İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə117/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   ...   113   114   115   116   117   118   119   120   ...   142

         

357

 

İsgəndər Atilla 

günəşli  bir  yerdə  olmalıdır.  Sinif  otaqlarına  işıq  bir  tərəfdən 

(soldan)  düşməlidir.  Əgər  bir  neçə  tərəfdən  düşərsə,  bu, 

şagirdlərin  gözlərinə  zərərdir.  İşığın  sol  tərəfdən  düşməsi  daha 

faydalıdır.  “Çünki,  [işıq]  sağ  tərəfdən  gələcək  olsa,  [şagird]  yazı 

yazarkən  sağ  əl  dəftər  üzərində  öz  kölgəsilə  şagirdləri  rahatsız 

edər.  Sınıfın  (класын)  pəncərələri  də  olduqca  çoq  və  aydınlıq 

olmalıdır. Məktəbin dörd-beş arşın (rus arşını) günəşli bir dəhlizi 

(коридору)  və  tənəffüsxanəsi  olmalıdır.”  [1,  207]  Bundan başqa, 

hər  məktəbin  özünə  məxsus  gözəl  bağçası  olmalıdır.  Şagirdlər 

tənəffüs  zamanı  orada  sərbəst  gəzib  təmiz  hava  almalıdırlar. 

Ayaqyolu məktəb binasından mümkün qədər uzaqda tikilməlidir. 

Məktəb  xadimələri  şagirdlərə  qarşı  nəzakətli  olmalıdırlar.  Sinif 

otaqlarında  partalar  şagirdlərin  sayına  görə  düzülməlidir. 

Müəllim  şagirdləri  partalarda  boy  ölçülərinə  görə  oturtmalıdır. 

Əks-təqdirdə  şagirdlərin  boyun,  kürək  və  bel  sümükləri  əyilə 

bilər,  bədənə  zərər  toxunar.  “Fikrin  müstərih

  və  oynaq  olması 



için  bəhər  hal

∗∗

  baş  şaquli  (dik)  bir  vəziyyət  almalıdır.  Öylə 



olmasa  qan dimağ (beyin)də sərbəst cəvəlan edəməz. Beyin qanın 

cəryani-sərbəstanəsindən  [sərbəst  dövranından]  məhrum  olunca 

fikirlər,  duyğular  da  məhdud  və  əqim

∗∗∗


  qalmış  olur.  Çünki 

dimağ  qan  ilə,  əfkar  [fikir]  və  ehtisasat  [hissetmə,  sezmə]  da 

dimağ [beyin] ilə ərzi-fəaliyyət edir.” [1, 207] 

Cavid  məqalələrində  bu  kimi  tibbi,  pedaqoji,  fizioloji 

məsələlərin  şərhində  təcrübəli  bir  müəllim  və  həkim  təsiri 

bağışlayır,  İstanbul  Universitetində  və  fərdi  mütaliə  yolu  ilə  adı 

çəkilən elmlərə nə dərəcədə dərindən yiyələndiyini büruzə verir. 

Amerika  və  Avropanın  məktəb  təcrübəsinə  istinad  edərək,  bir 

partada  iki  şagirddən  çox  uşağın  oturmamasını  məsləhət  görür. 

Dərs müddətinin, həmin ölkələrin  təcrübəsinə  uyğun olaraq, 45-

                                                 

 Rahat, dinc. 



∗∗

 H

ər halda. 



∗∗∗

 N

əticəsiz, səmərəsiz. 




358

                                            

Əsrin şairi IX 

50  dəqiqədən  çox  olmamasını  tövsiyə  edir.  Uşaqların  sağlam-

lığının qorunması məsələsinə xüsusi önəm və əhəmiyyət verir. Bu 

məqsədlə  tənəffüslərdə  siniflərin  havasının  mütələq  dəyişdiril-

məsini  bir  pedaqoji  tələb  kimi  irəli  sürür  və  bunu  belə 

əsaslandırır:  “Dərsdə  tələbənin  tənəffüs  etdiyi  zaman  havaya 

hamizi-qarbon dağılır, tər və yağ ifrazatı təbəxxür

*

 edərək sınıfın 



havasını olduqca zəhləyir.” 

Şair-pedaqoq məktəbdə və dərsdə gigiyenik qaydalara ciddi 

əməl  olunmasını  məktəb  rəhbərləri  və  müəllimlərinin  üzərinə 

düşən ciddi bir vəzifə hesab edir. Xəstəliyə düçar olmuş uşaqların 

dərsə  gəlməyə  məcbur  edilməsinə  qarşı  çıxaraq  yazır:  “Bəzi  ço-

cuqların  xəstəliyinə  diqqət  etməyib  də  ata-anası  başından atmaq 

niyyətilə,  müəllim  də  qeydsizlik  və  ehtinasızlıqla  sınıfa  qəbul 

etməkdən çəkinməz isə, şübhəsiz ki, bir çoq biçarə məsumların da 

[sinifdəki şagirdlərin] fəlakətinə yol açmış olur.” [1, 208] 

Cavid  məqalələrində  uşaqların  məktəbə  qəbul  edilməsi 

məsələsinə  də  toxunmuşdur.  Düşünmüşdür  ki,  məktəbə  alınan 

uşaqların yaşına xüsusi diqqət yetirilməlidir. Şəhadətnaməsi və 7 

yaşı  olmayan  uşaqlar  məktəbə  qəbul  edilməməlidirlər.  “Çünki 

pək küçük çocuqlar, cır ağaclar kibi cılız, zəif bir vücud ilə dərsə 

başlayınca sıqılır, zəhmət çəkir, həm vücudca, həm də fikircə zəif 

olurlar.” [1, 208] 

Hesab  edirdi  ki,  şagirdlərin  sağlam  böyüməsi  və  təhsil 

alması  üçün  tənəffüslərdə  məktəbdə  gimnastik  məşqlər  və  müx-

təlif uşaq oyunları təşkil edilməlidir. Oyunlarda müəllim şagird-

ləri sərbəst buraxmalı, ancaq onlara nəzarəti unutmamalıdır. Yeri 

gəlmişkən deyim ki, o, İstanbula ali təhsil almağa gedərkən gəmi 

yolüstü  Samsunda  dayanır.  Fürsətdən  istifadə  edən  şair  qəsəbə 

məktəblərindən birində şagirdlərin gimnastik məşqlərinə  tamaşa 

edir.  Görünür,  hələ  1905-1906-cı  illərdə  Türkiyə  məktəblərində 

şagirdlərin  yorğunluğunu  və  sağlamlığını  nəzərə  alaraq  tənəffüs 

                                                 

*

 

Buxarlanma, buğlanma. 




         

359

 

İsgəndər Atilla 

zamanı gimnastik məşqlərdən istifadə edilmişdir. 

Cavid  “Həsbi-hal” məqaləsində  ibtidai  siniflərin  dərslik  və 

proqramları haqda ayrıca söz açmışdır. Hesab etmişdir ki, dərslik 

və  proqramlar  olduqca  düşünülmüş,  aydın  və  mənfəətli 

olmalıdır.  Onlarda  mövhumat  və  xurafata  aid  nə  varsa  islah 

edilməlidir.  Başqa  sözlə,  dərsliklər  və  proqramlar  elmi-pedaqoji 

və  metodiki  prinsiplərə  uyğun  hazırlanmalıdır.  Çünki  bu, 

zamanın  tələbidir.  “XX  əsr  mədəniyyəti  [proqramlardakı]  belə 

uyğunsuzluqlara  əsla  təhəmmül  etməz.  Zira  təlim  və  tərbiyə  saf 

dimağları  (beyinləri),  ləkəsiz  vicdanları  ləkədir  edəcək  bir  alət 

deyildir.”  [1,  209]  Əksinə,  tərbiyə  bəşəriyyəti  qaplayan 

çirkinlikləri silib atmalı və paslı beyinləri təmizləməlidir. 

Müəllif  təlim  və  tərbiyə  prosesində  milli  xüsusiyyətləri  nə-

zərə  almağı    pedaqoji  bir  tələb  və  vəzifə  kimi  irəli  sürürdü.  Bu 

cəhətdən  ingilis  filosofu  və  maarifçisi  Herbert  Spenserin  ingilis 

məktəblərində təlim və tərbiyə prosesinin təşkili haqda fikirlərini 

Azərbaycanın pedaqoji ictimaiyyətinin nəzərinə çatdırmağı lazım 

bilirdi. Düşünürdü ki, ingilis məktəblərində təlim və tərbiyə pro-

sesinin təşkili ilə müsəlman türk məktəblərində təşkilini eyniləş-

dirmək  olmaz.  Çünki  ingilis  mühiti,  təfəkkürü,  dünyagörüşü, 

təlim və tərbiyəyə münasibəti başqa, bizimki daha başqadır. 

Cavid,  müəllimin  mütaliəsi ilə  ilgəli  onun  qarşısına  ciddi 

vəzifələr  qoyurdu.  Yazırdı  ki,  müəllim  öyrənib  və  şagirdlərə 

öyrətdiyi  kitablarla  kifayətlənməməlidir.  Müntəzəm  olaraq 

pedaqogikaya, təbiyyata və əxlaqa aid kitabları mütaliə etməlidir. 

Sadəcə mütaliə yox, oxuduğu kitablardan faydalı nəticə çıxarmalı 

və  bunu  öz  işində  tətbiq  etməlidir.  Müəllim  öz  mənəviyyatını 

zənginləşdirməyə,  vicdanını  islah  etməyə  çalışmalıdır.  Söylədiyi 

sözlərlə, verdiyi nəsihətlərlə şagirdlərə təsir etməyi bacarmalıdır. 

Cavid sinifdə müəllimin sözündən qiymətli, təsirli silah görmür-

dü. Düşünürdü ki, sözün təsirli və inandırıcı olması üçün müəl-

limin  özü  təmiz  bir  qəlbə,  parlaq  bir  vicdana,  gözəl  bir  əxlaqa, 

həqiqi  bir  məlumata  malik  olmalıdır.  Bu,  pedaqoji  fəaliyyətdə 




Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə