İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə139/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   ...   134   135   136   137   138   139   140   141   142

         

415

 

İsgəndər Atilla 

On

un qulağa yapışan brilliant sırğadan xoşu gəlirdi. 

Özünü, uşaqları göstərib: 

 Mənim brilliantım var, ona ehtiyac yoxdu – dedim,  xeyr ola, 



bu s

ərvət sənə hardan? 

  Kinostudiyadan gəlirəm.  Bu  gün  “Koroğlu”  ssenarisinin 



müqavil

əsini  bağladıq.  Ayın  5-də  (iyun  1937)  beş  min  manat 

alacağam. Qalanını da film çəkilib qurtarandan sonra verəcəklər. 

 



Çör

əyini  yedi.  Keçdi  yataq  otağına:  “bir  saat  dincəlim, 

sonra durub işləyəcəm” – dedi. 

 



Qara günün yelimi d

əymişdi, ya nə idisə, çox narahat idim. 

Adama bir b

ədbəxtçilik üz verəndə elə bil əvvəlcədən duyur. 

 



Saat 8-d

ə Cavid yuxudan durdu, üzünü yudu, çay içdi. 

  Həə...  indi  işləmək  lazımdı  –  dedi, üzümə  baxıb  deyəsən 



kefin yoxdu? 

 

 Elə darıxıram ki. Heç özüm də bilmirəm nə üçün. 

  Darıxma.  Bu  gün  işim  çoxdu,  sabah gedərik gəzməyə. 

İstəyirsənsə bir saat çıxıb hava alaq, sonra gəlib işləyərəm. 

 Yox,  dedim,  yorularsan, sonra işləyə bilməzsən. 

  Mənim də  heç  işləmək həvəsim yoxdu. Amma bir neçə 

göst

ərişim var, gərək onları edim. Sabah aparıb verəcəm. 

 



Cavid işinin sahibi idi. Bir əsərini özü bəyənməsəydi, onu 

üz

ə  çıxarmazdı.  Aylarla  vaxt  sərf edib üstündə  çalışdığı  bir  işi 

xoşuna gəlməsəydi, onu cırıb atardı. Deyərdi: “Mənasız çoxdansa, 

m

ənalı az yaxşıdı”. 

 



Yersiz göst

ərişlərə, lüzumsuz tələblərə razılıq verməzdi. 

 



Əsərləri  tamaşaya  hazırlananda  məşq  zamanı  həmişə 

ged

ərdi. Bir dəfə “Şeyx Sənan”ın məşqindən çox əsəbi gəldi. Bir 

q

ədər sakit olub dedi: 

 Neçə dəfə demişəm ki, sözün deyilişində, səsin ahəngində nə 



q

ədər məna var. Əzra Sənana yaxınlaşıb elə bir ahənglə dedi ki: 

“Z

əhra səni vidayə gəlmiş”. Halbuki Zəhra onun ən yaxın rəfiqəsi 

idi. O s

əs, o deyiliş onu bir düşkün qadın kimi nəzərə çarpıdırır. 

Bir 

əsər yazmaq onu həyata keçirməkdən asandı. 

 



Cavid 

əsəbiləşəndə, çox gərgin  işləyəndə  papirosu çox 


416

                                            

Əsrin şairi IX 

ç

əkərdi. Bu səbəbdən də  öskürərdi. Az papiros çəksin deyə

t

ənbəkidən  papiros  qayırardı.  Tənbəki qutusuna ətirşah  gülünün 

yarpağından qoyardı ki, tənbəki ətirli olsun. Bəzən işləyəndə hazır 

papibros ç

əkərdi. Deyərdi: “Papirosu bükənə  qədər fikrim 

dağılır”. 

 



Cavid  gülü,  yaşıllığı,  mənzərəni çox sevərdi.  Ələlxüsus, 

qızılgülü.  Böyük  bacısı  deyərmiş:  “Qardaşlarımın  gülü qarda-

şım”. 

 



Gül  adlanıb,  güllə  bəslənən  Cavidin  axır  yeri  qaranlıq 

zindanlar,  şaxtalı  səhralar  oldu.  Canından  artıq  sevdiyi  gülü, 

V

ətənin torpağı da ona qismət olmadı... 

 



“El içind

ə. Öl içində!” – deyərdi. 

 



Sevdiyi xalqının nakəsləri onu yel eyləyib səhralara sovur-

dular. Əfsus, yaranı eldən aldın. Yad ellərdə itkin məzarlı oldun. 

 



“Knyaz” pyesi üz

ərində işlərkən bizi Tiflisə apardı. Gedib 

onun  “keçmiş  mənzilinə”,  kirayə  yaşadığı  evə  baxdıq.  Burada 

tarixçi gürcü aliml

ərilə söhbət etdi, arxivlərdə oldu. Yazacağı əsər 

üçün material topladı. 

 



1937-ci ilin iyun gec

əsi idi. Mən  yatmışdım.  Birdən içəri 

girib dedi: “Qalx, geyin!”. Dizl

ərim, əllərim əsdi. Cavid ayaq üstə 

durmuşdu.  Rəngi  ağappaq  idi.  Başım  gicəlləndi. Qolumdan  tutub 

dedi: “Otur, sakit ol”. Oturdum. G

ələnlər  evi  axtardılar.  Ələk-

v

ələk etdilər. Cavid o gecə bir qutu yarım papiros cəkdi. Gələn üç 

n

əfərdən biri dedi: “Dəyişəcək və  yatacaq götür!”. Kostyumun 

qarasını istədi. Verdim, dedi: “Qara günə qara yaraşar”. O gedən 

getdi... Evin, ail

ənin bütün işi, qayğıları mənim üstümə töküldü. 

 



İki il Bakı zindanlarında yatdı. Bizə görüş verilmədi. Ayda 

bir d

əfə aparıb bağlama, dəyişik, ərzaq, yemək-içmək... verdim. 

 



Evimiz müsadir

ə  edildi. Bizə  “Советски”  küçəsində  ya-

şamaq üçün 9 kvadratmetr bir daxma verildi. Dedim: “Bizə yaxşı 

yerd

ən ev verin”. Dedilər:  “Xalq  düşməninin  arvadı  kurort 

ist

əyir!..” 19 il nələr çəkdim? Onu bir mən, bir Allah, bir də 

balalarım  bilirlər.  Ora  oğullu  getdim,  ordan  oğulsuz  çıxdım. 

Oğlum  Ərtoğrolu  24  yaşında  itirdim. 2 iyul 1939-cu ildə  saat 

12:00-da biz

ə görüş verdilər. Mən, oğlum və qızım görüşə getdik. 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə