İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə110/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   ...   106   107   108   109   110   111   112   113   ...   142

336

                                            

Əsrin şairi IX 

Hüsnü eşq eyləsə təcəssüm əgər

Böylə bir qız qiyafətində gəzər. 

Şeir məftunu 

 

Cihanda hər gözəllik təsadüf etsə bana, 

Sən olmasan verməzdim bən eşqə bir məna. 

 

Xəyal!.. Əvət, yaşatan yalnız əhli-hali odur, 

Yaşasa bir gönül, az-çoq xəyal içində yaşar. 

Bilməm kimə?.. 

 

Sevərim... Son nəfəsdə inlərkən 

Yenə atmam o nazlı dilbəri bən. 

Neçin!?. 

 

Bana anlatma ki, eşq, aləmi-sevda nə imiş? 

Bilirim bən səni, get! Hər sözün əfsanə imiş. 

Get! 

 

Zira sana yar olmayan insan 

Zənciri-əsarətdə verir can! 

 

Sənsiz yaşamaq bəncə tənəzzül, 

Sənsiz gəbərsəm o da bir zill... 

Gəl, ruhumu güldür də çəkil get! 

Ya qəlbimi yar, parçala, məhv et!.. 

Məyus bir qəlbin fəryadı 

 

Verdim o gün ki, zülfi-pərişanə gönlümü, 

Saldı nigar o zülfdə zindanə gönlümü. 

 

Gülçini-binəva idim, oldum müridi-şeyx, 

Yandırmışam mən atəşi-hicranə gönlümü. 

Qəzəl 

 

De yazıq Gülçinə, məcnunluğunu tərk eləsin

Çünki Leyli dəvəsindən kəsilib zəng səsi. 

Qəzəl 


         

337

 

İsgəndər Atilla 

Vətən, vətən deyərək hər diyara səs sallam, 

Düşərmi bircə dilimdən mənim məqali-vətən? 

 

Vətən məhəbbətini əmr edibdi peyğəmbər, 

Xoş ol kəsə, ona həmdəm olub vüsali-vətən... 

Qəzəl 

 

Millət vücudu fani olub, iki söz qalıb, 

İslam dini tərk olub, ancaq ki, söz qalıb. 

 

Qan ağla, ey bəlalı göz, aramsan hələ? 

Aləm köçüb, yatıbdı bizim miri-qafilə. 

 

Ögrətdi bilmirəm bizi kim bu cəhalətə? 

Vəhşilik irs olub bu gün əbnayi-millətə. 

Biz millətin ayılmağı qaldı qiyamətə. 

 

Bilsin vətən çocuqları əvvəl vətən dili. 

Gəlməz nəvayə görməsə bülbül çəmən güli. 

 

Xan, bəy zamanı getdi, ədalət zamanıdır, 

Keçdi cəhalət aləmi, qeyrət zamanıdır. 

 

Dilxun olubdu Saliki-biçarə

*

 bərməla. 

Millət qəmilə az qalıb axır cünun ola. 

Növhə 

 

Yürəgim rəngi-ərvəğan olmuş, 

Ərimiş laxta-laxta qan olmuş. 

 

Bana layiq görürsə əhli-qərəz, 

Bənzədim yarımı çəmən gülünə. 

İstəməm versələr cihanı əvəz, 

Dağınıq zülfünün kəsik telinə. 

                                                 



*

Salik – Cavidin 



ədəbi təxəllüslərindən biri. 


338

                                            

Əsrin şairi IX 

Mən olur fikr edincə cismi tənim

Aman Allah! Odur bənim vətənim! 

Bizi, ey yer! Yarıl da kamına çək! 

Eyidir bu həyatdan ölmək. 

 

Mayeyi-iftixarı ər kişinin 

Vətən uğrunda bəzli-hümmətidir. 

Qeyrət istər ki, can nisar edəlim, 

Mədəniyyətlə iftixar edəlim. 

 

Ey vətən! Səndə parlayanda ziya 

Büsbütün əhli-Qərb cahilimiş. 

Şimdi qeyrət edərsə millətimiz

Yenə evdət edər səadərimiz. 

Hali-əsəfiştimalımı təsvirdə  

bir ahi-məzlumanə 

 

İlk istəyim: Hiç bir zaman sevgidən əl çəkməyin, 

Yer yüzünü qardaş bilin, insan qanı dökməyin. 

Kimsəyə kin bağlamayın, yigit olun, mərd olun. 

 

Zülmə hərgiz yaqlaşmayın, doğru yoldan şaşmayın. 

Yaltaqlığa imrənməyin, kibrə hiç yanaşmayın. 

 

Zalımları, cəlladları çeynəyin, hiç qorqmayın, 

Türk milləti, görülməmiş, boyun büksün, yalvarsın. 

 

Bir millətin tarixidir kökü, yurdu, yuvası, 

Tarixiniz baş ucundan hərgiz əskik olmasın. 

 

Südü təmiz, əsil oğul bilməzmi ki, əcdadı 

Nasıl doğub yaşamışlar, nə ərliklər etmişlər. 

Bilməli ki, tez məhv edər zaman nankor evladı, 

Öz nəslini unutanlar çoqdan sönüb getmişlər. 

 

Bir millət öz kökü üstə bitər, böyür, yüksəlir, 

Baqın, görün tarixiniz sizə nələr göstərir... 

Qoca bir türkün vəsiyyəti 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə