İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə113/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   ...   109   110   111   112   113   114   115   116   ...   142

         

345

 

İsgəndər Atilla 

özünəməxsus  pansionu  da  olsun  ki,  valideynlər  13-14  yaşında 

olan  uşaqları  ora  göndərib,  orada  oxuda  bilsinlər.  O,  böyük  bir 

ümidlə  yazır:  “Gəncə  məktəbi  böyüyəcək,  artacaq,  yüksələcək, 

geniş bir proqram təqib edəcək, səbatlı bir Darülmüəllim olacaq. 

Çünki  sahibləri  yalnız  maddətən  deyil,  mənən  də  geniş  bir 

mühakimə, təmiz bir məslək sahibləridir.” [1, 194] 

Şair  elmin,  təhsilin,  dünya  və  axirətin  cəmini məktəblərdə 

görür.  Qız  və  oğlanların  ibtidai  məktəblərdə  icbari  və  məcburi 

təhsil almaları fikrini müdafiə edir. Sənət və məslək məktəblərini 

tiplərinə  görə  belə  qruplaşdırır:  Городской  məktəblər,  gimnazi-

yalar,  realni  məktəblər  və  seminariyalar.  Düşünür  ki,  iqtidarı, 

varı, həvəsi olanlar üçün həmin təhsil ocaqları həm münasib, həm 

faydalı, həm də istifadəlidir. 

Cənubi  Qafqazda  yaşayan  türkləri,  gürcüləri  və  erməniləri 

müqayisə  edən  şair,  məktəblərin  təsisi  və  ana  dilində  tədrisin 

təşkilində  müsəlmanların  geri  qaldığına  təəssüflənir:  “Bir  çoq 

qism  məktəblərdə  gürcülərin,  ermənilərin  həm  şəriət,  həm  də 

lisan müəllimləri  olduğu  halda,  müsəlmanların  (Azərbaycan 

türklərinin  –  İ.O.)  yalnız  şəriət  mollası  var.”  [1,  194]  Müəllif 

Azərbaycan  məktəblərində  bu  ciddi  nöqsanın  aradan  qaldırıl-

masını  arzulayır.  Qeyd  edir  ki,  balalarımız  ana  dilində  təhsil 

almadıqları  üçün  tarixlərindən,  soyköklərindən  xəbərsiz  olurlar. 

Bu da bir millət için böyük qəflət və geriləmədir. 

Cavid məqalələrində Türkiyədə maarif, mədəniyyət və təh-

silin yüksək səviyyədə olmasını təqdir etmişdir. Bu, onunla bağlı 

idi  ki,  Türkiyə  artıq  XIX  əsrin  ikinci  yarısından  başlayaraq, 

Avropa  təhsilinə  inteqrasiya  olunmuşdur.  Buna  görə  də  o,  yaz-

mışdır: “Türkiyədə əsnayi-inqilabda vüquə gələn müvəffəqiyyət-

lər, qılıc parıltısından, qol zorundan ziyadə məktəb tərbiyəsinə və 

o məktəbləri idarə edən müəllimlərə mədyundur.” [1, 195]  

Şair  millətin  dirçəlişini,  tərəqqidə  uğurlar  qazanmasını  və 

gələcəyini elm və təhsildə görürdü və yazırdı: «Bir millətin halını 

tədqiq  etmək  için  ən  doğru  meyar,  ən kəsdirmə  yol  o  millətin 




346

                                            

Əsrin şairi IX 

məktəbləridir.  Əgər  dünyada  hər  iş,  hər  hərəkət  bir  qanuna,  bir 

rəhbərə  möhtacdırsa,  o  rəhbər  yenə  də  məktəblər  ola  bilir.  Hər 

kəs, o cümlədən müəllim öz sənətində mahir olmalıdır. Sənətində 

mahir olmağı bizə öyrədən isə elm və məktəbdir. Məktəb, elm və 

savad hər bir peşə sahibinə lazımdır. Buna görə də “tarixi-ədyan”, 

fəlsəfeyi-din bilməyən xoca hidayət,  şəriət yerinə səfsəfə, zəlalət 

toxumu  saçar...  Təlim  və  tərbiyədən anlamayan  bir  müəllim 

tənviri-əfkar  edəcək  yerdə  fəsadi-əxlaqa  bais  olur.  Fəzilət  yerinə 

rəzalət öyrədir, elm yerinə cəhalət örətmiş olur.» [1, 195] 

Cavid təhsildə mövcud olan problemləri yalnız Azərbaycan 

kontekstində  deyil,  türklərin  çoxluq  təşkil  etdiyi  bütün  Qafqaz 

kontekstində qoyur. Məktəbi  həqiqətin əks olunduğu yer, məkan 

hesab  edir.  “Həsbi-hal” məqaləsinin  birinci  hissəsində  həmin 

problemi daha da qabardır. Düşünür ki, təbiət aləmində hər nəyə 

təsadüf  etsək,  onun  ən mükəmməl,  ən  gözəl nümunəsini mək-

təbdə  görmək  olar.  Bu  səbəbdən  də  məktəb,  məktəb  adına  layiq 

olmalıdır. “Təəssüf ki, belə deyil. Məktəblərimiz bir ətalətxanədən 

başqa  bir  şey  deyildi”  deyə  təəssüf  edir.  “Bir  çoq  məktəblərdə 

müəllimlər  vaqt  öldürməkdən  başqa  bir  şeyə  yaramıyorlar. 

Daima şagirdlərdən miskinanə bir inqiyad, cahilanə bir itaət istər-

lər. Dərsləri hərfi-hərfinə tutuquşu kibi əzbərlətməyi kəndilərincə 

üsuli-cədid zənn edib öz-özlərini aldatıyorlar.” [1, 195]  

Hüseyn Cavid əsl və ciddi müəllim  əməyinə, müəllim şəx-

siyyətinə  yüksək  qiymət  verirdi  və  deyirdi:  “Ciddi  müəllim  pək 

şərəfli, pək böyük bir adamdır; əgər üsuli-təlimi və öz vəzifəsini 

bilirsə.  Cahil  müəllim  pək  bayağı,  pək  aşağı  bir  insandır,  əgər 

həddini aşıb təlim və tərbiyə meydanına atılırsa...” [1, 195] O, bu 

cəhətdən  1903-1904-cü illərdə  Qafqazda  mövcud  olan  vəziyyətə 

nəzər salaraq, məktəblərin sayının artmasını müsbət bir hal kimi 

dəyərləndirir. Fəqət onların təsis və idarə edilməsində ciddi nöq-

sanlar  görür.  İstər  kənddəki,  istərsə  də  şəhərdəki məktəblərin 

seçkilər  vasitəsilə  təsis  edilməsinə  qarşı  çıxır.  Düşünür  ki,  seçki-

lərdə  iştirak  edənlərin  əksəriyyəti  savadsız,  təcrübəsiz  və  elmsiz 




         

347

 

İsgəndər Atilla 

olduqlarından  düzgün  qərar  çıxarmaq  mümkün  olmur;  savad-

sızlar  nə  yapacaqlarını  özləri  də  bilmirlər.  Bu  səbəbdən  o, 

məktəblərin təsis edilməsində mükəmməl bir idarə sistemi yara-

dılması təklifini irəli sürür. Təsisçilərin təsis etdikləri məktəblərdə 

fədakarlıq göstərmələrinə xüsusi əhəmiyyət verir.  

O, məqalələrində yeni üsullu məktəblərdə pedaqoji prosesin 

düzgün  və  səmərəli  təşkil  edilməsində  müəllim  kadrlarına  ciddi 

ehtiyac olıduğunu real faktlarla açıb göstərir. Düşünür ki, məktəb 

idarə  heyəti  müəllimlərə  qarşı  prinsipial  olmalı,  düzgün  və 

sağlam məqsəd izləməlidir. Fənlərin tədrisinə öz işini bilən və öz 

sənətini sevən bilikli müəllimlər cəlb edilməlidirlər. Yoxsa “İdarə 

heyətinin  ədəmi-isabətindən  istifadə  edərək  bir  taqım  cahil, 

təcrübəsiz, fənni-tərbiyəyə biganə adamlar da dürlü-dürlü yaltaq-

lıqlar,  iltimaslar  sayəsində  dərs  işlərinə  daxil  olub  ortalığı  zirü 

zəbər edərlər.” [1, 197] Başqa sözlə, məktəb, məktəb rəhbərləri və 

müəllimlər  təlim  və  tərbiyə  kimi  ciddi  bir  işdə  yaltaqlıq,  riya-

karlıq,  əxlaqsızlıq  və  rüşvərxorluq  kimi  yaramaz  hərəkətlərdən 

uzaq olmalıdırlar. 

Cavid  Avropada  və  Asiyada  təhsilin  vəziyyətini  Türkiyə, 

Qafqaz,  Azərbaycan,  İran  və  Yaponiyanın  timsalında  nəzərdən 

keçirdikdən  sonra  belə  bir  nəticəyə  gəlir  ki,  Avropada  təhsilin 

texnologiyası  daha  çox  inkişaf  etmişdir.  İran  təhsil  sahəsində  nə 

qədər  geridə  qalmışdırsa,  Yaponiya  bir  o  qədər  irəliləmişdir  və 

Asiyada nümunəvi təhsil sisteminə malikdir. Yaponiyanı çıxmaq 

şərtilə,  Asiyada  yaşayan  xalqların  əksəriyyəti  məktəb,  maarif  və 

təhsil sahəsində geri qalmışlar. Həmin ölkələrdə əhalinin, demək 

olar  ki,  99  faizi  savadsız  və  avam,  1  faizi  isə  işbilən  təhsil  və 

maarifdən  anlayanlardır.  Bu  səbəbdən  Asiya  xalqlarının  və 

müsəlmanların  maariflənməsinə  ciddi  ehtiyac  vardır.  Mövcud 

problemin  həllinə  əngəl  olan  isə  cahillik  və  cəhalətdir.  Çünki 

“cühəla  elmin  fəzilətini  və  nə  yolda  iləriləməsini  təqdir  edəməz, 

çünki  cahildir.  Maarifi  sevən  adam  heç  bir  zaman  cahil  qalmaz, 

şübhəsiz ki, təhsil edib alim olmuş olardı.” [1, 198]  




Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə