İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə118/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   ...   114   115   116   117   118   119   120   121   ...   142

360

                                            

Əsrin şairi IX 

xüsusi əhəmiyyətə malikdir. “Bir müəllim öz-özünü bir riyazəti-

mənəviyyə  ilə  islah  etdikdən  sonra,  şübhəsiz  ki,  hər  sözü,  hər 

duruşu, hər halı bütün şagirdlər nəzərində böyük bir əhəmiyyətə 

tələqqi olunur. Kəmali-sürət və mətanətlə hər kəsin ruhuna nüfuz 

edə bilir.” [1, 210] O, bununla diqqəti müəllim sözünün sehrinə, 

siqlətinə,  inandırıcı  olmasına,  estetik  gözəlliyinə,  “Özü  bir  şeyə 

inanmayan kəs başqasını necə inandıra bilər?” fikrinə cəlb edirdi. 

Müəllimin pedaqoji hazırlıq və ustalığına, nüfuz və şəxsiyyətinə, 

bilik  və  dünyagörüşünə  münasibətini  bildirərək  deyirdi:  “Şimdi 

bizim  yalnız  məktəblərimiz  deyil,  bütün  həyati-ictimaiyyətimiz 

belə  saf,  parlaq  bir  tərbiyəyə  möhtacdır.  Müəllimlərimiz  azacıq 

muşikafanə, durbinanə hərəkət edəcək olsalar, şübhəsiz ki, bütün 

mühitimizi islah etmiş olurlar.” [1, 210] 

 İbtidai  sinif  müəllimi  yalnız  dərs  deməklə  kifayətlən-

məməlidir.  O,  şagirdlərin  gigiyenik  qaydalara  necə  əməl  etmə-

lərinə,  səliqəli  və  təmiz  geyinmələrinə  də  diqqət  yetirməlidir. 

“Hər iki gündən bir çocuqların əlbisəsinə, yüzünə, əllərinə baqıb 

kirli  və  təmiz  olduqlarını”  yoxlamalıdır.  Şagirddə  qüsur  görsə, 

bunu  ona  “yumşaq,  tatlı  bir  dil  ilə  anlatmalıdır”  ki,  buraxdığı 

nöqsanı təkrar etməsin. Müəllim uşağın anlayacağı tərzdə, ona bir 

ata kimi, tövsiyələr versə, onu tənbeh etsə daha uğurlu nəticələr 

qazana bilər... (Şair ona qarşı ata qayğısını, ata münasibətini Sidqi-

nin məktəbində görmüşdü. Bunu müəllimlərə tövsiyə edirdi.)  

O,  məqalələrində  xalqın  məktəbə  və  uşaqların  tərbiyəsinə 

münasibəti  məsələsinə  də  toxunmuşdur.  Qeyd  etmişdir  ki,  xalq 

artıq  məktəbə,  buradakı  tərbiyəyə  hüsni-rəğbət  bəsləməyə 

başlamışdır.  Müəllimin  tərbiyə  işində  rolu  haqda  yazmışdır: 

“Müəllim əgər uslu, namuslu, həlim, səlim bir əfəndi olursa, təbii, 

dörd-beş sənə zərfində yalnız bir ibtidai məktəbi deyil, məktəblə 

əlaqədar olan böyük bir köyü (kəndi) köy xalqını tamamilə islaha 

müvəffəq olur.” [1, 210] 

Cavid  ibtidai  məktəblər  üçün  türk  dilində  aşağıdakı 

dərsliklərin olmasını lazım və vacib bilirdi: Müxtəsər qiraət, kita-




         

361

 

İsgəndər Atilla 

bət, elmi əşya, coğrafiya, hesab, türk tarixi və islam tarixi. İkinci 

ildən  etibarən isə  həmin  fənlərə  rus  dilinin  əlavə  edilmisini 

məsləhət  görürdü.  Hesab  edirdi  ki,  sinifdə  şagirdlərin  oxuması, 

yazması və öyrənməsi üçün işgüzar şərait yaradılmalıdır. Onların 

fərdi  yaradıcılıq  qabiliyyətlərinə  diqqət  yetirilməlidir.  Müəllim 

sxolastik,  kor-koranə  təlim  üsulundan  qaçmalı,  şagirdləri  şəxsi 

təşəbbüsdən məhrum etməməli, onlara həqiqi bilik verməlidir. 

 

Ədəbiyyat 

 

1.

 



Hüseyn Cavid. Əsərləri, V cild, Bakı, 2005. 

 

Xülasə 

 

Məqalədə  Azərbaycanda  və  Qafqazda  pedaqoji  kadrların  çatış-

mazlığı  və  hazırlanması  ilə  əlaqədar  Hüseyn  Cavidin  pedaqoji 

düşüncələri şərh və təhlil edilir. 



 

Резюме  

 

В  статье  Г.Джавид  освещает  проблемы  привлечения  детей  к 

начальному обучению в Азербайджане в период царской России, а 

также  семейное  воспитание,  ее  значение  в  подготовке  детей  к 

образованию.   

 

The summary 



 

In  clause  H.Djаvids  shines  problems  of  attraction  of  children  to 

initial  training  in  Azerbaijan  during  imperial  Russia,  and  also  family 

education and its meaning in preparation of children for education 




362

                                            

Əsrin şairi IX 

Üçüncü məqalə  

 

Cavid  “Həsbi-hal” silsilə  məqalələrində  müəllim  qıtlığı 

probleminə yalnız Azərbaycan kontekstində deyil, bütün Qafqaz 

kontekstində yanaşır. Qafqazın ibtidai məktəblərində türkcə dərs 

deyən müəllimləri 3 qismə bölür: 

- Araz aşırı qoşub gələn fanatizm dəllalları; 

-  Seminariyada  (darülmüəllimində)  ikmali-təhsil  etmiş 

əfəndilər; 

-  Yeni  üsulda  tərbiyə  görüb  müəllimliyə  həvəskar  olan 

gənclər. 

Düşünür ki, birinci qismə aid olanlar müəllimdən başqa hər 

şeydir. “Onlar pək qurnaz həriflərdir. Buqələmun kibi hər saətdə 

bin  rəngə  girməyə  müstəiddirlər.”  [1,  211]  Bu  cür  müəllimlər 

Qafqaza  daha  çox  İrandan  gəlirlər  və  Araz  kənarına  varar-

varmaz,  hər  şeydən  öncə,  özünü  düşünür  və  özü  üçün  sərmayə 

yeri  axtarırlar.  “Marağada  darğa  şagirdi  ikən,  Aras  suyu  içər-

içməz anadan doğma seyid olurlar.” Qafqazın otlu-sulu torpağına 

ayaq  basdıqdan  sonra  “ona-buna  yalvarıb-yaxarsa  da,  fırıldağı 

işləməz,  fəryadı  bir  yana  çatmaz.  Çünki  camaatın  ehtirazı  ilə 

üzləşirlər.” 

Öz licimini dəyişən  belə fanatizm dəllallarını şair çox gözəl 

səciyyələndirir. Onlar seyid və mollalığı ilə camaatı aldadır, gah 

kəfən  biçir,  gah  ölü  götürür,  gah  ölü  dəfn  edir,  gah  da  mərsiyə 

oxuyurlar. Fırıldaq yolu ilə pul qazanmağa yer axtarırlar. Tapan 

kimi  “Yəhudi  bəzzazı  kibi  sağına-soluna,  eninə-boyuna,  hər 

tərəfinə ölçüb-biçər, yeri gəldikdə fala baqar, dua da yazar, cin də 

tutar.”  [1,  212]  Lakin  fırıldağı  baş  tutmayanda  dərhal  məsləkini 

dəyişərlər.  Boynuna  воротник,  qalstuk  taxar,  əyninə  kostyum 

geyər  və  diplomsuz,  attestatsız  образованны  bir  “müəllim” 

olarlar. Diplomlu müəllimləri tənqid etməyə başlarlar. Yaltaq və 

cahil  mühafizəkarlar  isə  bu  cür  fanatizm  dəllallarını  himayə 

edərlər. Onlar bəzi hacı və kərbəlayıların köməyi ilə müəllimliyə 




Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə