İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə16/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   ...   12   13   14   15   16   17   18   19   ...   142

         

49

 

İsgəndər Atilla 

Problem  yenidən  gündəmə  müstəqillik  illərində,  daha 

doğrusu,  Hüseyn  Cavidin  anadan  olmasının  130  illiyi  qeyd 

edildiyi  bir  zamanda  gəldi.  Bu  barədə  dövri  mətbuatda,  elmi 

jurnallarda,  yubiley  nəşrlərində  məqalələr  çap  edildi.  Mən  bu 

cəhətdən Cəlil Nağıyevin “Hüseyn Cavid modernizmi və dünya 

ədəbiyyatı”  (məqalənin  adı  mübahisəlidir!)  və  Nərmin  Həsəno-

vanın  “Гусейн  Джавид  –  романтик  или  модернист?”  məqalə-

lərinə münasibət bildirmək istəyirəm. 

C.Nağıyev yazır: “Birmənalı şəkildə demək olar ki, H.Cavid 

klassik dünya ədəbiyyatının ənənələrindən bəhrələnərək, Qərb və 

Şərq  ədəbiyyatlarında  mövcud  olan  mövzulardan,  süjetlərdən, 

motivlərdən  və  obrazlar  sistemindən mərahətlə  istifadə  edərək 

Azərbaycan  ədəbiyyatında  yeni  tipli  bir  ədəbiyyatın  (neoroman-

tizmdən  törəyən  yeni  tipli  modernizm)  əsasını  qoymuşdur.  O, 

istedadlı  lirik  şair  olmaqla  yanaşı,  görkəmli  dramaturqdur.  Belə 

ki,  Azərbaycan  ədəbiyyatında  hələ  H.Cavidə  kimi  kifayət  qədər 

inkişaf etmiş, püxtələşmiş dramaturgiya mövcud olmuşdur..”

1

 

 



Bəri başdan deməliyəm ki, məqalədə mübahisəli məqamlar 

var. Ən əsası budur ki, Cavidin romantizmin, yoxsa modernizmin 

görkəmli  nümayəndəsi  olması  elmi cəhətdən  zəif  əsaslandırılır. 

Müəllif problemi dünya ədəbiyyatı kontekstində nəzərdən keçirsə 

də,  kifayət  qədər  nümunələrə  və  ədəbi  faktlara  istinad  etsə  də, 

S.Vurğundan nümunə gətirdiyi beyt yerinə düşməsə də, tezis şək-

lində  müəyyən  mülahizələr  söyləyir.  Onun  “H.Cavidin  bir  dra-

maturq  kimi  yetişməsində  klassik  Avropa  dramaturgiyasının,  o 

cümlədən  dahi  ingilis  şair-dramaturqu  V.Şekspirin  xüsusi  rolu 

olmuşdur.  Belə  ki,  Cavidin  ayrı-ayrı  dram  əsərlərinin  daxili 

struktur  xüsusiyyətləri,  ifadə  formaları,  hətta  bəzən  ideya 

                                                 

1  C


əlil  Nağıyev.  Hüseyn  Cavid  modernizmi  və  dünya  ədəbiyyatı  (Cavid 

dramaturgiyasından bir fraqment) H.Cavidin anadan olmasının 130 illik yubileyi-

n

ə həsr olunmuş respublika elmi konfransının materialları, Bakı, 2012, s. 27-28.



 


50

                                            

Əsrin şairi IX 

məzmun  prinsipləri  Şekspirin  yaradıcılığı  ilə  səsləşir”  fikrində 

müəyyən həqiqət olsa da, fikri birtərəflidir. Axı, bilmək gərəkdir 

ki,  Cavid  üçün  Şekspirdən  əvvəl  Əbdülhaq  Hamid  var  idi!..  Biz 

Cavidin Şekspirdən, başqa Avropa yazıçılarından bəhrələndiyini 

inkar etmirik, amma deməliyik ki, müəllif bu cür müqayisələrdə 

diqqətli olmalı idi. Fikrimcə, o, Şekspirdən təsirlənsə də, Cavid sə-

nəti  Şekspir  sənətindən  daha  möhtəşəmdir.  Mən  bəzi  kitab-

larımda bu barədə az-çox yazmışam. Burada yalnız görkəmli ədə-

biyyatşünas  Əkrəm  Cəfərin  bir  fikrini  oxucuların  nəzərinə 

çatdırmaqla kifayətlənirəm: “Cavidin papağını atsan, Şekspir ona 

çata  bilməz!”  Məcazi  mənada  deyilmiş  fikrin  mənası  budur  ki, 

Cavid  sənəti  Şekspir  sənətindən  daha  yüksəkdir,  daha  möhtə-

şəmdir!.. 



Əgər biz Cavidi dünyada tanıda bilməmişiksə, günah bizdədir. 

Bu  gün  əlimizdə  onun  nə  ingilis,  nə  alman,  nə  də  fransız  dilinə 

tərcümə edilmiş bir dram əsəri belə yoxdur. Axı, dramaturqun “Şeyx 

Sənan”,  “İblis”,  “Peyğəmbər”,  “Topal  Teymur”,  “Səyavüş”  və 

“Xəyyam” dramaları “beynəlxalq standartlara” cavab verən misilsiz 

sənət  əsərləridir.  Həmin  əsərlər  dünyanın  ən  şöhrətli  teatrlarında 

tamaşaya  qoyula  bilər  və  buna  layiqdir.  O  ki  qaldı  C.Nağıyevin 

mövzu ilə bağlı mülahizələrinə, həmin mülahizələr maraqlı olsa da, 

Cavidin öz sözü ilə deməli olsam – nakafidir!..  



 

 

 

 

 

 

 

Nərmin  Həsənova  problemi  daha  konkret  qoyur,  Cavidin 

romantik, yoxsa modernist olduğunu aşkara çıxarmaq  istəyir. O, 

H.Quliyev və b. Azərbaycan filoloqlarının fikir və mülahizələrinə 

istinad  edərək,  problemə  aydınlıq  gətirməyə  çalışır.  Azərbaycan 

və  Avropa  romantizmi,  Azərbaycan  realistləri  və  romantikləri 

arasında  bir  bağlılıq  axtaran  müəllif,  Cavid  yaradıcılığında 

dekadent incəsənətinin elementlərini müşahidə edir. Romantizm, 

neoromantizm  və  dekadent  incəsənət  məsələlərinə,  Azərbaycan 



         

51

 

İsgəndər Atilla 

realizmi  və  romantizmi,  Avropa  və  Şərq  romantizminin  tipoloji 

xüsusiyyətləri və problemləri kontekstində toxunur. “Şeyx Sənan” 

faciəsinə  istinad  edərək,  Cavidi  Azərbaycan  ədəbiyyatında  daha 

çox novator və modernist sənətkar kimi görür və yazır: “В этом 

величие  Джавида  –  романтика,  Джавида  –  модерниста, 

Джавида  –  человека,  в  этом  его  неповторимый  вклад  в 

сокровищницу азербайджаской литературы…”

1

 

Nərmin  Həsənova  başqa  tədqiqatçılardan  fərqli  olaraq 



Cavidin daha çox romantizmin, yoxsa modernizmin nümayəndəsi 

olmasını deyil, romantik, yoxsa modernist olması fikrinə aydınlıq 

gətirməyə  çalışır.  Bu  mənada  onun  mülahizələrini  qəbul  etmək 

mümkündür. Çünki romantizm (yaxud neoromantizm) başqa şey, 

modernizm  başqa  şeydir.  Mənə  belə  gəlir  ki,  Azərbaycan  sovet 

ədəbiyyatında  neoromanantizm  və  neorealizmdən  danışarkən 

daha çox “sosialist romantizmi” (yaxud romantikası) və sosialist 

realizmindən danışmaq daha münasibdir. Azərbaycan sovet ədə-

biyyatşünaslığında ayrı-ayrı filoloqlar bu problemə kifayət qədər 

diqqət yetirmiş və əsərlər çap etdirmişlər. Modernizm, neoroman-

tizm, ekzistensializm ədəbi və fəlsəfi cərəyanları bizim ədəbiyyat-

şünaslığımızda  kifayət  qədər  dərindən  öyrənilməmişdir.  Mən 

elmi  ədəbiyyatda  modernizmin  neoromantizmdən  törəməsi 

haqda  elə  bir  ciddi  araşdırmaya  da  təsadüf  etmədim.  “İzm”ləri 

istər Cavid, istərsə də başqa sənətkarlarımızın yaradıcılığına süni 

şəkildə tətbiq edilməsinin də əleyhinəyəm!.. 



 

Bu günlərdə mənim əlimə “Umberto Eco və postmodernizm 

fəlsəfəsi” kitabı keçdi. Onu vərəqləyib oxudum və bəzi məsələləri 

özüm üçün aydınlaşdırdım. Orada yazılır ki, modernizm incəsənət, 

ədəbiyyat,  siyasət,  fəlsəfə,  cəmiyyətin  bütün  sahələrində  ənənəvi 

dəyərlərə  etiraz  edib,  dünyanı  yenidən  təzə  prinsiplər  üzərində 

                                                 

Сəlil Nağıyevin məqaləsi göstərilən mənbədə, s. 147.



 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə