İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə115/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   ...   111   112   113   114   115   116   117   118   ...   142

         

351

 

İsgəndər Atilla 

tərbiyəsi və vücud sağlamlığı (səhhəti-bədən) həyati-bəşəriyyənin 

ən mühüm əsasını təşkil edər. Vücudun sağlam olmasının yeganə 

səbəbi və müəssiri isə ata-anadır.” [1, 200] Nə üçün? O, bu suala 

bir  həkim kimi cavab  verir,  məqalələrində  bir  psixoloq,  bir 

müəllim, pedaqogikanı gözəl bilən bir mütəxəssis kimi çıxış edir. 

Bu,  bir  tərəfdən  onun  Sidqinin  məktəbində  aldığı  tərbiyədən  və 

ailə tərbiyəsindən, digər tərəfdən, İstanbul Universitetində aldığı 

mükəmməl təhsildən və mütaliədən irəli gəlirdi. 

Cavid  hesab  edirdi  ki,  anadan  xəstə  doğulan  çocuq,  xəstə 

yaşar, xəstə vücudu ilə də ölər. Həmin xəstəliyi icad edən isə ata 

və anadır. Çünki bir çox xəstəliklər uşağa irsən keçir. “Çocuqlara 

sirayət edən xəstəliklərdə ən dərin fəlakətlərə yol açan analardır. 

Çünki  uşaq  ana  rəhminə  düşdüyü  zamandan  başlayaraq  doquz 

aya  qadar  qanından,  təvəllüddən  sonra  da  sütündən”  qidalanır. 

Ən mühlik – sağalmaz xəstəliklərə də bu zaman tutulur. Təhlükəli 

xəstəliklər də onunla bərabər böyüməyə başlayır. Uşaqlar yalnız 

buna görə xəstə olmurlar. Onlar həm də yeyəcəyi, içəcəyi, geyə-

cəyi  üzündən  xəstələnirlər.  Tənəffüs  etdiyi  hava,  hərəkətsizlik, 

valideynlərin  qeydsizliyi  onların  sağlamlağını  pozur.  Ata-analar 

və  müəllimlər  bunu  bilməli,  uşaqların  təmiz  və  saf  havada 

yaşamalarına,  oynamaqdan  qalmamalarına  diqqət  yetirməli, 

onların sərbəstliyinə mane olmamalıdırlar. Valideynlər uşaqların 

yeyib-içəcəklərinə xüsusi diqqət yetirməlidirlər. Çünki “az yemək 

faydalı  deyildirsə,  çox  yemək  də  faydasızdır.  Yemək,  qarını 

doydurmaq,  yaxud  ləzzət  duymaq  için  deyildir.  Bəlkə  həyatı 

idarə etmək, vücudu bəsləmək içindir.” 

Məqalələrində  bu  kimi  ciddi  əxlaqi,  tərbiyəvi,  pedaqoji  və 

psixoloji problemlərə toxunan müəllif, sualı belə qoyurdu: “Qaf-

qasiyada  çocuq  tərbiyəsindən  anlayan  qaç  anaya  təsadüf  edə 

biliriz? Çocuq tərbiyəsinə diqqət etmək için tərbiyə görmüş analar 

lazım  deyilmi?  Hanı  ana  yetişdirəcək məktəblərimiz?”  Cavid 

vətənin və millətin inkişafını məktəbdə, təhsildə, elmdə, müəllim-

lərdə  və  analarda  görürdü.  “Vətəni,  vətənin  qiymət  və  əhəmiy-




352

                                            

Əsrin şairi IX 

yətini, tərəqqi və səadətini kimdən bəkləyə biləriz?” sualına belə 

cavab verirdi:    −...Şübhəsiz ki, vətənə, millətə, millətin gələcəyinə 

ağlayacaq, tərəqqisinə çalışacaq olsa-olsa ancaq ana qucaqlarında, 

məktəb sıralarında çırpınan məsumlar ola bilir. Fəqət bu nevzad-

ların  yeyib-içməsinə,  geyinib  gəzməsinə,  təlim  və  tərbiyəsinə 

diqqət edəcək analar nerdə?.. [1, 201-202] 

Sualı doğuran zaman, ona cavab axtaran Cavid idi. O, savadlı 

analar gəzirdi. Düşünürdü ki, analar nə qədər savadlı olsalar, bir o 

qədər savadlı və nəzakətli uşaqlar tərbiyə edə bilərlər. Azərbaycan-

da belə analar isə çox az idi. O, tərəqqinin ilk vasitəsini analarda və 

qız məktəblərində görürdü. Yeni nəslin savadlı və tərbiyəli olması 

üçün gələcək anaları təhsilli və savadlı görmək istəyirdi. Qadınların 

ailə  tərbiyəsindəki  və  cəmiyyətindəki  rolunu  yüksək  qiymətlən-

dirərək  yazırdı  ki,  kişilərin  maddi  surətdə  doğulub  böyüməsinə 

qadınlar  səbəb  olduğu  kibi,  mənəviyyatca  münəvvərfikir  və 

tərəqqipərvər olmalarına yeganə vasitə yenə qadınlardır. 

 

Ədəbiyyat 

1. Hüseyn Cavid. Əsərləri, V cild, Bakı, 2005. 

2. Əziz Şərif. Keçmiş günlərdən, Bakı, 1977. 

3. Həqiqət, 4 yanvar 1910. 

4. Həqiqət, 5 yanvar 1910. 

5. Həqiqət, 12, 14, 17, 24 və 25 may, 3, 7 və 8 iyun 1910. 

6. İqbal, 9 oktyabr 1913. 

                                               

 

Резюме 

В  статье,  основываясь  на  концепции  И.Канта,  Дж.Локка, 

Г.Спенсера,  Б.Спинозы  и  других  философов,    Г.Джавид  дает  анализ 

педагогических взглядов начального образования и ситуаций просвети-

тельных работ в Азербайджане и на всем Кавказе. 

 

The summary  

In  clause,  were  based  on  the  concept  İ.Каnts,  C.Lоккs,  Q.Spеnsеrs, 

Б.Spinoza  and  other  philosophers,  H.Djаvids  gives  the  analysis  of 

pedagogical sights of initial education and situations of educational jobs in 

Azerbaijan and on all Caucasus.    




         

353

 

İsgəndər Atilla 

İkinci məqalə  

 

1897-ci ildə Türkiyənin tanınmış pedaqoq və maarifçisi Ayşə 

Sədiqə İstanbulda “Üsuli-təlim və tərbiyə dərsləri” adlı bir kitab 

nəşr  etdirir  və  kitab  ölkənin  pedaqoji  fikir  tarixində  əhəmiyyətli 

yer  tutur.  Cavid  “Həsbi-hal” məqaləsinin  üçüncü  hissəsində 

sözünə  Ayşə  xanımın  kitabından  bir  sitatla  başlayır:  “Çocuqlara 

hər kim olsa dərs verir, fəqət tərbiyə və əxlaq dərsini hər kəsdən 

eyi  validə  verir.  Çocuğun  birinci  mürəbbəsi  validədir...  Demək 

olur  ki,  bir    qövmün  səadəti  və  tərbiyəsində  qadınların  böyük 

təsiri vardır. Bunun için hər şeydən ziyadə qadınların tərbiyəsinə 

etina  edilməlidir.  Tərbiyəli  validələr  yetişdirməyə  qeyrət  edil-

məlidir.” [1, 202] 

Cavid  də,  Ayşə  xanım  da,  Avropanın  bir  çox  filosof  və 

pedaqoqları da uşağın tərbiyəsində ananın rolunu önə çəkirlər ki, 

bu da təsadüfi deyildir. Zəmanə dəyişsə də, həmin fikir bugün də 

öz  qüvvəsini  saxlayır  və  aktualdır.  Məhəmməd  peyğəmbərin 

“Cənnət  qadınların  ayaqları  altındadır”  fikrini  nəzərə  çatdıran 

şair  diqqəti  təlim  və  tərbiyədə  islamın  rolu  məsələsinə  yönəldir. 

Müsəlman  ölkələrində  və  cəmiyyətlərində  oğlan  və  xüsusilə 

qızların təhsilə cəlb edilməsilə bağlı geniş yayılmış yanlış fikirləri 

saf-çürük  edərək  “Rəsuli-əkrəmin  [oğlan  və  qızların]  təlim  və 

tərbiyədə  heç  bir  fərq  qoymadığını,  təhsili-elmdə  kişiyə,  övrətə 

müsavi  bir  surətdə  fərz  buyurduğunu”  nəzər-diqqətə  çatdırır. 

Problemin  həllinə  mane  olan  dini  ehkamlara,  mövhumata  və 

xurafata qarşı çıxır. Qız uşaqlarının məktəbdən yayındırılması və 

təhsildən  uzaqlaşdırılmasının  islama  zidd  olduğunu  söyləyir. 

Sualı  bu  cür  qoyur:  “Əcəba,  səkiz-doquz  yaşında  bir  qız  yalnız 

ibtidai,  yaxud  rüşdi  təhsil  görürsə,  şəriətə  müxalifmi  zənn 

olunur?”  Guya  “qız  tərbiyə  görür-görməz  itaətsiz  olacaq” 

söyləyənlərin  fikirlərini  qəti  surətdə  rədd  edir.  Valideynləri  qız 

uşaqlarını məktəbə qoymağa çağırır. Düşünür ki, əgər biz qızların 

tərbiyəsinə bu cür yanaşsaq, sabah başımıza, gözümüzə vuracaq 




Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə