İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə112/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   ...   108   109   110   111   112   113   114   115   ...   142

342

                                            

Əsrin şairi IX 

42. Türk əsirləri. “Açıq söz”,  12 fevral 1918. 

43. Qaçqın. “Yeni yıldız”, №1 1921. 

44. Bənim  Tanrım.  (Sabir  gecəsi  münasibətilə.)  “Yaşıl 

yapraqlar”, №1 1922 (18 mart). 

45. Çəlik qollar. (Bakı fəhlələrinə.) “İnqilab və mədəniyyət”, 

1934, №6-7. 

 

Hüseyn Cavidin pedaqoji görüşləri  



 

Birinci məqalə 

 

Açar  sözlər:  Hüseyn  Cavid,  pedaqoji  görüşləri, məktəb, təhsil,  maarif, 

Avropa, Türkiyə, Azərbaycan, Kant, Con Lokk, Spenser 

Ключевые  слова:  Гусеин  Джавид,  педагогические  взгляды,  школа, 

образования,  происвешение,  Европа,  Турция,  Азербайджан,  Кант,  Джон 

Локк, Спенсер 

Key  words:  Husein Javid, 

educational meeting, school, 

education, 

enlightenment, Europe, Turkey, 

Azerbaijan, Kant, John Locke, Spencer 

 

Hüseyn Cavid Azərbaycan  ədəbiyyatı  tarixində  görkəmli  şair, 



dramaturq,  şair-filosof, publisist, müəllim  kimi  tanınmış  və  məhşur-

laşmışdır. O, pedaqoji aspektdə silsilə məqalələr yazmış, onları 1910 və 

1912-ci illərdə “Həqiqət” qəzetində çap etdirmişdir. Məqalələr 30 kitab 

səhifəsi  həcmindədir.  Böyük  şair,  dramaturq  və  müəllim  Cavid  həmin 

məqalələrdə  XIX  əsrin sonu, XX əsrin  əvvəllərində  Azərbaycanda 

məktəb, təhsil,  maarif  və  müəllim  kadrları  məsələlərini  qaldırmış, 

Məhəmməd  Tağı  Sidqinin  (Naxçıvan) məktəbindəki, Molla Hüseyn 

Pişnamazzadənin Mədrəsəsindəki (Gəncə) təhsilin səviyyəsini yüksək də-

yərləndirmişdir. Azərbaycanda məktəb və təhsilin inkişafı, ibtidai və aili 

məktəblər  üçün  yeni  düşüncəli və  savadlı  müəllim  kadrları  hazırlan-

masının  konkret  yolları  və  üsullarını  göstərmişdir.  Özü  1910-cu ildən 

1937-ci ilədək Naxçıvan, Tiflis, Gəncə və Bakıda müxtəlif tipli və profilli 

təhsil  ocaqlarında  müəllimlik  etmişdir.  1921-ci ildə  Bakıda  təşkil  olun-

muş  Darülmüəllimin (indiki Dövlət Pedaqoji Universitetinin) ilk 


         

343

 

İsgəndər Atilla 

müəllimlərindən  biri  olmuşdur.  Sonralar  Bakı  Dövlət Universitetində 

məsləhətçi və Teatr Texnikumunda müəllim kimi çalışmışdır.  

1905-1909-cu illərdə İstanbul Darülfünununda təhsil alarkən 

Hüseyn Cavid bir neçə elm sahəsinə xüsusi maraq göstərir: Sənət 

və  ədəbiyyat  nəzəriyyəsinə;  Yaxın  və  Orta  Şərq  xalqlarının 

ədəbiyyatına;  tarix  və  fəlsəfəyə;  pedaqogika  və  psixologiyaya; 

məktəb,  maarif  və  təhsil  problemlərinə.  O,  həmin sahələrində 

mövcud  olan  elmi,  metodiki  və  pedaqoji  ədəbiyyatla,  ədəbiyyat 

və fəlsəfə tarixilə, sənətin spesifik xüsusiyyətləri və nəzəriyyəsilə 

ətraflı və dərindən tanış olur. Vətənə qayıtdıqdan sonra öyrəndik-

lərini  və  bildiklərini  bədii  əsərlərində  və  dövri  mətbuatda  çap 

etdirdiyi  publisistik  məqalələrində  verir.  “Həsbi-hal” silsilə 

məqalələrində Avropa, Türkiyə, Qafqaz və Azərbaycanda təhsilin 

vəziyyəti haqqında geniş söz açır. Həmin məqalələr bizim XX əsr 

pedaqoji fikir tariximizdə əhəmiyyətli yer tutur. 

Cavid  İstanbulda  təhsilin  təşkili  və  texnologiyası,  maarif 

işinin  necə  qurulması  və  həyata  keçirilməsini  ayrıca  öyrənir. 

İstanbula  gedərkən  gəmi  yolüstü  Samsunda  lövbər  salır.  Fürsət-

dən  istifadə  edən  şair,  şəhəri  səyahət  edir,  rüşdiyyə  məktəbinə 

gedib,  burada  çocuqların  gimnastik  məşqlərinə  baxır.  [1,  251]  

İstanbulda  yaşarkən  şəhərin  bəzi  görməli  yerlərilə,  o  cümlədən 

muzeyləri,  məscidləri,  kitabxanaları  və  teatrları  ilə  tanış  olur; 

maarif  işlərinin  təşkililə  maraqlanır  və  ətraflı  məlumat  alır. 

Məktublarından birində yazır: “İstambulda çox böyük qiraətxana 

və  kütübxanalar  var,  amma  layiqincə  kitabları  və  qəzetləri  yox-

dur... Türkiyədə maarif işi çox iləridir. Bircə İstambulda otuz dörd 

dövləti və xüsusi gimnaziya vardır.” [2, 106] Bu, şairin Türkiyədə 

maarif  işinin  təşkili  və  vəziyyətilə  nə  dərəcədə  yaxından  tanış 

olmasına dəlalət edir. 

O,  təhsil illərində  görkəmli  Avropa  nəzəriyyəçiləri  və  fi-

losoflarından  İmmanuil  Kantın,  Con  Lokkun,  Herbert  Spen-



serinBenedikt Spinozanın, Türkiyə pedaqoqu Ayişə Sədiqənin 

pedaqogika və təlim-tərbiyəyə aid əsərlərini mütaliə edir. Onların 




344

                                            

Əsrin şairi IX 

təhsil, təlim və tərbiyə haqqında nəzəri fikir və konsepsiyaları ilə 

tanış  olur.  Vətənə  döndükdən  sonra  mətbuat  vasitəsi ilə  onların 

məktəb,  maarif,  ibtidai  təhsil,  təlim  və  tərbiyə  barəsində  fikir  və 

mülahizələri  ilə  Azərbaycan  müəllimlərini  və  maarif  işçilərini 

tanış  edir.  Şairin  bu  mövzuda  yazdığı  silsilə  məqalələri  nəinki 

Naxçıvanda,  bütövlükdə  çar  Rusiyası  dövründə  Qafqazda  və 

Azərbaycanda  maarif,  ibtidai  təhsil,  təlim  və  tərbiyə  işlərinin 

təşkili və vəziyyətini öyrənmək baxımından əhəmiyyətlidir. 

Mən XX əsrin əvvəllərində (1900-1920) Azərbaycanda maarif 

və  mədəniyyətin  səviyyəsini  öyrənmək  baxımından  Cavidin 

məqalələrini  yüksək  qiymətləndirirəm  və  məqalələrdəki  fikir  və 

mülahizələrin  ictimai  və  pedaqoji  əhəmiyyətini  xüsusi  qeyd 

etmək  istəyirəm.  Şair  qaldırdığı  problemlərə  “Naxçıvana  nə 

lazım?”,  [3]  “Naxçıvanda  nə  gördüm?”  [4]  və  “Həsbi-hal”  [5] 

silsilə  məqalələrində,  Abdulla  Tofiqə  (Abdulla  Sura)  aid  nekro-

loqunda, [6] Qurbanəli Şərifova yazdığı məktublarda [1, 249-271] 

geniş yer vermişdir. 

-  Bir  millətin  tərəqqi  və  tədənnisini  bilmək  için  o  millətin 

məktəblərini,  daha  doğrusu,  ibtidai  məktəblərini  görmək  kifayət 

edər.  Avropaya  meydan  oquyan  Almaniyanı,  qoca  Rusiyanı 

həyəcana  düşürən  Japoniyanın  bütün  bu  tərəqqiyati-ciddiyələri 

həp ibtidai məktəblər sayəsindədir. [1, 194]  

Cavidin  bu  fikirlərini  onun  maarif  və  məktəb  məsələlərinə 

həsr  etdiyi  məqalələrinin  leytmotivi  hesab  etmək  olar.  XIX  əsrin 

sonu  və  XX  əsrin  əvvəllərində  Naxçıvanda  məktəb,  maarif  və 

təhsilin vəziyyətini nəzərdən keçirən müəllif, diqqəti Gəncə mək-

təbinə  yönəldir.  Onu  Qafqazın  ən  birinci  və  ən  parlaq  məktəbi 

hesab  edir.  Uşaq  və  gənclərin  ana  dilində  (türk  dilində)  təhsil 

almalarına  və  elm  öyrənmələrinə  böyük  önəm  verən  şair, 

Azərbaycan  balalarının  xaricdə  deyil,  Gəncədə  təhsil  almalarına 

üstünlük verir, pedaqoji ictimaiyyətin diqqətini buna yönəldir və 

yazır: “Həmin məktəb haqqında azacıq məlumatı olan kəs, bir-iki 

il orada oxuyub məqsədinə nail ola bilər.” Arzu edir ki, məktəbin 




Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə