İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə119/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   ...   115   116   117   118   119   120   121   122   ...   142

         

363

 

İsgəndər Atilla 

başlayarlar.  İşini  yola  qoyduqdan  sonra  dürlü-dürlü  nitqlər 

söyləyərlər:  “Cəmaət,  cəmaət!  Vətən,  millət  xərab  oldu.  Məktəb-

xanələr açmaq lazımdır!..” [1, 212] Ki, onların işi “xod” getsin.  

Cavid  bu  cür  yalançı,  fırıldaqçı,  fanatik  “müəllimlərdən” 

dad qılır. Təlim və tərbiyə işinə yaramayan bu cür “əfəndilərin” 

məktəbə  yaxın  buraxılmamasını  istəyir.  İkinci  qism  müəllimləri 

isə  belə  xarakterizə  edir:  “Muşikafanə

  bir  nəzərlə  baqılsa  sair 



müəllimlərə  nisbətən  onlar  [ikinci  qismlər]  pək  eyidirlər,  pək 

faydalıdırlar. Hissiyyati-milliyyəyə azacıq biganə olmaqla bərabər 

bir taqım çürük, təhlükəli mevhumata aşina deyillər ki, bu da pək 

böyük  qazancdır.  Onlarda  olan  fəzilətlər  və  qüsurlar  ayrı-ayrı 

nəzəri-diqqətə alınmalıdır.” [1, 213] 

Müəllif  bütün  məqalələrində  xurafat  və  mövhumatın  mək-

təbə  və  təhsilə  ayaq  açmasının  qəti  əleyhinə  çıxmışdır.  Müəllim 

şəxsiyyətinə qiymət verərkən və onu xarakterizə edərkən onda bir 

neçə  milli  xüsusiyyət  və  keyfiyyətin  –  milli hiss  və  düşüncənin

milli  qeyrət  və  tə-fəkkürün  –  olmasını  vacib  bilmişdi.  Bu  da, 

məncə,  həm  dünən,  həm  də  bu  gün  üçün  çox  əhəmiyyətli  bir 

məsələdir. 

O, fanatizm dəllalları ilə müqayisədə, ikinci qism müəllim-

lərin  üstünlüyünü  seminariyalarda  və  başqa  tipli  təhsil  ocaqla-

rında  müntəzəm  təhsil  almasında  görürdü.  Hesab  edirdi  ki, 

onların təhsilində çürük və faydasız elementlərə az təsadüf edilir, 

əxlaqca sağlam düşüncəyə malikdirlər. Müxtəlif fənlər və elmlərlə 

bərabər,  pedaqogikaya  az-çox  aşinadırlar.  10-12  illik  təhsil  və 

təcrübəyə malik olan belə şəxslər müəllimliyə daha yararlıdırlar; 

Qafqazın  bir  çox  məktəblərində  ciddi  çalışqanlıqları  ilə  fərqlə-

nirlər.  “Bəzi  əfəndilər  müstəsna  olmaq  şərtilə,  bir  çoqları  azacıq 

[yolundan]  sapıyorlar  ki,  o  sapqınlıq  da  bir  taqım  yanlışlıqlar, 

uyğunsuzluqlar doğurmuş olur... İştə rusca oqunuş, türk dilində 

müəllimlik edən arqadaşlarımın birisinin məktubundan bir parça: 

                                                 

 



İncədən-incəyə. 


364

                                            

Əsrin şairi IX 

“Əfəndim,  bən  istiyorum  getmək  iyunun  on  beşində  mineralnı 

sulara, hansı ki, olar çox mənfəətli məndə olan cüzi naxoşluğa...” 

[1, 213] 

Böyük  pedaqoq  və  maarifçi  Sidqinin  şagirdi  başqa  cür 

düşünə  və  yaza  da  bilməzdi.  Çünki  Azərbaycan    türkcəsi  açıq-

açığına  ərəb,  fars  və  rus  təcavüzünə  məruz  qalırdı  və  Sidqi 

təsadüfən  yazmırdı:  “Bu  dil  [Azərbaycan  türkcəsi]  bir  libasa 

bənzəyir  ki,  guya  pambığı  Türküstanda  əkilib,  ipliyi  İranda 

əyrilib,  rəngi  Ərəbistanda  verilib,  özü  Azərbaycanda  toxunub, 

Rusiyada gömrüklənibdir.” [2, 20]  

Cavid  Azərbaycan  məktəblərində  təhsilin  ana  dilində  apa-

rılması, şagirdlərin və gələcək müəllimlərin ana dilində təhsil al-

ması  ideyasını  təsadüfən  irəli  sürmürdü.  Hesab  edirdi  ki,  mək-

təblərdə  türk  dilində  təhsil alan müəllimlər  dərs  deməlidirlər. 

Onlar  ana  dilini  mükəmməl  bilməli,  onu  şagirdlərə  sevdirməli, 

milli təfəkkürə malik olmalıdırlar. 

Şair  yuxarıda  nümunə  gətirdiyim  məktubu  şərh  edərək 

yazırdı  ki,  ilk  nəzərdə  məktub  sanki  türk  dilində  yazılmışdır. 

Lakin  cümlələrdəki ahəngə,  qarışıq  mübtəda  və  xəbərlərə  bir 

musiqişünas  kimi  qulaq  verilsə,  dərhal  “xaxol”  ruhu  ilə 

düşünülmüş,  türk  kəlmələri  ilə  vücuda  gəlmiş  əcubə  olduğu 

anlaşılır.  O,  müxtəlif  peşə  sahiblərini,  xüsusilə  ziyalı  və 

müəllimləri  təmiz  ana  dilində  danışmağa  və  yazmağa  çağırırdı. 

Şəhər camaatına nisbətən kənd camaatının ana dilində daha yaxşı 

danışdığını  təqdir  edərək  yazırdı:  “Elmsiz,  saf  bir  köylüyü 

(kəndli)  qonuşdurunuz,  onunla  həsbi-hal  ediniz,  eyicə  diqqət 

edəcək olursunuz, şəhərlilərə nisbətən onları türk ləhcəsinə, türk 

ruhuna daha yaqın, daha munis bulursunuz.” [1, 213] 

Şair həmin müəllimləri müqayisə edərək, bu nəticəyə gəlir: 

birinci  qism  müəllimlərin  nə  fikri,  nə  duyğusu,  nə  dili,  nə  də 

əxlaqı  əxlaqsızlıqdan  başqa  bir  şey  deyildir.  İkinci  qism 

müəllimlər  isə  fikircə,  əxlaqca,  maarifcə  daha  savadlı  və  məktəb 

üçün  yararlıdırlar.  Onlar  türk  dili  və  ədəbiyyatını  azacıq  nəzərə 




         

365

 

İsgəndər Atilla 

alsalar, türk sərf və nəhvini 5-10 ay gözdən keçirsələr, şübhəsiz ki, 

vətənə  və  millətə  daha  çox  xidmət  etmiş  olurlar.  Yalnız  bu  cür 

müəllimlər yeni nəsli yeni ruhda tərbiyə edə bilərlər. 

Cavid  üçüncü  qism  müəllimlər  haqqında  ayrıca  söz 

açmışdır. Hesab etmişdir ki, həmin müəllimlərin bir qismi türkcə 

və rusca təhsil almışlar və cani-dildən çalışanlardır. Onların sayı 

az olsa da, xidmətləri çoxdur. Üstünlüyü daha çox bu qismə verən 

şair, həmin müəllimləri  üç qismə bölürdü: 

a) Türkcə və rusca ibtidai təhsil alanlar; 

b) Mədrəsələrdə dərs deyib yorulmuş əfəndilər; 

c) Gənc xocalar. 

O, həmin xocalara və əfəndilərə məxsus xüsusiyyətləri təhlil 

edərək  yazırdı  ki,  mədrəsələrdə  çalışan  əfəndilərimiz  təlim  və 

tərbiyə işinin mahiyyətini daha yaxşı anlayırlar. Gecə-gündüz öz 

üzərlərində çalışırlar. Türkcə tarixə, ədəbiyyata, dilə diqqət edib, 

rus  dilinə  az-çox  həvəs  göstərirlər,  açıqgözlüdürlər.  Başqa  sözlə, 

bu  qəbildən  olan  əfəndilər  müasir  dövrün  tələbləri  ilə 

ayaqlaşmağa  çalışırlar  və  bunu  bacarırlar.  Başqa  cür  də  ola 

bilməz.  “Maarifpərvər  zatın  borcudur  ki,  hər  yerdə  onları 

[şagirdləri]    şirin  dil  ilə,  məhəbbət  ilə  çalışıb  iləriləməyə  təşviq 

etsinlər.  Təşviq  etsinlər  də  həm  onları,  [tələbələri]    həm 

kəndilərini qayeyi-məqsədə nail etsinlər, edə bilsinlər.” [1, 215] 

Cavid  bu  cəhətdən müəllimlərin  işə  həvəs  və  məhəbbətlə 

yanaşmasını  xüsusi  qeyd  edir.  Çünki  həvəs  və  məhəbbət  olan 

yerdə  uğurlar  qazanmaq  daha  asan  olar.  Çünki  “Məhəbbət 

bəşəriyyətin  ən  dərin,  ən  ülvi  təcəlligahıdır.  Məhəbbət  anlı-şanlı 

ordulardan,  vulkanlı  toplardan  daha  ziyadə  qələbə  və  müvəffə-

qiyyət ehraz edə [qazandıra] bilir.” [1, 215] 

O,  məqalələrində  mühafizəkar  əfəndilər,  köhnə  fikirli 

xocalar  və  münəvvərfikirlilər  arasında  həqiqi  elmə,  təhsilə  və 

fəzilətə aid olan ziddiyyət və nöqsanları inandırıcı dəlillərlə açıb 

göstərmişdir.  Onları  bir-birinə  kəm  baxıb  əsəbləşməyə  və 

çəkişməyə deyil, əl-ələ verib işləməyə, millətə və vətənə layiqincə 




Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə