360
Əsrin şairi IX
xüsusi əhəmiyyətə malikdir. “Bir müəllim öz-özünü bir riyazəti-
mənəviyyə ilə islah etdikdən sonra, şübhəsiz ki, hər sözü, hər
duruşu, hər halı bütün şagirdlər nəzərində böyük bir əhəmiyyətə
tələqqi olunur. Kəmali-sürət və mətanətlə hər kəsin ruhuna nüfuz
edə bilir.” [1, 210] O, bununla diqqəti müəllim sözünün sehrinə,
siqlətinə, inandırıcı olmasına, estetik gözəlliyinə, “Özü bir şeyə
inanmayan kəs başqasını necə inandıra bilər?” fikrinə cəlb edirdi.
Müəllimin pedaqoji hazırlıq və ustalığına, nüfuz və şəxsiyyətinə,
bilik və dünyagörüşünə münasibətini bildirərək deyirdi: “Şimdi
bizim yalnız məktəblərimiz deyil, bütün həyati-ictimaiyyətimiz
belə saf, parlaq bir tərbiyəyə möhtacdır. Müəllimlərimiz azacıq
muşikafanə, durbinanə hərəkət edəcək olsalar, şübhəsiz ki, bütün
mühitimizi islah etmiş olurlar.” [1, 210]
İbtidai sinif müəllimi yalnız dərs deməklə kifayətlən-
məməlidir. O, şagirdlərin gigiyenik qaydalara necə əməl etmə-
lərinə, səliqəli və təmiz geyinmələrinə də diqqət yetirməlidir.
“Hər iki gündən bir çocuqların əlbisəsinə, yüzünə, əllərinə baqıb
kirli və təmiz olduqlarını” yoxlamalıdır. Şagirddə qüsur görsə,
bunu ona “yumşaq, tatlı bir dil ilə anlatmalıdır” ki, buraxdığı
nöqsanı təkrar etməsin. Müəllim uşağın anlayacağı tərzdə, ona bir
ata kimi, tövsiyələr versə, onu tənbeh etsə daha uğurlu nəticələr
qazana bilər... (Şair ona qarşı ata qayğısını, ata münasibətini Sidqi-
nin məktəbində görmüşdü. Bunu müəllimlərə tövsiyə edirdi.)
O, məqalələrində xalqın məktəbə və uşaqların tərbiyəsinə
münasibəti məsələsinə də toxunmuşdur. Qeyd etmişdir ki, xalq
artıq məktəbə, buradakı tərbiyəyə hüsni-rəğbət bəsləməyə
başlamışdır. Müəllimin tərbiyə işində rolu haqda yazmışdır:
“Müəllim əgər uslu, namuslu, həlim, səlim bir əfəndi olursa, təbii,
dörd-beş sənə zərfində yalnız bir ibtidai məktəbi deyil, məktəblə
əlaqədar olan böyük bir köyü (kəndi) köy xalqını tamamilə islaha
müvəffəq olur.” [1, 210]
Cavid ibtidai məktəblər üçün türk dilində aşağıdakı
dərsliklərin olmasını lazım və vacib bilirdi: Müxtəsər qiraət, kita-
361
İsgəndər Atilla
bət, elmi əşya, coğrafiya, hesab, türk tarixi və islam tarixi. İkinci
ildən etibarən isə həmin fənlərə rus dilinin əlavə edilmisini
məsləhət görürdü. Hesab edirdi ki, sinifdə şagirdlərin oxuması,
yazması və öyrənməsi üçün işgüzar şərait yaradılmalıdır. Onların
fərdi yaradıcılıq qabiliyyətlərinə diqqət yetirilməlidir. Müəllim
sxolastik, kor-koranə təlim üsulundan qaçmalı, şagirdləri şəxsi
təşəbbüsdən məhrum etməməli, onlara həqiqi bilik verməlidir.
Ədəbiyyat
1.
Hüseyn Cavid. Əsərləri, V cild, Bakı, 2005.
Xülasə
Məqalədə Azərbaycanda və Qafqazda pedaqoji kadrların çatış-
mazlığı və hazırlanması ilə əlaqədar Hüseyn Cavidin pedaqoji
düşüncələri şərh və təhlil edilir.
Резюме
В статье Г.Джавид освещает проблемы привлечения детей к
начальному обучению в Азербайджане в период царской России, а
также семейное воспитание, ее значение в подготовке детей к
образованию.
The summary
In clause H.Djаvids shines problems of attraction of children to
initial training in Azerbaijan during imperial Russia, and also family
education and its meaning in preparation of children for education
362
Əsrin şairi IX
Üçüncü məqalə
Cavid “Həsbi-hal” silsilə məqalələrində müəllim qıtlığı
probleminə yalnız Azərbaycan kontekstində deyil, bütün Qafqaz
kontekstində yanaşır. Qafqazın ibtidai məktəblərində türkcə dərs
deyən müəllimləri 3 qismə bölür:
- Araz aşırı qoşub gələn fanatizm dəllalları;
- Seminariyada (darülmüəllimində) ikmali-təhsil etmiş
əfəndilər;
- Yeni üsulda tərbiyə görüb müəllimliyə həvəskar olan
gənclər.
Düşünür ki, birinci qismə aid olanlar müəllimdən başqa hər
şeydir. “Onlar pək qurnaz həriflərdir. Buqələmun kibi hər saətdə
bin rəngə girməyə müstəiddirlər.” [1, 211] Bu cür müəllimlər
Qafqaza daha çox İrandan gəlirlər və Araz kənarına varar-
varmaz, hər şeydən öncə, özünü düşünür və özü üçün sərmayə
yeri axtarırlar. “Marağada darğa şagirdi ikən, Aras suyu içər-
içməz anadan doğma seyid olurlar.” Qafqazın otlu-sulu torpağına
ayaq basdıqdan sonra “ona-buna yalvarıb-yaxarsa da, fırıldağı
işləməz, fəryadı bir yana çatmaz. Çünki camaatın ehtirazı ilə
üzləşirlər.”
Öz licimini dəyişən belə fanatizm dəllallarını şair çox gözəl
səciyyələndirir. Onlar seyid və mollalığı ilə camaatı aldadır, gah
kəfən biçir, gah ölü götürür, gah ölü dəfn edir, gah da mərsiyə
oxuyurlar. Fırıldaq yolu ilə pul qazanmağa yer axtarırlar. Tapan
kimi “Yəhudi bəzzazı kibi sağına-soluna, eninə-boyuna, hər
tərəfinə ölçüb-biçər, yeri gəldikdə fala baqar, dua da yazar, cin də
tutar.” [1, 212] Lakin fırıldağı baş tutmayanda dərhal məsləkini
dəyişərlər. Boynuna воротник, qalstuk taxar, əyninə kostyum
geyər və diplomsuz, attestatsız образованны bir “müəllim”
olarlar. Diplomlu müəllimləri tənqid etməyə başlarlar. Yaltaq və
cahil mühafizəkarlar isə bu cür fanatizm dəllallarını himayə
edərlər. Onlar bəzi hacı və kərbəlayıların köməyi ilə müəllimliyə