İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə131/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   ...   127   128   129   130   131   132   133   134   ...   142

         

399

 

İsgəndər Atilla 

z

əlliyinin sirlərini bilən bir sənətkarın ifadə parlaqlığı vardır. 

 



Bolşevik istilasının ilk dövrlərində Hüseyn Cavidə nisbətən, 

daha yaxşı yazmaq və yazdıqlarını oxutmaq və dinlətmək müyəssər 

oldu. Halbuki milli c

ərəyanın  digər nümayəndəsi Cavad 

Axundzad

ənin işi bolşevik dövründə qətiyyən gətirmir. 

M

əhəmməd Əmin Rəsulzadə 

 

 



Hüseyn Cavid Stalin kimi bir dünya diktatoru qar

şısında 

baş əymədi. Hətta həyatını qurtarmaq naminə öz əsərlərində onun 

adını  bir  dəfə  də  çəkmədi.  Hamı  neftdən, pambıqdan,  kolxozdan 

yazan vaxt, o, 

əqidəsini dəyişməyərək, “Topal Teymur”u, 

“Peyğəmbər”i, “Səyavüş”ü  qələmə  aldı.  Qorxmadan gözlədiyi 

Sibir buzlaqlarındakı ölümüsə şirin bir Allahın neməti kimi qəbul 

etdi. Cavidi ged

ər-gəlməzə  yollayaraq, ondan sonra 40-50 il 

yaşayıb  fəxri  adlar  alanlar,  döşlərini orden-medallarla dolduran 

əqidəsizlər, hər  əmrə, göstərişə  müti  fırfıralarsa,  cismani  yox-

luqlarıyla  eyni  zamanda  mənəvi ölümə  də  düçar oldular-

unuduldular. Cavids

ə  əqidədən dönməmək naminə  cismani 

mövcudluğunu qurban verərək, əvəzində peyğəmbərlərə nəsib olan 

şərəfli əbədiyyət qazandı! 

Əbülfəz Elçibəy 

 

 



Hüseyn  Cavid  yaradıcılığını  bütünlükdə  almaq və  onun 

d

ərin təhlilini vermək  son dərəcə  ağır  bir  işdir.  Artmaqda  olan 

sosializm quruluşu daha da dərinləşən proletar inqilabının Cavid 

üz

ərində olan təsiri get-gedə artır və dərinləşir. 29-30-cu illərdən 

başlayaraq bu təsir daha da qüvvətli şəkildə özünü göstərir. 

Mirz

ə İbrahimov 

 

 



Əcəba  Cavidin  hankı  bir  əsəri  yaşadığı  mühitin,  içində 

dolandığı  xəlqin, cəmiyyətin, xüsusilə  Azərbaycan türk xəlqinin 

ifadeyi-hal v

ə  keyfiyyətidir. Qoy bir nəfər  çıxsın,  tərəddüdsüz, 

Cavidin  filan  yazısı  cəmiyyətimizin ifadə, hal və  keyfiyyətidir, 

söyl

əsin. Bunu kimsə deyə bilməz...Biz onun heç bir vaxt xəlqimizin 

f

əryadları  ilə  inlədiyini, xəlqimizin sevincilə  güldüyünü görə 

bilmirik... N

ə olursa-olsun, hər halda Cavid burda, Azərbaycanda 

yoxdur.  


400

                                            

Əsrin şairi IX 

 



...“Af

ət” bir əsər olmaqdan daha ziyadə  bir  şaşqınlıqdır. 

Af

ət Özdəmiri zəhərləyir,  maraqlanan  yox.  Ərtoğrul  rədd edilir, 

əsəbləşir,  çıldırır,  mütəəssir olan yox, Afət Qaratay tərəfindən 

r

ədd edilir, anlayan yox. Qaratay öldürülür, sevinən yox. Afət 

intihar edir, müt

əəssir olan yox. Yek kəlmə,  Cavidin  yazılarında 

tamaşaçılar  səhnədəki həyatla yaşamıyorlar. Onlarda Cavidin 

t

əsəvvür etdiyi əhvali-ruhiyyə, lazımi  həyəcani  –  bədii vücudə 

g

əlməyir.  Lazımi  həzzi-mənəvi təmin edilməyir ki, əsərin  əsl 

qiym

əti də burasındadır...  

Cavidin 

əsərlərinin quruluşu pək pozğundur. 

C

əfər Cabbarlı 

 

 



Hüseyn Cavid s

ənəti bədii cəhətdən Cəfərdən daha təsirli

daha yüks

əkdir.  Əgər Cəfərdə  təsadüflük varsa da, Cavid 

q

əhrəmanlarında bu təsadüflük yoxdur. 

Mehdi Hüseyn 

 

 



Cavid üz

ərində  Əbdülhəq Hamid fəlsəfəsinin böyük təsiri 

v

ə  nüfuzu  vardır.  İddia  edilə  bilər ki, Cavid kəndi  əsərlərini 

“Əşbər”, “Təzər”, “Ölü”, “Məqbər”, “Ruhlar” kibi əsərləri 

oxuduqdan sonra yazmışdır. 

 



Bu dövr (1910-1917 – 

İ.A.) Azərbaycanda şovinizm ədəbiy-

yatı  dövrüdür.  Cavid  bu dövrün nümayəndəsidir. Mənsub 

olduqları  sinif  kimi  yenə  əski mahiyyəti saxlayan, lakin onu 

maskalandırmaq  isətəyən Cavid və  Cavad, yenə  də  bu gün 

nasionalist, idealist v

ə  burjua məfkurə  və  zehniyyətlərini nəşrə 

çalışırlar. 

 



Hadi v

ə  Cavidlə  təmsil edilən cərəyan “böyük burjua 

sınıfının ədəbiyyatı” olaraq ortaya çıxmış, onun bütün siyasi, icti-

mai, m

əfkurəvi tərzlərini,  görüşlərini özündə  əks etdirmişdir. 

Romantizm 

ədəbiyyatı yalnız yüksək burjua ziyalılarının ədəbiyya-

tıdır. Bu ədəbiyyat Türkiyə tənzimat və sərvəti-fünun ədəbiyyatının 

t

əqlidgahı olmuşdur. Bu ədəbiyyatın dil, mövzu, romantik üslubu, 

fikirl

əri və ideologiyası bu xüsusu çox gözəl isbat edirlər. 

Əli Nazim 

 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə