İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə135/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   ...   131   132   133   134   135   136   137   138   ...   142

         

407

 

İsgəndər Atilla 

 



Cavid  acı  fəryadlar,  şirin  arzular,  böyük  diləklər, böyük 

ümidl

ər şairidir. 

 



Cavid öz opponentl

əri ilə  ideyanın  və  ideyalılığın  bədii 

əsərdə  təcəssümü üsulu, vasitəsi və  sənətkarlıq  məharəti məsə-

l

əsində  qarşılaşır,  toqquşurdu.  Cavid  bədii  əsərlərdə  “şüarçılıq” 

v

ə “siyasət carçılığını” qəbul etmirdi.  

 



M

ən Cavid müəllimi dəfələrlə  əlində  neft  qabı  ağ  neft 

almaq üçün dükana t

ərəf  yollandığını,  yaxud onun hamı  ilə 

b

ərabər  dayanıb  səbr ilə  öz növbəsini gözlədiyini görmüşəm. O, 

heç bir vaxt, heç yerd

ə  özünün  şöhrətindən istifadə  eləməz, 

camaatdan f

ərqlənməyinə  razı  olmazdı.  Həyatda, məişətdə, 

iclasda, m

əclisdə son dərəcə təvazökar və iddiasız olardı. 

 



T

ələbələrin  yaşayışı,  güzəranı,  maddi  vəziyyəti Cavidi 

maraqlandırırdı  və  düşdündürürdü.  Biz  tez-tez onun qayğı-

keşliyinin,  mehriban  rəftarının  şahidi  olurduq.  Təqaüdlə  dolanan 

t

ələbəyə qiymət yazarkən istər-istəməz güzəştə gedirdi. Təqaüddən 

k

əsilməsinlər deyə, üzlərini danlasa da, qiymətlərini bəzən layiq 

olduqlarından artıq yazırdı. 

 



Cavidin adi görk

əmi, sadə dolanışığı ilə mürəkkəb və zən-

gin t

əbiəti  arasındakı  nadir  ahəngi, bu əcayib  əksliyin qəribə 

v

əhdətini tezliklə duymaq olardı. Ortaboylu, dolubədənli Caviddə 

ad

ətən bir sakitlik və sükunət duyulurdu. Yeriyəndə də sakit-sakit 

yeriyir, oxumaqdan, yazmaq

dan  yumurlanmış  omuzlarını  sanki 

əlindəki çəlik üzərində  gəzdirir,  ağır  və  ləng  addımlarla  o  qədər 

ehmallı  tərpənirdi  ki,  uzaqdan  baxan  onun  yerişini  və  duruşunu 

bird

ən-birə çətin fərqləndirə bilirdi. 

 



Onun çox vaxt yer

ə və uzağa, naməlum bir nöqtəyə dikilmiş 

n

əzərləri ilk anda tamam rahat və sakit görünürdü. Amma diqqət 

yetir

əndə gözlük altından şəvə kimi parlayan zil qara gözlərin gur 

işığını, adamın qəlbinə işləyən iti şüasını, almas kəsərini, qaçılmaz 

nüfuzunu d

ərhal duyurdun. Onun sükunətində, sadə  sakit 

görk

əmindəki, mis-tunc rəngli  simasındakı  heykəl vüqarını  və 

s

əbatını, mənəvi böyüklüyünü və böyük zəkasını da duyurdun. 

 



Cavid  toxunduğu  məsələlərə, səciyyələndirdiyi  şəxsiy-

y

ətlərə  öz münasibətini heç vaxt gizlətməzdi. Buna görə  də onun 


408

                                            

Əsrin şairi IX 

kimi xoşladığını, kimi sevib əzizlədiyini, yüksək qiymətləndirdiyini 

biz d

ərhal və  aşkar  duyurduq.  O,  sevdiklərini sevdirməyi 

bacarardı. 

 



Cavidin sevdiyi, s

ənətkarlıq qüdrətinə pərəstiş etdiyi Dos-

toyevski  haqqında  çəliyini  döşəməyə,  barmağını  mizə  döyəc-

l

əyərək, hərarətlə, ilhamla, daxili inamla elə  danışırdı  ki,  biz 

böyük  rus  yazıçısının  əsərlərini oxumadığımız  halda  onu 



əllimimizin gözü ilə görür, duyğusu ilə duyur və sevirdik. 

 



H

ər müəllimin özünəməxsus dərs üslubu, metodu, öz dəsti-

x

ətti, pedaqoji rəftarı  olur.  Cavid  müəllim məşğələləri orijinal 

t

ərzdə keçir, başqa müəllimlərin dərslərindən fərqlənirdi. O, dərs 

dey

ərkən də şair və dramaturq olaraq qalırdı. 

 



Cavid haqqında o illər belə bir yalnış fikir yaranmışdı ki, 

guya o, 

ədəbiyyatda siyasətin, müasir məsələlərin, xüsusilə  əmək 

mövzusunun 

əleyhinədir.  Əslində  isə  o, heç bir həyat məsələsini, 

heç bir temanı ədəbiyyata yabançı hesab eləmirdi. O, tema, siyasi 

aktuallıq xatirinə bədiiliyi qurban verməyin əliyehinə çıxırdı. 

 



Cavidin 

ədəbiyyat dərslərində  çox yer tutan məsələlərdən 

biri 

ədəbi-bədii əsərlərdə ideya və onun təcəssüm məsələsi idi. O, 

özünün opponentl

əri ilə  tez-tez qiyabi polemikaya  qoşulardı. 

Onların cərgəsində Əli Nazim, Əhməd Triniç, Mustafa Quliyev və 

başqaları 

vardı. 

Ümumiyyətlə, 

Cavid 

razılaşmadığını 

bildirm

əkdən, fikirlərini  aşkar və  açıq  söyləməkdən yox,  əksinə, 

onları  gizlətməkdən, ürəyində  bir cür, dildə  isə  başqa cür 

danışmaqdan çəkinirdi 

 



Pedaqoji f

əaliyyətinə, müəllimliyinə gəlincə, mən deyərdim 

ki, Cavidin istedadı bu sahədə o qədər də parlamamışdır. O, ancaq 

şair və dramaturqdur. Böyük istedadı, mümtaz zəkası yalnız sənət 

üfüql

ərində parlamışdır. 

 



O, çoxc

əhətli biliyə  malik  olduğu  üçün  dərindən duyduğu 

ədəbiyyatı  və  teatrı  yüksək məhəbbətlə  sevirdi. Çox vaxt dərsdə 

h

ərarətlə,  ilhamla  danışırdı.  Dinləyənlərin diqqətini vacib  bir 

m

ətləbə, bədii yaradıcılığın köklü məsələlərinə yönəltməyi bacarır, 

h

əm də  məzəli  haşiyələr açaraq, diqqətini  yormamaq,  marağı 

artırmaq məharəti göstərirdi. 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə