İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə129/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   ...   125   126   127   128   129   130   131   132   ...   142

         

393

 

İsgəndər Atilla 

gün “İblis” faciəsini mənə verdi, dedi ki, üzünü köçürərsən. Mən 

d

ə köçürdüm. Bir-iki sözü dəyişdim. Mətni oxudu. Həmin sözləri 



oxuyark

ən soruşdu: “Nə üçün bu sözləri dəyişmisən?” Mən izahat 

verdim. O, q

əbul etmədi...” 

M

ən həmin “məktubun” tam mətnini 2009-cu ildə  çap et-



dirdiyim  “Əsrin  şairi” silsiləsindən I cilddə  vermişəm.  Şeir  o 

dövrün ide

ologiyasına uyğun olaraq və istehzalı bir şəkildə qələmə 

alınmışdır. Müəllif üç nöqtələrdən gen-bol istifadə etmişdir. Cavidin 

dil v

ə üslubuna məxsus söz və ifadələrə, əsərlərinin adına məxsusi 



diqq

ət  yetirmişdir.  Mən burada həmin  şeirdən bir parça verməklə 

kifay

ətlənirəm. 



 

... Kozmetikli şeirlərinə can verən, 

“Xumarların”..., “Afətlərin” duyğusundan 

V

ə belə 

Şeirlərim şeirlərinlə vidalaşınca, 

Ağız dolusu bir qəhqəhə ilə 

Bir d

əstə qızıl qalstukların arxasınca 

Düşdülər yola. 

Gedib girdil

ər komsomola. 

Bu gün  

Müz

əffər bir döyüş nəfəsilə 

Axınca alınlarının təri, 

Şeirlərimə bir şey demir artıq 

“Bahar şəbnəmləri”...

*

 

 

Cavid h


əbs olunduqdan və Sibirə sürgün edildikdən sonra ona 

şər və  böhtan atanlar,  əsərlərinə  qara  yaxanlar  çox  oldu.  Yalnız 

Əliağa  Vahid  şairlə  kəsdiyi çörəyə  xəyanət etmədi. Cavidin 

aşağıdakı şeirini oxucular arasında yaydı. 



 

Bir 

əbnayi-bəşərdən birinə qəsd etsə, 

Q

əsdi ancaq bir evi məhv, pərişan eylər. 

B

əncə ən kamili-qatil bu siyasilərdir 

Ki, bir imza il

ə min bir evi viran eylər. 

                                                 

*

 

Şairin 1917-ci ildə Bakıda Müsavat Partiyasının “Açıq söz” mətbəəsində çap 



etdirdiyi “Bahar şəbnəmləri” şeirlər kitabına işarədir. 


394

                                            

Əsrin şairi IX 

Ə.Vahid bununla kifayətlənmədi. “Biz bir qatar tutiyi-şirin 

sux

ənlərik”  misrası  ilə  başlayan  qəzəlini Cavidə  ithaf etdi. Cavidi 



s

əmimi hiss və duyğularla xatırladı, oxuculara xatırlatdı. Qəzəl tez bir 

zamanda oxucular v

ə  xanəndələr arasında  yayıldı  və  məşhurlaşdı. 

Haqqında danışmaq, əsərlərini nəşr etmək və tamaşaya qoymaq rəsmi 

qadağan  edildiyi bir zamanda xanəndələr radioda Vahidin qəzəlini 

mu

ğamat  üstündə  oxuyub, onu yad etdilər. Kimi Sibirdə  faciəli 



sur

ətdə həlak olmuş şairə şər və böhtan atdı, kimi onu öz şeirlərində 

v

əsf etdi. Həmin qəzəli oxucuların nəzərinə çatdırıram.: 



 

Biz bir qatar tutiyi-

şirin suxənlərik, 

Öz n

əğməmizlə zinəti-sərvi-çəmənlərik. 

 

Gülüzlül

ər təranəmizin həsrətin çəkir, 

Baği-vətəndə bülbüli-xoş nəğməzənlərik. 

 

Bir kims

ə bilməyir nə xərabatilərdənik, 

Meyxan

ələr müsafiri rindi-kühənlərik. 

 

Bizd

ən, həmişə zövq alıb ərbabi-mərifət, 

Biz 

əhlihalə ətr saçan yasəmənlərik. 

 

M

əşuqəmiz həqiqi Züleyxayi-Misrdir

Eşq aləmində Yusifi-gülpirəhənlərik. 

 

Lövh üzr

ə pirimiz bizi yazmış şəhidi-eşq, 

Meydani-

ədli-dadidə gülgün kəfənlərik. 

 

Cavid h

əmişə xəlqimizin xatirindədir, 

Vahid, o yoxsa, ruhi il

ə həmvətənlərik. 

 

1982-ci ild

ə  Cavidin məzarı  Sibirdə  axtarıldı,  tapıldı,  nəşi 

(sümükl


əri) vətənə  gətirildi. Bu münasibətlə  şairlər  çoxlu  şeirlər 

yazmışlar. 

Yazıçı Hüseyn İbrahimov Cavid haqqında roman yazmışdır. 

 



         

395

 

İsgəndər Atilla 

 

Cavid

ə aid Türkiyədə nəşr edilmiş kitablar 

 

 

1.  Akpınar,  Yavuz.  Azeri  Edebiyyatı  Araştırmaları.  İstanbul, 

1994 

2. Akpınar, Yavuz. “Hüseyn Cavid”. TDEA, c.IV 



3. Aslan, Haver. “Hüseyn Cavidin Şiir Dünyası”. TK, nr. 232, 

1982 


4. Türkekul, Mustafa Hakkı. Azerbaycanlı Türk Şairi Hüseyin 

Cavid. İstanbul, 1963 

5. Uygur, Erdoğan. Hüseyin Cavid Edebi Faliyetleri və Topal 

Teymur Piyesi. Ankara, 2004 



 

Cavidin dövri m

ətbuatda və nəşriyyatlarda  

çap etdirdiyi pyesl

əri 

 

1. Dövri m

ətbuatda 

 

1. “Zavallı qadın” (“Maral”). “İqbal” qəzeti, 25 və 29 aprel, 7, 9, 



13, 15, 18, 21, 28 v

ə 30 may, 4, 5, 7, 10, 12, 14 və 15 iyun 1912. 

2. “Yeni iqbal”: M

əşhur şairimiz Hüseyn Cavid əfəndi “Şeyx 

S

ənan” ünvanlı bir mənzum faciə yazmışdır.  



Q

əzet 11 may 1915-ci ildə öz səhifəsində “Şeyx Sənan”dan: 

 

İştə Qafqas, səfalı bir məva, 

Allah, Allah, n

ədir bu abü həva? 

 

− beytil


ə başlayan monoloqu çap etmişdir. 

3. “Şeyx Sənan”. Faciədən parçalar. “Qurtuluş”, 1915, №1, 2, 3. 

4. “Şeyx Sənan”. Şair bu faciəni “Açıq söz” qəzetinin 1916-cı 

il yanvar nömr

ələrində tam şəkildə çap etdirmişdir. 

5. “Uçurum”. “Qurtuluş”, 1920, №1, 2 (bir parça). 

6. “Af

ət”. “Azərbaycan füqərası”, №6, 8, 9, 10, 12, 13 dekabr 



1921 (Tam şəkildə çap edilmişdir). 

7. “Peyğəmbər”. “Maarif və mədəniyyət”, 1923, №1, 7, 8-9, 

10, 11, 12 (Tam şəkildə çap edilmişdir). 1926-cı ildə iki dəfə kitab 



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə