İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə123/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   ...   119   120   121   122   123   124   125   126   ...   142

         

375

 

İsgəndər Atilla 

yazıb-oxumağı  öyrətməkdə  görür.  Diqqəti  Avropa  ölkələrində 

ibtidai  təhsilin  necə  həyata  keçirilməsinə  yönəldir.  Qeyd  edir  ki, 

Avropa  hökumətləri  bunu  məcburi  qaydada  həyata  keçrirlər. 

Qərbi Avropada 3-4 ildə istər qız olsun, istər oğlan, ibtidai təhsil 

alır. Lakin həmin məktəblərdə oxuyan uşaqların çoxu kasıb ailə-

lərdən  olduğundan,  onlar  məktəbi  bitirməmiş  ondan  uzaqlaşır, 

ata-analarına kömək etmək məqsədilə iş dalınca gedirlər. 

O,  Naxçıvan  məktəblərində  ibtidai  təhsilin  qurulmasını 

başqa  cür  düşünür  və  görür.  Hesab  edir  ki,  milli  məktəblərdə 

ibtidai  təhsil  başqa  cür  həyata  keçirilməlidir.  Hər  gün  üç  dərs 

rusca, bir dərs türkcə keçilməməlidir. Belə olsa onda uşaq yarım-

yanlış türkcədən heç bir fayda görə bilməz. Aldığı bilik “iki gün 

içində unutulur gedir. O qarışıq yazılar, o pərişan imlalar, o qəliz 

kəlmələr  ilə  əsla  bir  şey  anlaşılmaz.  Hər  gün  üç  dərs  türkcə,  bir 

dərs rusca oqudulursa bir iş sahibi, ticarət və sənətcə lazım olan 

işlərin beş-üç kəlmə yazıb söylətmək ilə yoluna qoya bilir”. Başqa 

sözlə,  Cavid  Naxçıvanda  anadilli  milli  məktəblərin  təşkilinə  və 

fəaliyyətinə daha böyük üstünlük və əhəmiyyət verir, müsəlman 

türk çocuqlarının ana dilində təhsil almalarını vacib sayır. O, milli 

məktəblərdə ibtidai təhsilin düşündüyü kimi həyata keçirilməsini 

məqsədəuyğun hesab edir və yazır: 

– Üç il yalnız ana dilində təhsil verilməlidir. Bu üç ildə uşaq-

lara 1 il ancaq əlifba öyrədilməli, iki ildə ərəb və fars qəvaidindən 

[

qaydalarından] lazım olanları, sonra hesab, coğrafiya, tarix və s. 



fənlərdən  bir  para  səthi  məlumatlar  verilməlidir.  Tədris 

prosesində həmiyyətlə  [şərəf hissi, qeyrətlə] elm qarışdırımalıdır 

ki, çocuğun gözünü açmaqda güclük çəkilməsin.  

Bunun üçün müəllim nə etməlidir? 

Cavid  bu  suala  da  ətraflı  cavab  verir.  Hesab  edir  ki, 

müəllimlər  elmi-tərbiyəyə  [pedaqogika]  və  lisana  [dilə]  heç 

olmazsa  səthi  surətdə  vaqif  olmalıdırlar.  “Yoqsa  qapağan  “tuti” 

kibi  təqlidi  və  gevşək  bir  proqram  təqib  etmək  eyi  bir  nəticə 

verməz”.  



376

                                            

Əsrin şairi IX 

Şair müəllimlərin biliyi və savadı ilə bağlı ciddi bir məsələyə 

də  toxunur.  Hesab  edir  ki,  “Vətən  dili”

  “Bəsirəti-ətfal”



∗∗

  bilən-


lərdən müəllimlik  iddiasına  düşənlər  az  deyil.  Belə  müəllimlər 

kəndilərini bilmədikləri kibi, onlardan istifadəni də bilmirlər. “Bir 

kitabı bu gün öyrənib yarın öyrətmək xəyalına düşmək çürük bir 

xülyadan başqa bir şey deyildir”. Bəs nə etmək lazımdır? Cavid bu 

suala  konkret  cavab  verir.  “Əlifba  dərsi  vermək  istəyən hər  bir 

rusca  müəllim  mütləq  11  il  çalışıb  darülmüəllimin  (seminariyanı) 

ikmal  etməlidir”.  Bəs  belə  müəllimlər  haradan  bulunsun?  Şair  bu 

cəhətdən  diqqəti  yalnız  Naxçıvanda  deyil,  Ordubad  və  İrəvanda 

mövcud  olan  müəllim  çatışmazlığına  cəlb  edir.  Ancaq  dağa–daşa 

düşməyi də lazım bilmir. Onlara Gəncə Ruhani Mədrəsəsini nişan 

verir. Gənclərin gedib orada təhsil almalarını və sonra öz yerlərinə 

qayıdıb müəllimlik etmələrini məsləhət görür. Bakıya gəlincə, he-

sab  edir  ki,  burada  bir-iki  təhsil  ocağı  istisna  olmaqla,  Gəncə 

məktəbi  Qafqasiyanın  ən  birinci  və  ən  parlaq  məktəbidir.  Buna 

görə  də  gənclərin  orada  təhsili-elm  almaları  daha məqsədə-

uyğundur.  

Hüseyn  Cavid  Naxçıvan,  Ordubad  və  İrəvan  şəhərlərindəki 

məktəbləri  müəllim  kadrları  ilə  təmin  etməkdə  Gəncə  Ruhani 

Mədrəsəsinin  rolunu  yüksək  dəyərləndirir.  Düşünür  ki,  “Məktəb 

həm  şəriətə,  həm məişətə  əlverişli  bir  məktəbdir.  Dünya  və  axirət 

orada  cəmdir.  Sahibləri  və  müəllimləri  şayani-təbrikdir.  Az  bir  za-

man içində onun öz pansionu da ola bilər. Belə olarsa, o zaman ora 

13-14 yaşında çocuqları da göndərmək mümkündür”. Şairin fikrincə, 

Gəncə  məktəbi  gələcəkdə  böyüyəcək,  artacaq,  yüksələcək  və  geniş 

bir proqram təqib edəcək və səbatlı bir darülmüəllimin olacaqdır. 

Cavid  ibtidai  məktəblər  haqqında  bəhs  etdikdən  sonra 

diqqəti sənət və ya məslək məktəblərinə yönəldir. Belə məktəblər 

                                                 

 Mü


əllifləri Aleksandr Çernyayevski və Rəşid bəy Əfəndiyev.  

∗∗

  Mü



əllifi Rəşid bəy Əfəndiyev. Tərcüməsi “Gözüaçıq tifillər”. Dərakəli, diq-

q

ətli çocuqlar da ola bilər. 




         

377

 

İsgəndər Atilla 

sırasında  qorodskoy,  gimnaziya,  realni,  seminariya  və  s.  tipli 

təhsil ocaqlarının adını çəkir. Bəzi şəhərlərdə gürcü və ermənilərlə 

müqayisədə  müsəlmanların  bu  xüsusda  qabil  davranmalarına 

təəssüflənir.  Təəssüflə  qeyd  edir  ki,  bir  çox  gürcü  və  erməni 

məktəblərində  həm  şəriət,  həm lisan  (dil)  müəllimləri  olduğu 

halda,  müsəlmanların  yalnız  şəriət  mollası  var.  Müsəlman  türk 

məktəblərində ana dili müəlliminin olmaması səbəbindən şagird-

lər  az  bir  zamanda  kəndilərini  unudurlar.  “Özlərini,  sözlərini 

bilmiyorlar. Tarixlərindən, köklərindən xəbərsiz qalırlar. Bu da bir 

millət  için  pək  böyük  qəflət,  pək  böyük  tədənnidir.  [alçalmadır, 

geriləmədir] Dilsiz bir millət yaşamaz, çabuq münqəriz olur [bitir, 

nəsli kəsilir, məhv edilir]. Bir millətin lisanı, mevcudiyyətinin ən 

parlaq bürhanıdır.”

 [4, 194] 



Məqalələrdə  bir  neçə  məqama  aydınlıq  gətirmək lazımdır. 

Cavid  İstanbulda  təhsil  alarkən  Türkiyənin  təhsil sistemi 

Avropaya  inteqrasiya  olunmaqda  idi.  O,  bunu  İstanbul 

Darülfünununun  və  məktəblərinin  timsalında  görürdü;  Qafqaza 

nisbətən, Türkiyədə orta və ali təhsilinin irəli getdiyini, tərəqqisini 

məktublarında  qeyd  edirdi.  Bir  sözlə,  İstanbulda  təhsilin  necə 

qurulması şairi ciddi maraqlandırırdı. Ən azından ona görə ki, o, 

1909-cu  ildə  müəllimlik  peşəsini,  necə  deyərlər,  özü  üçün  çörək 

ağacı  seçmişdi.  Bu  haqda  fikrini  Qurbanəli  bəyə  bildirmişdi.  

Məqsədi  İstanbuldan  qayıtdıqdan  sonra  ya  İrəvanda,  ya  da 

Tiflisdə müəllim işləmək idi. O, bu barədə Şərifzadəyə belə yazır-

dı:  “Şimdi  əsl məqsəd  vətənə  xidmət,  həm  də  layiqincə  xidmət 

etməkdir.  Bakıda  kafi  dərəcədə  müəllim  var.  Gəncədə  hakəza. 

Şimdi  bəndəniz,  əgər  mümkün  olsa,  əvvəl  Tiflis,  sonra  İrəvan. 

Bunlardan hər hansını məsləhət görsəniz, bəncə məqbul olar... ”  

Cavid  vətənə  döndükdən  sonra  belə  də  edir.  1910-cu  ildən 

1938-ci ilədək Naxçıvanda, Tiflisdə və Bakıda müxtəlif tipli təhsil 

ocaqlarında  dərs  deyir.  Biliyi,  bacarığı  və  müəllimlik  fəaliyyətilə 

                                                 

 D



əlili, sübutu, isbatıdır. 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə