İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə114/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   ...   110   111   112   113   114   115   116   117   ...   142

348

                                            

Əsrin şairi IX 

Müəllif  Qafqazda,  o  cümlədən  Azərbaycanda  maarif,  mək-

təb  və  təhsil məsələlərinin  vəziyyətini  geniş  araşdırıb  təhlil 

etdikdən  sonra  sualı  bir  cür  qoyur:  “Şimdi  nə  yapmalı?”  Sualın  

cavabını və problemin həllini məktəblər açmaqda görür. 

Cavid  İstanbuldan  vətənə  qayıtdıqdan  sonra  Azərbaycan 

müəllimləri,  maarifçiləri  və  məktəbdarlarına  təlim  və  tərbiyənin 

nəzəriyyəsi  barəsində  geniş  məlumat  verməyi  özünün  vətən-

daşlıq  vəzifəsi  hesab  edir.  Bu  məqsədlə  “Həsbi-hal”  adlı  silsilə 

məqalələr  yazıb,  “Həqiqət”  qəzetində  çap  etdirir.  Həmin məqa-

lələr  onun  məktəb,  maarif  və  təhsil  problemlərinə  nə  dərəcədə 

vaqif olması, böyük maraq  və diqqət göstərməsi haqda geniş və 

dolğun təsəvvür yaradır. Məqalələr öz məzmunu, ruhu, qaldırılan 

problemin  müasirliyi  və  aktuallığı  baxımından  bu  gün  də 

diqqətəlayiqdir.  Şair  sayca  ikinci məqaləsində  daha  çox  Avropa 

filosofları və nəzəriyyəçilərinin təlim və tərbiyə haqqında fikir və 

konsepsiyalarını ortaya qoyur və buna öz münasibətini bildirir. 

“Tərbiyə  -  pedaqogika  nədir?”  sualına  İmmanuil  Kantın 

(alman  filosofu,  1724-1804),  Con  Lokkun  (ingilis  maarifçisi  və 

filosofu,  1632-1704)  və  Herbert  Spenserin  (ingilis  maarifçisi  və 

filosofu,  1820-1903)  tərbiyə  barəsində  mülahizələrilə  cavab  verir. 

Kanta  görə,  “Tərbiyə,  təbiəti-bəşəriyyənin  bütün  qabiliyyətlərini 

müntəzəmən  və  mütənasibən  təməniyyə  etdirməli  və  bütün 

insanları qayeyi-müqəddələrinə isal eyləməlidir.”  

Con  Lokka  görə,  “Tərbiyə  insanları  fəzilətli,  cəmiyyətə 

faydalı və kəndi məsləklərində məharətli bir hala gətirmək için ən 

qolay və ən qısa üsuldur.” 

Herbert Spenser isə belə hesab edirdi ki, “Tərbiyənin qayəsi 

bizi mükəmməl surətdə yaşamağa hazırlamaqdır.”  

Cavid həmin filosof və maarifçilərin fikirlərini təqdir edərək, 

bizim maarifçilik və pedaqoji fikrimiz tarixində, demək olar ki, ilk 

dəfə olaraq Qərbi Avropa filosoflarının təlim və tərbiyə haqqında 

fikirlərini Azərbaycan  oxucuları və maarifçilərinin nəzərinə çat-

dırır.  Məqsədi  məktəbdarların  diqqətini  yerli  məktəblərdə  təlim 



         

349

 

İsgəndər Atilla 

və  tərbiyə  prosesini  elmi  və  pedaqoji  cəhətdən  Avropa  modeli 

əsasında düzgün və səmərəli təşkil etməyə yönəltmək idi. “Fənni-

tərbiyənin insanları bəxtiyar edəcəyi, parlaq və məsud bir həyata 

nail eyləyəcəyi hər kəsə müsəlləm bir həqiqət olsa gərək” fikrini 

vurğulayan  şair,  düşünürdü  ki,  pedaqogika  (tərbiyə)  sahəsində 

yaxşı  bir  nəticəyə  nail  olmaq  mürəbbiyələrdən,  müəllimlərdən, 

onların  pedaqoji  hazırlığından,  əfəndilərin  “səviyeyi-irfanı  və 

təşəbbüsati-ciddiyələrindən” asılıdır. Bu cəhətdən müəllim “Elmi-

həyat”  (həyat  elmi)  “Elmi-əxlaq”  (etika)  və  “Elmi-ruh”  (psixo-

logiya) elmlərinə vaqif olmalıdır.  

O, həmin elmlərin pedaqoji mahiyyəti haqda yazırdı: “Elmi-



həyat  məktəb  şagirdlərinin  yeyib-içmək,  gəzib-oturmaq,  zəif  və 

qüvvətli  olmaq  kibi  hallardan  bəhs  edir.  Elmi-ruh  çocuqların 

fikrini,  hissiyatını,  əxlaqını  öyrənib  bilmək  için  böyük  bir 

vasitədir.  Elmi-əxlaq  isə  xeyir  və  şərin  nədən  ibarət  olduğunu, 

tərbiyədə necə bir qayə təqib etdiyini öyrədir.” [1, 199] Müəllif bu 

üç  fənni  bir-birindən  ayırmırdı,  əksinə,  bir-birini  tamamladığını, 

tərbiyə üçün mühüm əsas olduğunu düşünürdü. Məktəb şagird-

lərinin  fərdi-psixoloji  xüsusiyyətlərini  və  fiziyanomik  ifadələrini 

də nəzərdən qaçırmır və bu barədə yazırdı: “Bir məktəb otağına 

girilsə,  orada  olan  şagirdlərin  çöhrələrinə  (fizyanomiya)  diqqət 

edilsə  bir-birinə  bənzəmədikləri  dərhal  gözə  ilişər,  çöhrələri 

müxtəlif olacağı şübhəsizdir...” [1, 199] 

Cavidə  görə,  şagirdlərin  əxlaq  və  davranışları  donuq  və 

dəyişməz deyildir. Sinifdə nə qədər sifət varsa, bir o qədər əxlaq 

və  davranış  var.  Uşaqlarda  əxlaq  və  davranış  nə  qədər  müxtəlif 

olsa  da,  zaman  keçdikcə  onlar  dəyişir.  Buna  görə  də  müəllimin 

yeknəsək tərbiyəsi mənfəət yerinə zərər verə bilər. Müəllim təlim 

və  tərbiyədə  bunu  nəzərə  almalı  və  psixologiya  elminə  əsasla-

naraq,  şagirdlərin  müxtəlif  təbiətini  nəzər-diqqətdə  saxlamalıdır. 

Bu məsələni  yaxşı  həyata  keçirmək  üçün  o,  təlim  və  tərbiyə  el-

minə yiyələnməli, öz işində elm ilə təcrübəni birləşdirməlidir ki, 

pedaqoji işdə uğurlar qazana bilsin. 




350

                                            

Əsrin şairi IX 

Şair  uşaqların  ev  və  ailə  tərbiyəsi ilə  məktəb  tərbiyəsi 

arasında qırılmaz bağlılıq görürdü. Qeyd edirdi ki, məktəbə daxil 

olan şagird (istəyinə görə) 5, 10, 15 il vaxtını məktəbdə keçirir. Bu, 

az  vaxt  deyil!..  “Ev  tərbiyəsi ilə  məktəb  tərbiyəsinin hər  ikisi 

çocuqlarda  dürlü-dürlü  təsirlər  bağışlar,  bir  çocuq  evdə  ata-ana 

tərbiyəsi sayəsində xəluq, çalışqan, mütəşəbbis bir qəhrəman oldu-

ğu halda, məktəbə dəvam edər-etməz əxlaqı, təbiəti büsbütün dəyi-

şir,  fəna,  uyğunsuz  bir  hal  kəsb  etmiş  olur.”  [1,  200]  Başqa  sözlə, 

məktəb və sinif şəraiti və mühiti uşağın əxlaq və psixolojisinə təsir 

etdiyindən, müəllimlər buna xüsusi diqqət yetirməli və əhəmiyyət 

verməlidirlər.  Əgər  müəllim  tərbiyədən  anlayan  olsa,  məktəb 

şagirdlərində “müzzür əxlaq, fəna təbiətlər bulunmaz; bulunsa da, 

pək səthi,  pək  təsirsiz  qalır”  yazan  müəllif,  demək  istəyirdi  ki, 

ailədə  böyüyən  uşaqların  əxlaq  və  tərbiyəsi  də  müxtəlif  olur. 

Ailədə sırtıq böyüyən uşaq əxlaqsız olduğu halda, məktəbə girər-

girməz  haman  dəyişir,  inanılmayacaq  dərəcədə  zəki  və  uslu  bir 

uşaq  ola  bilir.  İstər  ailədə  olsun,  istər  məktəbdə  -  tərbiyə  prosesi 

arasıkəsilməz pedaqoji prosesdir və bu, nəzərdən qaçırılmamalıdır. 

O, məqalələrində müəllim və valideynlərin diqqətini ümumi 

ictimai tərbiyəyə cəlb edir və düşünür ki, bu tərbiyə təhsili bitir-

dikdən sonra 35-40 yaşına qədər olan bir dövrü əhatə edir. İnsa-

nın tərbiyəsi həmin yaş dövrünə qədər davam edir ki, buna ümu-

mi mühitdən gələn ictimai tərbiyə deyilir. Bu zaman insanın ailə 

çərçivəsində, yaxud məktəblərdə aldığı tərbiyə büsbütün dəyişilə 

bilər.  İnsan  başqa  bir  aləmə,  başqa  bir  cərəyana  tabe  ola  bilər. 

“Maddi və mənəvi təsir insanın aldığı tərbiyələri zirü zəbər edə-

cək dərəcədə məsləkinə müğayir hallara sevq edə bilir.”[1, 200] 

Müəllif  tərbiyələrin  ən  əhəmiyyətlisini  ümumi  ictimai  tər-

biyədə,  mühitin  tərbiyəyə  təsirində  görür.  Bu  cəhətdən  diqqəti 

nəfs  məsələsinə  çəkir.  Hesab  edir  ki,  “nəfs  əksərən  öncəki 

tərbiyələrə  tabe  olmaqdan  varəstə  ola  bilməz,  lakin  fövqəladə 

mətanətə malik olan insanlarda onu islah etmək mümkündür.”  

Şair ailə tərbiyəsi və bədənin sağlamlığı haqda yazır: “Ailə 




Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə