İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə116/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   ...   112   113   114   115   116   117   118   119   ...   142

354

                                            

Əsrin şairi IX 

və kor-peşman olacağıq.  

Müəllif məqalələrində uşaqların məktəbə hazırlanmasında ev 

tərbiyəsinin roluna ayrıca yer verir. “Ev tərbiyəsi necə olmalıdır?” 

sualına ailələrdə mövcud olan xoşagəlməz tərbiyə üsulları ilə cavab 

verir: “Uşaqlar damdabacalarla qorxudulurlar. Başı açıq çölə çıxsan 

göydən başına adamcıl qurt dərisi düşər. Qaranlıq bir yerə getsən 

cinlər,  divlər  səni  təhdid  edər”  və  i.a.  Şair  ailə  tərbiyəsində 

yalançılığı, kindarlığı, qorxaqlığı, itaətsizliyi, xurafat və mövhumatı 

tənqid edir və valideynlərin xoşagəlməz müraciət üsullarına qarşı 

çıxaraq  yazır:  “...Bir  ana  oğluna  “Yavrum!  Quzum!  Get  qardaşını 

çağır  da  gəlsin,  yeməyini  yesin”  deyəcəyi  yerdə,  “Partdamış! 

Gəbərmiş! Get o qan qusmuş çönənbəri çağır da gəlsin, zəhrimarını 

zoqqumlasın” - diyor” [1, 203] 

O, uşaqlarla bu cür davranışı pisləyir, bu kimi uyğunsuz və 

cahilanə tərbiyədə bir fayda görmür. 

Şair müxtəlif ailələrdə müxtəlif ailə tərbiyəsinə nəzər salır və 

düzgün  qurulmuş  ailə  tərbiyəsini  təqdir  edir.  Sağlam  ailələrdə 

tərbiyə  və  əxlaq  məsələlərinin  uğurlu  və  düzgün  həllini  yüksək 

qiymətləndirərək  yazırdı  ki,  ana  bir  yaşında  uşağın  yediyi 

qaletlərdən əlifba düzəldir və ona öyrədir. Evin divarından hesab 

cədvəli  asır,  üç-dörd  yaşında  uşaq  bunları  gülə-gülə,  sevə-sevə 

öyrənir.  Beş-altı  yaşına  çatar-çatmaz  məktəbə  həvəs  göstərir. 

Məktəbə  getdiyi  zaman  zəkası,  əxlaqı  yerində  olur,  dərsini 

həvəslə  öyrənir.  20  yaşında  isə  o  universiteti  bitirmiş  fazil  bir 

əfəndi olur.” 

Şair  Azərbaycan  analarını,  Azərbaycan  ailələrini  bu  cür 

görmək istəyirdi. 

Azərbaycanda  ibtidai  təhsilin  bir  çox  vacib  və  ciddi 

problemlərinə münasibət bildirən müəllif, düşünürdü ki, bu gün 

olmasa da, bir neçə ildən sonra ibtidai təhsil istər  qız, istərsə də 

oğlanlar  üçün  məcburi  olacaqdır.  Şair  səbirsizliklə  və  böyük 

ümidlə həmin günü gözləyirdi. 

Ailə  və  ana  tərbiyəsini,  qızların  təhsilə  cəlb  edilməsi mə-




         

355

 

İsgəndər Atilla 

sələsini  önə  çəkən  vətənpərvər  və  maarifçi  şairin  cümlələrini 

oxuyarkən  onun  nə  qədər  narahatçılıq  hissi  keçirdiyini  aydın 

sezmək  olur.  Belə  halı  yalnız  vətənini  və  millətini  sevən,  onun 

gələcəyini düşünən insanda görmək olar. O, övladının tərbiyəsini 

başlı-başına buraxan, qayğısına qalmayan, onu tərbiyədən mərhum 

edən  valideynlərə  üz  tutaraq  “Siz  ey  ata  və  analar!  Yarınki  gün 

cigərguşələrinizin zillət, fəlakət odunda yanıb-qavrulduqlarını ağ-

laya-ağlaya  seyr  edəcəksiniz”  deyərək  yazırdı:  “Çocuqlar  mə-

sumdurlar,  onunçin  yapdıqları  işlərin  hiç  birindən məsul  deyil-

dirlər,  onların  hal  və  hərəkətlərindən məsul  olacaq  yalnız  ata-

analardır... Xeyirsiz, xain, ədəbsiz evlad yetişdirib onları tərbiyə və 

islahına  çalışmayan  ata-analar,  şübhəsiz  ki,  gələcəkdə  namuslu, 

vicdanlı, heysiyyətli insanlara müsəllət olmaq için bir sürü əxlaqsız, 

bir yığın sərsəri yetişdirmiş olurlar...” [1, 204] 

Bu sözlər sanki bugün yazılmış və bugün üçün  deyilmişdir. 

Cavidin  yaşadığı  dövr  başqa,  bugünkü  dövr  başqadır.  Bununla 

belə,  ailə,  məktəb  və  əxlaq  tərbiyəsi ilə  bağlı  problemlər  bugün 

nəinki  azalmış,  əksinə,  çoxalmışdır...  Şair  övlad  tərbiyəsinə 

məsuliyyətsiz  yanaşan  ata  və  analara  qarşı  barışmaz  mövqe 

tuturdu.  “Qeydsiz,  tərbiyəsiz  ata-ananın  övladı  için  nə  dərəcədə 

məsul olacağı, nə müdhiş cinayət işlətdiyi hər kəscə məlum, aydın 

həqiqətdir” sözlərini ürəkağrısı ilə yazırdı.  

Cavid təlim-tərbiyə məsələlərindən və məktəb binalarından 

danışarkən məşhur bir məsəli diqqətə çatdırır: “Günəş girməyən 

yerə  təbiblər  girər.”  Təlim  və  tərbiyə  prosesinin  həyata 

keçirilməsində  məktəb  binasını  və  sinif  otaqlarını  əsas  təlim  və 

tərbiyə  ocağı  hesab  edir.  Düşünür  ki,  məktəblər  və  məktəb 

binaları  gözəl  və  görkəmli,  havalı  və  uca  yerlərdə  tikilməlidir. 

“Pis,  murdar,  üfunətli  yerlərdən  uzaq  olmalıdır.  Xəstəxana, 

həbsxana,  məzarıstan  kibi  yapı  (bina)lara  yaqlaşmamalıdır. 

Məktəb  binası  mümkün  dərəcədə  günəşli  yerlərdə  vaqe  olmalı, 

rütubəti çoq olan yerlərdən həzər edilməlidir...” [1, 205] Nə üçün? 

Çünki orada körpə uşaqlar oxuyur və tərbiyə alırlar. Günəşsizlik 




356

                                            

Əsrin şairi IX 

və rütubət isə bir çox xəstəliklərin mənbəyidir. Şair bu mövzudan 

bəhs  edərkən  istər-istəməz  özünün  oxuduğu  və  tərbiyə  aldığı 

Sidqinin məktəbini xatırlayır. (Məktəb Bazarçayı üzərindəki came 

məscidində yerləşdiyi üçün sinif otaqları dar və rütubətli idi.) 

O,  məzunu  olduğu  və  Naxçıvanın  maarif  tarixində  xüsusi 

yeri  olan  məktəb  haqqında  geniş  və  qiymətli  məlumatlar  verir. 

Həmin məlumatlar Sidqi məktəbinin tarixini və taleyini öyrənmək 

baxımından  əhəmiyyətlidir.  O  yazır  ki,  məktəb  acınacaqlı  bir 

şəraitdə  fəaliyyət  göstərirdi.  Sinif  otaqları  günəşsiz,  darısqal  və 

rütubətli idi. Bazarçayın gurultusu tədris prosesinə mane  olurdu. 

Bunu  görən  yerli  çar  hökuməti  məktəbin  başqa  bir  yerə 

köçürülməsini  qərara  alır.  Hökumətin  təşəbbüsünü  alqışlayan 

şair,  onun  baş  tutmaması  haqda  yazırdı:  “Şəhər  [Naxçıvan] 

qlavası  Cəfərqulu  Xan  Naxçıvanski  cənabları  ilə  şəhər  hakimi 

Slavaçinski  bu  xüsusda  [məktəbin  başqa  yerə  köçürülməsində] 

pək  fədakarlıqda  bulunmuşlar.  [Ancaq  nə  yazıqlar  olsun  ki] 

“Cidilli bağ” adlı geniş, havadar, gözəl bir yerdə məktəb təsisini 

xalqa təklif etmişlər isə də kimsə razı olmamışdır.” [1, 206] 

Cavid  hesab  edirdi  ki,  təhsil,  təlim  və  tərbiyə  işi  ilk  öncə 

məktəb  binasından  başlanır.  Əgər  məktəb  binası  yararsız  və 

uyğunsuz bir yerdədirsə, orada təlim və tərbiyə prosesi səmərəli 

təşkil  oluna  bilməz.  Cəfərqulu  Xanın  və  Slavaçinskinin 

cəhdlərinin  boşa  getməsinə  təəssüflənən  müəllif,  işin  baş 

tutumamasında  mövhumatçıları  və  xurafatçıları  suçlayır  və  bu 

barədə yazırdı: “Qafqasda sakin bütün türklərin hər şəhərdə, hər 

qəsəbədə  (vəqf  yeri)

  köhnə  məzarıstan  kibi  bir  çoq  qiymətli, 



əhəmiyyətli yerləri [məktəb və s. üçün]  əldən çıqarıb mevhumat 

sapmaların  ərzi-ixtar  etməkdir.  Bu  dürlü  uyğunsuzluqlar 

[Naxçıvanda]  deyil  bir  şəhərdə,  Qafqasiyanın  hər  şəhərində 

təsadüf etmək mümkündür.” [1, 206-207] 

Şair  hesab  edirdi  ki,  məktəb  binası  mümkün  dərəcədə 

                                                 

 S

avab iş üçün ayrılmış yer, mülk. 




Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə