İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə109/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   ...   105   106   107   108   109   110   111   112   ...   142

332

                                            

Əsrin şairi IX 

Mərhəmətsizdir iştə köhnə Fələk, 

Bəşəriyyətlə əylənir daim. 

Bəşəriyyətlə əylənir gülərək... 

 

Dünkü məhkum olur bu gün hakim

Dünkü bədbəxt olur bu gün məsud, 

Dünkü məsud olur bu gün mərdud. 

 

Həp dəyişməkdədir həyatü fünun, 

Olmayan varmı inqilaba zəbun? 

Varmı sarsılmaz öylə bir qanun?.. 

 

Hər qaranlıqda çırpınır bir nur, 

Hər həqiqətdə bir xəyal uyuyur. 

Dün və bu gün 

 

Günəş, əngin, nihayətsiz fəzanın nazlı sultanı. 

 

Bütün yirminci əsrin müstəbid evladı həp alim... 

Bütün yirminci əsrin nüstəid evladı həp zalim... 

 

Əyilməzkən Mələk insana, aqibət olmuş Şeytan, 

Nədən Şeytana əbd olsun bu gün alinijad insan!? 

 

Cihan qətlgah olmuş, aman yoq zülmü vəhşətdən. 

Gönüllər qan, çiçəklər qan, bütün çöllər, çəmənlər qan, 

Dəniz qan, bulutlar qan, hava qan, iştə hər yer qan... 

Nə istər bir-birindən anlaşılmaz, sayğısız insan!? 

 

Ey qafil! 

Fəlakətsiz səadət, qayğısız rahət deyil qabil. 

Basıb-kəsmək, yaqıb-yıqmaq azalmaz, daim artar; 

Bu bir baziçeyi-qüdrət ki, bundan kimsə qurtulmaz. 

Çalış həp qalib ol, mərd ol! Bu, aydın bir həqiqətdir: 

“Cihan bir nazənin dilbər ki, yalnız mərdə qismətdir...” 

Qürubə qarşı 


         

333

 

İsgəndər Atilla 

 

 

 

“Dün və bu gün” şeirinə illüstrasiya 

(Rəssam Oqtay Sadıqzadə) 

 


334

                                            

Əsrin şairi IX 

Hürriyyət öylə nazlı bir afət ki, pək vəqur, 

Qan aqmadıqca kimsəyə gülməz o işvəkar. 

Zatən bu, köhnə yurdumuzun köhnə adəti, 

Hər Tanrının qan içməyə var hüsni-rəğbəti. 

 

Hürriyyət? Ah, o bəncə fəqət tatlı bir xəyal... 

Dünyada varmı hürr, əcəba? İştə bir sual!.. 

Hərb İlahi qarşısında 

 

Arqadaşlar! Sormayın, hiç sormayın! 

Sızlayan bir qəlbə atəş vurmayın! 

   

 

Sormayın, ariflər! Ey fərzanələr! 

   

 

Anlamaz dərd əhlini biganələr. 

 

Fikrini işğal edən hər bir xəyal, 

Ruhumu eylərdi ilqa bin sual

Kəşf için sərsəm gönül məftun idi, 

Kim onu həll etsə Əflatun idi. 

 

Əski bütlər qalmamış, həp qırmışım, 

Uçmuş əqlim, büsbütün çıldırmışım 

 

Hər həqiqət sanki ölgün bir xəyal!.. 

 

Bir oyuncaqdır cihan başdan-başa, 

Qafil insanlar da bənzər sərxoşa. 

 

İştə hər dahidə var bir etiyad, 

Yan baqıb təqlidə, eylər ictihad. 

 

Hər kim əvvəldən inanmış hər nəyə, 

Bir də ram olmaz o digər bir şeyə. 

 

Sorsalar: dünyada kimdir hökmdar? 

Bən derim: ölmüşlər, ölmüş duyğular. 

 

Kim ki, əql istər, o, məcnun olmalı, 

Hər fəlakət gəlsə məmnun olmalı; 


         

335

 

İsgəndər Atilla 

Yoqsa gevşək, duyğusuz bir beyin, 

Sirri-xilqətdən nə anlar, söyləyin!? 

 

Nuri-Haq bir çöhrədir daim gülər, 

Dərkdən aciz fəqət biganələr. 

 

Təşneyi-irfan ikən dərya bulur, 

Mevt ararkən zindeyi-cavid olur. 

İştə bir divanədən bir xatirə 

 

Dünya nədir? O, iştə fərəhnakü münəksir

Bir aşineyi-zövqü səfa, bir xərabəzar... 

Ey ruhi-pürsükun!.. 

 

Bəzən əsla umulmaz yerdən 

Nə qədər bəxtiyar olur insan. 

 

Qadın! Ey möhtərəm ənisi-bəşər! 

Sənsiz öksüz qalırdı hissi-bəşər! 

İki həmşireyi-lətafətvan 

 

Yürəkdə qaldı məramım, duyulmaz oldu səsim; 

Gözümdə qalmadı nur, ah, iştə son nəfəsim!.. 

 

Soldu bahari-şəbabım, dəyişdi həp halım; 

Bu surətim, bu vücudum, bu dönmüş iqbalım. 

 

Bən istəməm yaşamaq, hər ümidim oldu tabah, 

Yürəkdə qaldı bütün dərdü həsrətim, eyvah!.. 

Bir qızın son fəryadı, yaxud  

zindan guşəsindən bir səs 

 

Ruhi-şairdə mevcidi-ilham 

Bir məziyyət var: “İbtilayi-qəram!..”

*

 

İbtilayi-qəram 

                                                 



*

 

Eşq dərdinə düçar olma. Kontekstdə şairin şairlik eşqinə mübtəla olması. Şeir 



Abdulla Sura ithaf edilmişdir. 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə