İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə120/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   ...   116   117   118   119   120   121   122   123   ...   142

366

                                            

Əsrin şairi IX 

xidmət etməyə, milli təhsil və mədəniyyətimizin tərəqqisinə mane 

olan əngəlləri aradan qaldırmağa, müəllimi öz işinə həvəslə, sevgi 

və məhəbbətlə yanaşmağa çağırmışdır. 

Cavid publisistik və pedaqoji təmayüllü məqalələrində elm 

və  təhsili mədəniyyətin  ayrılmaz  bir  hissəsi  hesab  edirdi.  Ona 

görə,  mədəniyyətdən məqsəd  rifah  və  səadətə  nail  olmaqdır. 

Buna görə də bir mədrəsə tələbəsi, yaxud gənc bir xoca müəllim-

liyə  hazırlaşarkən  və  məsud  yaşamaq  istərkən mədəniyyət 

dairəsinə girməlidir. Məktəb rəhbərlərinə gəlincə, onlar tələbə və 

müəllimlərə qarşı mülayim və məhəbbətli olmalıdırlar. Tələbə və 

müəllimləri  inad  və  məzəmmət  ilə  deyil,  qardaş  kimi  sevə-sevə 

ittihad  (həmfikirlik)  dairəsinə  dəvət  etməlidirlər.  Bu  məqsədlə 

şəhər və qəsəbələrdə nəşri – maarif cəmiyyətləri kimi cəmiyyətlər 

təşkil  edilməlidir.  Cəmiyyətin  məqsədi  “qəflət  və  cəhalət 

uçurumlarına  yuvarlananları”  müəllimliyə  təşviq  etməkdən  və 

çalışdırmaqdan  ibarət  olmalıdır.  Müəllimliyə  həvəsi  olanlar 

qiraət,  hesab,  türk  dili,  islam  tarixi,  coğrafiya,  qəvaidi-lisan  (dil 

qaydaları) fənlərini öyrətmək üçün məktəblərə cəlb edilməlidirlər. 

Bununla  ibtidai  məktəblər  üçün  müəllim  çatışmazlığının  az-çox 

aradan qaldırılmasına nail olmaq olar.  

O,  məqalələrində  ibtidai  məktəblər  üçün  müəllimlər  hazır-

lanmasında,  onların  maarif  və  mədəniyyət  dairəsinə  girməsində 

məcburiyyətin deyil, maarifləndirmənin tərəfdarı kimi çıxış edir. 

İbtidai  təhsilin  müddəti  ilə  bağlı  “Ə.T.”  adlı  bir  müəlliflə  pole-

mikaya  girir  və  onun  təklifinə  qarşı  çıxır.  Hesab  edir  ki,  onun 

təklifi  arzu  ediləcək  fayda  və  nəticəni  verə  bilməz.  “Çünki  bu 

qism  müəllimlərin  beş-on  aylıq  təhsili  ibtidai  məktəbləri  yarım-

yamalaq  idarə  edə  bilir,  çocuğun  az-çoq  qiraət,  kitabət,  tarix, 

lisan...  və  sair  kibi  şeylər  ilə  müstəbid

  edərsə  də,  fəqət  bir  çoq 



nöqteyi-nəzərdən qüsurlu çıqa bilir.” [1, 216]  

Cavid  “Ə.T.”-yə  cavab  olaraq  bildirir  ki,  ibtidai  təhsilin 

                                                 

 



Faydalı, istifadəli. 


         

367

 

İsgəndər Atilla 

müddəti 5-10 ay deyil, bir neçə il (3-4 il) davam etməlidir ki, tədris 

edilən fənlər şagirdlər tərəfindən layiqincə mənimsənilsin. Yoxsa 

“Beş  aylıq  təcəddüd,

  iyirmi  beş  illik  mevhumat  ilə  paslanmış 



dimağları  (beyinləri)  [5-10  ayda]  hiç  də  silib  təmizləyəməz. 

Bəhərhal  əski  küp  yenə  az-çoq  sızmağa  başlar.  İcab  edən  fəzali-

əxlaqiyyəyi, hissiyyati-milliyyəyi təlqin edəməyib, xoş bir qayəyə 

varamazlar. Çünki bu kibi fəzilətlər, tədrici təkamül bir [neçə illik] 

təhsilə möhtacdır.” [1, 216]  

Müəllif  təhsilin  pedaqoji  cəhətdən  təşkilində,  faydalı  olma-

sında,  yeniləşməyə  uyğun  gəlməsində  tələskənliyə  yol  verilməsi 

əleyhinə çıxır. Maarif və mədəniyyətin inqilab yolu ilə deyil, təcəd-

düd  və  təkamül  yolu  ilə  irəliləməsin  ideyasını  irəli  sürür.  Özünün 

dediyi kimi, sürətlə alovlanan bir şey, bir əməl və hər duyğu səbat 

göstərilməsə, çox tez sönər, yaşaya bilməz, sürətlə məhv olar; yarım-

yırtıq,  qırıq-sökük  işlər  daima  nəticəsiz  qalar.  Başqa  sözlə,  şair 

demək  istəyir  ki,  təhsildə  tələsikliyə  yol  vermək  olmaz.  Təhsildə 

pedaqoji cəhətdən bir sistemlik və ardıcıllıq olmalıdır. 

O,  “Təcrübəli müəllimlərə,  həqiqətə  (elmə)  aşina  xocalara 

malik olmaq üçün nə etmək lazımdır?” sualına iki ciddi problemi 

həll  etməklə  cavab  verir.  Birincisi,  Azərbaycanda  milli  darül-

müəllimin,  (milli  müəllimlər  institutunun)  ikincisi,  ruhani 

darülelm (ruhani elmi mərkəzin) yaradılmalıdır. Bu cəhətdən şair 

Qafqaz Şeyxülislamının “Həqiqət” qəzetində çap etdirdiyi məqa-

ləsində  irəli  sürdüyü  fikri  –  Qafqazda  ciddi  və  həqiqi  bir 

darülelmin  təsis  edilməsinə  ehtiyac  var  –  fikrini  alqışlayır  və 

Şeyxülislamın  təklif  etdiyi  proqrama  tərəfdar  çıxırdı.  Proqramın 

həyata  keçirilməsinə  maliyyə  yardımı  göstərməyən  varlıların 

hərəkətsizliyinə  təəssüflənirdi.  Hesab  edirdi  ki,  Azərbaycanda 

müəllim və alim yetişdirəcək müntəzəm, tərtibli, nizama və qay-

daya  salınmış  bir  müəssisə  olmalıdır.  Müntəzəm  bir  darül-

müəllimin təsis edilsə, Azərbaycan müəllim qıtlığından qurtarar. 

                                                 

 Yenil



əşmə, təzələnmə. 


368

                                            

Əsrin şairi IX 

Ancaq işdə himmət və qeyrət lazımdır ki, arzular həyata keçmiş 

olsun. Şair gələcəkdə Qafqazda, o cümlədən Azərbaycanda darül-

müəllimin  və  darülelmin  təsis  ediləcəyinə  böyük  ümidlər 

bəsləyərək  yazırdı:  “Sınıflar  təqib  edildikcə  edilir.  Səkiz-doquz 

sənə  dərsə  dəvam  olunur.  Müəllimliyə  istihqaq  qazanıldığı 

təqdirdə  təlim  və  tədrisə  həvəskar  olanlar  müəllimliyinə  gedər. 

Axund (alim) olmaq arzusunda olanlar isə iki-üç sənə dəxi ayrıca 

darülmüəllimin  proqramına  ilavə  olunmuş,  ilahiyyat  şöbəsinə 

dəvam edər. Dünya və axirət elmlərini mükəmməlcə təhsil etmiş 

olur.  Və  həqiqi,  mühakiməli,  doğru  bir  məlumata  malik  olunur. 

İştə o zaman haaqilə alim adına layiq alimlər görərik. Və müəllim 

qıtlığı çəkməkdən də azad olarıq.” [1, 217]  

Ulu Cavidin 100 il bundan əvvəl düşündükləri və yazdıqları 

Azərbaycanda çox-çox sonralar həyata keçirildi. Onun vətən üçün 

layiqli  alim  və  müəllim kadrları  hazırlamaq  ideyası  və  arzusu 

dünən  üçün  (həm  də  bu  gün  üçün)  aktual  və  mühüm    strateji 

əhəmiyyətə  malik  bir  məsələ  idi;  dövrün  və  zamanın  tələblə-

rindən  irəli  gəlirdi.  Şair  problemin  müsbət  həllinə  milli məsələ 

kimi  baxır,  vətənin  və  millətin  gələcəyini  və  inkişafını  onun 

təhsilində, müəllim və alimlərində görürdü. 

“Həsbi-hal” silsilə  məqalələri  1910-cu  ildə  işıq  üzü  gör-

dükdən doqquz il sonra, Azərbaycan Xalq Cümhuriyyəti dövrün-

də Bakıda Dövlət Universiteti təsis edildi. Müəllim və şair Cavid 

buna  çox  sevindi.  1920-1930-cu illərdə  özü  darülmüəllimində  və 

teatr  texnikumunda  müəllim  işlədi.  Müəllim  və  aktyor  kadr-

larının hazırlanmasında fəal iştirak etdi. Gəncləri elmə və sənətə 

yiyələnməyə  həvəsləndirdi.  Ailə  vəziyyətinə  görə  teatr  texniku-

munda  təhsilini  yarımçıq  qoymaq  istəyən  bir  tələbəyə  maddi 

kömək göstərdi. Ali məktəblərə dəsbədəstə axışan qız və oğlanları 

görərkən ürəyi dağa döndü və Mişkinaz Cavidə dedi: “Bunlardan 

nə  qədər  ağsaçlı  alimlər,  insanlara  həyat  bəxş  edəcək həkimlər

söz  sənətinin  zirvəsini  fəth  edəcək sənətkarlar  yetişəcəkdir. 

Bunlar  bizim  gələcəyimizdir.  Mən nə  qədər  xoşbəxtəm!  Gənclik 




Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə