından] məhrum olunca
fikirlər, duyğular da məhdud və əqim
∗∗∗
qalmış olur. Çünki
dimağ qan ilə, əfkar [fikir] və ehtisasat [hissetmə, sezmə] da
dimağ [beyin] ilə ərzi-fəaliyyət edir.” [1, 207]
Cavid məqalələrində bu kimi tibbi, pedaqoji, fizioloji
məsələlərin şərhində təcrübəli bir müəllim və həkim təsiri
bağışlayır, İstanbul Universitetində və fərdi mütaliə yolu ilə adı
çəkilən elmlərə nə dərəcədə dərindən yiyələndiyini büruzə verir.
Amerika və Avropanın məktəb təcrübəsinə istinad edərək, bir
partada iki şagirddən çox uşağın oturmamasını məsləhət görür.
Dərs müddətinin, həmin ölkələrin təcrübəsinə uyğun olaraq, 45-
∗
Rahat, dinc.
∗∗
H
ər halda.
∗∗∗
N
əticəsiz, səmərəsiz.
358
Əsrin şairi IX
50 dəqiqədən çox olmamasını tövsiyə edir. Uşaqların sağlam-
lığının qorunması məsələsinə xüsusi önəm və əhəmiyyət verir. Bu
məqsədlə tənəffüslərdə siniflərin havasının mütələq dəyişdiril-
məsini bir pedaqoji tələb kimi irəli sürür və bunu belə
əsaslandırır: “Dərsdə tələbənin tənəffüs etdiyi zaman havaya
hamizi-qarbon dağılır, tər və yağ ifrazatı təbəxxür
*
edərək sınıfın
havasını olduqca zəhləyir.”
Şair-pedaqoq məktəbdə və dərsdə gigiyenik qaydalara ciddi
əməl olunmasını məktəb rəhbərləri və müəllimlərinin üzərinə
düşən ciddi bir vəzifə hesab edir. Xəstəliyə düçar olmuş uşaqların
dərsə gəlməyə məcbur edilməsinə qarşı çıxaraq yazır: “Bəzi ço-
cuqların xəstəliyinə diqqət etməyib də ata-anası başından atmaq
niyyətilə, müəllim də qeydsizlik və ehtinasızlıqla sınıfa qəbul
etməkdən çəkinməz isə, şübhəsiz ki, bir çoq biçarə məsumların da
[sinifdəki şagirdlərin] fəlakətinə yol açmış olur.” [1, 208]
Cavid məqalələrində uşaqların məktəbə qəbul edilməsi
məsələsinə də toxunmuşdur. Düşünmüşdür ki, məktəbə alınan
uşaqların yaşına xüsusi diqqət yetirilməlidir. Şəhadətnaməsi və 7
yaşı olmayan uşaqlar məktəbə qəbul edilməməlidirlər. “Çünki
pək küçük çocuqlar, cır ağaclar kibi cılız, zəif bir vücud ilə dərsə
başlayınca sıqılır, zəhmət çəkir, həm vücudca, həm də fikircə zəif
olurlar.” [1, 208]
Hesab edirdi ki, şagirdlərin sağlam böyüməsi və təhsil
alması üçün tənəffüslərdə məktəbdə gimnastik məşqlər və müx-
təlif uşaq oyunları təşkil edilməlidir. Oyunlarda müəllim şagird-
ləri sərbəst buraxmalı, ancaq onlara nəzarəti unutmamalıdır. Yeri
gəlmişkən deyim ki, o, İstanbula ali təhsil almağa gedərkən gəmi
yolüstü Samsunda dayanır. Fürsətdən istifadə edən şair qəsəbə
məktəblərindən birində şagirdlərin gimnastik məşqlərinə tamaşa
edir. Görünür, hələ 1905-1906-cı illərdə Türkiyə məktəblərində
şagirdlərin yorğunluğunu və sağlamlığını nəzərə alaraq tənəffüs
*
Buxarlanma, buğlanma.
359
İsgəndər Atilla
zamanı gimnastik məşqlərdən istifadə edilmişdir.
Cavid “Həsbi-hal” məqaləsində ibtidai siniflərin dərslik və
proqramları haqda ayrıca söz açmışdır. Hesab etmişdir ki, dərslik
və proqramlar olduqca düşünülmüş, aydın və mənfəətli
olmalıdır. Onlarda mövhumat və xurafata aid nə varsa islah
edilməlidir. Başqa sözlə, dərsliklər və proqramlar elmi-pedaqoji
və metodiki prinsiplərə uyğun hazırlanmalıdır. Çünki bu,
zamanın tələbidir. “XX əsr mədəniyyəti [proqramlardakı] belə
uyğunsuzluqlara əsla təhəmmül etməz. Zira təlim və tərbiyə saf
dimağları (beyinləri), ləkəsiz vicdanları ləkədir edəcək bir alət
deyildir.” [1, 209] Əksinə, tərbiyə bəşəriyyəti qaplayan
çirkinlikləri silib atmalı və paslı beyinləri təmizləməlidir.
Müəllif təlim və tərbiyə prosesində milli xüsusiyyətləri nə-
zərə almağı pedaqoji bir tələb və vəzifə kimi irəli sürürdü. Bu
cəhətdən ingilis filosofu və maarifçisi Herbert Spenserin ingilis
məktəblərində təlim və tərbiyə prosesinin təşkili haqda fikirlərini
Azərbaycanın pedaqoji ictimaiyyətinin nəzərinə çatdırmağı lazım
bilirdi. Düşünürdü ki, ingilis məktəblərində təlim və tərbiyə pro-
sesinin təşkili ilə müsəlman türk məktəblərində təşkilini eyniləş-
dirmək olmaz. Çünki ingilis mühiti, təfəkkürü, dünyagörüşü,
təlim və tərbiyəyə münasibəti başqa, bizimki daha başqadır.
Cavid, müəllimin mütaliəsi ilə ilgəli onun qarşısına ciddi
vəzifələr qoyurdu. Yazırdı ki, müəllim öyrənib və şagirdlərə
öyrətdiyi kitablarla kifayətlənməməlidir. Müntəzəm olaraq
pedaqogikaya, təbiyyata və əxlaqa aid kitabları mütaliə etməlidir.
Sadəcə mütaliə yox, oxuduğu kitablardan faydalı nəticə çıxarmalı
və bunu öz işində tətbiq etməlidir. Müəllim öz mənəviyyatını
zənginləşdirməyə, vicdanını islah etməyə çalışmalıdır. Söylədiyi
sözlərlə, verdiyi nəsihətlərlə şagirdlərə təsir etməyi bacarmalıdır.
Cavid sinifdə müəllimin sözündən qiymətli, təsirli silah görmür-
dü. Düşünürdü ki, sözün təsirli və inandırıcı olması üçün müəl-
limin özü təmiz bir qəlbə, parlaq bir vicdana, gözəl bir əxlaqa,
həqiqi bir məlumata malik olmalıdır. Bu, pedaqoji fəaliyyətdə
Dostları ilə paylaş: |