İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə122/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   ...   118   119   120   121   122   123   124   125   ...   142

372

                                            

Əsrin şairi IX 

Naxçıvana  gəlməsini  Naxçıvanın  maarifçilk  tarixində  yeni 

mərhələ hesab edir. Naxçıvan cəhalət uyqusundan diskinməyə bir 

ehtiyac  duyarkən,  maarif  dairəsinə  girmək  istərkən  görkəmli 

maarif  xadimi  və  pedaqoq  Sidqi  şəhərdə  “Məktəbi-tərbiyə”  adlı 

məktəb təsis edir. Naxçıvanda maarifçilik işləri genişlənir. Cavid 

mollaxanadan  qaçıb  onun  məktəbinə  gəlir.  Atası  Hacı  Molla 

Abdullanın  proqramı  ilə  oxumaq  istəmir.  Çox–çox  sonralar 

Qurbanəli bəyə yazdığı bir məktubda bunu açıq–aydın bildirir və 

yazır:  “...  Bən  də  atamın  proqramı  ilə  böyüsəydim,  şimdu  kim 

bilir  nə  məsləkdəyidim?  Sidqinin  məktəbinə,  İstanbula  [İstan-

bulda  ali  təhsil  almağa]  bəni  təşviq  edən  siz  “[Qurbanəli 

Şərifzadə] oldunuz”. [2, 71] 

Naxçıvanda  maarifçilik  hərəkatı  Sidqinin  başçılığı  ilə 

başlanır  və  bütün  bunlar  Cavidin  gözləri  qarşısında  baş  verir. 

Cəlil Məmmədquluzadə “Şərqi-Rus” qəzetində dərc etdirdiyi bir 

məqalədə yazırdı: “Sidqinin vətənimizə [Naxçıvana] varid olmağı 

şəhərimizin  mədəniyyət  və  maarif  tarixi  üçün  mühüm  fəqərə 

oldu...  Gözəl-gözəl  xasiyyətlər  Sidqinin  Naxçıvanda  zərbi-məsəl 

etmişdir.  O  hörmət  və  məhəbbət  ki,  camaatımız  mərhuma 

göstərirdi, indiyə qədər heç bir şəxsə göstərilməyib”. [3, 21] 

Bir neçə söz Sidqi və Cavid haqqında. Sidqi Cavidin müəl-

limi,  Cavid  Sidqinin  sevimli  və  çalışqan  şagirdi  olmuşdur. 

Sonralar  o,  müəlliminin  pedaqoji  fəaliyyətini  yüksək  qiymətlən-

dirmiş,  haqqında  gözəl  fikirlər  söyləmiş,  onun  təlim  və  tərbi-

yəsini,  vəsiyyətlərini  özünə  həyat  yolu  seçmiş  və  barəsində 

yazmışdır:  “Sidqi  vətənpərvər  idi,  həmiyyətli  idi,  məslək  sahibi 

idi,  millətini  sevərdi.  Hər  addım  başında  məşhur  Napolyonun 

(dünyada  olmaz  olmaz)  düsturi-cəsurəsini sərməşq  ittixaz  edil-

mişdi. Öyrənmək, bilmək, dev addımları ilə irəliləmək, əfkari-mil-

liyəyi aydınlatmaq ən birinci məqsəd sayılırdı. Bu hal beş-altı ilə 

qadar dəvam etdi. Sonra zavallı Sidqi getdi [vəfat etdi], məktəbin 

məktəbliyi də onunla bərabər bitdi”. [4, 190] 

Sidqi 1904-cü ildə vəfat edir. O zaman Cavid Urmiyada idi. 




         

373

 

İsgəndər Atilla 

Müəlliminin  vəfatını  eşidən  şair  buna  çox  kədərlənir.  Vəfatı 

münasibətilə  “Şərqi-Rus”  qəzetinə  bir  nekroloq  göndərir. 

Ölümünə matəm şeiri yazır. Həmin şeirdən bir neçə misraya nə-

zər salaq. 

 

Dünyadan köçüb getdi hörmətli böyük Sidqi! 



Min təəssüf ki, bizdən belə şəxsiyyət getdi! 

Yazaraq nəşr etdiyi maarif yayımilə 

Həyat verdi xalqına, qaranlıqdan çıxartdı. 

Həyatdan məhrum olub, fəna həbsində yatdı. 

Onun vəfatı ilə yenə cəhalət artdı. [5] 

 

Cavid  Sidqinin  məktəbini  bitirdikdən  sonra  bir  neçə  ilə 



Cənubi  Azərbaycanın  Təbriz  və  Urmiya  şəhərlərində  yaşamalı 

olur.  Müəllimi ilə  əlaqəni kəsmir.  Fars  dilində  ona  beş  məktub 

yazır.  Həmin məktublar  1985-ci  ildə  Cavid  əsərlərinə  daxil  edi-

lərək  işıq  üzü  görür.  Məktublar  şagirdlə  müəllim  arasındakı 

münasibətləri  öyrənmək  baxımından  əhəmiyyətlidir.  Onlarda 

şairə  məxsus  yumor,  müəlliminə  böyük  hörmət  və  məhəbbəti 

diqqəti  cəlb  edir.  Görün  o  məktubda  müəlliminə  necə  sözlər  və 

ifadələrlə  müraciət  edir:  “Müəllim cənabları”,  “yüksək cənabı-

nızın  nəzərinə”,  “şagirdlərə  qayğıkeşlik  böyüklüyü  əskiltməz”, 

“böyük  ustad  və  cəlallı  atamız”,  “yüksək mərtəbəli,  hörmətli 

böyüyüm  Məşədi  Tağı  Sidqi”,  “ruhum  sizə  qurban  olsun”, 

“hörmətli ağa, izzətli başçı”, “Allah Sidqinin yüksək mərhəmətini 

əbədi  etsin”  və  s.  və  i.a.  Özünü  müəlliminin  “fani  və  sədaqətli 

kiçiyi”, “qiymətsiz qulu”... hesab edir. Mən Azərbaycan pedaqoji 

fikir  tarixində  öz  müəlliminə  bu  cür  yüksək  qiymət  verən, 

haqqında son dərəcə səmimi və dəyərli sözlər deyən, müəllimini 

öz atası qədər və bəlkə də ondan artıq əziz tutan ... ikinci bir şəxs 

tanımıram.  Hacı  Mola  Abdulla  Sidqini  təsadüfən “Müəllimlərin 

müəllimi” adlandırmırdı. Cavid görün ona nə yazırdı? “Düzgün 

yol  izləyənlərə,  Sizə  [Sidqiyə]  və  Sizinlə  olanlara  salam  gön-

dərirəm”. 



374

                                            

Əsrin şairi IX 

- Şagirdinəm mən hər zaman diləyirəm

  O şən dodaqlarından bir təbəssüm öyrənəm. 

 

Cavidin  biliklərə  dərindən  yiyələnməsində,  əxlaqlı  və  tər-



biyəli  böyüməsində,  şair  kimi  yetişməsində,  dünyagörüşünün 

formalaşmasında Sidqi əfəndinin böyük rolu olmuşdur. Şair bunu 

yüksək qiymətləndirmiş, ömrü boyu ona minnətdar olmuşdur. 

Sidqinin  vəfatından  sonra  Naxçıvanda  məktəbdarlıq  sahə-

sində nələr baş verir? Cavid bu suala ürək ağrısı ilə cavab verir. 

Sidqinin məktəbi qapanmır. Lakin o əvvəliki məktəb olmur. Şairin 

yazdığına  görə,  məktəb  nə  zərər  verir,  nə  xeyir  gətirir.  “Zira 

qapansa  idi,  gözəl  bir  təhəssür,  həzin  bir  arzu  ruhu  oqşar  idi, 

insanı məşğul edərdi”. Məktəbin pis vəziyyəytə düşməsi, “uyğun-

suz  yaşaması”  xalqa  böyük  dərd  olur.  Cavid  yazır:  “Məktəbdə 

əvvəldən  hökmət  barmağı  var  idi.  Fəqət  Sidqi  dövründə  əsla  əl 

vurulmadı.  O  zavallı  sönər-sönməz  istibdadın  qara  bulutları  hər 

tərəfdən məktəbin  üzərinə  çökməyə  başladı.  İş  büsbütün 

dəyişdi”. [4, 191] 

Sidqidən  sonra  Naxçıvan  məktəbdarlığında  bir  boşluq 

yaranır.  Hücrələrdə  üsuli-cədid  (yeni  üsullu)  məktəblər  təşkil 

edilsə  də,  onlar  Sidqinin  təsis  etdiyi  məktəblər  deyildi.  Şairin 

yazdığına görə, Naxçıvanda məktəblərin bu hala düşməsində rus 

hökumətinin barmağı var idi. 

Sidqinin vəfatından sonra hökumət məktəbləri öz əlinə alır. 

Naxçıvanda  городской  məktəblər  təşkil  edilir.  Həmin məktəb-

lərdə təhsil rus dilində aparılır. Lakin həmin təhsil ocaqları milli 

məktəblərin  yerini  vermir.  Qorodskoy  məktəblərin  təşkilində 

məqsəd  nə  idi?  Kimlər  həmin məktəbdə  oxumalı  idi?  Cavid 

həmin suallara  yeri  gəldikcə  cavab  verir  və  elm  haqqında  yazır: 

“...  Elm  hər  dildə  birdir.  Elmdə  təəssüf  yoqdur.  Ancaq  bir  para 

şərtlər vardır ki, nəzəri-diqqətə almaq faydasız olmaz... ” 

Şair  həmin nəzəri–diqqəti  incələyir  və  ibtidai  məktəblərin 

qarşısında duran məqsəd və vəzifələri birinci növbədə şagirdlərə 



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə