415
İsgəndər Atilla
On
un qulağa yapışan brilliant sırğadan xoşu gəlirdi.
Özünü, uşaqları göstərib:
− Mənim brilliantım var, ona ehtiyac yoxdu – dedim, − xeyr ola,
bu s
ərvət sənə hardan?
− Kinostudiyadan gəlirəm. Bu gün “Koroğlu” ssenarisinin
müqavil
əsini bağladıq. Ayın 5-də (iyun 1937) beş min manat
alacağam. Qalanını da film çəkilib qurtarandan sonra verəcəklər.
•
Çör
əyini yedi. Keçdi yataq otağına: “bir saat dincəlim,
sonra durub işləyəcəm” – dedi.
•
Qara günün yelimi d
əymişdi, ya nə idisə, çox narahat idim.
Adama bir b
ədbəxtçilik üz verəndə elə bil əvvəlcədən duyur.
•
Saat 8-d
ə Cavid yuxudan durdu, üzünü yudu, çay içdi.
− Həə... indi işləmək lazımdı – dedi, üzümə baxıb deyəsən
kefin yoxdu?
− Elə darıxıram ki. Heç özüm də bilmirəm nə üçün.
− Darıxma. Bu gün işim çoxdu, sabah gedərik gəzməyə.
İstəyirsənsə bir saat çıxıb hava alaq, sonra gəlib işləyərəm.
− Yox, − dedim, − yorularsan, sonra işləyə bilməzsən.
− Mənim də heç işləmək həvəsim yoxdu. Amma bir neçə
göst
ərişim var, gərək onları edim. Sabah aparıb verəcəm.
•
Cavid işinin sahibi idi. Bir əsərini özü bəyənməsəydi, onu
üz
ə çıxarmazdı. Aylarla vaxt sərf edib üstündə çalışdığı bir işi
xoşuna gəlməsəydi, onu cırıb atardı. Deyərdi: “Mənasız çoxdansa,
m
ənalı az yaxşıdı”.
•
Yersiz göst
ərişlərə, lüzumsuz tələblərə razılıq verməzdi.
•
Əsərləri tamaşaya hazırlananda məşq zamanı həmişə
ged
ərdi. Bir dəfə “Şeyx Sənan”ın məşqindən çox əsəbi gəldi. Bir
q
ədər sakit olub dedi:
− Neçə dəfə demişəm ki, sözün deyilişində, səsin ahəngində nə
q
ədər məna var. Əzra Sənana yaxınlaşıb elə bir ahənglə dedi ki:
“Z
əhra səni vidayə gəlmiş”. Halbuki Zəhra onun ən yaxın rəfiqəsi
idi. O s
əs, o deyiliş onu bir düşkün qadın kimi nəzərə çarpıdırır.
Bir
əsər yazmaq onu həyata keçirməkdən asandı.
•
Cavid
əsəbiləşəndə, çox gərgin işləyəndə papirosu çox