İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə121/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   ...   117   118   119   120   121   122   123   124   ...   142

         

369

 

İsgəndər Atilla 

elmə, sənətə sahib olur.” [3, 6]  

Böyük  Cavidin  ən  böyük  arzusu  qızların  təhsilə  cəlb 

edilməsi olmuşdu. O, sağlığında bunu nəinki öz gözlərilə gördü, 

qızlar  seminariyasında  qızlara  ədəbiyyatdan  dərs  dedi  və  fikrini 

Mişkinaz  xanımla  bölüşdürdü:  “Mişkinaz!  Bir  xalqın  gələcək 

nəslinin ağıllı-kamallı olması üçün o xalqın həm də kamil anaları 

olmalıdır.  Mən  [seminariyada]  gələcəyin  analarına  –  xanım 

qızlara dərs deyərkən hiss edirəm ki, onlar vətən üçün, xalq üçün 

namuslu, vicdanlı balalar tərbiyə edəcəklər...” [3, 18]  

Zaman  dəyişmişdi.  İndi  müəllim  və  şair  Cavid  düşündük-

lərini  və  arzuladıqlarını  öz  gözləri  ilə  görürdü  və  müəllim 

yoldaşlarına  deyirdi:  “Yeni  nəsil  mütləq  elmə  və  sənətə 

yiyələnməlidir.  Çünki  hər  bir  xalq  yalnız  və  yalnız  elmin  və 

sənətin qanadlarında yüksələ bilər.” 

                              

 

Ədəbiyyat 

1. Hüseyn Cavid. Əsərləri, V cild, Bakı, 2005. 

2. Məmməd Cəfər. Hüseyn Cavid, Bakı, 1960. 

3. Mişkinaz Cavid. Cavidi xatırlarkən..., Bakı, 1976. 

 

Xülasə 

  Məqalədə  çar  Rusiyası  dövründə  Azərbaycanda  uşaqların 

ibtidai təhsilə cəlb edilməsi, həmçinin ailə tərbiyəsi və uşaqların təhsilə 

hazırlanmasında  onun  əhəmiyyəti  haqqında  Hüseyn  Cavidin  fikirləri 

nəzərdən keçirilir. 

 

Резюме 

В статье анализируются и излагаются педагогические взгляды 

Г.Джавида  на  подготовку  педагогических  кадров  в  связи  с 

недостатком педагогов в Азербайджане и на Кавказе. 

 

The summary 

In  clause  are  analyzed  and  the  pedagogical  sights  H.Djavids  on 

preparation of the pedagogical staff are stated in connection with lack of 

the teachers of Azerbaijan and on Caucasus. 




370

                                            

Əsrin şairi IX 

Naxçıvanda nə gördüm?  Naxçıvana nə lazım? 

 məqalələrinə bir nəzər 

 

Hüseyn  Cavid  1910-cu  ildə  İstanbul  Darülfünununun  ədə-



biyyat  və  tarix  fakültəsini  bitirib  Naxçıvana  döndükdən  sonra 

1910-cu  ildə  “Həqiqət”  qəzetində  Naxçıvanda  və  Azərbaycanda 

ibtidai  təhsilin  vəziyyəti,  müəllim  kadrlarının  hazırlanması  və  s. 

pedaqoji  məsələlər  barəsində  mətbuatda  silisilə  məqalələr  çap 

etdirir. [1] Onun məktəb və maarif, təhsil və tərbiyə problemlərinə 

həsr etdiyi məqalələr XX əsrin əvvəllərində Azərbaycanda və Qaf-

qazda  həmin  işin  təşkili  və  vəziyyəti  haqqında  dolğun  təsəvvür 

yaradır,  Azərbaycan  pedaqoji  fikir  tarixinin maraqlı  və  diqqətə-

layiq  səhifələrindən  birini  təşkil  edir.  Təəssüflər  olsun  ki,  sovet 

dönəmində  və  sonralar  onun  pedaqoji  görüşləri,  təhsil,  təlim  və 

tərbiyə haqqında düşüncələri, obyektiv və subyektiv səbəblərdən, 

pedaqoji  ictimaiyyətin  və  mütəxəssislərin  diqqətindən kənarda 

qalmışdır. Siyasi repressiya qurbanı olan Cavidin ədəbi irsi 20 illik 

rəsmi  qadağadan  sonra  1956-cı  ildə  xalqa  qaytarıldı.  Onun 

pedaqoji  məsələlərə  həsr  etdiyi  məqalələri  ilk  dəfə  tam  şəkildə 

1985-ci  ildə  qızı  Turan  Cavid  tərəfindən  əsərlərinə  daxil  edildi.  

Həmin  vaxtdan  27  il  ötsə  də,  şairin  pedaqoji  düşüncələri 

barəsində  elmi-pedaqoji  ədəbiyyatda  elə  bir  ciddi  araşdırmalara 

təsadüf edilmir... 

Bir neçə söz Cavidin Naxçıvan və naxçıvanlılara aid fikirləri 

barəsində.  Şair  məqalələrində  Naxçıvanın  tarixi  haqqında  iki 

rəvayətə  münasibətini  bildirmişdir.  Həmin  rəvayətlərdən  biri 

budur  ki,  Naxçıvan  vaxtilə  əski  yarımtanrılardan  olan  məşhur 

Daqyanosun  (el  arasında  Dağ  Yunus)  mərkəzi  səltənəti 

olmuşdur...  

Daqyanos  haqqında  rəvayət  bu  gün  də  naxçıvanlılar 

arasında  yaşamaqdadır.  Guya  o,  Qızılvəng  deyilən  bir  yerdə 

allahlıq  iddiasına  düşür.  İki  dağ  arasında  tor  çəkdirib  yağış 




         

371

 

İsgəndər Atilla 

yağdırmaq  qərarına  gəlir.  Qərar  icra  edilərkən  Tanrı  onun 

səltənətini dağıdır... Həmin yerə hazırda “Ölən şəhər” deyilir.  

İkinci  rəvayət  makedoniyalı  İskəndər  və  İlanlı  Dağla 

bağlıdır. Rəvayətə görə, İskəndər arvadlarını həmin dağda saxlar, 

ətrafına ilanlar buraxarmış ki, heç kim onlara yaxın düşə bilməsin. 

Sonralar həmin dağ “İlanlı Dağ” adlandırılmışdır...  

Cavid XIX əsrin sonu XX əsrin əvvələrindəki Naxçıvanı şərti 

olaraq  iki  yerə  bölür:  Bir  qismi  qul  təbiətində  yaşayanlar  və 

miskinliyi sevənlər; ikinci qismi təkəbbür və xudkamlıqdan xoşla-

nanlar, daima öz nüfuzlarını işlətmək istəyənlər. O, orta təbəqəni 

görmür və yazır ki, yalnız müstəsna hallarda üç cüt bir tək adam 

var  ki,  onlar  da  nə  qədər  çığır-bağır  salsalar,  ünləri  bir  yerə 

çatmır.  

Cavid 1905-ci ildə Qurbanəli Şərifzadənin təşviqilə ali təhsil 

almaq  üçün  İstanbula  gedir.  Hamisi  Qurbanəli  bəylə 

məktublaşır.

 (Qurbanəli Şərifzadənin 1908-1909-cu illərdə Cavidə 



yazdığı  məktublar  1937-ci  ildə  müsadirə  edilmiş  və  bugünədək 

tapılmamışdır.)  Bir  məktubda  onun  Naxçıvan  və  naxçıvanlılara 

aid yazdığı fikirlərə münasibətini bildirir, “pək ziyadə mükəddər 

oldum  deyir”  və  yazır:  “Sonra  düşündüm  ki,  bu  da,  bənim  bu 

məhzun olmuşum da boş bir şey... Neçin? – deyəcəksiniz. Çünki 

naxçıvanlılardakı  hissi-milli,  əcəba  bir  tərbiyeyi  –  mədəniyyə 

məsulumudur,  yaxud  nagahani  bir  ətiyyə,  bir  ilham  nəticəsimi-

dir? Təbiidir ki, bir həyəcani-həvayidən başqa bir şey deyildir... ” 

[2, 65] 

Təəssüflər  olsun,  Qurbanəli  bəyin  məktubları  əldə  yoxdur. 

Cavidin  qeydlərindən  bəlli  olur  ki,  onun  məktublarında  Naxçı-

van,  naxçıvanlılar  və  naxçıvanlılardakı  milli  hiss  və  düşüncəyə 

aid maraqlı mülahizələr var. 

Cavid  Məhəmməd  Tağı  Sidqinin  1895-ci  ildə  Ordubaddan 

                                                 

 Qurban



əli Şərifzadənin 1908-1909-cu illərdə Cavidə yazdığı məktublar 1937-

ci ild


ə müsadirə edilmiş, bugünədək tapılmamışdır. 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə