İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə125/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   ...   121   122   123   124   125   126   127   128   ...   142

         

381

 

İsgəndər Atilla 

cüml


ələrini oxudum: “Ağacların  çox  çiçəklənmiş,  borulara  sarıl-

mış, şəfəqlərə bürünmüş, hər biri bir pəri olmuşdu...” 

Abdulla Surun (Tofiqin) “Neçin, n

ədən?” şeirinə nəzər salaq: 

 

Yüks


ək qarlı dağlardan qopub gələn, 

Yalçın, sərt qayalardan sızıb çıxan, 

Qutlu-d

ərin dərələrdən qopub qoşan, 



Ç

əmənlər çeynəyib çiçəklər yolan, 

Dağlar aşıb cığırlar sürüyən, 

Əyri-müyrü, gilli-qumlu yataqlardan axan, 

Ey s

əlsəbil həyat, nə gur dağların var? 



N

ə səsli-küylü, fəqət durmaz, axımlı səfərin var? 

N

ə cuş və nə xuruş, nə düşüb qalxmaqdır. 



Yana

ğın daşlı, qumludur, kirli, çamurludur. 

Yerd

ə ikən göydə uçursan... 



Göyd

ə ikən yerdə qayətsən. 

L

ətif ikən kəsif olursan... 



Saf ik

ən bulanırsan 

O zümzüm

ə dərin quyudur fəqandan... 

O q

əhqəhə için-için iniltidir, nəreyi-candır... 



Sürünür, qıvrılırsan. 

Yell


ər ilə inləyib ağlarsan, bağırarsan... 

 

A.Surun  şeirindən  aydın  görünür  ki,  o,  Cavidin  İstanbulda 



keçirdiyi  ağır  və  məşəqqətli həyatını  dərindən duymuş  və  müşa-

hid


ə etmişdir. Mən onun şeirilə İstanbuldan Qurbanəli Şərifzadəyə 

gönd


ərdiyi məktublardakı fikrini müqayisə etdim. Məzmun və ruh 

etibaril


ə  həmin  şeir  və  məktublar arasında  çox  yaxınlıq  gördüm. 

Onlar  İstanbul  Darülfünununda  ağır  şəraitdə,  böyük  sıxıntılar  və 

maddi ehtiyac içind

ə yaşamış və təhsil almışlar. Cavidin 1909-cu 

ild

ə  Q.Şərifzadəyə  göndərdiyi məktubundan bir parçaya nəzər 



salaq: “Doğrusu, həm Hacı Rəsulun məktubunda, həm bənimkin-

d

əki  əsəfamiz,  sıqıntılı  sözləriniz və  “qələm inca rəsid sər  beşi-



k

əst!..” (“Buraya çatanda qələmin  ucu  sındı!..”  Farsca tərcümə 

Ə.Şərifə  məxsusdur) kibi mərhəmətpərvərliyiniz mükəmməl bir 



382

                                            

Əsrin şairi IX 

makina (maşın) təzyiqilə bəni sıqdı, sıqdı və ruhumu, hissiyyatımı 

parça-parça etdi. Cidd

ən  sizin  (Q.Şərifzadənin  –  İ.A.)  bu  qədər 

m

əhviyyətinizə  mütəəssüf oldum... Bən kəndim o qədər  əczaizm 



bir hal il

ə  ianə  tələbinə  qalxışsam,  buracıqda  (İstanbulda  –  İ.A.) 

bilm

ədiyim və bildiyim Osmanlılardan istədiyim qədər istianə edə 



bilirim, y

əni dilənə bilirim.”

1

 

1912-ci ild



ə  A.Sur Gəncədə  vəfat edəcək. Cavid onun 

d

əfnində  iştirak  etməklə  bərabər,  haqqında  böyük  bir  nekroloq 



yazıb,  “İqbal”  qəzetində  (16 may 1912) çap etdirəcəkdir. 

Neqroloqda  A.Sur  haqqında  bu  sözləri yazacaqdır:  “Üç  sənədən 

ziyad

ə  fəqr və  fəlakət içində,  orada  (İstanbulda  –  İ.A.)  fəna və 



ucuz lokanta (restoran)larda yem

ək yeyərək, gecə-gündüz təhsil ilə 

uğraşıb durmuş. Mərhumun (A.Surun – İ.A.) böylə üful etməsinə 

əsl səbəb də  İstanbulda  keçirdiyi  günlər olsa gərək... Çünki onu 

m

əhv edən bu xəstəlik (kor bağırsağın iltibahı – İ.A.) orada ikən 



başlamışdır.”

2

 



H

ər  iki  şair  İstanbulda  müdhiş  bir  həyat  yaşamış,  maddi 

ç

ətinlik içində  çabalamışdır.  Ehtiyac  və  məşəqqətli həyat  onların 



ruhunu v

ə hissiyyatını sıxmış, param-parça etmişdir. A.Sur şeirin-

d

ə  bunu bədii cəhətdən gözəl təsvir etmişdir.  Böyük  sənətkarlıq 



qüdr

ətinə malik olan dostunun səlsəbil, səs-küylü, müdhiş bir hə-

yat içind

ə, qəhqəhələr içində  inlədiyini,  “ilan  kimi  qıvrılıb  açıl-

dığını”, “ağladığını”, “bağırdığını”, “için-için inlədiyini” bir həqi-

q

ət kimi tarixin səhifələrində qalmağı lazım bilmişdir.  



Hüseyn  Cavid  yaradıcılıq  meydanına  atılar-atılmaz  oxu-

cuların, şair və yazıçıların diqqətini cəlb etməyə başlayır. Ondakı 

şairlik  istedadını  öncə  atası  Hacı  Molla  Abdulla,  böyük  qardaşı 

Şeyx  Məhəmməd,  o  zamankı  Naxçıvanın  görkəmli  ziyalı  və 

maarifp

ərvərlərindən sayılan  Məhəmməd  Tağı  Sidqi,  Qurbanəli 



Şərifzadə  və  b. diqqətini cəlb  edir.  Başda  Sidqi  müəllim və 

Qurban


əli bəy olmaqla, xeyirxah adamlar Hüseynin yaxşı təhsil və 

                                                 

1

 Cavi


d H. Əsərləri. V cild. Bakı, 2005, s. 265. 

2

 Abdulla M



əhəmmədzadə, yaxud (A.Sur) –  Abdulla Tofiq. Cavid H. V cild. 

Bakı, 2005, s. 223. 




         

383

 

İsgəndər Atilla 

t

ərbiyə almasına qayğı göstərirlər. Çox keçmir ki, Bakıda, Tiflisdə, 



İstanbulda, Təbrizdə, Tehranda çıxan qəzetlərdə “Gülçin”, “Salik”, 

“Arif”, “Hüseyn Salik Rasizad

ə  Naxçıvani”,  “H.Rasizadə”, nə-

hay


ət, “Hüseyn Cavid” imzaları görünür. Və həmin imzalar həmən 

oxucuların  diqqətini cəlb edir. Günlərin  bir  günü  Əziz  Şərif bu 

sözl

əri yazır: “Hüseyn Salik təxəllüsü ilə yazılmış şeirlər bu günə 



kimi (1972-ci il

ə  kimi  –  İ.A.)  toplanmamışdır,  bəlkə  bu gündən 

sonra da top

lanmağı asan olmaya, ancaq bu şeirlərdən birinin ilk 

iki beyti h

ələ uşaq vaxtlarından mənim yadımda qalmışdır: 

 

Könlüm quşu geyib yenə matəm libasını, 



Ağaz edibdi ləhceyi-millət fəzasını. 

Ağla, bəlalı gözlərim, aramasan hələ,  

Al

əm köçüb, yatıbdı bizim miri-qafilə...”



1

 

 



Ə.Şərif  şeiri  oxuduqdan  sonra  onun  kimə  məxsus olduğunu 

araşdırmağa  başlayır.  Lakin  müəllifin  kim  olduğunu tapa bilmir. 

Bir gün Cavidd

ən “Hüseyn Salik”in  kim  olduğunu  soruşur.  O, 

utancaq halda “m

ənəm” deyir. 

Ə.Şərif zəmanəsini qabaqlayaraq, 1913-cü ildə  yazırdı  ki, 

Hüseyn Cavid Az

ərbaycan  şeirinə  bir yenilik, özünəməxsus bir 

üslub g


ətirir. Bu üslub əsərdən  əsərə  inkişaf  edərək, “Hüseyn 

Cavid” üslubuna çevrilir. M

ənim nəzərimcə, özü də  mətn bir 

üsluba çevrilir. 

Cavidin  ilk  oxucularından  biri  Qulam  Məmmədli olmuşdur. 

O, xatir


ələrində  yazır:  “Hüseyn  Cavid  adlı  bir  şair  olduğunu 

“İqbal” qəzetində və “Məktəb” jurnalındakı şeirlərindən tanıyırdıq. 

Uzaq

dan  uzağa...  Onun  şeirlərini oxuyurduq.  Lakin  bu  şeirlərin, 



əsl mənasını  başa  düşmürdük.  Açıq  deyək, dili, dərin məzmunu, 

f

əlsəfəsi bizim kimi kəmsavad, məktəb və  müəllim görməmiş 



g

ənclərin şüuruna çatacaq şeirlər deyildi...”

2

 

Cavidin d



ərin məzmunlu fəlsəfi  şeirlərini  başa  düşməyən 

t

əkcə  Q.Məmmədli deyildi, oxucuların  çoxu  onu  oxuyur,  lakin 



                                                 

1

 



Şərif Ə. Keçmiş günlərdən. Bakı, 1977, s. 33. 

2

 M



əmmədli Q. Cavidlə  tanışlığım.  Cavidi  xatırlarkən (tərtib edən  İsgəndər 

Atilla). Bakı, 2012, s. 528. 




Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə